Əbülfət İmanova Hesablama Palatası şoku - Ramiz Həsənovun komitəsində təftiş başlayıb
Tarix: 21-04-2015, 09:25 | Çap et
Hesablama Palatası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində yoxlama aparır. Bu barədə “Unikal”a etibarlı mənbədən məlumat verilib. Mənbənin bildirdiyinə görə, Palatanın apardığı yoxlamalar bu qurumda ciddi nöqsanlar ortaya çıxara bilər. Son vaxtlar Hesablama Palatasının dövlət orqanlarında genişmiqyaslı audit tədbirləri nəticəsində ortaya ciddi korrupsiya faktlarının çıxdığını və bu hallara qarşı sərt tədbirlərə əl atıldığını nəzərə alsaq, Ramiz Həsənovun rəhbərlik etdiyi Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində təftiş də buradakı yüksək çinli şəxslər üçün xeyli baş ağrısı yarada bilər. Bu sırada xüsusilə Ramiz Həsənova yaxınlığı ilə tanınan Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidmətinin rəisi Əbülfət İmanovdur. İddialara görə, Ə. İmanov komitə sədrinin "sağ əli" kimi tanınır və sözügedən komitənin bütün "qara işlər"ini həyata keçirir. Bildirilir ki, Xidmət rəisi bu postdan əvvəl - Əli Nağıyevin nazir olduğu dövrdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində şöbə müdiri vəzifəsini yerinə yetirib. O, burada da xüsusi "ad çıxarmağı" bacarıbmış, belə ki, həmin postda işləyərkən də İmanovla bağlı kifayət qədər şikayətlər ortaya çıxırmış. Eyni "ənənə" indi onun Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidmətinin rəisi postunu icra edərkən də yaşanır. Qurumun "əsas yük"ünü çiyinlərində daşıyan Xidmət rəisi hətta Ramiz Həsənovun komitəsinin kadr məsələlərinə də aşkar müdaxilə səlahiyyətinə malikdir. Qeyd edilir ki, Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidmətinin rəisi əməkdaşların işə qəbulu məsələsində ciddi qanun pozuntularına yol verir. Belə ki, o,sırf şəxsi mövqeyinə əsaslanaraq, dövlət qulluğuna qəbul qaydalarına müvafiq şəkildə işə götürülmüş əməkdaşları heç bir əsas olmadan vəzifələrindən azad edir.Vakant yerlərə isə bir çox hallarda ixtisası uyğun olmayan, qeyri-peşəkar şəxsləri bəlli maraqlar müqabilində işə qəbul etdirir. Bildirilir ki, bir çox hallarda Ə. İmanovun kadr seçimi hətta komitə sədrinin özünü çətin vəziyyətdə qoya biləcək xarakter daşıyır. Məlumatlarda həmçinin vurğulanır ki, Əbülfət İmanov son illərdə öz maddi imkanlarını misli görünməmiş dərəcədə artırıb. Bunun səbəbləri isə maraq doğurmaya bilməz. İstisna edilmir ki, o, geniş kapitala və əmlaka məhz yuxarıda sadalanan neqativ hallar sayəsində nail olub. Maraqlıdır ki, Hesablama Palatasının Standartlaşma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində yoxlamalara başladığına dair xəbərlərlə eyni vaxtda Ə. İmanovun Bakının mərkəzindəki mənzilini və Bakıxanov qəsəbəsindəki restoranını satışa çıxardığına dair də iddialar meydana gəlib. İstisna edilmir ki, buna səbəb yoxlamalar zamanı ortaya çıxacaq neqativ halları önləmək üçün yaranan ehtiyacları ödəmək məqsədi daşıyır. Bununla belə, Hesablama Palatasının son zamanlar öz auditləri zamanı güzəştsizlik prinsipini daha çox işə salmasının Ramiz Həsənovun komitəsinə, xüsusilə də Əbülfət İmanova ciddi başağrısı yaratmaq ehtimalı yüksək qiymətləndirilir. Bildirilir ki, aparılan yoxlamalar Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidmətinin rəisi üçün özəlliklə ağır fəsadlarla nəticələnə bilər.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• "Bu proses artıq bir neçə ildir ki, başlayıb" - Ekspert deyir ki...
Bu gün, 01:42 |
|
|
|
• Ermənistan işgəncə ilə öldürdüyü əsirlərimizi BUNA GÖRƏ GİZLƏDİR... - BƏLLİ OLDU
Bu gün, 01:38 |
|
|
|
• SAXTA HƏKİM ƏLİNDƏ QALMIŞIQ... - NƏ ETMƏLİ?
Bu gün, 01:32 |
|
|
|
• Kanslerin “telefon diplomatiyası” və: Putinlə danışıqların mənasızlığı - NƏ BAŞ VERİR?
Bu gün, 01:29 |
|
|
|
• Rusiya vurularsa: Kim nə qazanacaq? - Görünəni odur ki...
Bu gün, 00:24 |
|
|
|
• Şikayət indeksinə görə yuxarı pillədə qərarlaşan BANKLAR - - Səbəb nədir?
Bu gün, 00:02 |
|
|
|
• Sülh, kommunikasiyalar və Gürcüstanın strateji rolu - Cənubi Qafqazda yeni diplomatik dövr
Dünən, 23:39 |
|
|
|
• Ermənistanın çıxış yolu: qazı Azərbaycandan almalıdır - GƏLİŞMƏ
Dünən, 23:35 |
|
|
|
• Paşinyan arvadı və qızı ilə muzeydə - FOTO
Dünən, 22:50 |
|
|
|
• Azərbaycanda tanınmış müğənni vəfat etdi
Dünən, 22:47 |
|
|
|
• Ukraynaya 300 km-ə qədər mənzilli raketlərdən istifadəyə icazə verilib
Dünən, 22:45 |
|
|
|
• Özəlləşdirmə çekləri yenidən istifadə olunacaq? - AÇIQLAMA
Dünən, 22:16 |
|
|
|
• Beynəlxalq Ədalət Məhkəməsi Ermənistan və Azərbaycana bir il vaxt verdi - DETALLAR
Dünən, 22:02 |
|
|
|
• "Patı" çəkdi, məktəbli qıza seksual hərəkətlər etdi: - "Bilirəm, binamusluqdur..."
Dünən, 21:59 |
|
|
|
• Bakı Olimpiya Stadionuna avtomobillə qanunsuz daxil olmağa cəhd göstərən şəxs həbs edilib - TƏFƏRRÜAT
Dünən, 21:56 |
|
|
|
• “Trampın kadrları onun tapşırıqlarını yerinə yetirəcək” - ŞƏRH
Dünən, 21:09 |
|
|
|
• Dollarla bağlı HANSI QƏRAR VERİLİR? - AKTUAL
Dünən, 21:07 |
|
|
|
• Dünya iqtisadiyyatı təhlükə ilə üz-üzə: - Dərin dəyişikliklər qaçılmazdır
Dünən, 19:08 |
|
|
|
• Kənd təsərrüfatı: Subsidiyalar özünü niyə doğrultmur? - AKTUAL
Dünən, 19:00 |
|
|
|
• Qızların evlənmə yaşının 9 -a salınması istismarçı ruhani təbəqənin nəfsi istəkləri naminədir - DƏHŞƏTDİR, VALLAH...
Dünən, 18:58 |
|
|
|
• “Xəstəxana nədir bilmirəm, heç kimə pislik etməmişəm”
Dünən, 18:05 |
|
|
|
• Türk dünyası üçün ortaq valyuta YARADILA BİLƏR - AÇIQLAMA
Dünən, 18:02 |
|
|
|
• Fransa meydan oxudu – “Açıq şəkildə bildiririk ki...”
Dünən, 18:00 |
|
|
|
• “Sirab”la bağlı sirli məqam: hara yoxa çıxdı? - HƏQİQƏTƏN DƏ...
Dünən, 17:55 |
|
|
|
• BOKT “İnternational”ın istiqrazlarına üç investor müştəri çıxıb
Dünən, 17:51 |
|
|
|
• "Onlar korrupsiyaya görə istefaya məcbur edilib" - deputat
Dünən, 17:46 |
|
|
|
• Çağırışçını qətlə yetirən Ərəstun Ərəbov HƏBSDƏ ÖLDÜ
Dünən, 17:43 |
|
|
|
• NCQG üzrə real nəticəyə nail olmalıyıq - Attila Ştayner
Dünən, 17:37 |
|
|
|
• “La Gazette du Caucase” fransız siyasətçilərini COP29 ilə bağlı ermənipərəst mövqeyinə görə qınayıb
Dünən, 17:35 |
|
|
|
• Qiymətlər insanları daha kiçik mənzillər seçməyə məcbur edir - NƏ ETMƏLİ?
Dünən, 17:31 |
|
|
|
• Bakıda biznesmenin evindən seyf oğurlandı - Dostu həbs edildi
Dünən, 17:29 |
|
|
|
• Avropa Şurasının Komissarı İlham Əliyevə məktub yazıb... - STRASBURQDAKI SƏFİR CAVAB VERDİ
Dünən, 17:20 |
|
|
|
• Tarixi film istehsalında SÜKUNƏT: - “Kinomuzun xilası onun əlindədir”
Dünən, 17:17 |
|
|
|
• Müharibə ilə bağlı bədbin proqnoz: - Putin üzərindən mesaj verildi
Dünən, 17:16 |
|
|
|
• Paşinyan papa ilə görüşdə: - “Qərarlıyam, Azərbaycanla...”
Dünən, 17:14 |
|
|
|
• Müharibə veteranlarına verilən 80 manat bu tarixdən artacaq - AÇIQLAMA
Dünən, 17:11 |
|
|
|
• Azərbaycan düşməni olan şovinistdən Pezeşkiana təşəkkür
Dünən, 17:10 |
|
|
|
• Azərbaycanda mənzil almaq üçün təxminən 20 il yemədən-içmədən işləmək lazımdır - FAKT BUDUR!
Dünən, 17:03 |
|
|
|
• Ermənistan sülhə addım atmaqdansa, əksinə mövqe nümayiş etdirir -ŞƏRH
Dünən, 17:00 |
|
|
|
• Neft niyə 70 dollardan götürüldü: - Azərbaycanda bir ilkin SƏBƏBİ
Dünən, 16:59 |
|
|
|
• Rusiya Ukraynaya ballistik raketlə zərbə endirib, 8 ölü, 40-dan çox yaralı var - “Unian“
Dünən, 16:57 |
|
|
|
• “Özüm Abxaziyada olmuşam; vəziyyətdən çox narazıdırlar, iqtisadi durum ağırdır...” - Ərəstun Oruclu ŞƏRH EDİR
Dünən, 16:37 |
|
|
|
• Bakıdan Qarabağa necə getmək olar: - Avtobuslar, qiymətlər...
Dünən, 16:34 |
|
|
|
• Qarabağ müharibəsində itkin düşən dinc ahalinin harada olduğu hələ də bəlli deyil - Novella Cəfəroğlu
Dünən, 16:20 |
|
|
|
• Berlin Kiyevə "Mini-Taurus" lar verəcək - “Bild”
Dünən, 16:18 |
|
|
|
• Türkiyə İsraillə TEZ ANLAŞSIN... - BİZƏ DƏ ZƏRƏRİ VAR...
Dünən, 16:15 |
|
|
|
• Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublikası Komitəsində özbaşınalıq - İTTİHAMLAR SƏNGİMİR...
Dünən, 16:12 |
|
|
|
• Qazaxdan Araza qədər yol belə açılacaq... - Laçından Ermənistanın içərisinə olan yol isə...
Dünən, 16:06 |
|
|
|
• Azərbaycanda ət və ət məhsullarının qiyməti necə dəyişib? - SİYAHI
Dünən, 16:05 |
|
|
|
• Azərbaycanda xarici logistika şirkəti ləğv edilir
Dünən, 16:02 |
|
|
|
|