Məhkəmə icraçıları haqqında rüşvət ittihamı... - Kəlbəcərli köçkün İlham Əliyevə müraciət etdi
Tarix: 16-07-2015, 09:27 |
Çap et
Kəlbəcər köçkünü Əliyeva Əsli Qələndər qızı Moderator.az - a göndərdiyi məktubda Goranboy Rayon Məkəmə içraçılarından prezdent İlham Əliyevə şikayət edib:
"Cənab Prezident!
Goranboy Rayon Məkəməsinin Məhkəmə icraçıları bizə çox haqsızlıq edir. Goranboy rayonu ərazisində mal - qaramızı saxlamaq üçün yaylaq yeri almışıq, bütün sənətlərimiz də tam qaydasındadır. Kəlbəcər rayon Zəylik kəndinin icra nümayəndəsinin muavini Musayev Əlövsət Saleh oğlu qeyri - qanuni yaylaq yerimizi zəbt edib. Məkəmədə iddia qaldırdıq, qətnamə xeyrimizə çıxdı. Qarşı tərəf apellyasiya şikayəti verdi, haqq bizim tərəfimizdə olduğundan qətnamə yenə qüvvədə qaldı. Amma sevincimiz uzun çəkmədi. Dəfələrlə məhkəmə icraçılarına müraciət etdik, hər dəfə min manat, beş yüz manat pul isdədilər işi içra etmək üçün. Əlacsız qalıb dedikləri məbləği verdik, amma yenə məhkəmə qətnaməsini icra etməkdən boyun qaçırdılar.
Cənab Prezident!
Ümid edirik ki, keçirdiyiniz müşavirədən nəticə çıxaran məmurlar bu özbaşınalığa son qoyacaq və qanuni məhkəmə qətnaməsini icra edəcəklər".
Qarşı tərəfi də dia-az.life olaraq dinləməyə hazırıq...