Başçının adamı ilə bağlı prezidentə müraciət olundu - "Artıq səbrimiz tükənib"...
Tarix: 2-12-2015, 08:40 |
Çap et
DİA.AZ: Sabirabad rayonunun Əliləmbəyli və Ağaməmmədli kəndinin bir qrup sakini prezident İlham Əliyevə və mətbuat orqanlarına kömək üçün müraciət ediblər. Narazı vətəndaşların DİA.AZ-a ünvanladıqları müraciətlərinin mətnində deyilir:
“Cənab prezident. Sabirabad rayonunun Əliləmbəyli, Ağaməmmədli kəndlərinin camaatı yazıq günə qalıb. Sizin tapşırığınızla bizlərə ayrılan subsidiyaları 3 ildir ki, almırıq.
Hər il əkinə, xüsusilə taxıl əkiniə görə bizə yazılan pullar dəqiq məlumata görə Əliləmbəyli kənd İcra nümayəndəsi Məşədioğlu Mustafa və Sabirabad icra başçısının kənd təsərrüfatına baxan müavini Yaqubov Heydər tərəfindən mənimsənilib”.
Sabirabadlılar dia-az.life-a yolladıqları məktublarında gileylərini davam etdirirlər: “Açıq deyək ki, Əliləmbəyli və Ağaməmmədli kənd camatı cana duyub, üsyan ərəfəsindədir. Əkinlərimizə hesablanan 600 min manatdan artıq subsidiyanı Məşədioğlu Mustafa ilə Yaqubov Heydər dadə malı kimi aralarında bölüblər. Əkinçilərə bir qara qəpik də verməyiblər.
Mustafa ailəsini də götürüb Türkiyəyə qaçıb. Onun təkcə 2010-cu il təbi fəalakətindən sonra ev tikdirmək adı altında aldadıb aldığı pullar 60 mindən çoxdur.
Xahiş edirik dövlətin bizə ayırdığı subsidiyalımızı Yaqubov Heydər qaytarsın. Cinayətkarlar məsuliyyətə alınsın. Artıq səbrimiz tükənib”.
Qarşı tərəfi də dinləməyə hazırıq...