"Elə 2 ildir istirahət edirik də, evdə oturmuşduq"
Tarix: 23-07-2021, 09:05 | Çap et
Əməkdar artist Könül Kərimova Moderator.az-ın suallarını cavablandırıb. - Könül xanım, necəsiz? İşləyirsiz, yoxsa istirahət edirsiniz?
- Sözün düzü, mən əvvəl Yessentukidə sağlamlığımla məşğul oldum, sonra isə Bodrumda istirahətimi edib gəldim. Vətənə qayıdanda isə şükürlər olsun ki, toylar başladı. İndi həm toylara gedirəm, həm də yaradıcılıqla məşğul oluram, vaxt olanda da istirahət edirəm. İşin içində iş görə bilirəm, bu həm də həvəsdən asılıdır. Elə 2 ildir istirahət edirik də, evdə oturmuşduq. Klip çəkilişi də sənətçinin yaradıcılığının bir hissəsidir. Bu günlərdə yeni klip çəkdirirəm. - Klip çəkilişi sizin üçün yorucu bir prossesdir yoxsa, xoş? - Baxır klipi hansı rejissor çəkir? Bu rejissordan asılıdır. Hər rejissorun özünəməxsus çəkiliş qayda-qanunu var. Uzun illərdən sonra mən yalnız gənc rejissorların işinə üstünlük verirəm. Bu baxımdan rejissor Xəyal Hüseynin çəkdiyi kliplərimi bəyənirəm. Onunla çəkiliş prossesində zövq alıram, çox rahat oluram. Mən yorulmadan hər ay Xəyala klip çəkdirə bilərəm. Təbii ki, imkan daxilində. Çalışacağam ki, yeni oxuduğum mahnıların hamısını klip şəkilində təqdim edim. Ümumiyyətlə əksər hallarda klip çəkdirdiyim rejissorlarım mənə əziyyət verməyib, çox rahat olub hər şey. Cabbar Musayevlə işbirliyinə başlayanda ilk klipim “Bir aləm var” olub. Mən özüm rejissor Arif Qazıyevə müraciət edib, bu mahnının klipini çəkməyini xahiş etmişdim. O mənim 4 klipimi çəkmişdi. Daha sonra Gülər Həsənli ilə çalışdım. - İnsanların hansı münasibəti sizi sıxır? - Məni bezdirən, yoran insanların çirkin düşünməsidir. Dəhşətli dərəcədə insanlar yalnış düşünür. Məsələn, bir hörmət etdiyin insan, bilirsən ki, ona qarşı hansı mövqedəsən, saf, səmimi, dürüstsən. İnsan qəfil çönüb, səni özünə düşmən hesab edir. O qədər yoruluram son vaxtlar belə münasibətdən. Artıq taqətim yoxdur nəyisə onlara izah edim. Elə həmin anda da o insanın üstündən xətt çəkirəm. Ancaq əziyyət də çəkirəm. Bu yaxınlarda çox istədiyim bir xanım, bəlkə də övladım qədər gözəl münasibət bəslədiyim bir xanım var idi. Hətta içimdən keçmişdi ki, bu xanıma kömək edim, çünki istedadını hiss etmişdim. Nələr düşünürdüm o xanım haqda, nələr oldu? Oxuduğu bir mahnının klipini də beynimdə çəkmişdim. Siz inanın ki, o xanımdan özümə qarşı elə bir səhv addım gördüm ki. Sadəcə bir tədbir var idi, xahiş etdim ki, bu yerə bir az gözəl geyim hazırlayarsan. Geyiminə irad bildirdim ki, düzgün deyil, yaxşı geyinmirsən. O xanım mənə elə bir sərt cavablar verdi ki. Mən sadəcə susdum, demək olar ki, dondum. Bir kəlmə daha heç nə deyə bilmədim, tutulub qaldım, 3 gün özümə gəlmədim. Bəlkə də dostlarım olmasaydı əməlli-başlı depressiya yaşayardım. Bu qədərmi insanlar çaşıb? Bu cür münasibətlərdən tez-tez küsürəm.10 il bundan öncə tez küsüb, tez barışıb həm də bağışlayırdım. Amma indi bağışlaya bilmirəm, çox sınıram. Bir az da küskünləşirəm. - Sizin həm də bir nəvəniz var. Ona vaxt ayıra bilirsiniz? - Hə, əlbəttə! Mən onunla nəfəs alıram. Nəvəm Ağcabədidə yaşayır, sonuncu dəfə Qurban bayramında yanına getmişəm. - Nənə olandan sonra nəyi bir daha yenidən anladınız? - Nənə olanda bir az da qayğılar artır. Hamısı övladdır. Bir oğlum, bir qızım var idi, sonra üç nəfər oldular. Biri də gələndə olacaq dörd. Ümumilikdə sevgi, qayğı, məsuliyyət artır. Lorг dildə desək, yüküm bir az da ağırlaşır (gülür). - Oğlunuz da bəzən oxuyur, ona dəstək olursunuz? - Xeyr, oğluma sənətdə o qədər də çox dəstək olmuram, o bunu heç xoşlamır da. Artıq öz istəyinə buraxmışam. O gün deyir ki, yeni mahnı yazdırıram. Sadəcə olaraq mahnı hazır olanda mənə bir dəfə qulaq asdırır, mən də öz fikrimi deyirəm, irad və təriflərimi bildirirəm. Oğlum müğənnilik sənəti ilə xobbi kimi məşğul olur. - Oğlunuzu evləndirmək istəmirsiz? - İnşallah, görək də. Hələ ağır günlərdən yeni çıxmışıq. Amma düşünürük, ikimiz də ortaq məxrəcə gələn kimi inşallah onu evləndirəcəyəm. Ən əsası onun da razılığı olmalıdır. Özü demiş 50-50- yə. Ana-bala aramızda razılaşan kimi toy tədarükümüzü də görəcəyik.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• “COP29-un Azərbaycana qazandıracağı perspektivlər geniş sahələri əhatə edir” - RƏY
Bu gün, 13:03 |
|
|
|
• Fitat Məmmədovanın nəvəsi faciəvi şəkildə öldü
Bu gün, 13:01 |
|
|
|
• Özəl klinikalar bu məsələdə dövlətə dəstək versələr... - AÇIQLAMA
Bu gün, 12:56 |
|
|
|
• Zoologiya institutu ilə Agentlik arasında məhkəmə çəkişməsi
Bu gün, 12:52 |
|
|
|
• Rəşad Dağlı həbs olunmadan bir neçə gün öncə... - FOTO
Bu gün, 12:49 |
|
|
|
• Azərbaycanda bu məşhurlara qarşı polis əməliyyat keçirə bilər — Adları qanunsuz mərc və şans oyunlarında hallanır...
Bu gün, 12:47 |
|
|
|
• “Dedim ki, Rəmiş, Ağdam alındı, gözündən yaş axıtdı... dedi ki, inanmıram...”
Bu gün, 12:37 |
|
|
|
• `Baku Electronics ` QARA CÜMƏYƏ QARA FİKİRLƏRLƏ GEDİR... - ETİRAZ VAR...
Bu gün, 12:26 |
|
|
|
• "Uşaqları meydançalarda vaxt keçirməyə təşviq etməliyik" - ÇAĞIRIŞ
Bu gün, 12:20 |
|
|
|
• "Partiyaların sayı çoxaldıqca vəsaitlərin bölüşdürülməsində problem yaşanır" - deputat
Bu gün, 12:15 |
|
|
|
• Paşinyan xaç oğlunu nazir təyin edir
Bu gün, 12:13 |
|
|
|
• Mirzoyanın yalanı üzə çıxdı - Bakı üçün gələn qonağı...
Bu gün, 12:10 |
|
|
|
• Mülayim cənub-qərb küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:08 |
|
|
|
• Hərbi institutda elmi-praktik konfrans keçirilib
Bu gün, 12:06 |
|
|
|
• Kərə yağı niyə yenidən bahalaşmağa başlayıb - SİYAHI
Bu gün, 12:03 |
|
|
|
• Kənd təsərrüfatı texnikaları satan şirkət iki yerə bölündü
Bu gün, 12:00 |
|
|
|
• Keçmiş direktorun cinayət əməllərinin detalları - Saxtakarlıq, rüşvət və dələduzluq
Bu gün, 11:48 |
|
|
|
• Sahibkarın ölkədən çıxışına "stop" qoyulur - DETALLAR
Bu gün, 11:44 |
|
|
|
• Böyük şəbəkələr necə "pambıqla baş kəsir"? - DÖVLƏT SUBSİDİYA VERİR, SAHİBKAR BADAM BAĞINI LƏĞV EDİR
Bu gün, 11:40 |
|
|
|
• Bakı və İrəvan razılaşdı: Paşinyan son tələbi qəbul etdi - “Hraparak”
Bu gün, 11:24 |
|
|
|
• Əsrin duelindən kim qalib çıxacaq? - İNCƏLƏMƏ
Bu gün, 11:15 |
|
|
|
• Vətən müharibəsi iştirakçısı hakim təyin olunub
Bu gün, 11:09 |
|
|
|
• Azərbaycan-Pakistan hərbi əlaqələrinin yeni perspektivləri müzakirə edilib
Bu gün, 11:07 |
|
|
|
• Amerikalı konqresmen Bakıdan buna görə qaçıbmış - TƏFƏRRÜAT
Bu gün, 11:04 |
|
|
|
• "Məndən soruşursan ki, bu, Makrona niyə lazımdır?"
Bu gün, 11:00 |
|
|
|
• Deputat "Vətəndaş A" serialından danışdı - "Bu, çox müsbət haldır və dəyərləndirilməlidir..."
Bu gün, 10:50 |
|
|
|
• “Hovers Group” MMC Naxçıvandan 12 milyonluq tender uddu – Şirkətin arxası kimlərə bağlıdır?
Bu gün, 10:43 |
|
|
|
• COP29-da danışıqlar heç də asan keçməyib - Almaniya XİN rəhbəri
Bu gün, 10:40 |
|
|
|
• Təcili tədbirlər görülməzsə, turizm sektorunda da emissiyalar arta bilər - Fuad Nağıyev
Bu gün, 10:39 |
|
|
|
• "110 manat ödənişə məcbur etmək fiber-optik soyğunçuluq deyilmi?" - NARAZILIQ VAR...
Bu gün, 10:23 |
|
|
|
• İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin zərəri artıb - BÜDCƏYƏ YÜKƏ ÇEVRİLİR...
Bu gün, 10:19 |
|
|
|
• Minimum əmək haqqı təyin edilərkən bunlar mütləq nəzərə alınmalıdr... - ÇAĞIRIŞ
Bu gün, 10:13 |
|
|
|
• Ermənistanda referendumun keçirilməsi zəruridir - GƏLİŞMƏ
Bu gün, 10:01 |
|
|
|
• Enerji Məsələlərini Tənzimləmə Agentliyi sığortaçı seçib
Bu gün, 09:58 |
|
|
|
• "İsa Həbibbəylini, təəssüf ki, ölkənin nə elmi, nə də alimi maraqlandırır" - FAKT BUDUR!
Bu gün, 09:54 |
|
|
|
• Ermənistanıda daxili işlər naziri Sarkisyan olacaq - FOTO
Bu gün, 09:44 |
|
|
|
• Rusiya azərbaycanlı iş adamının oğlunun qəzasından danışır - VİDEO
Bu gün, 09:37 |
|
|
|
• “Biz bir simfonik əsəri sata bilmirik, o bir mahnı ilə...” - xalq artistindən ETİRAZ
Bu gün, 09:34 |
|
|
|
• Paşinyan seçim qarşısında: Bakının təkliflərinə cavab... - NƏ BAŞ VERİR?
Bu gün, 09:27 |
|
|
|
• Azərbaycan səfiri Fransa XİN-ə çağırıldı
Bu gün, 09:24 |
|
|
|
• Amilinin ZƏHƏRLİ AMALI... - REAKSİYALAR
Bu gün, 09:21 |
|
|
|
• "Aqroservis" ASC səhmdarlarının toplantısı keçiriləcək
Bu gün, 09:19 |
|
|
|
• Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə sədr müavini təyin edilib - ƏMR
Bu gün, 09:18 |
|
|
|
• ADAU-da təhsilin evini yıxanlar KİMDİR? - İTTİHAM VAR...
Bu gün, 09:16 |
|
|
|
• "Məşədi Dadaş"ın imamına sui-qəsd etmək istəyən şəxs özünü 12-ci imam adlandırıb – MƏHKƏMƏ
Bu gün, 09:04 |
|
|
|
• Azərbaycana qarşı qlobal qara piarın pərdəarxası - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 08:58 |
|
|
|
• Seul Şimali Koreya əsgərlərinin Rusiya tərəfdə döyüşə girdiyini açıqlayıb
Bu gün, 08:47 |
|
|
|
• Nikol niyə nazirləri işdən çıxarıb, Vatikana uçdu? – Sensasiya
Bu gün, 08:42 |
|
|
|
• ABŞ təkcə senatorlarını yox, itlərini də üstümüzə hürdürür… - Kiçik qrantların küçük sevdalıları…
Bu gün, 08:37 |
|
|
|
• “Rabitəbank”ın səhmdarları toplanır
Bu gün, 08:26 |
|
|
|
|