“Biz bir simfonik əsəri sata bilmirik, o bir mahnı ilə...” .....                     Paşinyan seçim qarşısında: Bakının təkliflərinə cavab... .....                     Azərbaycan səfiri Fransa XİN-ə çağırıldı .....                     Amilinin ZƏHƏRLİ AMALI... .....                     "Aqroservis" ASC səhmdarlarının toplantısı keçiriləcək .....                     Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə sədr müavini təyin edilib .....                     ADAU-da təhsilin evini yıxanlar KİMDİR? .....                     "Məşədi Dadaş"ın imamına sui-qəsd etmək istəyən şəxs özünü 12-ci imam adlandırıb .....                     Azərbaycana qarşı qlobal qara piarın pərdəarxası .....                     Seul Şimali Koreya əsgərlərinin Rusiya tərəfdə döyüşə girdiyini açıqlayıb .....                     Nikol niyə nazirləri işdən çıxarıb, Vatikana uçdu? .....                     ABŞ təkcə senatorlarını yox, itlərini də üstümüzə hürdürür… .....                     “Rabitəbank”ın səhmdarları toplanır .....                     ADNSU rektorundan şikayət etməyin xeyri yoxdur... .....                     Ceyhun Cəlilov camaatın pulunu qaytaracaq? .....                     Nazir Vaşinqtonda, müavini Ankaradadır .....                     Moskva və Vaşinqton arasındakı qaynar xətt istifadə olunmur .....                     Azərbaycanda cəmi 9 min əcnəbi tələbə var .....                     4 ildir ki haqqı tapdanan Qazimiz .. .....                     Bankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? .....                     Qarakənd faciəsindən 33 il ötür .....                     Sabunçuda kim nə gəldi edir? .....                     Yaşlı qadını aldadaraq, evini bankda girov qoydular... .....                     “Bu gün deyə bilərik ki, məqsədimizə nail olduq” .....                     "Bəzi məmurlar dövlət və xalq arasındakı güvəni məhv edir" .....                     "Mən xəngəl, piti yemirəm... .....                     Dörd ölkənin generalı Bakıda görüşür? .....                     Baş nazir avtoritar hakimiyyət qurmağı sınaqdan keçirir, yoxsa... .....                     Putin qorxusundan Rio-de-Janeyroya getmədi, .....                     “NATO ölkələri hərbi xərclərini 340 milyard dollar artıra bilər” .....                     “Azərişıq” 1,5 milyon manatlıq tenderinin .....                     Bu şirkət Qubadlıda 117,3 hektar ərazini suvaracaq, 1 milyona yaxın .....                     Azərbaycana qarşı plan üzə çıxır: .....                     Rusiya nüvə silahı tətbiq edə bilərmi? .....                     Sən Allah, gedin ayıbınıza kor olun... .....                     “Səhiyyəmizdəki problemləri paylaşdığım üçün səhifəm bağlandı” .....                     İki nazir Paşinyanın həyat yoldaşının fondundan ayrılıb .....                     Bakı Avropa Liseyi direktoru cərimələnir .....                     Vitse-Spikerin köməkçisi hakim təyin edildi .....                     Tərtərdə "Azərbaycan Bayrağı" ordenli Elnur Salahovun qardaşının toy mərasimi keçirilib .....                 

Azərbaycanda cəmi 9 min əcnəbi tələbə var - ŞƏRH
Tarix: Bu gün, 07:14 | Çap et
Azərbaycanda cəmi 9 min əcnəbi tələbə var
Ölkəmizin ali təhsil müəssisələrində təhsil alan əcnəbi tələbələrin sayı çox deyil.

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2021/2022-ci tədris ilində ali təhsil müəssisələrində təhsil alan əcnəbi tələbələrin sayı 5765 nəfər, 2022/2023-cü tədris ilində 6223 nəfər, 2023/2024-cü tədris ilində isə artaraq 6 680 nəfər olub. Elm və Təhsil Nazirliyinin açıqladığı məlumatda isə Azərbaycanda 2022-2023-cü tədris ilində 110 ölkədən 9000-ə yaxın xarici vətəndaşın təhsil aldığı qeyd olunub.

Onu da qeyd edək ki, Azərbaycana təhsil alan xarici tələbələr arasında Türkiyədən gələnlər üstünlük təşkil edir. Belə ki, 3 021 tələbə ilə Türkiyə ilk sırada, 1 069 tələbə ilə İran ikinci, 609 tələbə ilə Rusiya üçüncü yerdə dayanır.

100-dən çox ölkədən cəmi bu qədər tələbənin gəlməsinin səbəbləri nələrdir? Bu sayı artırmaq üçün hansı addımlar atıla bilər?

Mövzu ilə bağlı TNS-ə danışan təhsil məsələləri üzrə mütəxəssis Kamran Əsədov bir sıra məqamlardan bəhs edib.

O bildirib ki, xarici ölkələrdən Azərbaycana təhsil almaq üçün gələn tələbələrin sayının təxminən 9 min nəfər civarında olması ölkəmizin ali təhsil sektorunun beynəlxalqlaşma prosesində irəliləyiş göstərdiyini, lakin potensialın tam olaraq istifadə edilmədiyini göstərir: “Xarici ölkələrdən gələn tələbələrin sayının artırılması yalnız ali məktəblərin maliyyə baxımından qazanclarını artırmaqla kifayətlənmir, həm də ölkənin ali təhsil sisteminin inkişafına, beynəlxalq əlaqələrin gücləndirilməsinə və mədəniyyətlərarası inteqrasiyanın təşviqinə mühüm töhfə verir. Bu sahədə rəqabət güclüdür və tələbələrin cəlb olunması üçün bir sıra strateji addımlar atılmalıdır”.

Mütəxəssis vurğulayıb ki, xarici tələbələrin sayını artırmaq üçün ilk növbədə Azərbaycanın ali təhsil müəssisələrinin beynəlxalqlaşma səviyyəsini yüksəltmək lazımdır: “Universitetlərdə ingilis dilində tədris proqramlarının sayı artırılmalı, eyni zamanda, təhsilin keyfiyyətinin beynəlxalq standartlara uyğunlaşdırılması təmin edilməlidir. Hazırda bir çox tələbə beynəlxalq səviyyədə tanınan diplomlar almaq istəyir. Buna görə də Azərbaycan universitetlərinin beynəlxalq akkreditasiyalardan keçməsi və tanınmış reytinq sistemlərində mövqelərinin gücləndirilməsi prioritet olmalıdır. Məsələn, “QS World University Rankings” və “Times Higher Education” kimi reytinqlərdə yüksək yerlərdə qərarlaşmaq tələbə cəlbində böyük rol oynayır”.

Kamran Əsədov ikinci mühüm amilin xarici tələbələr üçün daha əlverişli mühit yaratmaqdan ibarət olduğunu bildirib: “Bu, ilk növbədə, onların yaşayış şəraitinin, o cümlədən yataqxana yerlərinin artırılması və keyfiyyətinin yaxşılaşdırılması ilə mümkündür. Eyni zamanda, tələbələr üçün viza prosedurlarının sadələşdirilməsi və təhsil haqqı ödənişlərində güzəştlərin tətbiqi onların Azərbaycana marağını artırar. Hazırda bəzi ölkələr, xüsusilə Avropa və Asiya dövlətləri xarici tələbələri cəlb etmək üçün təhsil haqqını azaltmaq, hətta pulsuz təhsil imkanı təklif etməklə böyük uğur qazanır.

Azərbaycanın mədəni müxtəlifliyi və təhlükəsiz mühiti xarici tələbələr üçün böyük üstünlükdür. Bu faktoru nəzərə alaraq, ölkəmizin universitetləri mədəniyyətlərarası dialoq və müxtəliflik mövzusunda kampaniyalar təşkil etməli, beynəlxalq tələbələrə uyğunlaşdırılmış proqramlar təqdim etməlidir. Həmçinin, xarici ölkələrdə Azərbaycanın təhsil imkanlarının geniş tanıdılması üçün effektiv marketinq strategiyaları tətbiq olunmalıdır. Məsələn, beynəlxalq təhsil sərgilərində fəal iştirak, sosial media kampaniyaları və xaricdəki Azərbaycan səfirlikləri vasitəsilə maarifləndirici tədbirlər xarici tələbələrin diqqətini çəkməkdə təsirli ola bilər”.

Müsahibimiz qeyd edib ki, beynəlxalq tələbələrin artmasının ali təhsil müəssisələrinin maliyyə baxımından qazanclarına təsiri olduqca əhəmiyyətlidir: “Xarici tələbələrdən alınan təhsil haqları universitetlərin maliyyə resurslarının artırılmasına, tədris mühitinin yaxşılaşdırılmasına və daha çox elmi-tədqiqat fəaliyyətinin həyata keçirilməsinə imkan yaradır. Bundan əlavə, beynəlxalq tələbələrin xərcləri yalnız universitetlə məhdudlaşmır, eyni zamanda, ölkə iqtisadiyyatına birbaşa töhfə verir. Onların yaşayış, nəqliyyat və digər gündəlik xərcləri yerli iqtisadiyyatın inkişafını stimullaşdırır. Məsələn, UNESCO-nun məlumatına əsasən, beynəlxalq tələbələr ABŞ-a hər il təxminən 40 milyard dollardan çox gəlir qazandırır. Azərbaycan bu modeldən qaynaqlanaraq beynəlxalq tələbələrin iqtisadi təsirini gücləndirə bilər”.

Kamran Əsədovun sözlərinə görə, xarici tələbələrin artmasının başqa bir faydası da ali təhsil sektorunun beynəlxalq əlaqələrini genişləndirməkdir. Belə ki, həmin tələbələr məzun olduqdan sonra Azərbaycanın “təhsil səfirləri” kimi çıxış edərək ölkənin beynəlxalq nüfuzunun yüksəlməsinə töhfə verə bilərlər: “Xarici tələbələrin iştirakı təhsil prosesində müxtəlif mədəniyyətlərin və ideyaların qarşılıqlı təsirini təmin edir ki, bu da həm yerli tələbələrin, həm də müəllimlərin bilik və bacarıqlarını genişləndirir.

Azərbaycanda xarici tələbə sayını artırmaq üçün əlavə olaraq aşağıda qeyd etdiyim tədbirlər həyata keçirilə bilər:

1. Xarici tələbələr üçün xüsusi təqaüd proqramlarının yaradılması. Məsələn, Türkiyədə “Türkiye bursları” kimi proqramlar xarici tələbələri geniş şəkildə cəlb edir.

2. Beynəlxalq tərəfdaşlıq əlaqələrinin artırılması. Xarici universitetlərlə ikili diplom proqramları, mübadilə proqramları və birgə tədqiqat layihələri təşkil etmək tələbələrin marağını artırar.

3. Universitetlərdə beynəlxalq tələbə xidmətlərinin gücləndirilməsi. Xarici tələbələrə dəstək mərkəzlərinin yaradılması, dil kurslarının təşkili və mədəni adaptasiya proqramlarının tətbiqi mühüm əhəmiyyət kəsb edir”.

Ekspert vurğulayıb ki, ümumilikdə, xarici tələbələrin sayını artırmaq Azərbaycanın ali təhsil sektorunun beynəlxalq səviyyədə rəqabət qabiliyyətini gücləndirə, iqtisadi inkişafına töhfə verə və ölkənin qlobal təhsil xəritəsində daha əhəmiyyətli mövqeyə sahib olmasına şərait yaradar.

Onun fikrincə, bu məqsədə çatmaq üçün strateji yanaşmalar və müasir təhsil modellərinin tətbiqi vacibdir.








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Biz bir simfonik əsəri sata bilmirik, o bir mahnı ilə...” - xalq artistindən ETİRAZ
Bu gün, 09:34
Paşinyan seçim qarşısında: Bakının təkliflərinə cavab... - NƏ BAŞ VERİR?
Bu gün, 09:27
Azərbaycan səfiri Fransa XİN-ə çağırıldı
Bu gün, 09:24
Amilinin ZƏHƏRLİ AMALI... - REAKSİYALAR
Bu gün, 09:21
"Aqroservis" ASC səhmdarlarının toplantısı keçiriləcək
Bu gün, 09:19
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə sədr müavini təyin edilib - ƏMR
Bu gün, 09:18
ADAU-da təhsilin evini yıxanlar KİMDİR? - İTTİHAM VAR...
Bu gün, 09:16
"Məşədi Dadaş"ın imamına sui-qəsd etmək istəyən şəxs özünü 12-ci imam adlandırıb – MƏHKƏMƏ
Bu gün, 09:04
Azərbaycana qarşı qlobal qara piarın pərdəarxası - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 08:58
Seul Şimali Koreya əsgərlərinin Rusiya tərəfdə döyüşə girdiyini açıqlayıb
Bu gün, 08:47
Nikol niyə nazirləri işdən çıxarıb, Vatikana uçdu? – Sensasiya
Bu gün, 08:42
ABŞ təkcə senatorlarını yox, itlərini də üstümüzə hürdürür… - Kiçik qrantların küçük sevdalıları…
Bu gün, 08:37
“Rabitəbank”ın səhmdarları toplanır
Bu gün, 08:26
ADNSU rektorundan şikayət etməyin xeyri yoxdur... - Çünki şikayətlərə də özü cavab verir...
Bu gün, 08:24
Ceyhun Cəlilov camaatın pulunu qaytaracaq? - İLGİNC...
Bu gün, 08:17
Nazir Vaşinqtonda, müavini Ankaradadır - NƏ BAŞ VERİR?
Bu gün, 08:12
Moskva və Vaşinqton arasındakı qaynar xətt istifadə olunmur - Peskov
Bu gün, 07:28
Azərbaycanda cəmi 9 min əcnəbi tələbə var - ŞƏRH
Bu gün, 07:14
4 ildir ki haqqı tapdanan Qazimiz .. - GİLEY
Bu gün, 07:10
Bankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? - AKTUAL
Bu gün, 06:56
Qarakənd faciəsindən 33 il ötür - UNUTMARIQ!
Bu gün, 06:43
Sabunçuda kim nə gəldi edir? - FOTOFAKT
Bu gün, 06:39
Yaşlı qadını aldadaraq, evini bankda girov qoydular... - BU NƏDİ BELƏ?
Bu gün, 06:32
“Bu gün deyə bilərik ki, məqsədimizə nail olduq” - deputat
Bu gün, 06:23
"Bəzi məmurlar dövlət və xalq arasındakı güvəni məhv edir" - FAKT BUDUR!
Bu gün, 06:20
"Mən xəngəl, piti yemirəm... - ...Xaşı heç dilimə vurmaram"
Bu gün, 06:15
Dörd ölkənin generalı Bakıda görüşür? – Azərbaycan müharibənin dayanması üçün…
Bu gün, 06:10
Baş nazir avtoritar hakimiyyət qurmağı sınaqdan keçirir, yoxsa... - Paşinyan nəyə hazırlaşır?
Bu gün, 06:06
Putin qorxusundan Rio-de-Janeyroya getmədi, Cinpin xəbərdarlıq etdi, Bayden isə...
Bu gün, 06:03
“NATO ölkələri hərbi xərclərini 340 milyard dollar artıra bilər” - "Bloomberg"
Bu gün, 06:00
“Azərişıq” 1,5 milyon manatlıq tenderinin - QALİBİNİ AÇIQLADI
Bu gün, 00:05
Bu şirkət Qubadlıda 117,3 hektar ərazini suvaracaq, 1 milyona yaxın - PUL QAZANACAQ
Bu gün, 00:02
Azərbaycana qarşı plan üzə çıxır: - “Sülhə mane olmaq üçün...”
Dünən, 19:00
Rusiya nüvə silahı tətbiq edə bilərmi? - AKTUAL
Dünən, 18:11
Sən Allah, gedin ayıbınıza kor olun...
Dünən, 18:06
“Səhiyyəmizdəki problemləri paylaşdığım üçün səhifəm bağlandı” - AXI NİYƏ?..
Dünən, 18:03
İki nazir Paşinyanın həyat yoldaşının fondundan ayrılıb - KİV
Dünən, 18:00
Bakı Avropa Liseyi direktoru cərimələnir - BUNA GÖRƏ...
Dünən, 17:58
Vitse-Spikerin köməkçisi hakim təyin edildi - FOTO
Dünən, 17:58
Tərtərdə "Azərbaycan Bayrağı" ordenli Elnur Salahovun qardaşının toy mərasimi keçirilib - FOTO
Dünən, 17:55
SDU-da işdən çıxarılan fəlsəfə doktoru məhkəməyə üz tutdu - QALMAQAL
Dünən, 17:52
Qadın ərinin dayısı oğluna şəkillərini göndərdi, gecəyarısı isə… - TƏFƏRRÜAT
Dünən, 17:43
Paşinyan revanşist rəqiblərini SIRADAN ÇIXARIR
Dünən, 17:37
“Müharibədə yalnız Putin günahkar deyil” - Zelenski
Dünən, 17:34
Aktyor Müşfiq Şahverdiyev məhkum edildi - TƏFƏRRÜAT
Dünən, 17:32
İranın 40 illik casus şəbəkəsi aktivləşdi: Risk var, təqib başladı - İLGİNC
Dünən, 17:29
"Başım toylara qarışdı, ikinci övladım olmadı"
Dünən, 17:27
Paşinyan üçün son seçim: Referenduma getmədən Bakının tələbi icra edilir - NƏ BAŞ VERİR?
Dünən, 17:22
Turizm mərkəzi 529 minlik spesifik xüsusi geyimləri - BU ŞİRKƏTDƏN ALDI
Dünən, 17:19
“Milli dövlətçiliyi dağıtmaq üçün qadınlardan istifadə edilir” - Akif İslamzadə
Dünən, 17:14
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru