"Avqustun 20-də Xan Şuşinskinin 120 yaşı tamam olur, mənə elə gəlir ki..."
Tarix: 30-07-2021, 08:56 | Çap et
“Azərbaycan regionda qədim, zəngin tarixə malik milli-mənəvi dəyərləri yeraltı-yerüstü sərvətləri olan iqtisadi siyasi cəhətdən güclü bir dövlətdir.Və bu dövlətin başında ulu öndər Heydər Əliyevin siyasi kursunun layiqli uğurlu davamçısı böyük diplomatik potensiala, yüksək intelektual biliyə malik dünya liderləri arasında böyük nüfuza malik Müzəffər Ali Baş komandanımız İlham Əliyev durur. Tarixə nəzər saldıqda görürük ki, ermənilər zaman-zaman öz himayədarlarının köməyi ilə qədim tarixi İrəvan torpaqlarımıza köç edərək məskunlaşdırılaraq bu torpaqları zəbt etmiş, tarixi saxtalaşdıraraq yerli azərbaycanlıları öz yurdlarından deportasiya etmişlər” Bunu Moderator.az-a açıqlamasında Xan Şuşinski Fondunun rəhbəri, görkəmli muğam ustadının qızı Bəyimxanım Verdiyeva-Cavanşir bildirib. O daha sonra əlavə edib.
“Əfsuslar olsun ki, biz ermənilərlə qonşu bir məkanda yaşamağa məhkumuq. Biz haqq işimizdə zəfər çalmış qalib xalqıq və regionda sülh tərəfdaşıyıq və həmçinin Azərbaycan imzalanan üçtərəfli müqavilənin bütün şərtlərini hər müstəvidə öz üzərinə düşən öhdəliyi layiqincə yerinə yetirir. Ancaq bu gün Ermənistan müqavilənin qaydalarını pozmaqda atəşkəsi pozmaqda təxribatlar törətməkdədir. Bütün bunlar onları dəstəkləyən qüvvələrin onlara verdiyi vədlərə arxayın olaraq axır vaxtlar işğaldan azad olunmuş torpaqlarımıza atəş yağdıraraq bizi müharibəyə təhrik etmədən və dünyada özlərini yazıq, məzlum xalq kimi təqdim etməkdən ibarətdir. Bu əməlləri ilə onlar onsuz da iqtisadiyyatı zəif olan dövlətlərini çətinlik, səfalət içində yaşayan xalqlarını uçuruma aparırlar. Ancaq onlar anlamalıdırlar Azərbaycan 30 il bundan qabaqkı Azərbaycan deyil. Bizim dinamik gücə malik müzəffər şanlı ordumuz, müasir hərbi texnikamız, 30 il vətən həsrəti ilə yaşamış mərd dəyanətli xalqımız və Azərbaycanın hərb tarixinə öz adını əbədi olaraq qızıl hərflərlə həkk etmiş dəmiryumruqlu Ali Baş Komandanımız, Milli liderimiz, prezidentimiz var. Və bizim işimiz haqq işidir. Hər bir azərbaycanlının yaşadığı ölkədən asılı olmayaraq ümdə vəzifəsi vətənimiz Azərbaycanın, doğma Qarabağımızın dünyada tanıdılması yolunda təşviqi ərazi bütövlüyümüzün qorunması üçün birlik nümayiş etdirməkdir. Bu qələbədə biz birliyimizi, gücümüzü təsdiq etdik” deyə Bəyimxanım Verdiyeva deyib.
O daha sonra atasının Şuşada dağıdılan evindən də danışıb. “Atam İsfəndiyar Ağa Aslan Ağa oğlu Cavanşir 1901- ci il avqust ayının 20-də Şuşa şəhərində, Qarabağ xanlığının təməlini qoymuş Pənahəli xanın kötücəsidir. Şuşa ətrafında babam Aslan ağanın 3 kəndi olub. Korocağ, Xoca və Ballıca. Şuşanın da mərkəzində Çuxur məhlə deyilən yerdə 3 böyük mülkü olub. Sovet dönəmində hamısı əlindən alınıb. 1960-cı ildə atam dahi bəstəkarımız Üzeyir Hacıbəyovun ev muzeyinin yanında, qardaşı Zülfüqar Hacıbəyovun evini satın aldı. 2 mərtəbəli mülk, böyük həyət idi. Üzeyir bəyin evi ilə bitişik idi. Çox gözəl mənzərəsi var idi, balkona çıxırdın, bütün gözəl yerlər görünürdü. Həyətimizdə buz kimi bulaq axırdı, qədim ağaclar var idi. Üzeyir bəyin ev muzeyinə kim gəlirdisə, biləndə ki, burada dahi sənətkar Xan Şuşinski var, hamı can atırdı ki, şəkil çəkdirsin, avtoqraf alsın. O da buxara papağını qoyurdu başına, orden medalları taxırdı döşünə, gələnlərin hamısı ilə görüşüb, avtoqraf verirdi. 1979-cu ilə qədər biz o evə getdik, bu tarixdə atam dünyasını dəyişdi. Sonra anam ağır xəstələnib dünyasını dəyişdi. Mən də ailə həyatı qurmuşdum, Gəncədə yaşayırdım. Gedib-gələ bilmirdim. Daha sonra müharibə düşdü, gedə bilmədik. Xarıbülbül festivalına gedəndə öz həyətimizi də gördüm. Evdən əsər-əlamət də qalmamışdı. Hazırda Şuşada böyük sürətlə bərpa işləri gedir, tarixi şəxsiyyətlərin ev muzeyləri, evləri qeydiyyata alınıb, bərpa olunur. Təbii ki, istərəm atamın Şuşadakı evi də bərpa olunsun, bu mənim ən böyük arzumdur. Cənab prezidentimiz tərəfindən Şuşa şəhəri Azərbaycanın Mədəniyyət paytaxtı elan olundu. Şuşa şəhəri qoruq şəhəri olaraq orada bir zamanlar yaşamış dahilərin evləri, bir sıra tarixi abidələrimiz bərpa olunacaq. Ümidvarıq ki, muğam dünyasının xanı Xan Şuşinskinin də yaşadığı ev dövlətimiz tərəfindən bərpaya ehtiyacı olan tarixi evlər siyahısında olacaq. Bu il avqustun 20-də atamın 120 yaşı tamam olur, həm yubiley ilidir, həm də Qarabağ düşmən tapdağından azad olunduğu ildir. Mənə elə gəlir ki, Xan Şuşinskinin də evi bərpa olunacaq, onun yubiley ilinə görə orada ya heykəli, ya da büstü qoyulacaq. Bu mənim fikrimdir, belə düşünürəm. Çünki Xan Şuşinski sənəti, şəxsiyyəti hər zaman dövlətimiz tərəfindən yüksək qiymətləndirilib” deyə Xan Şuşinskinin qızı bildirib.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• “COP29-un Azərbaycana qazandıracağı perspektivlər geniş sahələri əhatə edir” - RƏY
Bu gün, 13:03 |
|
|
|
• Fitat Məmmədovanın nəvəsi faciəvi şəkildə öldü
Bu gün, 13:01 |
|
|
|
• Özəl klinikalar bu məsələdə dövlətə dəstək versələr... - AÇIQLAMA
Bu gün, 12:56 |
|
|
|
• Zoologiya institutu ilə Agentlik arasında məhkəmə çəkişməsi
Bu gün, 12:52 |
|
|
|
• Rəşad Dağlı həbs olunmadan bir neçə gün öncə... - FOTO
Bu gün, 12:49 |
|
|
|
• Azərbaycanda bu məşhurlara qarşı polis əməliyyat keçirə bilər — Adları qanunsuz mərc və şans oyunlarında hallanır...
Bu gün, 12:47 |
|
|
|
• “Dedim ki, Rəmiş, Ağdam alındı, gözündən yaş axıtdı... dedi ki, inanmıram...”
Bu gün, 12:37 |
|
|
|
• `Baku Electronics ` QARA CÜMƏYƏ QARA FİKİRLƏRLƏ GEDİR... - ETİRAZ VAR...
Bu gün, 12:26 |
|
|
|
• "Uşaqları meydançalarda vaxt keçirməyə təşviq etməliyik" - ÇAĞIRIŞ
Bu gün, 12:20 |
|
|
|
• "Partiyaların sayı çoxaldıqca vəsaitlərin bölüşdürülməsində problem yaşanır" - deputat
Bu gün, 12:15 |
|
|
|
• Paşinyan xaç oğlunu nazir təyin edir
Bu gün, 12:13 |
|
|
|
• Mirzoyanın yalanı üzə çıxdı - Bakı üçün gələn qonağı...
Bu gün, 12:10 |
|
|
|
• Mülayim cənub-qərb küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:08 |
|
|
|
• Hərbi institutda elmi-praktik konfrans keçirilib
Bu gün, 12:06 |
|
|
|
• Kərə yağı niyə yenidən bahalaşmağa başlayıb - SİYAHI
Bu gün, 12:03 |
|
|
|
• Kənd təsərrüfatı texnikaları satan şirkət iki yerə bölündü
Bu gün, 12:00 |
|
|
|
• Keçmiş direktorun cinayət əməllərinin detalları - Saxtakarlıq, rüşvət və dələduzluq
Bu gün, 11:48 |
|
|
|
• Sahibkarın ölkədən çıxışına "stop" qoyulur - DETALLAR
Bu gün, 11:44 |
|
|
|
• Böyük şəbəkələr necə "pambıqla baş kəsir"? - DÖVLƏT SUBSİDİYA VERİR, SAHİBKAR BADAM BAĞINI LƏĞV EDİR
Bu gün, 11:40 |
|
|
|
• Bakı və İrəvan razılaşdı: Paşinyan son tələbi qəbul etdi - “Hraparak”
Bu gün, 11:24 |
|
|
|
• Əsrin duelindən kim qalib çıxacaq? - İNCƏLƏMƏ
Bu gün, 11:15 |
|
|
|
• Vətən müharibəsi iştirakçısı hakim təyin olunub
Bu gün, 11:09 |
|
|
|
• Azərbaycan-Pakistan hərbi əlaqələrinin yeni perspektivləri müzakirə edilib
Bu gün, 11:07 |
|
|
|
• Amerikalı konqresmen Bakıdan buna görə qaçıbmış - TƏFƏRRÜAT
Bu gün, 11:04 |
|
|
|
• "Məndən soruşursan ki, bu, Makrona niyə lazımdır?"
Bu gün, 11:00 |
|
|
|
• Deputat "Vətəndaş A" serialından danışdı - "Bu, çox müsbət haldır və dəyərləndirilməlidir..."
Bu gün, 10:50 |
|
|
|
• “Hovers Group” MMC Naxçıvandan 12 milyonluq tender uddu – Şirkətin arxası kimlərə bağlıdır?
Bu gün, 10:43 |
|
|
|
• COP29-da danışıqlar heç də asan keçməyib - Almaniya XİN rəhbəri
Bu gün, 10:40 |
|
|
|
• Təcili tədbirlər görülməzsə, turizm sektorunda da emissiyalar arta bilər - Fuad Nağıyev
Bu gün, 10:39 |
|
|
|
• "110 manat ödənişə məcbur etmək fiber-optik soyğunçuluq deyilmi?" - NARAZILIQ VAR...
Bu gün, 10:23 |
|
|
|
• İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin zərəri artıb - BÜDCƏYƏ YÜKƏ ÇEVRİLİR...
Bu gün, 10:19 |
|
|
|
• Minimum əmək haqqı təyin edilərkən bunlar mütləq nəzərə alınmalıdr... - ÇAĞIRIŞ
Bu gün, 10:13 |
|
|
|
• Ermənistanda referendumun keçirilməsi zəruridir - GƏLİŞMƏ
Bu gün, 10:01 |
|
|
|
• Enerji Məsələlərini Tənzimləmə Agentliyi sığortaçı seçib
Bu gün, 09:58 |
|
|
|
• "İsa Həbibbəylini, təəssüf ki, ölkənin nə elmi, nə də alimi maraqlandırır" - FAKT BUDUR!
Bu gün, 09:54 |
|
|
|
• Ermənistanıda daxili işlər naziri Sarkisyan olacaq - FOTO
Bu gün, 09:44 |
|
|
|
• Rusiya azərbaycanlı iş adamının oğlunun qəzasından danışır - VİDEO
Bu gün, 09:37 |
|
|
|
• “Biz bir simfonik əsəri sata bilmirik, o bir mahnı ilə...” - xalq artistindən ETİRAZ
Bu gün, 09:34 |
|
|
|
• Paşinyan seçim qarşısında: Bakının təkliflərinə cavab... - NƏ BAŞ VERİR?
Bu gün, 09:27 |
|
|
|
• Azərbaycan səfiri Fransa XİN-ə çağırıldı
Bu gün, 09:24 |
|
|
|
• Amilinin ZƏHƏRLİ AMALI... - REAKSİYALAR
Bu gün, 09:21 |
|
|
|
• "Aqroservis" ASC səhmdarlarının toplantısı keçiriləcək
Bu gün, 09:19 |
|
|
|
• Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə sədr müavini təyin edilib - ƏMR
Bu gün, 09:18 |
|
|
|
• ADAU-da təhsilin evini yıxanlar KİMDİR? - İTTİHAM VAR...
Bu gün, 09:16 |
|
|
|
• "Məşədi Dadaş"ın imamına sui-qəsd etmək istəyən şəxs özünü 12-ci imam adlandırıb – MƏHKƏMƏ
Bu gün, 09:04 |
|
|
|
• Azərbaycana qarşı qlobal qara piarın pərdəarxası - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 08:58 |
|
|
|
• Seul Şimali Koreya əsgərlərinin Rusiya tərəfdə döyüşə girdiyini açıqlayıb
Bu gün, 08:47 |
|
|
|
• Nikol niyə nazirləri işdən çıxarıb, Vatikana uçdu? – Sensasiya
Bu gün, 08:42 |
|
|
|
• ABŞ təkcə senatorlarını yox, itlərini də üstümüzə hürdürür… - Kiçik qrantların küçük sevdalıları…
Bu gün, 08:37 |
|
|
|
• “Rabitəbank”ın səhmdarları toplanır
Bu gün, 08:26 |
|
|
|
|