“Təklif edirəm ki, Bakının Müdafiə Komitəsini yaradaq, şəhəri fahişəxanaya çeviriblər...” - Şeyx Əbdül
Tarix: 13-08-2021, 11:58 | Çap et
“Əvvəl bu fahişəxanaların qabağına motel, sonra otel və indi də hostel yazıblar. Nə edirlər etsinlər, mahiyyət isə bəllidir. Bunlar Bakı kimi şəhərdə fəaliyyət göstərdi və heç kim bunu görmədi?! Çox maraqlıdır. Üç-dörd küçə bəzəyib düzəldiblər və ancaq onu göstərirlər” Bunu Moderator.az-a açıqlamasında Xalq artisti Şeyx Əbdül Mahmudbəyov deyib. Xalq artisti bəzi məmurların əxlaqımızı pozmaq üçün iş apardığını bildirib: “Rahib Qəribin verilişinə baxıram və məlum olur ki, Bakı şəhərində onlarla tarixi binalar dağıdılıb, məhv edilib və yerində də əndrabadi göydələnlər tikilib. Bunu edənlər cəzasını almayanda vəziyyət bu yerə çatır. Dünyanın başqa yerlərində bu cür tarixi binaları qoruyurlar. Bu tarixi binaların içində üç dənə, Qırmızı kitaba düşən binanı söküb, dağıdıblar. Bütün bunları edənlər bəllidir və niyə bu adamlar haqqında bir ölçü götürmürlər? Proses hələ də davam edir. Dar bir küçəni sökürlər yerində elə nəhəng bina tikirlər ki, nəfəs almaq olmur. Binanın zirzəmisini isə fahişəxanalara çevirirlər”. Şeyx Əbdül bütün bu məsələlərə qarşı mübarizə aparmaq üçün Bakı şəhərinin Müdafiə Komitəsini yaratmağı təklif edib: “Mən bütün Bakı şəhər sakinlərinə, ziyalılarımıza müraciət edirəm ki, gəlin biz Bakı şəhərinin Müdafiə Komitəsini yaradaq. Özü də ki, bunu ictimai əsaslarla yaradaq və bunun dövlətə də heç bir ziyanı yoxdur. Sadəcə olaraq ana paytaxtımızı gəlir mənbəyinə çevirib, boğub, məhv edən bu cinayətkar qrupu ifşa edək. Bakı ölü şəhərə çevrilib. Bakı Şəhər İcra Hakimiyyəti deyən bir qurum var və bunun bünövrəsini qoyan, dövlətə xəyanət edən Hacıbala Abutalıbov kimi yaltaq, məddah bir adam evində oturub və xaraba qoyduğu yerlərə çıxmaq olmur. Bəs bu şəhərin rayon İcra Hakimiyyətləri hara baxır?! Mənim evimi sökəndə tikdikləri Qış parkında heç oturmaq olmur. Hacıbala hər yerə Qış parkı adı yazdırıb. Amma iclasda Prezident soruşdu ki, bu nə addır? Hacıbala dedi ki, Cənab Prezident, bundan xəbərim yoxdur. Bu adamlar yalançı, məddahdırlar, onlar millətə yox, kresloya xidmət edirlər. Bunlar nəfislərinə quldurlar”. Onun sözlərinə görə bunu qəsdən edirlər və məqsəd isə xalqın mənəviyyatını korlamaqdır: “Beşinci kolon deyilən bir xəyanətkar qrup, erməninin əlaltıları 44 günlük Vətən savaşında məğlub olduqları üçün ağıllı sürətdə siyasətlərini dəyişib əxlaqımızı korlayırlar. Bu xalqı məhv etmək üçün məqsəd onun əxlaqını, mənəviyyatını, milli ruhun, vətənpərvərlik eşqin məhv etməkdir. Onun da bu gün gözəgörünən tərəfi Bakı şəhərindədir və bunu da qəsdən edirlər. Bu işlə məşğul olan şəxslər ciddi şəkildə cəzalandırılıb ifşa olunmalıdır. Şəhərin bütün o tarixi yerlərinin hamısı fahişəxanadır. Heç kəs maraqlanmır ki, şəhərin küçələrindəki reklam lövhələri hansı dildə yazılıb. Ona görə də bir daha Azərbaycan xalqına və əsas da Bakı sakinlərinə müraciət edirəm. Artıq bu adamlardan heç nə gözləmək olmaz, gəlin ictimai əsaslarla elm adamlarından ibarət Bakı şəhərinin Müdafiə Komitəsini yaradaq. Birbaşa dövlətə xidmət etmək məqsədilə ciddi sürətdə işə başlamaq lazımdır. Bizə ən böyük ziyanı səhiyyə, əxlaq və dərman sahəsində vururlar. Əxlaq və fiziki sağlamlığımız planlı şəkildə məhv olunur. Narkomaniya, əxlaqsızlıq, mənəviyyatsızlıq baş alıb gedir. Bəs görə Bakı şəhər icra hakimiyyətinin başçısı hörmətli Eldar müəllim nə işlə məşğuldur. O gün Eldar müəllimin qəbuluna getmişdim, amma qapıda duran polis məni içəri buraxmadı”. Şeyx Əbdül bir neçə gündür müzakirələrə səbəb olan Vahabzadə və Jirnovski mübahisəsinə də münasibət bildirib: “Bütün Rusiya mətbuatı planlı sürətdə tökülüb İsfəndiyar Vahabzadənin üstünə. Bəs sən mənə qoyun deyəndə olar, mən sənə donuz deyəndə olmaz? Niyə Azərbaycan ziyalıları buna münasibət bildirmir, Vahabzadə nə deyib ki? Solovyov erməni agentidir, ermənilərin puluyla onlara xidmət edir. Amma başa düşmür ki, ermənilər onlara xidmət edən adamların hamısını bu günə kimi satıblar”.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Bakı və İrəvan razılaşdı: Paşinyan son tələbi qəbul etdi - “Hraparak”
Bu gün, 11:24 |
|
|
|
• Əsrin duelindən kim qalib çıxacaq? - İNCƏLƏMƏ
Bu gün, 11:15 |
|
|
|
• Vətən müharibəsi iştirakçısı hakim təyin olunub
Bu gün, 11:09 |
|
|
|
• Azərbaycan-Pakistan hərbi əlaqələrinin yeni perspektivləri müzakirə edilib
Bu gün, 11:07 |
|
|
|
• Amerikalı konqresmen Bakıdan buna görə qaçıbmış - TƏFƏRRÜAT
Bu gün, 11:04 |
|
|
|
• "Məndən soruşursan ki, bu, Makrona niyə lazımdır?"
Bu gün, 11:00 |
|
|
|
• Deputat "Vətəndaş A" serialından danışdı - "Bu, çox müsbət haldır və dəyərləndirilməlidir..."
Bu gün, 10:50 |
|
|
|
• “Hovers Group” MMC Naxçıvandan 12 milyonluq tender uddu – Şirkətin arxası kimlərə bağlıdır?
Bu gün, 10:43 |
|
|
|
• COP29-da danışıqlar heç də asan keçməyib - Almaniya XİN rəhbəri
Bu gün, 10:40 |
|
|
|
• Təcili tədbirlər görülməzsə, turizm sektorunda da emissiyalar arta bilər - Fuad Nağıyev
Bu gün, 10:39 |
|
|
|
• "110 manat ödənişə məcbur etmək fiber-optik soyğunçuluq deyilmi?" - NARAZILIQ VAR...
Bu gün, 10:23 |
|
|
|
• İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin zərəri artıb - BÜDCƏYƏ YÜKƏ ÇEVRİLİR...
Bu gün, 10:19 |
|
|
|
• Minimum əmək haqqı təyin edilərkən bunlar mütləq nəzərə alınmalıdr... - ÇAĞIRIŞ
Bu gün, 10:13 |
|
|
|
• Ermənistanda referendumun keçirilməsi zəruridir - GƏLİŞMƏ
Bu gün, 10:01 |
|
|
|
• Enerji Məsələlərini Tənzimləmə Agentliyi sığortaçı seçib
Bu gün, 09:58 |
|
|
|
• "İsa Həbibbəylini, təəssüf ki, ölkənin nə elmi, nə də alimi maraqlandırır" - FAKT BUDUR!
Bu gün, 09:54 |
|
|
|
• Ermənistanıda daxili işlər naziri Sarkisyan olacaq - FOTO
Bu gün, 09:44 |
|
|
|
• Rusiya azərbaycanlı iş adamının oğlunun qəzasından danışır - VİDEO
Bu gün, 09:37 |
|
|
|
• “Biz bir simfonik əsəri sata bilmirik, o bir mahnı ilə...” - xalq artistindən ETİRAZ
Bu gün, 09:34 |
|
|
|
• Paşinyan seçim qarşısında: Bakının təkliflərinə cavab... - NƏ BAŞ VERİR?
Bu gün, 09:27 |
|
|
|
• Azərbaycan səfiri Fransa XİN-ə çağırıldı
Bu gün, 09:24 |
|
|
|
• Amilinin ZƏHƏRLİ AMALI... - REAKSİYALAR
Bu gün, 09:21 |
|
|
|
• "Aqroservis" ASC səhmdarlarının toplantısı keçiriləcək
Bu gün, 09:19 |
|
|
|
• Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə sədr müavini təyin edilib - ƏMR
Bu gün, 09:18 |
|
|
|
• ADAU-da təhsilin evini yıxanlar KİMDİR? - İTTİHAM VAR...
Bu gün, 09:16 |
|
|
|
• "Məşədi Dadaş"ın imamına sui-qəsd etmək istəyən şəxs özünü 12-ci imam adlandırıb – MƏHKƏMƏ
Bu gün, 09:04 |
|
|
|
• Azərbaycana qarşı qlobal qara piarın pərdəarxası - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 08:58 |
|
|
|
• Seul Şimali Koreya əsgərlərinin Rusiya tərəfdə döyüşə girdiyini açıqlayıb
Bu gün, 08:47 |
|
|
|
• Nikol niyə nazirləri işdən çıxarıb, Vatikana uçdu? – Sensasiya
Bu gün, 08:42 |
|
|
|
• ABŞ təkcə senatorlarını yox, itlərini də üstümüzə hürdürür… - Kiçik qrantların küçük sevdalıları…
Bu gün, 08:37 |
|
|
|
• “Rabitəbank”ın səhmdarları toplanır
Bu gün, 08:26 |
|
|
|
• ADNSU rektorundan şikayət etməyin xeyri yoxdur... - Çünki şikayətlərə də özü cavab verir...
Bu gün, 08:24 |
|
|
|
• Ceyhun Cəlilov camaatın pulunu qaytaracaq? - İLGİNC...
Bu gün, 08:17 |
|
|
|
• Nazir Vaşinqtonda, müavini Ankaradadır - NƏ BAŞ VERİR?
Bu gün, 08:12 |
|
|
|
• Moskva və Vaşinqton arasındakı qaynar xətt istifadə olunmur - Peskov
Bu gün, 07:28 |
|
|
|
• Azərbaycanda cəmi 9 min əcnəbi tələbə var - ŞƏRH
Bu gün, 07:14 |
|
|
|
• 4 ildir ki haqqı tapdanan Qazimiz .. - GİLEY
Bu gün, 07:10 |
|
|
|
• Bankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? - AKTUAL
Bu gün, 06:56 |
|
|
|
• Qarakənd faciəsindən 33 il ötür - UNUTMARIQ!
Bu gün, 06:43 |
|
|
|
• Sabunçuda kim nə gəldi edir? - FOTOFAKT
Bu gün, 06:39 |
|
|
|
• Yaşlı qadını aldadaraq, evini bankda girov qoydular... - BU NƏDİ BELƏ?
Bu gün, 06:32 |
|
|
|
• “Bu gün deyə bilərik ki, məqsədimizə nail olduq” - deputat
Bu gün, 06:23 |
|
|
|
• "Bəzi məmurlar dövlət və xalq arasındakı güvəni məhv edir" - FAKT BUDUR!
Bu gün, 06:20 |
|
|
|
• "Mən xəngəl, piti yemirəm... - ...Xaşı heç dilimə vurmaram"
Bu gün, 06:15 |
|
|
|
• Dörd ölkənin generalı Bakıda görüşür? – Azərbaycan müharibənin dayanması üçün…
Bu gün, 06:10 |
|
|
|
• Baş nazir avtoritar hakimiyyət qurmağı sınaqdan keçirir, yoxsa... - Paşinyan nəyə hazırlaşır?
Bu gün, 06:06 |
|
|
|
• Putin qorxusundan Rio-de-Janeyroya getmədi, Cinpin xəbərdarlıq etdi, Bayden isə...
Bu gün, 06:03 |
|
|
|
• “NATO ölkələri hərbi xərclərini 340 milyard dollar artıra bilər” - "Bloomberg"
Bu gün, 06:00 |
|
|
|
• “Azərişıq” 1,5 milyon manatlıq tenderinin - QALİBİNİ AÇIQLADI
Bu gün, 00:05 |
|
|
|
• Bu şirkət Qubadlıda 117,3 hektar ərazini suvaracaq, 1 milyona yaxın - PUL QAZANACAQ
Bu gün, 00:02 |
|
|
|
|