"Bütün xalqımız, əhalimiz həsrətlə o günü gözləyir"
Tarix: 19-08-2021, 08:34 | Çap et
44 günlük Vətən müharibəsində qələbə qazandıqdan sonra Qarabağa qayıdışı tez bir zamanda reallaşdırmaq dövlətin başlıca prioritetidir. Bu məqsədlə Prezident İlham Əliyev tərəfindən mühüm sərəncamlar imzalanıb. Qarabağa qayıdış üçün bir sıra vacib layihələrə imza atılıb. Hazırda öz ata-baba yurdlarından uzaq düşmüş minlərlə həmvətənimiz dövlət başçısının qayıdışla bağlı əmrini gözləyir. Vətən həsrəti çəkənlər arasında işğaldan azad edilmiş rayonların cəmiyyətdə tanınan sakinləri də var. Bəs görəsən, onların torpaqlara qayıdış başlayanda ata-baba ocaqları, yurdları, evləri ilə bağlı nə kimi planları var?
Bizimlə söhbətdə Azərbaycanın səfalı yerlərindən birindən - Zəngilandan olan BDU-nun professoru, əməkdar jurnalist Qulu Məhərrəmli qayıdışla bağlı arzularından, planlarından danışıb: “İstər tanınan, istərsə də tanınmayan adam olsun, hər kəsin öz ata-baba yurduna, işğaldan azad olunmuş torpaqlarla bağlı müəyyən bir planları var. Qohumlarımız arasında da köçkünlər var, mənim iki qardaşım da məcburi köçkündür, onlar da gələcək üçün öz planlarını qururlar. Hətta məndən məsləhətlər istəyirlər. Fikrimcə, indi insanlar işğaldan əvvəlkindən daha işgüzar düşüncənin sahibidirlər. Məsələn, bizim dünyagörüşümüz, baxışımız, hazırda gedən proseslər, qaçqınlıq həyatının yaşanması insanlarda tamamilə başqa düşüncə və sözün yaxşı mənasında xeyli faydalı vərdişlər yaradıb. Əlbəttə, bizim problemlərimiz var.
Mən hesab edirəm ki, torpaqlarımızda yaxşı təsərrüfat qurmaq olar. Bununla belə, insanlar artıq mədəniyyət, informasiya kommunikasiya ilə bağlı işlərin görülməsində də maraqlıdırlar. Ona görə də əhalinin planları təkcə ferma saxlamaq, balıq təsərrüfatı yaratmaqla bağlı deyil, həm də mədəniyyətlə bağlıdır. Məsələn, mən düşünürəm ki, bizim gedəcəyimiz kənddə yaxşı bir internet mərkəzi yaratmaq, insanları maarifləndirmək, xüsusən uşaqlarla, təhsillə bağlı müəyyən planları reallaşdırmaq olar. Beynimizdə həm iqtisadiyyatla bağlı, həm də maarifçiliklə bağlı ideyalar var. Məsələn, bir təhsil-tədris, internet mərkəzi yaratmaq olar. Orada gələcəyin qurucularını, gələcək azərbaycanlıları, milləti irəli apara biləcək uşaqları öyrətmək kimi missiyanı həyata keçirmək olar”.
Əfsanəvi Qarabağ döyüşçüsü Hacı Əkbər Rüstəmov öz doğma yurdu Ağdama qayıtmaq istəyindən ürəkdolusu danışıb: “Torpaqlar geri alınandan sonra üç dəfə ata ocağında olmuşam. Fevralın 8-i, 25-i və mayın 14-də getdim. Bu dəqiqə imkan olsa, gedib çadır qurub orada qalaram. İmkanım daxilində o küçələri də süpürərəm. Mənim, ailəmin həyatı ora ilə bağlıdır. Ona görə də imkan versələr, gedib çadır qurub o düzdə qalaram. Elə bilərəm ki, ”Turş su"yun yaylağındayam. Əvvəllər üç ay gedib, may ayından avqustun axırına qədər orada, alaçıqda qalırdıq. Üç aydan sonra qayıdırdıq Ağdama. İndi mən də fikirləşirəm ki, buradan Ağdama gedib alaçıq qurub qalaram. Ac olaram, tox olaram, heç kimə də giley-güzar etmərəm".
Ağdamın daha bir tanınmış siması, xalq artisti Mənsum İbrahimov da bizimlə söhbətdə gələcək planlardan danışdı: “Bizim kəndimiz işğal altında deyildi. Yəni ata evim yerindədir, ora gedib gəlirik. Ümumiyyətlə, bir mədəniyyət xadimi kimi mədəniyyətlə bağlı bütün layihələrdə çox böyük həvəslə iştirak edəcəyəm, arzularım da var. Muğam müsabiqələrində, festivallarında iştirak edəcəyik. Ətrafımda olan qohumlarım, doğmalarım hamısı o günü gözləyirlər. Bu yaxınlarda ”Yolumuz Ağdama“ adlı tur təşkil olunacaq, yaşlı, xəstə insanlar var ki, ən azı o torpaqları görəcəklər. Düşünürəm ki, bütün xalqımız, əhalimiz həsrətlə o günü gözləyir”.
Füzulidən olan Musavat.com saytının baş redaktoru Xalid Kazımlı isə bildirib ki, qayıdışla bağlı planları dövlətin həyata keçirəcəyi qərarlardan asılı olacaq: “Məcburi köçkünlərə ev veriləcəkmi-verilməyəcəkmi, ”Ağıllı kənd" layihəsi olacaqmı-olmayacaqmı, hələ ki bunlar bilinmir. Bütün bu suallara aydın cavablar yoxdur. Məchul bir durum olduğu üçün bir plan qurmaq da mümkün deyil. Rayonumuz işğaldan azad olunandan bəri bu kimi suala 5-6 dəfə cavab vermişəm. Bir müəyyənlik olsaydı, yaxşı olardı".
Yenisabah.az saytının baş redaktoru Seymur Verdizadə dünyaya göz açdığı Cəbrayıl rayonunun illərdi ki, xiffətini çəkdiyini deyir: “Cəbrayılda ikimərtəbəli evimiz, geniş həyətimiz vardı. Həyətimizdə 100-dən artıq meyvə ağacı əkmişdik. Hamısı bar verirdi. Dadı hələ də damağımdan getməyib. Ən böyük arzum Cəbrayıla qayıdıb meyvə bağı salmaqdır. Mənə bir neçə ay əvvəl doğma kəndimizə getmək qismət oldu. Həmin gecə atam yuxuma girmişdi. Yuxuda mənə deyirdi ki, gilas ağacının dibinə su tökərsən. Həyətimizdə ağ gilas ağacı vardı, o qədər bar verirdi ki, ağac başını yerə qoyurdu. Mən çoxdan xarabazara çevrilmiş evimizə getsəm də, həmin ağacı tapa bilmədim. Ermənilər bütün ağacları dibindən çıxarmışdılar. Allah qismət eləsin, doğma Soltanlı kəndinə gedəndə çoxlu gilas ağacları əkəcəm. Ağ gilas... Başqa planlarım da var. İnşallah, qayıdaq, onları da reallaşdırmağa çalışacam”. “Yeni Müsavat”
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• "110 manat ödənişə məcbur etmək fiber-optik soyğunçuluq deyilmi?" - NARAZILIQ VAR...
Bu gün, 10:23 |
|
|
|
• İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin zərəri artıb - BÜDCƏYƏ YÜKƏ ÇEVRİLİR...
Bu gün, 10:19 |
|
|
|
• Minimum əmək haqqı təyin edilərkən bunlar mütləq nəzərə alınmalıdr... - ÇAĞIRIŞ
Bu gün, 10:13 |
|
|
|
• Ermənistanda referendumun keçirilməsi zəruridir - GƏLİŞMƏ
Bu gün, 10:01 |
|
|
|
• Enerji Məsələlərini Tənzimləmə Agentliyi sığortaçı seçib
Bu gün, 09:58 |
|
|
|
• "İsa Həbibbəylini, təəssüf ki, ölkənin nə elmi, nə də alimi maraqlandırır" - FAKT BUDUR!
Bu gün, 09:54 |
|
|
|
• Ermənistanıda daxili işlər naziri Sarkisyan olacaq - FOTO
Bu gün, 09:44 |
|
|
|
• Rusiya azərbaycanlı iş adamının oğlunun qəzasından danışır - VİDEO
Bu gün, 09:37 |
|
|
|
• “Biz bir simfonik əsəri sata bilmirik, o bir mahnı ilə...” - xalq artistindən ETİRAZ
Bu gün, 09:34 |
|
|
|
• Paşinyan seçim qarşısında: Bakının təkliflərinə cavab... - NƏ BAŞ VERİR?
Bu gün, 09:27 |
|
|
|
• Azərbaycan səfiri Fransa XİN-ə çağırıldı
Bu gün, 09:24 |
|
|
|
• Amilinin ZƏHƏRLİ AMALI... - REAKSİYALAR
Bu gün, 09:21 |
|
|
|
• "Aqroservis" ASC səhmdarlarının toplantısı keçiriləcək
Bu gün, 09:19 |
|
|
|
• Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə sədr müavini təyin edilib - ƏMR
Bu gün, 09:18 |
|
|
|
• ADAU-da təhsilin evini yıxanlar KİMDİR? - İTTİHAM VAR...
Bu gün, 09:16 |
|
|
|
• "Məşədi Dadaş"ın imamına sui-qəsd etmək istəyən şəxs özünü 12-ci imam adlandırıb – MƏHKƏMƏ
Bu gün, 09:04 |
|
|
|
• Azərbaycana qarşı qlobal qara piarın pərdəarxası - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 08:58 |
|
|
|
• Seul Şimali Koreya əsgərlərinin Rusiya tərəfdə döyüşə girdiyini açıqlayıb
Bu gün, 08:47 |
|
|
|
• Nikol niyə nazirləri işdən çıxarıb, Vatikana uçdu? – Sensasiya
Bu gün, 08:42 |
|
|
|
• ABŞ təkcə senatorlarını yox, itlərini də üstümüzə hürdürür… - Kiçik qrantların küçük sevdalıları…
Bu gün, 08:37 |
|
|
|
• “Rabitəbank”ın səhmdarları toplanır
Bu gün, 08:26 |
|
|
|
• ADNSU rektorundan şikayət etməyin xeyri yoxdur... - Çünki şikayətlərə də özü cavab verir...
Bu gün, 08:24 |
|
|
|
• Ceyhun Cəlilov camaatın pulunu qaytaracaq? - İLGİNC...
Bu gün, 08:17 |
|
|
|
• Nazir Vaşinqtonda, müavini Ankaradadır - NƏ BAŞ VERİR?
Bu gün, 08:12 |
|
|
|
• Moskva və Vaşinqton arasındakı qaynar xətt istifadə olunmur - Peskov
Bu gün, 07:28 |
|
|
|
• Azərbaycanda cəmi 9 min əcnəbi tələbə var - ŞƏRH
Bu gün, 07:14 |
|
|
|
• 4 ildir ki haqqı tapdanan Qazimiz .. - GİLEY
Bu gün, 07:10 |
|
|
|
• Bankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? - AKTUAL
Bu gün, 06:56 |
|
|
|
• Qarakənd faciəsindən 33 il ötür - UNUTMARIQ!
Bu gün, 06:43 |
|
|
|
• Sabunçuda kim nə gəldi edir? - FOTOFAKT
Bu gün, 06:39 |
|
|
|
• Yaşlı qadını aldadaraq, evini bankda girov qoydular... - BU NƏDİ BELƏ?
Bu gün, 06:32 |
|
|
|
• “Bu gün deyə bilərik ki, məqsədimizə nail olduq” - deputat
Bu gün, 06:23 |
|
|
|
• "Bəzi məmurlar dövlət və xalq arasındakı güvəni məhv edir" - FAKT BUDUR!
Bu gün, 06:20 |
|
|
|
• "Mən xəngəl, piti yemirəm... - ...Xaşı heç dilimə vurmaram"
Bu gün, 06:15 |
|
|
|
• Dörd ölkənin generalı Bakıda görüşür? – Azərbaycan müharibənin dayanması üçün…
Bu gün, 06:10 |
|
|
|
• Baş nazir avtoritar hakimiyyət qurmağı sınaqdan keçirir, yoxsa... - Paşinyan nəyə hazırlaşır?
Bu gün, 06:06 |
|
|
|
• Putin qorxusundan Rio-de-Janeyroya getmədi, Cinpin xəbərdarlıq etdi, Bayden isə...
Bu gün, 06:03 |
|
|
|
• “NATO ölkələri hərbi xərclərini 340 milyard dollar artıra bilər” - "Bloomberg"
Bu gün, 06:00 |
|
|
|
• “Azərişıq” 1,5 milyon manatlıq tenderinin - QALİBİNİ AÇIQLADI
Bu gün, 00:05 |
|
|
|
• Bu şirkət Qubadlıda 117,3 hektar ərazini suvaracaq, 1 milyona yaxın - PUL QAZANACAQ
Bu gün, 00:02 |
|
|
|
• Azərbaycana qarşı plan üzə çıxır: - “Sülhə mane olmaq üçün...”
Dünən, 19:00 |
|
|
|
• Rusiya nüvə silahı tətbiq edə bilərmi? - AKTUAL
Dünən, 18:11 |
|
|
|
• Sən Allah, gedin ayıbınıza kor olun...
Dünən, 18:06 |
|
|
|
• “Səhiyyəmizdəki problemləri paylaşdığım üçün səhifəm bağlandı” - AXI NİYƏ?..
Dünən, 18:03 |
|
|
|
• İki nazir Paşinyanın həyat yoldaşının fondundan ayrılıb - KİV
Dünən, 18:00 |
|
|
|
• Bakı Avropa Liseyi direktoru cərimələnir - BUNA GÖRƏ...
Dünən, 17:58 |
|
|
|
• Vitse-Spikerin köməkçisi hakim təyin edildi - FOTO
Dünən, 17:58 |
|
|
|
• Tərtərdə "Azərbaycan Bayrağı" ordenli Elnur Salahovun qardaşının toy mərasimi keçirilib - FOTO
Dünən, 17:55 |
|
|
|
• SDU-da işdən çıxarılan fəlsəfə doktoru məhkəməyə üz tutdu - QALMAQAL
Dünən, 17:52 |
|
|
|
• Qadın ərinin dayısı oğluna şəkillərini göndərdi, gecəyarısı isə… - TƏFƏRRÜAT
Dünən, 17:43 |
|
|
|
|