Ermənistanıda daxili işlər naziri Sarkisyan olacaq .....                     Rusiya azərbaycanlı iş adamının oğlunun qəzasından danışır .....                     “Biz bir simfonik əsəri sata bilmirik, o bir mahnı ilə...” .....                     Paşinyan seçim qarşısında: Bakının təkliflərinə cavab... .....                     Azərbaycan səfiri Fransa XİN-ə çağırıldı .....                     Amilinin ZƏHƏRLİ AMALI... .....                     "Aqroservis" ASC səhmdarlarının toplantısı keçiriləcək .....                     Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə sədr müavini təyin edilib .....                     ADAU-da təhsilin evini yıxanlar KİMDİR? .....                     "Məşədi Dadaş"ın imamına sui-qəsd etmək istəyən şəxs özünü 12-ci imam adlandırıb .....                     Azərbaycana qarşı qlobal qara piarın pərdəarxası .....                     Seul Şimali Koreya əsgərlərinin Rusiya tərəfdə döyüşə girdiyini açıqlayıb .....                     Nikol niyə nazirləri işdən çıxarıb, Vatikana uçdu? .....                     ABŞ təkcə senatorlarını yox, itlərini də üstümüzə hürdürür… .....                     “Rabitəbank”ın səhmdarları toplanır .....                     ADNSU rektorundan şikayət etməyin xeyri yoxdur... .....                     Ceyhun Cəlilov camaatın pulunu qaytaracaq? .....                     Nazir Vaşinqtonda, müavini Ankaradadır .....                     Moskva və Vaşinqton arasındakı qaynar xətt istifadə olunmur .....                     Azərbaycanda cəmi 9 min əcnəbi tələbə var .....                     4 ildir ki haqqı tapdanan Qazimiz .. .....                     Bankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? .....                     Qarakənd faciəsindən 33 il ötür .....                     Sabunçuda kim nə gəldi edir? .....                     Yaşlı qadını aldadaraq, evini bankda girov qoydular... .....                     “Bu gün deyə bilərik ki, məqsədimizə nail olduq” .....                     "Bəzi məmurlar dövlət və xalq arasındakı güvəni məhv edir" .....                     "Mən xəngəl, piti yemirəm... .....                     Dörd ölkənin generalı Bakıda görüşür? .....                     Baş nazir avtoritar hakimiyyət qurmağı sınaqdan keçirir, yoxsa... .....                     Putin qorxusundan Rio-de-Janeyroya getmədi, .....                     “NATO ölkələri hərbi xərclərini 340 milyard dollar artıra bilər” .....                     “Azərişıq” 1,5 milyon manatlıq tenderinin .....                     Bu şirkət Qubadlıda 117,3 hektar ərazini suvaracaq, 1 milyona yaxın .....                     Azərbaycana qarşı plan üzə çıxır: .....                     Rusiya nüvə silahı tətbiq edə bilərmi? .....                     Sən Allah, gedin ayıbınıza kor olun... .....                     “Səhiyyəmizdəki problemləri paylaşdığım üçün səhifəm bağlandı” .....                     İki nazir Paşinyanın həyat yoldaşının fondundan ayrılıb .....                     Bakı Avropa Liseyi direktoru cərimələnir .....                 

“Hər dəfə brifinq olduqda aktyorlar, rejissorlar əlləri ürəklərində teatr mövsümünün açılmasını gözləyirlər”
Tarix: 21-08-2021, 10:56 | Çap et
“Hər dəfə brifinq olduqda aktyorlar, rejissorlar əlləri ürəklərində teatr mövsümünün açılmasını gözləyirlər”
“Kinoteatr və teatrların fəaliyyətinin bərpa olunması ilə bağlı gələcəkdə epidemioloji vəziyyət nəzərə alınmaqla qərar verilə bilər”.

Bu barədə Prezidentin köməkçisi, Prezident Adminstrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf şöbəsinin müdiri Şahmar Mövsümov Operativ Qərargahın keçirdiyi brifinqində deyib. Onun sözlərinə görə, bu sahələrdə uzun müddətdir ki, bağlı qalan sahələrdəndir. Əgər epidemioloji vəziyyət sabitləşərsə, bu sahələrində müəyyən qaydalar çərçivəsində bərpası müzakirə oluna bilər.

Xatırladaq ki, Azərbaycanda 2020-ci ilin mart ayından etibarən həm teatrlar, həm də kinoteatrlar bağlanıb. Müəyyən zamanlarda ən müxtəlif sahələrin fəaliyyətinə icazə verilsə də, hələlik bu sahənin fəaliyyətinin yenidən hansı vaxtda bərpa olunacağı sual altındadır. Qeyd edək ki, adətən hər il sentyabrın 15-dən etibarən teatrlar yeni mövsüm açılış edirdi. Lakin görünəni budur ki, teatrçılar və tamaşaçıları bilinməyən müddətə qədər yenə də teatr üzünə həsrət qalacaq.

Eləcə də kinoteatrların uzun müddət bağlı qalması bu sahədəki işçi heyətlərinin dağılmasına səbəb olub. Bu səbəbdən sənətçilər, kinoçular Türkiyə və digər inkişaf etmiş ölkələrdə olduğu kimi müəyyən qaydalar çərçivəsində teatr və kinoteatrların tezliklə açılmasını israr edir.

“Artıq bir ildən artıqdır teatrlar və kinoteatrlar bağlıdır. Bu, bizə psixoloji cəhətdən çox pis təsir edib”. Bu sözləri Xalq artisti, Gənc Tamaşaçılar Teatrının aktyoru Naibə Allahverdiyeva ölkə.az saytına teatrlarla və kinoteatrlarla bağlı məhdudiyyətlərdən danışarkən deyib. O bildirib ki, digər sahələrdə olduğu kimi bu sahədə də qadağalar aradan qaldırılmalıdır:

“Həqiqətən çox istəyirəm ki, bu sahədə də məhdudiyyətlər aradan götürülsün. Necə ki restoranların, şadlıq evlərinin fəaliyyətinə müəyyən say məhdudiyyəti ilə icazə verilir, o cümlədən də bunu teatrlara da tətbiq etmək olar. Müəyyən məsafə gözləməklə, maska ilə vətəndaşlar gəlib tamaşalara baxa bilərlər”.

N.Allahverdiyeva mədəniyyət və incəsənətin xalqın mənəvi qidası olduğunu söyləyib:

“Mədəniyyətimiz geri qalmamalı, inkişaf etməlidir. Bir şey dayanıbsa, ona yenidən başlamaq çox çətin olur. Görün, nə qədər tamaşalarımız var. Onlar hamısı yenidən qurulmalıdır. Hamısı unudulur. Aktyor da idmançı kimidir, bir ay məşq etməsə hər şeyi, daxili plastikasını unudur. Çox istəyirəm ki, teatrlar açılsın. Bunun həsrətindəyəm. Mən bu sənətsiz yaşaya bilmirəm”.

Mövzu ilə bağlı kinorejissor, prodüser Fehruz Şamıyev “Yeni Müsavat”a danışıb:

“Operativ Qərargahın teatr və kinoteatrlarla da bağlı fikir bildirməsi sevindirici haldır. Çünki buna qədər bu mövzu heç müzakirə edilmirdi. Beləliklə, məsələnin gündəmə gəlməsi yaxşı haldır. Hesab edirəm ki, bu ilin sonuna qədər teatr və kinoteatrların fəaliyyətinin yenidən bərpa olunma ehtimalı var.

Lakin deyə bilərəm ki, Operativ Qərargahın bu sahə ilə bağlı çəkingənliyi bir qədər qınanılasıdır. Çünki bu günə qədər fəaliyyətləri bərpa olunan sahələrə heç də kinoteatr və teatrlardan az insan qəbul etmir. Məsələn, böyük ticarət mərkəzlərini, Moll-ları, mağazaları göstərmək olar. Beləliklə, dünyanın bir çox ölkələrində olduğu kimi, teatr və kinoteatrlarda sosial məsafə, epidemioloji təhlükəsizlik qaydalarını gözləməklə onların fəaliyyətinə icazə vermək olar.

Əslində bu cür qaydalarla teatr və kinoteatrların fəaliyyətinə çoxdan icazə vermək olardı. Ona görə ki, teatr və kinoteatrlar rahat idarə oluna bilən, monitorinq aparıla bilən məkanlardır. Konkret olaraq tamaşaçı oturacaqlarının sayı var. Buna görə də düşünürəm ki, Operativ Qərargah ilin sonuna qədər, hətta ondan daha tez bu sahənin yenidən bərpası üçün qərar qəbul etməlidir.

Deyim ki, kinoteatrlarla bağlı çox bərbad situasiya yaranıb. Bildiyim qədər bir neçə kinoteatrın komanda heyəti dağılıb, işçilərin əksəriyyəti artıq başqa sahəyə gediblər".

Teatrşünas, jurnalist Xəyalə Rəis isə qeyd edib:

“Operativ Qərargaha səslənərək deyirəm ki, bəsdir aktyorların, rejissorların psixoloji durumu ilə oynadığınız. Görünür, bu işin başında duranların mədəniyyətə, incəsənətə böyük nifrəti var. Doğrudanmı düşünürlər ki, teatr bizim cəmiyyətə lazım deyil? Əzizlərim, ”teatr ölüb", “bu sənət yoxdur” deyənlərin çoxu indi həyatda yoxdur, amma bu sənət hələ də yaşayır. Yəni teatr sizdən də, bizdən də çox yaşayacaq. Amma bu dönəmdə teatrlar haqqında verilən bu qərarlar uzun müddət unudulmayacaq.

Hər dəfə brifinq olduqda aktyorlar, rejissorlar əlləri ürəklərində teatr mövsümünün açılmasını gözləyirlər. Bu dəfə də açılmadı, muzeylərin açılmasına icasə verən Qərargahın teatrlarla prinsipi nədir axı? Hər axşam Bakı restoranlarını gəzsəniz, rahat şəkildə oturmağa yer tapa bilməzsiz. Nə sosial məsafə saxlanılır, nə də, maska taxılır. Bəs, bu necə olur?! Axı necə olur 300 min adamı stadiona yığa bilirsiniz, 100 nəfəsi teatra yığa bilmirsiniz? Gözləyirsiniz ki, yaradıcı insanlar da dilə gəlsin? Artıq iki ildir ki, teatrların pərdələri tamaşaçıların üzünə açılmır. İki ildir ki, səhnə üçün yaşayıb - yaradan insanlar hər gün sevərək yollandıqları öz iş yerlərindən, doğma səhnələrindən uzaqdır.

Teatr anlayışı olmayan insanlar düşünür ki, qərar veriləcək və sabahkı gün aktyorlar səhnəyə çıxıb tamaşa oynayacaq. Aktyorlar avtomatlaşdırılmayıb. Adətən mövsüm sonunda istirahət etmək üçün 1 aylıq tətilə yollanan aktyor yeni mövsümdə adaptasiya olmaq üçün 3 həftə məşq edir. 2 ildir ki, onlar səhnəyə çıxmır, səhnə plastikaları, oyun tərzləri korlanıb. Aktyorların, rejissorların olan qalan ümidi yenidən qırıldı. Düzdür, onlar evdə oturaraq maaş alırlar, ancaq unutduğunuz bir şey var - onları yaşadan səhnədir, yaşamağa qoymayan isə sizsiniz, pandemiya deyil".
“Yeni Müsavat”









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Ermənistanıda daxili işlər naziri Sarkisyan olacaq - FOTO
Bu gün, 09:44
Rusiya azərbaycanlı iş adamının oğlunun qəzasından danışır - VİDEO
Bu gün, 09:37
“Biz bir simfonik əsəri sata bilmirik, o bir mahnı ilə...” - xalq artistindən ETİRAZ
Bu gün, 09:34
Paşinyan seçim qarşısında: Bakının təkliflərinə cavab... - NƏ BAŞ VERİR?
Bu gün, 09:27
Azərbaycan səfiri Fransa XİN-ə çağırıldı
Bu gün, 09:24
Amilinin ZƏHƏRLİ AMALI... - REAKSİYALAR
Bu gün, 09:21
"Aqroservis" ASC səhmdarlarının toplantısı keçiriləcək
Bu gün, 09:19
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə sədr müavini təyin edilib - ƏMR
Bu gün, 09:18
ADAU-da təhsilin evini yıxanlar KİMDİR? - İTTİHAM VAR...
Bu gün, 09:16
"Məşədi Dadaş"ın imamına sui-qəsd etmək istəyən şəxs özünü 12-ci imam adlandırıb – MƏHKƏMƏ
Bu gün, 09:04
Azərbaycana qarşı qlobal qara piarın pərdəarxası - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 08:58
Seul Şimali Koreya əsgərlərinin Rusiya tərəfdə döyüşə girdiyini açıqlayıb
Bu gün, 08:47
Nikol niyə nazirləri işdən çıxarıb, Vatikana uçdu? – Sensasiya
Bu gün, 08:42
ABŞ təkcə senatorlarını yox, itlərini də üstümüzə hürdürür… - Kiçik qrantların küçük sevdalıları…
Bu gün, 08:37
“Rabitəbank”ın səhmdarları toplanır
Bu gün, 08:26
ADNSU rektorundan şikayət etməyin xeyri yoxdur... - Çünki şikayətlərə də özü cavab verir...
Bu gün, 08:24
Ceyhun Cəlilov camaatın pulunu qaytaracaq? - İLGİNC...
Bu gün, 08:17
Nazir Vaşinqtonda, müavini Ankaradadır - NƏ BAŞ VERİR?
Bu gün, 08:12
Moskva və Vaşinqton arasındakı qaynar xətt istifadə olunmur - Peskov
Bu gün, 07:28
Azərbaycanda cəmi 9 min əcnəbi tələbə var - ŞƏRH
Bu gün, 07:14
4 ildir ki haqqı tapdanan Qazimiz .. - GİLEY
Bu gün, 07:10
Bankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? - AKTUAL
Bu gün, 06:56
Qarakənd faciəsindən 33 il ötür - UNUTMARIQ!
Bu gün, 06:43
Sabunçuda kim nə gəldi edir? - FOTOFAKT
Bu gün, 06:39
Yaşlı qadını aldadaraq, evini bankda girov qoydular... - BU NƏDİ BELƏ?
Bu gün, 06:32
“Bu gün deyə bilərik ki, məqsədimizə nail olduq” - deputat
Bu gün, 06:23
"Bəzi məmurlar dövlət və xalq arasındakı güvəni məhv edir" - FAKT BUDUR!
Bu gün, 06:20
"Mən xəngəl, piti yemirəm... - ...Xaşı heç dilimə vurmaram"
Bu gün, 06:15
Dörd ölkənin generalı Bakıda görüşür? – Azərbaycan müharibənin dayanması üçün…
Bu gün, 06:10
Baş nazir avtoritar hakimiyyət qurmağı sınaqdan keçirir, yoxsa... - Paşinyan nəyə hazırlaşır?
Bu gün, 06:06
Putin qorxusundan Rio-de-Janeyroya getmədi, Cinpin xəbərdarlıq etdi, Bayden isə...
Bu gün, 06:03
“NATO ölkələri hərbi xərclərini 340 milyard dollar artıra bilər” - "Bloomberg"
Bu gün, 06:00
“Azərişıq” 1,5 milyon manatlıq tenderinin - QALİBİNİ AÇIQLADI
Bu gün, 00:05
Bu şirkət Qubadlıda 117,3 hektar ərazini suvaracaq, 1 milyona yaxın - PUL QAZANACAQ
Bu gün, 00:02
Azərbaycana qarşı plan üzə çıxır: - “Sülhə mane olmaq üçün...”
Dünən, 19:00
Rusiya nüvə silahı tətbiq edə bilərmi? - AKTUAL
Dünən, 18:11
Sən Allah, gedin ayıbınıza kor olun...
Dünən, 18:06
“Səhiyyəmizdəki problemləri paylaşdığım üçün səhifəm bağlandı” - AXI NİYƏ?..
Dünən, 18:03
İki nazir Paşinyanın həyat yoldaşının fondundan ayrılıb - KİV
Dünən, 18:00
Bakı Avropa Liseyi direktoru cərimələnir - BUNA GÖRƏ...
Dünən, 17:58
Vitse-Spikerin köməkçisi hakim təyin edildi - FOTO
Dünən, 17:58
Tərtərdə "Azərbaycan Bayrağı" ordenli Elnur Salahovun qardaşının toy mərasimi keçirilib - FOTO
Dünən, 17:55
SDU-da işdən çıxarılan fəlsəfə doktoru məhkəməyə üz tutdu - QALMAQAL
Dünən, 17:52
Qadın ərinin dayısı oğluna şəkillərini göndərdi, gecəyarısı isə… - TƏFƏRRÜAT
Dünən, 17:43
Paşinyan revanşist rəqiblərini SIRADAN ÇIXARIR
Dünən, 17:37
“Müharibədə yalnız Putin günahkar deyil” - Zelenski
Dünən, 17:34
Aktyor Müşfiq Şahverdiyev məhkum edildi - TƏFƏRRÜAT
Dünən, 17:32
İranın 40 illik casus şəbəkəsi aktivləşdi: Risk var, təqib başladı - İLGİNC
Dünən, 17:29
"Başım toylara qarışdı, ikinci övladım olmadı"
Dünən, 17:27
Paşinyan üçün son seçim: Referenduma getmədən Bakının tələbi icra edilir - NƏ BAŞ VERİR?
Dünən, 17:22
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru