“Quska”nın qohumu olan bəstəkarın qalmaqallı həbsi: - Aydın Əliyevin baldızının 800 minini mənimsəyib?
Tarix: 26-08-2021, 08:19 | Çap et
“Sabiq deputat Hüseyn Abdullayevin dayısı oğlu Tural Bayraməliyev qanunsuz həbs həyatı yaşayır”.
Cebhe.info xəbər verir ki, bu iddia ilə Tural Bayraməliyevin hüquqi nümayəndəsi Samir Zeynalov çıxış edib. Vəkilin sözlərinə görə, həbsin əsl səbəbi onun məhz Hüseyn Abdullayevlə qohum olmasıdır.
"Hazırda nümayəndəsi olduğum şəxs, nəğməkar şair və tanınmış bəstəkar Bayraməliyev Tural Aslan oğlu artıq 3 ildir ki, qanunsuz həbs həyatı yaşayır. O, Dövlət Gömrük Komitəsinin sabiq sədri Aydın Əliyevin baldızı, sabiq gömrük xidməti polkovniki Salehli Şədiyyə Arif qızına məxsus 824,156,55 manat əmlakı dələduzluq yolu ələ keçirməkdə təqsirli bilinərək Bakı Ağır Cinayətlər Məhkəməsinin sabiq hakimi Ramella Allahverdiyevanın çıxardığı 05 avqust 2020-ci il tarixli hökm ilə 8 (səkkiz) il müddətinə azadlıqdan məhrum edilib".
Samir Zeynalov bildirir ki, sözügedən hökm Bakı Apelyasiya Məhkəməsinin cinayət kollegiyası (sədrlik edən hakim Əmri Bayramov) tərəfindən qəbul olunub. 23 fevral 2021-ci il tarixli qərarla qüvvəsində saxlanılıb.
"Həmin qərardan kassasiya şikayəti verildiyindən hazırda iş, Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasının hakimi İlkin Rəcəbovun icraatındadır. Lakin, şikayətin və iş materiallarının 18 iyun 2021-ci il tarixdə məhkəməyə daxil olmasına baxmayaraq, hələ də işə baxılmanın tarixi təyin olunmayıb. Bu isə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419-cu maddəsinin 3-cü bəndinin tələbinə ziddir. İşin hallarına dair konkret və ümumi olaraq onu qeyd edə bilərəm ki, nümayəndəsi olduğum şəxs hazırda qanunsuz həbs həyatı yaşayır və qərəzli həbsinin əsl səbəbi hazırda həbsdə olan, qohumu olduğu “Quska” ləqəbli sabiq deputat Hüseyn Abdullayevdir".
Vəkil deyir ki, qanunsuz həbs yaşayan şəxsin Hüseyn Abdullayevlə heç vaxt xoşməramlı ünsiyyəti olmayıb: "Məhkəmədə elan olunmuş ittiham üzrə zərəçəkmiş şəxs qismində tanınmış Salehli Şədiyyə Arif qızı bildirmişdir ki, o, 23 iyun 2014-cü il tarixdə Bakı şəhəri, Yasamal rayonu, Landau küçəsi 16 ünvanında yerləşən “AGBANK” ASC-in Elmlər filialından qeyd olunan tarixli müqavilə əsasında illik 22 faiz olmaqla, 24 ay müddətinə 450,000 manat kredit vəsaiti əldə edərək həmin vəsaiti bankın qarşısında T.Bayraməliyevə birgə iş görmək məqsədilə verib. Qeyd edim ki, həmin kredit müqaviləsi üzrə Tural Bayraməliyev zamin qismində tanınmış və Şədiyyə Salehli ilə bərabər kredit müqaviləsinin təminatı olaraq özünə məxsus daşınar və daşınmaz əmlakları girov qoyub. Beləliklə, hər iki şəxs kreditor qarşısında birgə məsuliyyət daşıyıblar".
İctimai vəkil qeyd edib ki, birgə biznes ortaqlığından irəli gələn öhdəliklərin yerinə yetirilməsi məqsədilə nümayəndəsi olduğu şəxs Tural Bayraməliyev təsisçisi və direktoru olduğu “Daş Çınqılı Servis” MMC adlı şirkətdə Şədiyyə Salehlini 15% pay sahibi etmiş və 1 il müddətində hər ay ona 10 000 manat pul ödəyib:
"Bununla belə, sözügedən kredit müqaviləsi üzrə cari ödənişlərin həyata keçirilməsi məqsədilə Tural Bayraməliyev ümumilikdə Şədiyyə Salehliyyə 230000 manatdan çox vəsait ödəyib ki, həmin məbləğin 100,000 manatını sonuncu öz şəxsi ehtiyacları üçün xərcləyib. Təkcə bu arqumentləri sadalamaq kifayət edər ki, Tural Bayraməliyevin əməllərində cinayət tərkibinin olmadığını müəyyən etmək mümkün olsun. Fərz etsək ki, Tural Bayraməliyevin birgə biznes ortaqlığından Şədiyyə Salehliyə hələ də borcu qalıb- halbuki belə deyil- o zaman yenə də Tural Bayraməliyevin dələduzluq cinayətinə yol verdiyini demək, bu barədə onu mühakimə etmək mümkün olmaz. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 11 iyun 2015-ci il tarixli qərarı bu barədə belə demək üçün mötəbər əsasdır.
Daha maraqlı və diqqət cəlb edən məqam isə ondan ibarətdir ki, Şədiyyə Salehli sözügedən kredit müqaviləsinin təminatı olaraq ipoteka müqaviləsi bağlanılarkən evli olduğu halda subay olduğuna dair etibarsız şəxsiyyət vəsiqəsi təqdim etmiş, notarisuda ərizə verərək subay olduğunu bildirmiş və evli olduğunu qəsdlə gizlədir. Göründüyü kimi, saxta sənəddən istifadə etdiyi üçün Ş.Salehlinin əməlində Azərbaycan Respublikasının CM-in 320-ci maddəsinin tərkib əlamətləri vardır. Həmçinin birgə nikah faktını gözardı etmiş notariat ofisinin və Ş.Salehliyə “subay” statusu ilə şəxsiyyət vəsiqəsi vermiş Yasamal RPİ-nin vəzifəli şəxslərinin əməllərində də cinayət tərkibi vardır.
Şədiyyə Salehlinin əməlində dələduzluq cinayətinin əməli vardır. (Bakı Apellyasiya Məhkəməsinin 07 may 2021-ci il tarixli 2(103)-2919/2021-ci il tarixli qətnaməsinə istinadən) Qeyd olunan məhkəmə işinə dair nəzərinizə çatdırım ki, Şədiyyə Salehlinin həyat yoldaşı Süleymanov Rasim Xalid oğlu cavabdehlər “AGBANK” ASC və Şədiyyə Salehliyyə qarşı mülki müstəvidə məhkəmədə iddia qaldıraraq “ipoteka müqaviləsinin etibarsız hesab edilməsi” tələbini irəli sürüb. İddia tələbi Yasamal rayon məhkəməsində təmin edilsədə, uzun sürən məhkəmə proseslərindən sonra Bakı Apelyasiya Məhkəməsinin 07 may 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilib, iş üzrə yeni qətanmə qəbul olunub. Məhz həmin qətnamədə Şədiyyə Salehlinin yuxarıda qeyd olunan qanunsuz əməlləri təsvir edilib. Göründüyü kimi, əslində Şədiyyə Salehli özü sözügedən kredit müqaviləsinin rəsmiləşməsində maraqlı olub, bu məqsədlə saxta sənəddən belə istifadə etməkdən çəkinməyib”.
İctimai vəkil bildirib ki, gənc bəstəkar Ali Məhkəmədə təyin edilməsi gözlənilən məhkəmə baxışını səbrsizlikə gözləyir.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Paşinyan seçim qarşısında: Bakının təkliflərinə cavab... - NƏ BAŞ VERİR?
Bu gün, 09:27 |
|
|
|
• Azərbaycan səfiri Fransa XİN-ə çağırıldı
Bu gün, 09:24 |
|
|
|
• Amilinin ZƏHƏRLİ AMALI... - REAKSİYALAR
Bu gün, 09:21 |
|
|
|
• "Aqroservis" ASC səhmdarlarının toplantısı keçiriləcək
Bu gün, 09:19 |
|
|
|
• Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə sədr müavini təyin edilib - ƏMR
Bu gün, 09:18 |
|
|
|
• ADAU-da təhsilin evini yıxanlar KİMDİR? - İTTİHAM VAR...
Bu gün, 09:16 |
|
|
|
• "Məşədi Dadaş"ın imamına sui-qəsd etmək istəyən şəxs özünü 12-ci imam adlandırıb – MƏHKƏMƏ
Bu gün, 09:04 |
|
|
|
• Azərbaycana qarşı qlobal qara piarın pərdəarxası - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 08:58 |
|
|
|
• Seul Şimali Koreya əsgərlərinin Rusiya tərəfdə döyüşə girdiyini açıqlayıb
Bu gün, 08:47 |
|
|
|
• Nikol niyə nazirləri işdən çıxarıb, Vatikana uçdu? – Sensasiya
Bu gün, 08:42 |
|
|
|
• ABŞ təkcə senatorlarını yox, itlərini də üstümüzə hürdürür… - Kiçik qrantların küçük sevdalıları…
Bu gün, 08:37 |
|
|
|
• “Rabitəbank”ın səhmdarları toplanır
Bu gün, 08:26 |
|
|
|
• ADNSU rektorundan şikayət etməyin xeyri yoxdur... - Çünki şikayətlərə də özü cavab verir...
Bu gün, 08:24 |
|
|
|
• Ceyhun Cəlilov camaatın pulunu qaytaracaq? - İLGİNC...
Bu gün, 08:17 |
|
|
|
• Nazir Vaşinqtonda, müavini Ankaradadır - NƏ BAŞ VERİR?
Bu gün, 08:12 |
|
|
|
• Moskva və Vaşinqton arasındakı qaynar xətt istifadə olunmur - Peskov
Bu gün, 07:28 |
|
|
|
• Azərbaycanda cəmi 9 min əcnəbi tələbə var - ŞƏRH
Bu gün, 07:14 |
|
|
|
• 4 ildir ki haqqı tapdanan Qazimiz .. - GİLEY
Bu gün, 07:10 |
|
|
|
• Bankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? - AKTUAL
Bu gün, 06:56 |
|
|
|
• Qarakənd faciəsindən 33 il ötür - UNUTMARIQ!
Bu gün, 06:43 |
|
|
|
• Sabunçuda kim nə gəldi edir? - FOTOFAKT
Bu gün, 06:39 |
|
|
|
• Yaşlı qadını aldadaraq, evini bankda girov qoydular... - BU NƏDİ BELƏ?
Bu gün, 06:32 |
|
|
|
• “Bu gün deyə bilərik ki, məqsədimizə nail olduq” - deputat
Bu gün, 06:23 |
|
|
|
• "Bəzi məmurlar dövlət və xalq arasındakı güvəni məhv edir" - FAKT BUDUR!
Bu gün, 06:20 |
|
|
|
• "Mən xəngəl, piti yemirəm... - ...Xaşı heç dilimə vurmaram"
Bu gün, 06:15 |
|
|
|
• Dörd ölkənin generalı Bakıda görüşür? – Azərbaycan müharibənin dayanması üçün…
Bu gün, 06:10 |
|
|
|
• Baş nazir avtoritar hakimiyyət qurmağı sınaqdan keçirir, yoxsa... - Paşinyan nəyə hazırlaşır?
Bu gün, 06:06 |
|
|
|
• Putin qorxusundan Rio-de-Janeyroya getmədi, Cinpin xəbərdarlıq etdi, Bayden isə...
Bu gün, 06:03 |
|
|
|
• “NATO ölkələri hərbi xərclərini 340 milyard dollar artıra bilər” - "Bloomberg"
Bu gün, 06:00 |
|
|
|
• “Azərişıq” 1,5 milyon manatlıq tenderinin - QALİBİNİ AÇIQLADI
Bu gün, 00:05 |
|
|
|
• Bu şirkət Qubadlıda 117,3 hektar ərazini suvaracaq, 1 milyona yaxın - PUL QAZANACAQ
Bu gün, 00:02 |
|
|
|
• Azərbaycana qarşı plan üzə çıxır: - “Sülhə mane olmaq üçün...”
Dünən, 19:00 |
|
|
|
• Rusiya nüvə silahı tətbiq edə bilərmi? - AKTUAL
Dünən, 18:11 |
|
|
|
• Sən Allah, gedin ayıbınıza kor olun...
Dünən, 18:06 |
|
|
|
• “Səhiyyəmizdəki problemləri paylaşdığım üçün səhifəm bağlandı” - AXI NİYƏ?..
Dünən, 18:03 |
|
|
|
• İki nazir Paşinyanın həyat yoldaşının fondundan ayrılıb - KİV
Dünən, 18:00 |
|
|
|
• Bakı Avropa Liseyi direktoru cərimələnir - BUNA GÖRƏ...
Dünən, 17:58 |
|
|
|
• Vitse-Spikerin köməkçisi hakim təyin edildi - FOTO
Dünən, 17:58 |
|
|
|
• Tərtərdə "Azərbaycan Bayrağı" ordenli Elnur Salahovun qardaşının toy mərasimi keçirilib - FOTO
Dünən, 17:55 |
|
|
|
• SDU-da işdən çıxarılan fəlsəfə doktoru məhkəməyə üz tutdu - QALMAQAL
Dünən, 17:52 |
|
|
|
• Qadın ərinin dayısı oğluna şəkillərini göndərdi, gecəyarısı isə… - TƏFƏRRÜAT
Dünən, 17:43 |
|
|
|
• Paşinyan revanşist rəqiblərini SIRADAN ÇIXARIR
Dünən, 17:37 |
|
|
|
• “Müharibədə yalnız Putin günahkar deyil” - Zelenski
Dünən, 17:34 |
|
|
|
• Aktyor Müşfiq Şahverdiyev məhkum edildi - TƏFƏRRÜAT
Dünən, 17:32 |
|
|
|
• İranın 40 illik casus şəbəkəsi aktivləşdi: Risk var, təqib başladı - İLGİNC
Dünən, 17:29 |
|
|
|
• "Başım toylara qarışdı, ikinci övladım olmadı"
Dünən, 17:27 |
|
|
|
• Paşinyan üçün son seçim: Referenduma getmədən Bakının tələbi icra edilir - NƏ BAŞ VERİR?
Dünən, 17:22 |
|
|
|
• Turizm mərkəzi 529 minlik spesifik xüsusi geyimləri - BU ŞİRKƏTDƏN ALDI
Dünən, 17:19 |
|
|
|
• “Milli dövlətçiliyi dağıtmaq üçün qadınlardan istifadə edilir” - Akif İslamzadə
Dünən, 17:14 |
|
|
|
• I, yoxsa II Qarabağ müharibəsində daha çox veteran olub? – Rəsmi məlumat
Dünən, 17:12 |
|
|
|
|