"Almaniyada bağladığım müqaviləyə görə bir müddət toya getməyə icazəm yox idi, hətta..."
Tarix: 15-10-2021, 09:27 | Çap et
Tanınmış müğənni İlhamə Qasımova Moderator.az-ın suallarını cavablandırıb.
- İlhamə xanım, xoş gördük sizi. Necəsiniz? - Çox sağ olun, yaxşı olasınız! Şükür Allaha mən yaxşıyam. - Siz həqiqətən də zövqlə geyinən ifaçı, sevilən müğənni və zəngin repertuar seçiminə malik sənətçisiniz. Kimlərinsə köməyindən istifadə edirsiniz mahnı yaxud geyim seçimində? - Xeyr, modelyer baxımından heç kimlə işləmirəm, işləyənlərə də pis baxmıram. Əslində professionallarla çalışmaq daha yaxşıdır. Bu işlərlə özüm məşğul oluram. Moda, dəb, brend geyim arxasınca qaçan biri də deyiləm. Bədən ölçülərimə hansı geyim uyğundursa onu geyinirəm. Şou-biznesə yeni gələndə deyirdilər ki, zövqsüzdür. Biz konsertlərdən pul qazana bilmirik, gəlir yeri ancaq toylardır. Gedib borc-xərc edib, görüntü xətrinə bahalı geyimlər alıb, kiməsə xoş gələcək deyə geyinə bilmərəm. Mən mahnılarımla sevilmək istəmişəm. Pulum olsaydı o qədər ətrafımda kasıb insanlar var ki, onlara kömək edərdim. Bunlar mənim üçün boş-boş şeylərdir. Təbii ki, pulum olsaydı hamısından da dəbli geyinərdim. O ki, qaldı repertuar seçiminə. Bu mahnılar dostlarım tərəfindən mənə təqdim olunur, oxuyuram. Sağ olsunlar təmənnasız hər zaman kömək olublar. Bəzən görürsən ki, mənə uyğun olmayan janrda mahnılar göndərirlər, mədəni şəkildə izah edirəm ki, bu mənim oxu tərzim, mənə aid mahnı deyil. Sabahdan yeni “Gizlicə görüşək” adlı mahnım da işıq üzü görəcək. Bu mahnım gizlin bir-biri ilə görüşən gənclərə aiddir. - Uzun illər xaricdə yaşadınız. Neçə ildir Azərbaycana qayıtmısınız?
- 2 ilə yaxındır ki, Azərbaycana qayıtmışam. Əslində qayıtmalı idim, sadəcə olaraq valideynlərim tək qalmışdı. Çünki mənim ailə üzvlərim orda-burda idi. Pandemiyaya görə onlar dönə bilmədilər deyə mən çox narahat olurdum. Ürəyim partlayırdı. Biləndə ki, onlar qayıda bilmirlər, 2 gün ərzində qərara aldım ki, Azərbaycana qayıdacağam. İndi də vaxtımın çoxunu Lənkəran rayonunda onlarla birlikdə keçirirəm. - İlhamə xanım, toylara getmirsiniz? - Bir müddət mənim toya getməyə icazəm yox idi. Bu da mənim Almaniyada bağladığım müqavilə ilə bağlı idi. Müqaviləyə görə heç bir yerdə pul qazana bilməzdim. Buna görə də Azərbaycandakı pul biznesindən uzaqlaşdım. Çünki ixtiyarım yox idi harasa gedim. Hətta mən bir dəfə pulsuz tədbirdə iştirak etdim. Necə oldusa ordakı görüntüləri yutub sosial şəbəkəsində paylaşmışdılar. Şirkətdən görüb mənə öz narazılıqlarını bildirdilər. Dəfələrlə onlara izah etdim ki, bu tədbir pullu tədbir deyil. Həm də toylara ona görə getmirəm ki, bizim estrada ifaçıları öz mahnılarını ifa edəndən sonra xalq mahnıları oxumağa başlayırlar. Mən demirəm ki, xalq mahnıları ifa edə bilmərəm, sadəcə bu mənim tərzi deyil. O vaxt toya gedərəm ki, yalnız öz repertuarımla məni dəvət etsinlər. - Bir müddət əvvəl xalq artisti Brilliant Dadaşova ilə aranızda anlaşılmazlıq olduğu deyilirdi. İndi münasibətləriniz nə yerdədir?
- Brilliant Dadaşova ilə bizim heç vaxt münasibətimiz olmayıb, o ki, qalsın tet-a tet qalmaqalımız olsun. Dostum status yazmışdı və mən də rəy yazıb fikrimi bildirmişdim. Əslində bu mövzunu qızışdıran jurnalistlər oldu. Ona görə də heç bir reaksiya vermədim. Mən öz fikrimi qalmaqal yaradım deyə bildirməmişdim. - Bu günlərdə “O səs Azərbaycan” yarışmasında qazinin ifasından sonra bütün münsiflər ayağa qalxıb alqışlamışdılar, təkcə Brilliant xanımdan başqa. Buna necə münasibət bildirə bilərsiniz? - Mən bu məsələyə heç bir münasibət bildirə bilmərəm, çünki həmin görüntüləri görməmişəm. Mənim evdə televizorum yoxdur, əslində var, amma 10 il əvvəlindir. İndi müasir televizorlar var, amma mən hələ də almamışam. Çünki mən evdə televizora baxmıram. Ona görə də bundan xəbərim yoxdur. Bütün xəbərləri sosial şəbəkələr vasitəsilə oxuyuram. Amma gözəl ifadırsa ayağa qalxıb, ifaçıya stimul vermək lazımdır. Mən özüm də bir neçə yarışmada münsif olmuşam. Gözəl səs, istedad qarşısında ayaqüstə alqışlayaraq xoş sözlər də deyirəm. Çünki o xoş sözlər ömür boyu həmin ifaçı ilə qalacaq. Çalışmalıyıq ki, onlara qarşı hər zaman mehriban olaq. - Qadın kimi xoşbəxtsiniz? - Xoşbəxtlik insanın həyatında bütün ömrü boyu ola bilmir, bir an olur. Məndə elə anlar çox olub. Bir çox insanların tez bir zamanda əldə etdiklərini mən illər sonra əldə etmişəm. Çünki qarşımı çox alıblar. Ən sonda hər şeyi əldə etmişəm, onun nəticəsi də gözəl olub. Özümü xoşbəxt hiss edə bilərəm. - Bir müddət əvvəl həyat yoldaşınızın dünyasını dəyişməsi xəbərini vermişdiniz. Şəxsi həyatınız nə yerdədir? - Şəxsi həyatım haqda ümumiyyətlə danışmaq istəmirəm. Çünki həyat yoldaşımın ölümü ilə bağlı faktı açıqlayanda özümə söz verdim ki, sonuncu dəfə olsun ki, şəxsi həyat haqda suala cavab verirəm. Təbii ki, həyat davam edir. Bilmirik ki, başımıza nə gələcək. Həyat yoldaşımdan sonra iki əmim və bibim də dünyasını dəyişdi. Həyatda hər şey müvəqqətidir. Biz görün nə qədər sənətkarlarımızı itirdik! Bütün bunları görəndən sonra düşünürəm ki, sən yoluna davam etməlisən. Həyatı verən Allahdır, istədiyi vaxt əlindən ala bilər. Bu fani dünyada çalışmalıyıq ki, heç kimi incitmədən, xətrinə dəymədən normal yaşayaq.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• “Azərişıq” 1,5 milyon manatlıq tenderinin - QALİBİNİ AÇIQLADI
Bu gün, 00:05 |
|
|
|
• Bu şirkət Qubadlıda 117,3 hektar ərazini suvaracaq, 1 milyona yaxın - PUL QAZANACAQ
Bu gün, 00:02 |
|
|
|
• Azərbaycana qarşı plan üzə çıxır: - “Sülhə mane olmaq üçün...”
Dünən, 19:00 |
|
|
|
• Rusiya nüvə silahı tətbiq edə bilərmi? - AKTUAL
Dünən, 18:11 |
|
|
|
• Sən Allah, gedin ayıbınıza kor olun...
Dünən, 18:06 |
|
|
|
• “Səhiyyəmizdəki problemləri paylaşdığım üçün səhifəm bağlandı” - AXI NİYƏ?..
Dünən, 18:03 |
|
|
|
• İki nazir Paşinyanın həyat yoldaşının fondundan ayrılıb - KİV
Dünən, 18:00 |
|
|
|
• Bakı Avropa Liseyi direktoru cərimələnir - BUNA GÖRƏ...
Dünən, 17:58 |
|
|
|
• Vitse-Spikerin köməkçisi hakim təyin edildi - FOTO
Dünən, 17:58 |
|
|
|
• Tərtərdə "Azərbaycan Bayrağı" ordenli Elnur Salahovun qardaşının toy mərasimi keçirilib - FOTO
Dünən, 17:55 |
|
|
|
• SDU-da işdən çıxarılan fəlsəfə doktoru məhkəməyə üz tutdu - QALMAQAL
Dünən, 17:52 |
|
|
|
• Qadın ərinin dayısı oğluna şəkillərini göndərdi, gecəyarısı isə… - TƏFƏRRÜAT
Dünən, 17:43 |
|
|
|
• Paşinyan revanşist rəqiblərini SIRADAN ÇIXARIR
Dünən, 17:37 |
|
|
|
• “Müharibədə yalnız Putin günahkar deyil” - Zelenski
Dünən, 17:34 |
|
|
|
• Aktyor Müşfiq Şahverdiyev məhkum edildi - TƏFƏRRÜAT
Dünən, 17:32 |
|
|
|
• İranın 40 illik casus şəbəkəsi aktivləşdi: Risk var, təqib başladı - İLGİNC
Dünən, 17:29 |
|
|
|
• "Başım toylara qarışdı, ikinci övladım olmadı"
Dünən, 17:27 |
|
|
|
• Paşinyan üçün son seçim: Referenduma getmədən Bakının tələbi icra edilir - NƏ BAŞ VERİR?
Dünən, 17:22 |
|
|
|
• Turizm mərkəzi 529 minlik spesifik xüsusi geyimləri - BU ŞİRKƏTDƏN ALDI
Dünən, 17:19 |
|
|
|
• “Milli dövlətçiliyi dağıtmaq üçün qadınlardan istifadə edilir” - Akif İslamzadə
Dünən, 17:14 |
|
|
|
• I, yoxsa II Qarabağ müharibəsində daha çox veteran olub? – Rəsmi məlumat
Dünən, 17:12 |
|
|
|
• "Nazir olmayan yerdə nazirdir..." - FAKT BELƏDİR...
Dünən, 17:09 |
|
|
|
• Konqresmensayağı abırsızlıq: - yaxud Pallonenin pulunu verin kirisin, haylar!
Dünən, 17:06 |
|
|
|
• Ağdam şəhərində 23,7 milyon manatlıq layihənin icrasına başlanılır
Dünən, 17:04 |
|
|
|
• 101 minlik qızılı Azərbaycana keçirmək istəyən "Duty Free"nin keçmiş əməkdaşlarının cinayət işi - TƏFƏRRÜAT
Dünən, 17:01 |
|
|
|
• MN-in Hərbi-Texniki Təchizat Baş İdarəsinin rəisi vəzifəsi Fərid Əliyevə həvalə edilib - ƏMR
Dünən, 16:40 |
|
|
|
• "Adamın Lənkərana qonağı gələndə utanır..." - FAKT BUDUR!
Dünən, 16:39 |
|
|
|
• Vergi borcu olan şirkət rəhbərinin ölkədən çıxışına qadağa qoyula bilər - TƏFƏRRÜAT
Dünən, 16:25 |
|
|
|
• Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edilib - SƏRƏNCAM
Dünən, 16:22 |
|
|
|
• Yüksək bal toplayan müəllimlərə YENİ GÜZƏŞTLƏR?
Dünən, 16:04 |
|
|
|
• Azərbaycanda polislərin maaşı gələn il artırıla bilər
Dünən, 15:55 |
|
|
|
• Nə vaxt və kimdən təzminat ala bilərik? - Vəkil danışdı
Dünən, 15:40 |
|
|
|
• Azərbaycan Ordusunun Baş Qərargah rəisi Pakistanda işgüzar səfərdədir
Dünən, 15:35 |
|
|
|
• “Düşünürlər, deputat kiminsə evinin damını düzəltməlidir…” – Tənzilə Rüstəmxanlı
Dünən, 15:33 |
|
|
|
• Qarpız satan şərikinin arvadıyla "eşq" yaşadı: - "Gördüm darvazanın ağzında..."
Dünən, 15:30 |
|
|
|
• Onlar da Əfqanıstanda döyüşüb, ora at sürməyə getməyiblər ki? - Siyavuş Novruzov
Dünən, 15:25 |
|
|
|
• "Çantalara iş imitasiyası yaratmaq üçün lent yapışdırırlar" - Aparıcı DGK ilə bağlı araşdırma aparılmasını tələb edir
Dünən, 15:23 |
|
|
|
• “Unibank”da yeni təyinat - ƏMR
Dünən, 15:19 |
|
|
|
• "Bolt" gediş haqqını niyə ikiqat çıxır? – Əlavə vəsaitin tutulması...
Dünən, 15:15 |
|
|
|
• Rayon xəstəxanalarında ölümlər buna görə çoxalıb – Həkimdən şok açıqlama
Dünən, 15:11 |
|
|
|
• Bakıdan qaçan Pallone görün nə dedi – Paşinyan da gəlsəydi, qovulardı?..
Dünən, 15:03 |
|
|
|
• İki təqaüdçü daxil 4 nəfəri piramida şəbəkəsinə cəlb etdi - Həbs olundu
Dünən, 14:43 |
|
|
|
• Paşinyan Vatikandan dəstək umur - ŞƏRH
Dünən, 14:00 |
|
|
|
• "BMT-nin Komissiyasında qətnamənin qəbul edilməsi itkin düşmüş soydaşlarımızın taleyini müəyyənləşdirəcək"
Dünən, 13:58 |
|
|
|
• “Çox insanlar tənqidlə təhqir etməyi səhv salırlar”
Dünən, 13:20 |
|
|
|
• Ermənistan və Türkiyə diplomatları görüşdü – Sərhədlər açılacaq?
Dünən, 13:09 |
|
|
|
• Aİ-nin müşahidə missiyası Azərbaycanla sərhəddən gedir? - Rəsmi açıqlama
Dünən, 13:04 |
|
|
|
• Kiyevin Qərbin qeyri-nüvə raketlərindən Rusiyaya qarşı istifadə etməsi nüvə reaksiyasına səbəb ola bilər - Kreml açıq şəkildə HƏDƏLƏDİ
Dünən, 13:02 |
|
|
|
• Paşinyan Alagöz dağını paylaşdı, ermənilər etiraz etdi - FOTO
Dünən, 12:59 |
|
|
|
• Təhlükəli proses başlayır, Ermənistan ordusu... - Abramyan
Dünən, 12:56 |
|
|
|
|