"Biz ər-arvad obrazlarını oynayırdıq"
Tarix: 30-10-2021, 09:57 | Çap et
Dünən xalq artisti, sevilən sənətkar Ağaxan Salmanlının 80 yaşı tamam oldu. Ötən il itirdiyimiz aktyora çox təəssüf ki, yubileyini qeyd etmək nəsib olmadı. Sənətkarın sənət dostları, Gənc Tamaşaçılar Teatrının aktrisaları Zemfira Əbdülsəmədova və Simuzər Ağakişiyeva doğum günündə aktyoru xatırlayıblar. Aktrisa Zemfira Əbdülsəmədova Moderator.az-a açıqlamasında Ağaxan Salmanlının əvəzsiz tərəf müqabili olduğunu deyir.
“Ağaxan müəllim teatr üçün yanan bir sənətkar idi, teatrı çox sevirdi, onunla nəfəs alırdı. Teatr haqda kimsə ona mənfi bir söz söyləsəydi acığı gələrdi, o dərəcədə teatrı qoruyurdu. Rejissor kimi bir əsər götürdü işləməyə və orada da mənə əsas rollardan birini verdi. Biz ər-arvad obrazlarını oynayırdıq. Digər rollarda da rəhmətlik Almaz Mustafayeva, xalq artisti Yasin Qarayev və Elnur Hüseynov oynayırdı. Biz bu tamaşanı hazırlayıb, bir neçə dəfə oynadıq. Mənə deyirdi ki, sənin potensialın var, tamaşalarda oyna. Dedim ki, sizinlə səhnəyə çıxmaq, eyni səhnəni bölüşmək mənə şərəfdir. Mən çox xoşbəxtəm ki, elə bir insanla, sənətkarla işləmişəm, tərəf müqabili olmuşam. O qədər saf, təmiz, təmənnasız insan idi ki. Adam onunla danışanda çox yaxşı olurdu, gözəl bir aurası var idi, onun yanından getmək istəmirdik, istəyirdik elə söhbət edək, danışaq. Çünki təmiz ruhlu adam idi. Bir az da əsəbi idi, bəlkə də çox tez getməyinə səbəb elə əsəbiliyi oldu. Tez əsəbləşib, özündən çıxırdı, haqsızlığı götürmürdü. Onun ölümünə çox heyfslənirəm, tək mən yox, elə hamı” deyə aktrisa Zemfira Əbdülsəmədova deyib. Aktrisa sənətkarla sonuncu görüşünü belə xatırlayır.
“Ölümündən bir gün əvvəl nəvəsinin toyunda iştirak etdik, özü də çox şık geyinmişdi. Gözəl, yaraşıqlı görünürdü, heç o yaşı vermək olmazdı ona. Şux gəzirdi, toyda bolluca rəqs də etdi. Səhər o acı xəbəri eşidəndə dəli olduq, dedik ki, bu nə müsibət, dəhşətdir?! Heyf! Sadəcə heyf Ağaxan müəllimdən. Yaşının çox olmasına baxmayaraq enerjisi, sənətə, teatra olan sevgisi, münasibəti tükənməz idi. Bizə elə gəlirdi ki, o heç vaxt yorulmaz, heç vaxt ölməz. Ruhun şad olsun sənətkar” deyə aktrisa bildirib. Aktrisa Simuzər Ağakişiyeva isə yaş fərqlərinin olmasına baxmayaraq aktyorla yaxın dostluq əlaqələrinin olduğunu bildirib. “Ağaxan müəllim mənim ən yaxşı dostlarımdan biri, bəlkə də birincisi idi. Onun sənəti haqqında mən danışa bilmərəm, çünki buna ixtiyarım yoxdur. Mən onun insanlığı, dostluğu haqda danışmaq istəyirəm. Aramızda yaş fərqi çox olsa da biz dostluq edirdik. İnsan onunla danışanda, dərdini bölüşəndə o qədər yüngülləşirdi ki. Adama o qədər dəyər verirdi ki. Onun yanında günahkar idim deyim ki, problemim var. O dəqiqə gedib həmin problemi həll edərdi. Çox xoşlayırdı ki, gənclərə yol açsın, onlara imkan-şərait yaratsın. Hamıya görə ağız açırdı ki, filankəs, buna filan köməklik edək. O belə şəxsiyyətlərdən idi. Bir tikə yeməyi olardı, deyərdi ki, gəl mənimlə çörəl kəs. Yumor hissi də güclü idi. Bir dəfə birlikdə böyük bir tədbirə getmişdik, maşınla aparıb onu evə düşürtdüm. Dedi ki, mütləq mənimlə evə gəlib, çay içib, sonra gedəcəksən. Dedim ki, ay Ağaxan müəllim, bütün günü birlikdə olmuşuq. Nəysə, çox israr edəndən sonra evə gəldik. Çay istəyəndə həyat yoldaşı dedi ki, qaz kartında məbləğ yoxdur. Ona görə də qaz yoxdur. Ağaxan müəllim yenə də zarafatı ilə vəziyyətdən çıxdı. O dəqiqə dedi ki, Sima, hə, çayını içdin? Dur çıx get (gülür). İndiyə qədər onun bu sözünü deyib-gülürük. Onun itkisi məni o qədər yandırdı ki. Düzdü, gənc deyildi, amma mənə elə gəlir ki, onu daha tez itirdik” deyə aktrisa bildirib. Aktrisa bildirib ki, sənətkar avtobusda dünyasını dəyişib.
“Nəvəsi Ləmanı xüsusi çox istəyirdi, bizi də onun toyuna yığdı. Qürurlu, həyəcanlı, bir o qədər də narahat idi. Çox gözəl, möhtəşəm toy keçdi. Cani-könüldən biz də toyda iştirak etdik. Toydan gəldik, gecə saat 3-ə kimi onunla danışdım. Amma səhəri elə pis bir xəbərlə açdıq ki (ağlayır). Sən demə, səhəri gün nəvəsigilə gedəndə avtobusda ürəyi tutub, elə orada da qalıb. Ağaxan müəllimin adı gələndə mən elə pis oluram ki, haldan-hala düşürəm, gözümün yaşını saxlaya bilmirəm. Dost itirmək o qədər ağırdır ki! Mən bir müddət özümə gələ bilmədim. Nə vaxt görürdüm onu, deyirdim ki, Ağaxan müəllim, gəlin bir şəkil çəkdirək (gülür). O da uğunub gedirdi. Komik olduğu qədər də ciddi insan idi. Rejissor kimi tamaşa hazırlayanda ixtiyarım yox idi ki, 2 dəqiqə məşqə gecikim. 2 dəqiqə geciksəydim mənim canımı alardı. Camaatın içində bilirsiniz mənə nələr deyərdi? Deyirdi ki, dostluğumuz öz yerində, amma məşqə gecikmə. Elə sənətkar var ki, onun haqda 2 kəlməni güc-bəla ilə tapıb, deyirsən, amma Ağaxan müəllim haqda saatlarla danışmaq olar” deyə aktrisa bildirib.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• “Azərişıq” 1,5 milyon manatlıq tenderinin - QALİBİNİ AÇIQLADI
Bu gün, 00:05 |
|
|
|
• Bu şirkət Qubadlıda 117,3 hektar ərazini suvaracaq, 1 milyona yaxın - PUL QAZANACAQ
Bu gün, 00:02 |
|
|
|
• Azərbaycana qarşı plan üzə çıxır: - “Sülhə mane olmaq üçün...”
Dünən, 19:00 |
|
|
|
• Rusiya nüvə silahı tətbiq edə bilərmi? - AKTUAL
Dünən, 18:11 |
|
|
|
• Sən Allah, gedin ayıbınıza kor olun...
Dünən, 18:06 |
|
|
|
• “Səhiyyəmizdəki problemləri paylaşdığım üçün səhifəm bağlandı” - AXI NİYƏ?..
Dünən, 18:03 |
|
|
|
• İki nazir Paşinyanın həyat yoldaşının fondundan ayrılıb - KİV
Dünən, 18:00 |
|
|
|
• Bakı Avropa Liseyi direktoru cərimələnir - BUNA GÖRƏ...
Dünən, 17:58 |
|
|
|
• Vitse-Spikerin köməkçisi hakim təyin edildi - FOTO
Dünən, 17:58 |
|
|
|
• Tərtərdə "Azərbaycan Bayrağı" ordenli Elnur Salahovun qardaşının toy mərasimi keçirilib - FOTO
Dünən, 17:55 |
|
|
|
• SDU-da işdən çıxarılan fəlsəfə doktoru məhkəməyə üz tutdu - QALMAQAL
Dünən, 17:52 |
|
|
|
• Qadın ərinin dayısı oğluna şəkillərini göndərdi, gecəyarısı isə… - TƏFƏRRÜAT
Dünən, 17:43 |
|
|
|
• Paşinyan revanşist rəqiblərini SIRADAN ÇIXARIR
Dünən, 17:37 |
|
|
|
• “Müharibədə yalnız Putin günahkar deyil” - Zelenski
Dünən, 17:34 |
|
|
|
• Aktyor Müşfiq Şahverdiyev məhkum edildi - TƏFƏRRÜAT
Dünən, 17:32 |
|
|
|
• İranın 40 illik casus şəbəkəsi aktivləşdi: Risk var, təqib başladı - İLGİNC
Dünən, 17:29 |
|
|
|
• "Başım toylara qarışdı, ikinci övladım olmadı"
Dünən, 17:27 |
|
|
|
• Paşinyan üçün son seçim: Referenduma getmədən Bakının tələbi icra edilir - NƏ BAŞ VERİR?
Dünən, 17:22 |
|
|
|
• Turizm mərkəzi 529 minlik spesifik xüsusi geyimləri - BU ŞİRKƏTDƏN ALDI
Dünən, 17:19 |
|
|
|
• “Milli dövlətçiliyi dağıtmaq üçün qadınlardan istifadə edilir” - Akif İslamzadə
Dünən, 17:14 |
|
|
|
• I, yoxsa II Qarabağ müharibəsində daha çox veteran olub? – Rəsmi məlumat
Dünən, 17:12 |
|
|
|
• "Nazir olmayan yerdə nazirdir..." - FAKT BELƏDİR...
Dünən, 17:09 |
|
|
|
• Konqresmensayağı abırsızlıq: - yaxud Pallonenin pulunu verin kirisin, haylar!
Dünən, 17:06 |
|
|
|
• Ağdam şəhərində 23,7 milyon manatlıq layihənin icrasına başlanılır
Dünən, 17:04 |
|
|
|
• 101 minlik qızılı Azərbaycana keçirmək istəyən "Duty Free"nin keçmiş əməkdaşlarının cinayət işi - TƏFƏRRÜAT
Dünən, 17:01 |
|
|
|
• MN-in Hərbi-Texniki Təchizat Baş İdarəsinin rəisi vəzifəsi Fərid Əliyevə həvalə edilib - ƏMR
Dünən, 16:40 |
|
|
|
• "Adamın Lənkərana qonağı gələndə utanır..." - FAKT BUDUR!
Dünən, 16:39 |
|
|
|
• Vergi borcu olan şirkət rəhbərinin ölkədən çıxışına qadağa qoyula bilər - TƏFƏRRÜAT
Dünən, 16:25 |
|
|
|
• Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edilib - SƏRƏNCAM
Dünən, 16:22 |
|
|
|
• Yüksək bal toplayan müəllimlərə YENİ GÜZƏŞTLƏR?
Dünən, 16:04 |
|
|
|
• Azərbaycanda polislərin maaşı gələn il artırıla bilər
Dünən, 15:55 |
|
|
|
• Nə vaxt və kimdən təzminat ala bilərik? - Vəkil danışdı
Dünən, 15:40 |
|
|
|
• Azərbaycan Ordusunun Baş Qərargah rəisi Pakistanda işgüzar səfərdədir
Dünən, 15:35 |
|
|
|
• “Düşünürlər, deputat kiminsə evinin damını düzəltməlidir…” – Tənzilə Rüstəmxanlı
Dünən, 15:33 |
|
|
|
• Qarpız satan şərikinin arvadıyla "eşq" yaşadı: - "Gördüm darvazanın ağzında..."
Dünən, 15:30 |
|
|
|
• Onlar da Əfqanıstanda döyüşüb, ora at sürməyə getməyiblər ki? - Siyavuş Novruzov
Dünən, 15:25 |
|
|
|
• "Çantalara iş imitasiyası yaratmaq üçün lent yapışdırırlar" - Aparıcı DGK ilə bağlı araşdırma aparılmasını tələb edir
Dünən, 15:23 |
|
|
|
• “Unibank”da yeni təyinat - ƏMR
Dünən, 15:19 |
|
|
|
• "Bolt" gediş haqqını niyə ikiqat çıxır? – Əlavə vəsaitin tutulması...
Dünən, 15:15 |
|
|
|
• Rayon xəstəxanalarında ölümlər buna görə çoxalıb – Həkimdən şok açıqlama
Dünən, 15:11 |
|
|
|
• Bakıdan qaçan Pallone görün nə dedi – Paşinyan da gəlsəydi, qovulardı?..
Dünən, 15:03 |
|
|
|
• İki təqaüdçü daxil 4 nəfəri piramida şəbəkəsinə cəlb etdi - Həbs olundu
Dünən, 14:43 |
|
|
|
• Paşinyan Vatikandan dəstək umur - ŞƏRH
Dünən, 14:00 |
|
|
|
• "BMT-nin Komissiyasında qətnamənin qəbul edilməsi itkin düşmüş soydaşlarımızın taleyini müəyyənləşdirəcək"
Dünən, 13:58 |
|
|
|
• “Çox insanlar tənqidlə təhqir etməyi səhv salırlar”
Dünən, 13:20 |
|
|
|
• Ermənistan və Türkiyə diplomatları görüşdü – Sərhədlər açılacaq?
Dünən, 13:09 |
|
|
|
• Aİ-nin müşahidə missiyası Azərbaycanla sərhəddən gedir? - Rəsmi açıqlama
Dünən, 13:04 |
|
|
|
• Kiyevin Qərbin qeyri-nüvə raketlərindən Rusiyaya qarşı istifadə etməsi nüvə reaksiyasına səbəb ola bilər - Kreml açıq şəkildə HƏDƏLƏDİ
Dünən, 13:02 |
|
|
|
• Paşinyan Alagöz dağını paylaşdı, ermənilər etiraz etdi - FOTO
Dünən, 12:59 |
|
|
|
• Təhlükəli proses başlayır, Ermənistan ordusu... - Abramyan
Dünən, 12:56 |
|
|
|
|