Televiziya və radio rəhbərlərini çağırıb fakt qarşısında qoymaq lazımdır - ETİRAZ
Tarix: 17-12-2021, 08:20 | Çap et
Son dönəmlər Azərbaycanın televiziya kanallarında keyfiyyətinə və ictimai əhəmiyyətinə görə fərqlənən verilişlər var. Bu da onu göstərir ki, televiziya kanalları maraqlı, keyfiyyətli, peşəkar səviyyədə veriliş hazırlamaq potensialına malikdir. Xüsusən, dövlət kanallarında milli-mənəvi dəyərlərin təbliği, ictimai əhəmiyyət kəsb edən məsələlərin müzakirəsi, vətənpərvərlik, uşaqların və yeniyetmələrin intellektual inkişafı və digər sahələr üzrə keyfiyyətli maarifləndirmə proqramlarını görmək mümkündür. Lakin bu nümunələr heç də televiziya və radio qurumlarının təqdim etdikləri bütün verilişlərə şamil edilə bilməz. Televiziya və radio kanallarının fəaliyyətində nöqsan və çatışmazlıqlar hələ də qalmaqdadır.
Efirlərimizdəki bəzi problemlər cəmiyyətdə zaman-zaman müzakirə mövzusu olur, media mütəxəssisləri, ictimaiyyət nümayəndələri mövcud problemlərlə bağlı fikir və təkliflərini səsləndirirlər. Lakin görünür, məsələnin daha geniş ictimaiyyətin müzakirəsinə çıxarılmasına, nöqsanların aradan qaldırılması və innovativ yeniliklərin tətbiqi barədə konkret təkliflərin irəli sürülməsinə ehtiyac var. İctimaiyyəti narahat edən və ən çox müzakirə olunan məsələlərdən biri televiziya kanallarında aşağı səviyyəli, keyfiyyətsiz əyləncə və şou-biznes xarakterli verilişlərə yer verilməsidir. Vurğulanır ki, son illər dünyada kinoindustriya, şou-biznesin güclü inkişafı telekanalların proqram siyasətinə də ciddi təsir göstərir. Televiziya kanalları həmin təbəqəni cəlb etmək üçün ciddi rəqabət aparırlar. Amma nəzərə almırlar ki, bu səpkili verilişlər heç bir ictimai əhəmiyyət kəsb etməməklə yanaşı, müəyyən mənada cəmiyyətdə neqativ tendensiyaların yayılmasına da istiqamət verir. Gənclərin və yeniyetmələrin zövqünü, dünyagörüşünü korlayır, təlim-tərbiyəsinə mənfi təsir edir.
Televiziya sahəsindəki problemlərdən söz düşərkən əsas diqqət Milli Televiziya və Radio Şurasına yönəlir. Ölkə ictimaiyyəti efirlərdəki nöqsanlara və qıcıq doğuran bayağı verilişlərə görə televiziyalarla yanaşı, Milli Televiziya və Radio Şurasına da tənqid edir.
Bildirirlər ki, qurum bu cür məsələlərdə daha sərt addım atmalıdır, müəyyən qadağalar tətbiq etməlidir. Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri İsmət Səttarov mətbuata açıqlamasında vurğulayıb ki, televiziyalarda yayımlanan verilişlərlə bağlı daim monitorinq aparılır və verilişlərin qanunla müəyyən edilmiş normalara uyğun olub-olmadığı yoxlanılır. Amma İ.Səttarov bildirib ki, verilişlərin bayağı olub-olmamasını müəyyən etmək üçün qanunvericilik bazası yoxdur: “MTRŞ və ya digər qurumun bu müstəqil redaktor fəaliyyətinə müdaxiləsi qadağandır. Əks-halda bu, senzura amili olar. Yəni hər hansı bir verilişə bayağı deyərək onu bağlamaq qəbuledilməz bir yanaşmadır. Təbii ki, burada başqa bir məqam var. İctimai qınaq öz sözünü deyir və Şuranın da bu istiqamətdə tövsiyələri olur”.
Sədrin sözlərinə görə, bəzən sosial məzmunlu verilişlərdə konkret qanun pozuntuları qeydə alınır və o qanun pozuntularına görə də cərimələr tətbiq edilir:
“Tək sosial verilişlərdə deyil, digər verilişlərdə, o cümlədən xəbərlərdə də problemlər olur. Biz bunları müzakirə edirik, baş redaktorları, xəbər redaktorlarını, aparıcıları dəvət edirik. Bəzi ümumi məsələlər, mövzular var ki, onun ictimailəşdirilməsi, yayımı qadağan deyil, amma cəmiyyət tərəfindən çox pis qarşılanır və ona görə də bəzi mövzular var ki, onlara toxunmamaq məsləhət görülür. Aparıcılar da, redaktorlar da bunları anlayışla qarşılayırlar.
MTRŞ rəhbəri qeyd edib ki, həm qanunvericiliyin tələblərini pozmadan, həm də ictimai maraqları nəzərə alaraq bu cür halların qarşısını almağa çalışırlar:
“Bir misal gətirim. 11 yaşlı qızın zorlanması faktı çox geniş işıqlandırıldı. Ondan sonra bizim televiziya rəhbərləri, baş redaktorlarla müzakirələrimiz oldu ki, gələcəkdə belə hallar olanda təqdimat formasına diqqət yetirilsin. Yəni təqdimat cəmiyyəti narahat etməyəcək şəkildə olmalıdır. Məlumatı təqdim etmək formasından da çox şey asılıdır. Əgər sən o hadisədən böyük bir şou yaradırsan və yaxud hansısa doğru olmayan məsələləri ora əlavə edirənsə, bu, əlbəttə pozuntudur”.
DİA.AZ xəbər verir ki, televiziya kanallarının mövcud durumu ilə bağlı “Şərq”ə danışan tanınmış jurnalist Azər Həsrət bildirib ki, MTRŞ-da rəhbərlik dəyişimindən və bəzi islahatlardan sonra müəyyən keyfiyyət dəyişikliyi baş verib. Lakin ekspertin fikrincə, ümumi yanaşma hələ də dəyişməyib:
“Bir neçə dəfə MTRŞ televiziya kanallarına efirlərin yasaqlanması kimi cəzalar tətbiq edib. Ancaq ümumi mənzərə qənaətbəxş deyil. Media eksperti olmaqla yanaşı, həm də tamaşaçı, dinləyiciyəm, informasiya istehlakçısıyam. Problemlərin niyə həll edilmədiyini bilmək istəyirəm. Gün ərzində radioları dinləsəniz, görərsiniz ki, çox bərbad dilləri var, adam dəhşətə gəlir. Hansısa mövzu ətrafında “mütəxəssis” dəvət edir, efirdə danışdırırlar. Dəvət etdikləri “mütəxəssislər” Azərbaycan dilinin “anasını ağladır”. Əksər sözləri rus dilində, küçə ləhcəsində, jarqon ifadələrdən ibarətdir. Bütün bunlar davamlı şəkildə, hər gün canlı efirə gedir. Niyə MTRŞ müdaxilə etmir, monitorinq aparıb televiziya kanalları ilə bağlı ölçü götürmür? Həmin “mütəxəssisləri” dəvət edən aparıcı da efirdə heç nəyə düzəliş etmir. Bəzən aparıcı özü efirlərdə bütöv xalqın adından danışır. Müsahibinə deyir ki, “mən sizi Azərbaycan xalqı adından təbrik edirəm”. Aparıcının buna haqqı çatmır”.
A.Həsrət vurğulayıb ki, MTRŞ-nin televiziya kanallarına müdaxilə etməməsi anlaşılan deyil:
“Demirik ki, MTRŞ senzura tətbiq etsin, siyasi məsələlərə qarışsın. Amma səviyyəsiz, ictimai rəyi ciddi şəkildə zədələyən, Azərbaycan xalqının milli mentalitetinə zidd olan verilişlərin baş alıb getməsinə imkan vermək olmaz. Yaxşı olar ki, MTRŞ daha məsuliyyətli davransın və deyilən problemlərin aradan qaldırılması üçün əməli tədbirlər görsün. Problemləri aradan qaldırmaq heç də çətin məsələ deyil. Televiziya və radio rəhbərlərini dəvət edərək onları fakt qarşısında qoymaq lazımdır. Televiziya kanalları ya tələblərə əməl etməli, ya da verilən cəzalara razı olmalıdır. Efirləri qısa müddətə qapatmaq yüngül cəzadır. Hesab edirəm ki, ən effektli üsul maliyyə cəzasıdır. Əgər hər kəs öz işinə məsuliyyətli və peşəkar yanaşsa, mövcud problemlər də aradan qalxar”.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Azərbaycana qarşı plan üzə çıxır: - “Sülhə mane olmaq üçün...”
Bu gün, 19:00 |
|
|
|
• Rusiya nüvə silahı tətbiq edə bilərmi? - AKTUAL
Bu gün, 18:11 |
|
|
|
• Sən Allah, gedin ayıbınıza kor olun...
Bu gün, 18:06 |
|
|
|
• “Səhiyyəmizdəki problemləri paylaşdığım üçün səhifəm bağlandı” - AXI NİYƏ?..
Bu gün, 18:03 |
|
|
|
• İki nazir Paşinyanın həyat yoldaşının fondundan ayrılıb - KİV
Bu gün, 18:00 |
|
|
|
• Bakı Avropa Liseyi direktoru cərimələnir - BUNA GÖRƏ...
Bu gün, 17:58 |
|
|
|
• Vitse-Spikerin köməkçisi hakim təyin edildi - FOTO
Bu gün, 17:58 |
|
|
|
• Tərtərdə "Azərbaycan Bayrağı" ordenli Elnur Salahovun qardaşının toy mərasimi keçirilib - FOTO
Bu gün, 17:55 |
|
|
|
• SDU-da işdən çıxarılan fəlsəfə doktoru məhkəməyə üz tutdu - QALMAQAL
Bu gün, 17:52 |
|
|
|
• Qadın ərinin dayısı oğluna şəkillərini göndərdi, gecəyarısı isə… - TƏFƏRRÜAT
Bu gün, 17:43 |
|
|
|
• Paşinyan revanşist rəqiblərini SIRADAN ÇIXARIR
Bu gün, 17:37 |
|
|
|
• “Müharibədə yalnız Putin günahkar deyil” - Zelenski
Bu gün, 17:34 |
|
|
|
• Aktyor Müşfiq Şahverdiyev məhkum edildi - TƏFƏRRÜAT
Bu gün, 17:32 |
|
|
|
• İranın 40 illik casus şəbəkəsi aktivləşdi: Risk var, təqib başladı - İLGİNC
Bu gün, 17:29 |
|
|
|
• "Başım toylara qarışdı, ikinci övladım olmadı"
Bu gün, 17:27 |
|
|
|
• Paşinyan üçün son seçim: Referenduma getmədən Bakının tələbi icra edilir - NƏ BAŞ VERİR?
Bu gün, 17:22 |
|
|
|
• Turizm mərkəzi 529 minlik spesifik xüsusi geyimləri - BU ŞİRKƏTDƏN ALDI
Bu gün, 17:19 |
|
|
|
• “Milli dövlətçiliyi dağıtmaq üçün qadınlardan istifadə edilir” - Akif İslamzadə
Bu gün, 17:14 |
|
|
|
• I, yoxsa II Qarabağ müharibəsində daha çox veteran olub? – Rəsmi məlumat
Bu gün, 17:12 |
|
|
|
• "Nazir olmayan yerdə nazirdir..." - FAKT BELƏDİR...
Bu gün, 17:09 |
|
|
|
• Konqresmensayağı abırsızlıq: - yaxud Pallonenin pulunu verin kirisin, haylar!
Bu gün, 17:06 |
|
|
|
• Ağdam şəhərində 23,7 milyon manatlıq layihənin icrasına başlanılır
Bu gün, 17:04 |
|
|
|
• 101 minlik qızılı Azərbaycana keçirmək istəyən "Duty Free"nin keçmiş əməkdaşlarının cinayət işi - TƏFƏRRÜAT
Bu gün, 17:01 |
|
|
|
• MN-in Hərbi-Texniki Təchizat Baş İdarəsinin rəisi vəzifəsi Fərid Əliyevə həvalə edilib - ƏMR
Bu gün, 16:40 |
|
|
|
• "Adamın Lənkərana qonağı gələndə utanır..." - FAKT BUDUR!
Bu gün, 16:39 |
|
|
|
• Vergi borcu olan şirkət rəhbərinin ölkədən çıxışına qadağa qoyula bilər - TƏFƏRRÜAT
Bu gün, 16:25 |
|
|
|
• Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edilib - SƏRƏNCAM
Bu gün, 16:22 |
|
|
|
• Yüksək bal toplayan müəllimlərə YENİ GÜZƏŞTLƏR?
Bu gün, 16:04 |
|
|
|
• Azərbaycanda polislərin maaşı gələn il artırıla bilər
Bu gün, 15:55 |
|
|
|
• Nə vaxt və kimdən təzminat ala bilərik? - Vəkil danışdı
Bu gün, 15:40 |
|
|
|
• Azərbaycan Ordusunun Baş Qərargah rəisi Pakistanda işgüzar səfərdədir
Bu gün, 15:35 |
|
|
|
• “Düşünürlər, deputat kiminsə evinin damını düzəltməlidir…” – Tənzilə Rüstəmxanlı
Bu gün, 15:33 |
|
|
|
• Qarpız satan şərikinin arvadıyla "eşq" yaşadı: - "Gördüm darvazanın ağzında..."
Bu gün, 15:30 |
|
|
|
• Onlar da Əfqanıstanda döyüşüb, ora at sürməyə getməyiblər ki? - Siyavuş Novruzov
Bu gün, 15:25 |
|
|
|
• "Çantalara iş imitasiyası yaratmaq üçün lent yapışdırırlar" - Aparıcı DGK ilə bağlı araşdırma aparılmasını tələb edir
Bu gün, 15:23 |
|
|
|
• “Unibank”da yeni təyinat - ƏMR
Bu gün, 15:19 |
|
|
|
• "Bolt" gediş haqqını niyə ikiqat çıxır? – Əlavə vəsaitin tutulması...
Bu gün, 15:15 |
|
|
|
• Rayon xəstəxanalarında ölümlər buna görə çoxalıb – Həkimdən şok açıqlama
Bu gün, 15:11 |
|
|
|
• Bakıdan qaçan Pallone görün nə dedi – Paşinyan da gəlsəydi, qovulardı?..
Bu gün, 15:03 |
|
|
|
• İki təqaüdçü daxil 4 nəfəri piramida şəbəkəsinə cəlb etdi - Həbs olundu
Bu gün, 14:43 |
|
|
|
• Paşinyan Vatikandan dəstək umur - ŞƏRH
Bu gün, 14:00 |
|
|
|
• "BMT-nin Komissiyasında qətnamənin qəbul edilməsi itkin düşmüş soydaşlarımızın taleyini müəyyənləşdirəcək"
Bu gün, 13:58 |
|
|
|
• “Çox insanlar tənqidlə təhqir etməyi səhv salırlar”
Bu gün, 13:20 |
|
|
|
• Ermənistan və Türkiyə diplomatları görüşdü – Sərhədlər açılacaq?
Bu gün, 13:09 |
|
|
|
• Aİ-nin müşahidə missiyası Azərbaycanla sərhəddən gedir? - Rəsmi açıqlama
Bu gün, 13:04 |
|
|
|
• Kiyevin Qərbin qeyri-nüvə raketlərindən Rusiyaya qarşı istifadə etməsi nüvə reaksiyasına səbəb ola bilər - Kreml açıq şəkildə HƏDƏLƏDİ
Bu gün, 13:02 |
|
|
|
• Paşinyan Alagöz dağını paylaşdı, ermənilər etiraz etdi - FOTO
Bu gün, 12:59 |
|
|
|
• Təhlükəli proses başlayır, Ermənistan ordusu... - Abramyan
Bu gün, 12:56 |
|
|
|
• Rza Pəhləvi Trampdan Xamnei rejimini bitirməyi istədi
Bu gün, 12:54 |
|
|
|
• "Şou əhli qış yuxusuna gedib"
Bu gün, 12:45 |
|
|
|
|