Rusiya nüvə silahı tətbiq edə bilərmi? .....                     Sən Allah, gedin ayıbınıza kor olun... .....                     “Səhiyyəmizdəki problemləri paylaşdığım üçün səhifəm bağlandı” .....                     İki nazir Paşinyanın həyat yoldaşının fondundan ayrılıb .....                     Bakı Avropa Liseyi direktoru cərimələnir .....                     Vitse-Spikerin köməkçisi hakim təyin edildi .....                     Tərtərdə "Azərbaycan Bayrağı" ordenli Elnur Salahovun qardaşının toy mərasimi keçirilib .....                     SDU-da işdən çıxarılan fəlsəfə doktoru məhkəməyə üz tutdu .....                     Qadın ərinin dayısı oğluna şəkillərini göndərdi, gecəyarısı isə… .....                     Paşinyan revanşist rəqiblərini .....                     “Müharibədə yalnız Putin günahkar deyil” .....                     Aktyor Müşfiq Şahverdiyev məhkum edildi .....                     İranın 40 illik casus şəbəkəsi aktivləşdi: Risk var, təqib başladı .....                     "Başım toylara qarışdı, ikinci övladım olmadı" .....                     Paşinyan üçün son seçim: Referenduma getmədən Bakının tələbi icra edilir .....                     Turizm mərkəzi 529 minlik spesifik xüsusi geyimləri .....                     “Milli dövlətçiliyi dağıtmaq üçün qadınlardan istifadə edilir” .....                     I, yoxsa II Qarabağ müharibəsində daha çox veteran olub? .....                     "Nazir olmayan yerdə nazirdir..." .....                     Konqresmensayağı abırsızlıq: .....                     Ağdam şəhərində .....                     101 minlik qızılı Azərbaycana keçirmək istəyən "Duty Free"nin keçmiş əməkdaşlarının cinayət işi .....                     MN-in Hərbi-Texniki Təchizat Baş İdarəsinin rəisi vəzifəsi Fərid Əliyevə həvalə edilib .....                     "Adamın Lənkərana qonağı gələndə utanır..." .....                     Vergi borcu olan şirkət rəhbərinin ölkədən çıxışına qadağa qoyula bilər .....                     Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edilib .....                     Yüksək bal toplayan müəllimlərə .....                     Azərbaycanda polislərin maaşı gələn il artırıla bilər .....                     Nə vaxt və kimdən təzminat ala bilərik? .....                     Azərbaycan Ordusunun Baş Qərargah rəisi Pakistanda işgüzar səfərdədir .....                     “Düşünürlər, deputat kiminsə evinin damını düzəltməlidir…” .....                     Qarpız satan şərikinin arvadıyla "eşq" yaşadı: .....                     Onlar da Əfqanıstanda döyüşüb, ora at sürməyə getməyiblər ki? .....                     "Çantalara iş imitasiyası yaratmaq üçün lent yapışdırırlar" .....                     “Unibank”da yeni təyinat .....                     "Bolt" gediş haqqını niyə ikiqat çıxır? .....                     Rayon xəstəxanalarında ölümlər buna görə çoxalıb .....                     Bakıdan qaçan Pallone görün nə dedi .....                     İki təqaüdçü daxil 4 nəfəri piramida şəbəkəsinə cəlb etdi .....                     Paşinyan Vatikandan dəstək umur .....                 

“Sonuncu şam yeməyi” hər kəs üçün olacaq - Replika
Tarix: 13-01-2022, 08:23 | Çap et
“Sonuncu şam yeməyi” hər kəs üçün olacaq
Adəmdən üzü bu yana hələ bir mövzu olmayıb ki, insanlar onun barəsində yekdil və tam həmrəy olsunlar. Hətta bütün səmavi dinlər də birmənalı şəkildə iddia edir ki, ilk insanın – Adəmin övladları belə, ümumi məxrəcə gələ bilməyiblər, nəticədə yer üzündə ilk qətl törədilib - Qabil Habili qanına qəltan edib.

Əgər belə bir vəziyyət bəşəriyyətin lap gündoğan dövründə hökm sürübsə, indiki zəmanədəki durumu təsəvvür etmək olar. Odur ki, heç bir məsələ ətrafında vahid fikir yaranmasını gözləmək sadəlövhlükdən savayı bir şey olmazdı. İstənilən iş, istənilən fəaliyyət tənqidə tuş gəlməlidir, mütləq bir ağız büzən olacaq. Bu, normal haldır. Amma tənqiddən də tənqidə fərq var...

Sovet dövründə komediya və estrada janrında parlayan bir cütlük var idi – Şirvindt və Derjavin. Onların bir səhnəciyində qəti yumor hissindən məhrum şəxsin obrazını canlandıran Derjavinə tərəf müqabili lətifə danışırdı: “Bir dəfə Nil çayı ilə timsah üzür, pəncəsində də 10 rubl...” “Ciddi adam” Şirvindtin sözünü kəsirdi: “Bir dayan! Misir səhrasında yaşayan timsah sovet pulunu necə tapıb axı...”.

Bu səhnəcik son günlər sosial şəbəkələrdə artıq ölkəmizdə kifayət qədər populyarlıq qazanmış Əlixan Rəcəbovun təqdim etdiyi son işi – “Sonuncu şam yeməyi” qısametrajlı filmin müzakirələri zamanı yazılanlarla tanış olduqdan sonra xatirəmdə canlandı. Filmi başdan sona qədər danışmaq fikrində deyilik, çoxları da bəlkə izləyiblər. Qısaca olaraq bircə onu deyək ki, Əlixan ürək sözlərini, qəlbindəkiləri cəmiyyətə çatdırmaq üçün bu dəfə dəfn mərasimini və bu mərasim ətrafında cərəyan edən hadisələrin satirik təqdimatını seçib.

Təəssüf ki, 52 dəqiqəlik filmin əsas ismarıcı çoxlarının diqqətini cəlb etməyib. Bir qisim insanlar isə ümumiyyətlə filmi tam fərqli müstəvidə, eyni ilə yuxarıda xatırlatdığımız “ciddi insan” kimi anlayıblar. Xüsusən də narazı qalan kütləni Əlixanın yas mərasimlərinə və dəfn ənənəsinə sarkastik baxışı hiddətləndirib. Bəs konkret olaraq nə?

Məsələn, Əlixana irad tuturlar ki, nə üçün ölünü yuyan mürdəşir mərhumun oğlundan 150 manat tələb etdi? Axı, əslində bu dövlət rüsumu daha az məbləğdir. Qəribədir, deyilmi? Misir səhrasındakı timsahın pəncəsindəki əsginasa irəli sürülən iradı xatırlatmırmı? Və yaxud Əlixanın mollanı yumoristik çalarlara bürüməsi. Məgər fırıldaqçı, pulgir, məclisi birtəhər yola verib aradan çıxan din xadimi azmı görmüşük?

Başqa bir məqam. Gənclərin dəfn zamanı, daha sonra isə mərhumun qırx məclisində zarafatlaşmaları, kənar söhbət edərək mollanı dinləməmələri bəzilərini əsəbiləşdirir. Niyə? Məgər yas mərasimlərinin böyük əksəriyyətində mollanı dinləyən olur ki? Ya mərhuma heç bir yaxınlıq və qohumluğu çatmayanların zarafatları yenilikdir?

Və son olaraq daha bir irada nəzər salaq. Əlixanın yazdığı ssenaridə mərhumun vəsiyyətinə uyğun olaraq onun cənazəsinin yanında meyxana deyilir. Bu da bəziləri tərəfindən həm mərhuma, həm də ümumiyyətlə ənənələrimizə hörmətsizlik hesab edilib. Çox nahaq! İnternetdə sadə axtarış nəticəsində sazla, vağzalı ilə edilən neçə-neçə dəfnlərin kadrlarını izləmək mümkündür. Axı Əlixan bunu həyatın içindən götürüb! Düzdür, meyxana olmayıb. Hələ ki! Amma Əlixan da axı sənədli film çəkməyib.

Bir məsələyə də xüsusi diqqət çəkmək istərdik. “Sonuncu şam yeməyi”ndə yumor, satira, ironiya, sarkazm müxtəlif peşə sahiblərinə, müxtəlif yaş qruplarına aid insanlara tətbiq edilib. Amma ümumilikdə nə dini, nə əxlaqi, nə mənəvi, nə tarixi irsimizə və dəyərlərimizə toxunulub. Tənqid oxlarına onlar yox, fərdlər, ümumən cəmiyyət tuş gəlib.

Filmin əsas ismarıcına gəldikdə isə... Epizodların birində Əlixanın qəhrəmanı “40 gün necə gəldi keçdi, heç bilmədim” söyləyir. Cavabında isə sevimli aktyorumuz Şamil Süleymanovun ifasında izlədiyimiz qoca dillənir: “40 il necə gəldi keçdi, bilmədim”.

Demək olar ki, bu, filmin kulminasiya nöqtəsidir. Bütün zarafatlar, yumor, sarkazm 52 dəqiqəlik filmdə tamaşaçılara məhz bunu çatdırmaq üçün səfərbər edilib: “Dünya fanidir, zaman sürətlə ötüb keçir. Bütün çalışmalar, dünya malını qazanmaq üçün bütün fırıldaqlar bir gün heç olacaq, hər şey bu dünyada qalacaq. İnsan isə bu dünyaya necə əliboş gəlmişdisə, elə də əliboş torpağın altına gedəcək. Tək-tənha! Elə isə bu dünya üçün bu cür hoqqalardan çıxmağına dəyərmi?”.

P.S. Əlbəttə ki, zövqlər fərqli olur və zövq haqqında mübahisə məhsuldarlığı çox aşağı olan bir əməldir. Amma hər halda, istənilən tənqidi söylədikdə əndazəni gözləmək, ən azından qarşı tərəfin də arqumentlərinə qulaq vermək, vicdanın səsini dinləmək lazımdır. Dünya axı fanidir. İstənilən şam yeməyi sonuncu ola bilər...

Müəllif: Polad Xudayarlı
//AYNA.AZ//








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Rusiya nüvə silahı tətbiq edə bilərmi? - AKTUAL
Bu gün, 18:11
Sən Allah, gedin ayıbınıza kor olun...
Bu gün, 18:06
“Səhiyyəmizdəki problemləri paylaşdığım üçün səhifəm bağlandı” - AXI NİYƏ?..
Bu gün, 18:03
İki nazir Paşinyanın həyat yoldaşının fondundan ayrılıb - KİV
Bu gün, 18:00
Bakı Avropa Liseyi direktoru cərimələnir - BUNA GÖRƏ...
Bu gün, 17:58
Vitse-Spikerin köməkçisi hakim təyin edildi - FOTO
Bu gün, 17:58
Tərtərdə "Azərbaycan Bayrağı" ordenli Elnur Salahovun qardaşının toy mərasimi keçirilib - FOTO
Bu gün, 17:55
SDU-da işdən çıxarılan fəlsəfə doktoru məhkəməyə üz tutdu - QALMAQAL
Bu gün, 17:52
Qadın ərinin dayısı oğluna şəkillərini göndərdi, gecəyarısı isə… - TƏFƏRRÜAT
Bu gün, 17:43
Paşinyan revanşist rəqiblərini SIRADAN ÇIXARIR
Bu gün, 17:37
“Müharibədə yalnız Putin günahkar deyil” - Zelenski
Bu gün, 17:34
Aktyor Müşfiq Şahverdiyev məhkum edildi - TƏFƏRRÜAT
Bu gün, 17:32
İranın 40 illik casus şəbəkəsi aktivləşdi: Risk var, təqib başladı - İLGİNC
Bu gün, 17:29
"Başım toylara qarışdı, ikinci övladım olmadı"
Bu gün, 17:27
Paşinyan üçün son seçim: Referenduma getmədən Bakının tələbi icra edilir - NƏ BAŞ VERİR?
Bu gün, 17:22
Turizm mərkəzi 529 minlik spesifik xüsusi geyimləri - BU ŞİRKƏTDƏN ALDI
Bu gün, 17:19
“Milli dövlətçiliyi dağıtmaq üçün qadınlardan istifadə edilir” - Akif İslamzadə
Bu gün, 17:14
I, yoxsa II Qarabağ müharibəsində daha çox veteran olub? – Rəsmi məlumat
Bu gün, 17:12
"Nazir olmayan yerdə nazirdir..." - FAKT BELƏDİR...
Bu gün, 17:09
Konqresmensayağı abırsızlıq: - yaxud Pallonenin pulunu verin kirisin, haylar!
Bu gün, 17:06
Ağdam şəhərində 23,7 milyon manatlıq layihənin icrasına başlanılır
Bu gün, 17:04
101 minlik qızılı Azərbaycana keçirmək istəyən "Duty Free"nin keçmiş əməkdaşlarının cinayət işi - TƏFƏRRÜAT
Bu gün, 17:01
MN-in Hərbi-Texniki Təchizat Baş İdarəsinin rəisi vəzifəsi Fərid Əliyevə həvalə edilib - ƏMR
Bu gün, 16:40
"Adamın Lənkərana qonağı gələndə utanır..." - FAKT BUDUR!
Bu gün, 16:39
Vergi borcu olan şirkət rəhbərinin ölkədən çıxışına qadağa qoyula bilər - TƏFƏRRÜAT
Bu gün, 16:25
Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edilib - SƏRƏNCAM
Bu gün, 16:22
Yüksək bal toplayan müəllimlərə YENİ GÜZƏŞTLƏR?
Bu gün, 16:04
Azərbaycanda polislərin maaşı gələn il artırıla bilər
Bu gün, 15:55
Nə vaxt və kimdən təzminat ala bilərik? - Vəkil danışdı
Bu gün, 15:40
Azərbaycan Ordusunun Baş Qərargah rəisi Pakistanda işgüzar səfərdədir
Bu gün, 15:35
“Düşünürlər, deputat kiminsə evinin damını düzəltməlidir…” – Tənzilə Rüstəmxanlı
Bu gün, 15:33
Qarpız satan şərikinin arvadıyla "eşq" yaşadı: - "Gördüm darvazanın ağzında..."
Bu gün, 15:30
Onlar da Əfqanıstanda döyüşüb, ora at sürməyə getməyiblər ki? - Siyavuş Novruzov
Bu gün, 15:25
"Çantalara iş imitasiyası yaratmaq üçün lent yapışdırırlar" - Aparıcı DGK ilə bağlı araşdırma aparılmasını tələb edir
Bu gün, 15:23
“Unibank”da yeni təyinat - ƏMR
Bu gün, 15:19
"Bolt" gediş haqqını niyə ikiqat çıxır? – Əlavə vəsaitin tutulması...
Bu gün, 15:15
Rayon xəstəxanalarında ölümlər buna görə çoxalıb – Həkimdən şok açıqlama
Bu gün, 15:11
Bakıdan qaçan Pallone görün nə dedi – Paşinyan da gəlsəydi, qovulardı?..
Bu gün, 15:03
İki təqaüdçü daxil 4 nəfəri piramida şəbəkəsinə cəlb etdi - Həbs olundu
Bu gün, 14:43
Paşinyan Vatikandan dəstək umur - ŞƏRH
Bu gün, 14:00
"BMT-nin Komissiyasında qətnamənin qəbul edilməsi itkin düşmüş soydaşlarımızın taleyini müəyyənləşdirəcək"
Bu gün, 13:58
“Çox insanlar tənqidlə təhqir etməyi səhv salırlar”
Bu gün, 13:20
Ermənistan və Türkiyə diplomatları görüşdü – Sərhədlər açılacaq?
Bu gün, 13:09
Aİ-nin müşahidə missiyası Azərbaycanla sərhəddən gedir? - Rəsmi açıqlama
Bu gün, 13:04
Kiyevin Qərbin qeyri-nüvə raketlərindən Rusiyaya qarşı istifadə etməsi nüvə reaksiyasına səbəb ola bilər - Kreml açıq şəkildə HƏDƏLƏDİ
Bu gün, 13:02
Paşinyan Alagöz dağını paylaşdı, ermənilər etiraz etdi - FOTO
Bu gün, 12:59
Təhlükəli proses başlayır, Ermənistan ordusu... - Abramyan
Bu gün, 12:56
Rza Pəhləvi Trampdan Xamnei rejimini bitirməyi istədi
Bu gün, 12:54
"Şou əhli qış yuxusuna gedib"
Bu gün, 12:45
Arabir yağış yağacağı ehtimalı var - belə deyirlər...
Bu gün, 12:42
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru