“Ssenarim qalib gəldi, Qarabağ haqqında film çəkilmədi...” - Mirbala Səlimli
Tarix: 13-04-2022, 09:10 | Çap et
dia-az.life xəbər verir ki, teleqraf.com-un müsahibi əməkdar incəsənət xadimi, teatr və kino rejissoru, ssenarist Mirbala Səlimlidir. Onunla söhbətə teatrla başlayıb kino ilə yekun vurduq.
Baş rejissoru olduğu Şəki Teatrının hazırki durumunu analiz edən rejissor tamaşalara maliyyə vəsaitinin ayrılmadığını bildirdi, ssenari müsabiqələrinə inamsızlığın səbəblərindən danışdı. Həmçinin qeyd etdi ki, Azərbaycan tarixinə qızıl hərflərlə yazılan II Qarabağ müharibəsi kinoda layiqli şəkildə təcəssüm olunmalıdır.
Qeyd: Mirbala Səlimli Azərbaycan Dövlət İncəsənət İnstitutunun kino və dram aktyorluğu, Moskva Ali Teatr Məktəbinin teatr rejissorluğu və Moskva Ali Ssenaristlər və Rejissorlar kursunun kino rejissorluğu şöbəsini fərqlənmə diplomları ilə bitirib. Məşhur rus kinorejissoru Aleksey Germanın tələbəsidir, onun çəkdiyi “Allah olmaq çətindir” filmində təcrübə keçib. 1985-ci ildən Şəki Dövlət Dram Teatrında işləyir və hazırda bu teatrın baş rejissorudur. 2009-cu ildə Jan Batist Molyerin “Xəsis” komediyasının quruluşuna görə “Qızıl Dərviş” mükafatına layiq görülüb. “Qırmızı bağ” bədii filmi bir çox festivallarda mükafatlar qazanıb.
“İntihar” səhnələşdiriləcək
- Mirbala müəllim, Şəki teatrında vəziyyət necədir? Hansı tamaşalar üzərində çalışırsınız?
- Hazırda Şəki Teatrında Qriqori Qorinin “Herostratı unudun” tamaşasının üzərində iş gedir. Aprelin sonu, mayın əvvəli tamaşanın premyerası nəzərdə tutulub. Quruluşçu rejissoru Əlisahib Cəbilovdur. Həmçinin Vaqif Səmədoğlunun “İntihar” əsərini səhnələşdirmək niyyətindəyik. Tamaşaya gənc rejissor Orxan Həmidli quruluş verəcək.
Paralel olaraq Şəki Teatrında aktyor studiyası fəaliyyət göstərir. Orada gənclərə aktyor sənətindən, səhnə danışığından, vokaldan, rəqs dərsləri keçirilir. Ən yaxşı nəticə göstərən tələbələr teatrda fəaliyyətə başlayırlar. Bu studiyanın məqsədi teatr üçün gənc mütəxəssislər hazırlamaqdır.
Teatrın tərkibində rejissor laboratoriyası da fəaliyyət göstərir. Bu laboratoriyalar nəsil qırıqlığının yaranmasının qarşısını almağa xidmət edir. Bir nəsil aktyorlar yaşlananda digər nəsil aktyorlar yetişməlidir. Teatr çay axını kimidir... Bu axını təmin etmək üçün hər iki ildən bir teatra yeni aktyorlar, gənclər dəvət olunur... Aktyor və rejissor hazırlığı çox mürəkkəb prosesdir. Düşünməyin ki, bu laboratoriyada oxuyan gənclərin hamısı aktyor və rejissor olur, xeyr, belə deyil. Bu işi bacarmaq lazımdır.
İki ilin tamamında laboratoriyanın tələbələrinə sertifikatlar verilir. Daha sonra işə qəbul olunurlar. Teatrda bütün nəsillərdən olan aktyor heyəti olmalıdır ki, gənc oğlan, gənc qız obrazını yaşlı aktrisa, aktyor oynamasın.
- Bu laboratoriyalara qəbul zamanı gənclərin təhsilli olub-olmamaları fərq edir?
- Rejissor laboratoriyasında mütləq buna fikir verilir. Rejissor olmaq istəyənlər laboratoriyaya təhsilli gəlməlidirlər.
“Əsas problem vəsait çatışmamazlığıdır”
- Məlumdur ki, pandemiyanın ən çox təsir etdiyi sahələrdən biri də incəsənətdir. Bir teatr olaraq belə ağır mərhələni necə keçdiniz? Və indi ən böyük problem nədir?
- Doğru qeyd etdiniz, pandemiya bir çox sahələrdə, o cümlədən incəsənət sahəsində fəaliyyəti dondurdu. Amma şükürlər olsun ki, yenidən işinimizi bərpa edə bildik.
İndiki halda teatrın əsas problemi vəsait çatışmazlığıdır. Tamaşalara vəsait ayrılmır.
- Bəs Mədəniyyət Nazirliyi vəsait ayırmır?
- Yox. Güman ki, pandemiya ilə əlaqədardır. Teatrlar sentyabr ayından pandemiya məhdudiyyətləri çərçivəsində fəaliyyətə başlayıblar. O zaman teatr zallarının ümumi tutumunun 50 faizdən çox olmamaq şərtilə dolması nəzərdə tutulurdu. Mart ayında bu qadağa aradan götürüldü. Hazırda Şəki teatrında səhnələşdirdiyimiz tamaşaları öz qazancımız hesabına edirik.
- Teatr o qədər qazana bilirmi ki, tamaşalarını təmin etsin?
- Zəif də olsa təmin edirik. Əlbəttə, tamaşanın yaxşı alınması üçün yaxşı maddi vəsait olmalıdır. Amma teatr olaraq qazancımızın hamısını tamaşalara verə bilmirik, çünki kommunal xərclərimizi də ödəməliyik.
- Bu zaman kəsiyində neçə tamaşa hazırlamısınız?
- “Herostratı unudun”u nəzərə alsaq indiyə kimi dörd tamaşa hazırlanıb: ikisi uşaqlar, ikisi böyüklər üçün.
- Mədəniyyət Nazirliyi sizin müraciətinizə hansı reaksiyanı verib?
- Müraciət etmişik. Gözləyirik. İnanıram ki, vəsait ayrılacaq.
“Bağça uşaqları üçün tamaşa göstərəcəyik”
- Mirbala müəllim, belə nəticəyə gəldim ki, teatrınız tamaşaçı qıtlığı yaşamır. Tamaşaçı gəlir və maddi vəsait toplanır, yeni tamaşaya xərclənir. Proses zəncirvari davam edir.
- Çox şükürlər olsun ki, tamaşaçı qıtlığı yaşamırıq. Şəki teatrlar şəhərdir. Burada teatrı sevirlər, onunla nəfəs alırlar. Teatr şəhərin mərkəzində yerləşir. Novruz bayramı ərəfəsində məhdudiyyətlər aradan götürüldü. Biz çox yüksək göstərici ilə qarşılaşdıq. Bu o deməkdir ki, tamaşaçı teatr üçün darıxıb. 9 gün ərzində 30 tamaşa oynanıldı.
Teatr üçün önəmli olan faktor öz tamaşaçısını yetişdirməyidir. İyun ayında növbəti layihəmizi gerçəkləşdirəcəyik. Bağça uşaqları üçün yarım saatlıq tamaşa göstərəcəyik. Bu, uşaqları indidən teatrlara, tamaşalara yönəltmək məqsədi daşıyır. Onlar körpə vaxtlarından teatrsevər böyüyürlər. Həmçinin məktəblərlə müntəzəm işləyirik. Bura uşaq evləri də daxildir. O uşaqlar gələcəkdə teatrın tamaşaçıları olacaq. Onlar teatrın nə olduğunu bilərək böyüyürlər və teatra gəlirlər.
Gənclərlə əlaqədar başqa bir istiqamət üzrə iş gedir. Böyüklər üçün hazırlanan tamaşada isə ziyalılar, mədəniyyət işçiləri çoxluq təşkil edir.
- Tamaşa hazırlamaq üçün Bakı teatrlarından təklif almısınızmı?
- Mənə çox təkliflər olub, amma bizim teatrda da iş həddən artıq çoxdur.
- Teatr fəaliyyətiniz kino fəaliyyətinizi üstələyir. Bu sizi narahat etmir ki?
- Elə görünə bilər, amma kino ilə bağlı da boş oturmuram. Hazır ssenarilərim var, studiyalarla danışıqlar aparırıq.
- Sizin istehsalata buraxılan “Xoşbəxt sonluqlu faciə” filminizin taleyi necə oldu?
- Sualınızı cavablandırmaq çox çətindir. Pandemiya başlayanda proses də dayandı. Ola bilər, o layihə yenidən müzakirə mövzusuna çevrilsin, ola da bilər, unudulsun.
Ümid etmək istəyirəm ki, bundan sonra teatr və kino sahəsində fəaliyyət genişlənəcək. Şuşa Türk dünyasının paytaxtı elan olundu. Demək, gələcək daha ümidvericidir. Teatrımıza, kinomuza da bahar gələcək. Mən buna bütün qəlbimlə inanıram.
“Qarabağa aid ssenarim qalib gəldi, amma istehsalata buraxılmadı”
- Ötən iki ildə tariximizdə əlamətdar hadisə yaşadıq. Amma ll Qarabağ müharibəsində Azərbaycan xalqının möhtəşəm zəfərini, Prezident İlham Əliyevin qətiyyətini, Azərbaycan ordusunun sücaət və qəhrəmanlığını əks etdirən film hələ də çəkilməyib.
- Sizə əminliklə deyirəm, Qarabağ müharibəsi ilə bağlı çox ssenarilər yazılır. Özü də bir aspektdən deyil. İşğala məruz qalmış şəhərlər, əsgərlərimizin taleyi, zəfəri, şücaəti haqqında ssenarilərin yazıldığından xəbərim var. Elə mən də bu hadisələri əks etdirən ssenari yazmışam.
- Yazılır, amma ekrana gəlmir...
- Məsələ budur. Məncə, istehsalat bu baxımdan gecikir. Filmin çəkilişi üçün böyük vəsaitlər lazımdır, bu heç kimə sirr deyil. Bu mənada ləngimə gözəçarpacaq dərəcədədir.
Əvvəlki müsabiqədə Qarabağ haqqında ssenarim qalib gəldi. Amma təəssüf ki, istehsalata buraxılmadı. Vəzifədə olan adamlar dəyişdi. Kinomuzdakı qəribəliklərdən biri budur. Mənə elə gəlir, müsabiqə elan olunmalı, mexanizm dəqiq qurulmalıdır. Əgər müsabiqələrin mexanizmi dəqiq qurulmasa kinorejissorların, ssenaristlərin inamı itir. Heç kimin yenidən müsabiqəyə ssenari verməyə həvəsi olmur.
Müsabiqələrin keçirilməsi çox yaxşıdır və bu, davamlı olmalıdır. Müsabiqələrin mexanizmi dəqiq işlənməlidir. Elə işlənməli və nəzarət edilməlidir ki, müəlliflərdə inam yaransın. Onlar inanmalıdırlar ki, ssenari hər hansı müsabiqədə qalib gəlsə, deməli, çəkiləcək. Bu mənada çatışmayan cəhətlər çoxdur.
Kinomuzda son illərdə çox sürətlə dəyişikliklər baş verir. Mütəxəssislər dəyişir, studiya rəhbərləri dəyişir. Bu dəyişmələr çaşqınlıq yaradır. İnanıram ki, bu ildən etibarən kinoya yeni nəfəs gələcək, müxtəliflər mövzularda: Qarabağ zəfərimiz, qəhrəman döyüşçülərimiz haqqında filmlər çəkiləcək. Müsabiqələr keçirmək ən doğru yoldur. Amma yenə də deyirəm, işə sona qədər nəzarət həyata keçirilməli və nəticə olmalıdır.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Arabir yağış yağacağı ehtimalı var - belə deyirlər...
Bu gün, 12:42 |
|
|
|
• İran gizli şəkildə Xamneyinin varisini seçdi - onun haqqında məlum olanlar
Bu gün, 12:39 |
|
|
|
• MMC vətəndaşın mənzilini dağıdıb, indi də obyektini ələ keçirmək istəyir - FOTOLAR
Bu gün, 12:29 |
|
|
|
• Putin Rusiyanın yenilənmiş nüvə doktrinasını təsdiqləyib
Bu gün, 12:21 |
|
|
|
• “Mars Overseas”ın istehsal etdiyi “Natura” şirəsinin içindən GÖRÜN NƏ ÇIXDI
Bu gün, 12:19 |
|
|
|
• “Gələn il minimum pensiya məbləği ən azı 300 manat olmalıdır” - ÇAĞIRIŞ
Bu gün, 12:08 |
|
|
|
• “ABŞ Ukraynadakı müharibədə iştirak etmir” - Sallivan
Bu gün, 12:06 |
|
|
|
• “Düşünürdü ki, onlar kimdir Amerika senatoruna nəsə desin...” - maləsəf... BU FAKTDIR...
Bu gün, 12:03 |
|
|
|
• Erməni səfir Fransanın keçmiş prezidentləri ilə görüşdü
Bu gün, 12:01 |
|
|
|
• “Anti-Azərbaycan qüvvələri bu dəfə də COP29-da məğlub oldular” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 11:56 |
|
|
|
• Aqrar sektora ayrılmış subsdiyalar nəticə verməyib, milyardlar havaya uçub -EKSPERT ŞƏRHİ
Bu gün, 11:54 |
|
|
|
• "Söyüş söydüyünə görə vintaçanla vurdum" - Salam almaq üstündə qətl
Bu gün, 11:52 |
|
|
|
• "Respublikanski" “köçürüldü", xəstələr yollarda qaldı - GİLEY
Bu gün, 11:50 |
|
|
|
• Ərini öldürüb həbsdə ana olan Əfsanənin dramı... - TƏFƏRRÜAT
Bu gün, 11:48 |
|
|
|
• Messi Ağ Evin qapısına zərbə vurmaq istəyir – İmpiçment çağırışı
Bu gün, 11:46 |
|
|
|
• COP29 çərçivəsində hansı sazişlər imzalanıb? - AKTUAL
Bu gün, 11:37 |
|
|
|
• Minimum əməkhaqqı və minimum pensiya artımı üçün büdcədə vəsait nəzərdə tutulub - Nazirdən MÜJDƏ
Bu gün, 11:33 |
|
|
|
• Rəsmi rəqəmlər deyir, ARTIM VAR... reallıq isə... - FOTOFAKT
Bu gün, 11:31 |
|
|
|
• Agentlikdə yeni sədr müavini TƏYİNAT - BUNDAN SONRA...
Bu gün, 11:21 |
|
|
|
• Marketlərdə satılan farş nə ətindən hazırlanır? - Qəssabdan şok AÇIQLAMA
Bu gün, 11:20 |
|
|
|
• "Hizbullah" ABŞ-nin atəşkəs təklifi ilə razılaşıb" - Reuters
Bu gün, 11:18 |
|
|
|
• Sülh prosesində iki çətin məsələ hansıdır? - Detallar açıqlandı
Bu gün, 11:01 |
|
|
|
• Generalın həyat yoldaşına vəzifə verildi - ƏMR
Bu gün, 10:59 |
|
|
|
• Sülh yaxud müharibə: Bölgə üçün son seçim belədir... - AKTUAL
Bu gün, 10:48 |
|
|
|
• Ağdərənin bu kəndində 1,5 milyon manatlıq yenidənqurma işlərinə başlanılır
Bu gün, 10:46 |
|
|
|
• Azərbaycan cəmiyyətinin Peloniyə reaksiyası çox təbiidir - RƏY
Bu gün, 10:36 |
|
|
|
• “Freedom House”dən görünməmiş həyasızlıq - Bakıdan şillə kimi cavab
Bu gün, 10:34 |
|
|
|
• Aİ-95 markalı benzinin qiyməti dövlət tərəfindən tənzimlənəcək - AÇIQLAMA
Bu gün, 10:32 |
|
|
|
• “Ruslar o templə Avropaya yönəlsəydi, indi bir çox dövlətlər Tatarıstan statusundaydı” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 10:21 |
|
|
|
• ADAU-da büdcə pulları BELƏ MƏNİMSƏNİLİR... - BU DA FAKT!
Bu gün, 10:15 |
|
|
|
• Azərbaycanda İran vətəndaşı iki gündür itkin düşüb
Bu gün, 10:04 |
|
|
|
• “İstəmirəm sizin fiber-optik 110 manatlıq xidməti” – Vətəndaşdan haqlı narazılıq
Bu gün, 10:03 |
|
|
|
• NİYƏ 285 MANAT?... - Və ya bir ailənin aylıq minimum yaşam xərci nə qədərdir?
Bu gün, 09:57 |
|
|
|
• Frank Peloni Bakıda kimlərlə görüşəcəkdi? - AÇIQLAMA
Bu gün, 09:49 |
|
|
|
• Vasif Talıbovun yaratdığı PROBLEM... HƏLƏ DƏ QALIR...
Bu gün, 09:48 |
|
|
|
• Tələbələrin təqüdü 285 manata qədər artırıla bilər - MÜJDƏ
Bu gün, 09:42 |
|
|
|
• Ermənistan ATƏT-ə missiya rəhbəri TƏYİN ETDİ
Bu gün, 09:39 |
|
|
|
• Paşinyan üzünü qırxmağı da bir həftə öncə komanda üzvləri ilə müzakirə edib... - “Hraparak”
Bu gün, 09:37 |
|
|
|
• Azərbaycanda nəqliyyat şirkəti - LƏĞV EDİLİR
Bu gün, 09:32 |
|
|
|
• “İstifadə edilməyən məzuniyyətə görə kompensasiya ödənilməlidir” - QANUN BELƏ DEYİR...
Bu gün, 09:28 |
|
|
|
• Oqtay Şirəliyevin tibb müəssisəsi yüksək məbləğdə cərimələndi - SƏBƏB
Bu gün, 09:23 |
|
|
|
• "Şöbə müdiri deyir ki, Maştağadan həkim gətizdirib sizi yoxlatdıracağam, narkomansınız..." - Qarabağ qazisinə YAĞI MÜNASİBƏTİ?
Bu gün, 09:21 |
|
|
|
• Milli Məclisin vəzifəli şəxsi qəfil ürəktutmadan vəfat etdi - FOTO
Bu gün, 09:17 |
|
|
|
• Paytaxtda dilimizə sayğısızlıq -qanunu pozanlar niyə cəzalandırılmır?
Bu gün, 09:16 |
|
|
|
• Ukrayna COP29 çərçivəsində İqlim Klubu Qlobal Platformasına qoşulub
Bu gün, 09:15 |
|
|
|
• Keçmiş arvadını azyaşlı oğlunun gözləri qarşısında öldürmək istəyən şəxsə AĞIR CƏZA
Bu gün, 09:13 |
|
|
|
• Ermənilər bu ölkənin torpaqlarını ələ keçirir – Hiyləgər plan etirazlara səbəb oldu
Bu gün, 09:11 |
|
|
|
• Nə üzlə gəlmişdi, nə sözlə getdi – Konqresmenin etdiklərinin bədəli
Bu gün, 09:10 |
|
|
|
• Bərdədə QOÇULUQ EDƏN KİMDİR? - GİLEY
Bu gün, 09:08 |
|
|
|
• Göygöldə moruq festifalı təşkil edən “TASK HUB” MMC-nin Zəfər Qurbanovla nə kimi əlaqəsi var - İLGİNC FAKTLAR...
Bu gün, 09:00 |
|
|
|
|