Kino Agentliyinin necə işləyəcəyini gələcək göstərəcək”
Tarix: 22-04-2022, 07:53 | Çap et
“Hazırda kinoya ayrılan vəsait yalnız kinonun istehsalına sərf olunur. Kinonun bazara çıxarılması, müsabiqə və festivallarda təqdim edilməsi-bir çox məsələ var ki, büdcədə nəzərdə tutulmayıb. Kino Agentliyinin yaradılması bu sahədə qərarların verilməsinə kifayət qədər çeviklik gətirəcək”. DİA.AZ xəbər verir ki, bunu mədəniyyət və kino sahəsi üzrə ekspert Fikrin Bektaşi Kino Agentliyinin yaranmasını Meydan TV-yə şərh edərkən deyib.
O deyir ki, Azərbaycanda Kino Agentliyinin yaranması ilə bağlı təkliflər 2010-2011-ci illərdə verilib.
Onun sözlərinə görə, kinematoqrafiyanın ayrı qurum kimi fəaliyyət göstərməsi kino sahəsinə çeviklik gətirə bilər:
“Bu çeviklik, xüsusi olaraq birbaşa maliyyənin ayrılmasında, müxtəlif layihələrin seçilməsində mühüm rol oynayacaq”.
Aprelin 20-də Prezident İlham Əliyev Kino Agentliyinin yaradılması ilə bağlı fərman imzalayıb.
Bildirilir ki, məqsəd Azərbaycan kinematoqrafiyasında dövlət siyasətinin həyata keçirilməsinin təkmilləşdirmək, milli kinonun beynəlxalq rəqabətə davamlılığını təmin etmək, yerli istehsal və yayım infrastrukturunu müasirləşdirməkdir.
Agentlik Mədəniyyət Nazirliyinin tabelyində fəaliyyət göstərəcək.
Bəs Kino Agentliyinin yaradılması nə kimi perspektivlər vəd edir? Azərbaycan kinosunun mövcud problemləri, bürokratik əngəllər, film çəkilişləri zamanı yaşanan qeyri-şəffaflıq aradan qalxacaqmı?
“İndiyə kimi problemlər məhz idarəetmə ilə bağlı idi”
Fikrin Bektaşi hesab edir ki, bu sahədə ciddi işlər görülməli və fərmanda göstərilən bütün bəndlər açıqlanmalıdır:
“Yeni yaradılacaq qurumun bir sədr və iki müavindən ibarət Müşahidə Şurasında digər nazirliklərin nümayəndələri ola bilər. Xüsusən də İqtisadiyyat və Təhsil Nazirliyindən nümayəndə olsa, yaxşı olar. Burada əsas məsələ agentliyin hansı formada və hansı qərarlarla idarə olunmasıdır. İndiyə kimi problemlər məhz idarəetmə ilə bağlı idi”.
“Agentliyin səlahiyyətləri, prosedurları kifayət qədər şəffaf olacaqmı? Qurumun adını və yaxud statusunu dəyişməklə bu məsələ həll olunmur. Fərmanda göstərilən bütün bəndlərin açıqlanması şərtdir. Göstərilən bəndlər hamısı hamıya mümkün və açıq olmalıdır. Bu sahədə qapalı bazar ola bilməz”, – deyə o bildirib.
“Kinoya kinodan başı çıxan adam rəhbərlik etməlidir”
“Burada əsas məsələ şəffaflıqdır. Filmlərin çəkilməsi, beynəlxalq bazarda satışında əvvəlki problemlər yaşanmayacaq”, – Xalq artisti, kinoaktyor Rasim Balayev bu qənaətdədir.
O, Meydan TV-yə Azərbaycan Kino Agentliyinin yaranmasını müsbət qiymətləndirdiyini deyib: “Kinematoqrafiya əvvəllər ayrıca qurum idi. Sonralar kinonun Mədəniyyət Nazirliyinin tərkibində üç nəfərdən ibarət şöbədə fəaliyyət göstərməsi bizi qane etmirdi. Kinoya kinodan başı çıxan adam rəhbərlik etməlidir”.
“Əvvəllər filmi çəkirdilər – normal və yaxud pis filmdir – nazir baxırdı. Deyirdi ki, əladır. Nazir kino barədə mütəxəssis deyildi. Sonra da film arxivə atılırdı. Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olsa da, ayrıca bir qurum kimi fəaliyyət göstərəcək və Azərbaycan kinosu üçün geniş imkanlar açacaq”, – deyə Xalq artisti qeyd edib. “Bilirsiniz, Mədəniyyət Nazirliyində nələr olurdu? Həbslər də bundan xəbər verir. Kinoya pul buraxırdılar. Ayrılan puldan əvvəlcədən 250-300 min götürürdülər. Sonra soruşanda ki, bizə niyə az qonorar verirsiniz? Deyirdilər ki, pulumuz yoxdur. Əlbəttə olmaz, bəri başdan ayrılan bir milyonun 250-300 min manatını götürüblər. Belə epizodlar olub. İndi düşünürəm ki, Kino Agentliyində işlər başqa axarda olacaq”, – aktyor əlavə edib.
“Agentliyin ümidləri doğruldub-doğrultmayacağını gələcək göstərəcək”
Kinoşünas Aygün Aslanlı xarici fondlarla əməkdaşlıq, müştərək layihələr, film çəkilişləri baxımından yaradılan qurumun işini yüksək qiymətləndirir.
Bununla belə hesab edir ki, agentliyin fəaliyyətini gələcək göstərəcək:
“Hamı ümid edirdi ki, kinematoqrafiya Mədəniyyət Nazirliyinin nəzdində balaca bir şöbə olmaqdan çıxıb, sırf kino qurumu kimi fəaliyyət göstərərsə nələrsə dəyişər. Nazirliyin tərkibindəki kiçik bir kino şöbəsi köhnə sovet sistemi ilə idarə olunurdu. Dünya praktikasında isə bu sahə ayrıca qurumdur, kino agentliyi və ya mərkəzi kimi fəaliyyət göstərir. Məsələn, Gürcüstanda Milli Kino Mərkəzi, Fransada Kino Mərkəzi var. Həmin mərkəzlər də kinodakı çatışmazlıqlara, maliyyə axtarışlarına özləri baxırlar. Agentliyin işini gələcək göstərəcək. Ümidləri doğruldurmu, yoxsa, sadəcə, şəkil dəyişəcəkmi? Bunu gələcəkdə biləcəyik”.
“Kino haqqında qərarları, bu sahəyə əlaqəsi olan məmurlar verəcək”
Rejissor Fehruz Şamıyev də Agentliyin Azərbaycan kino sənayesinin inkişafına təkan verəcəyi qənaətindədir.
O, milli kinonun agentlik səviyyəsində fəaliyyətinin böyük imkanlar yaradacağına ümid edir:
“Sovet dövründə ayrıca Kinematoqrafiya Komitəsi fəaliyyət göstərirdi. Bundan başqa, “Azərkino” İstehsalat Birliyi də vardı. Kino Mədəniyyət Nazirliyinin tərkibinə veriləndən sonra burada icra baxımında struktur müəyyən qədər kiçildi. Bu kiçilmə, Azərbaycan kinosunu nəzarətdə saxlamağa və yaxud da onuna bağlı hansısa bir ciddi layihələrin həyata keçirilməsinə müəyyən qədər mane yaratdı. Ən azından, kino haqqında qərarları, bu sahəyə əlaqəsi olan məmurlar verəcək”.
Rejissor hesab edir ki, Kino Agentliyi müstəqil fəaliyyət göstərsə, daha yaxşı olardı.
O hesab edir ki, kino müstəqil, azad sahədir:
“Belə qərar verilibsə, biz çalışmalıyıq ki, bununla müəyyən qədər ciddi işlərə imza ataq. Agentliyin yaranması kino layihələrin, işçi qruplarının daha genişlənəcəyinə vəd verir. Yəni kinoya aid olan layihələrin həyata keçirilməsi daha intensiv olacaq. Mədəniyyət Nazirliyinin digər şöbə və məmurlarından asılı olmayacaq. Agentliyin yaradılması müsbət bir addım sayıla bilər”.
“Agentlikdə işləyəcək komandanın çalışmasından da çox şey asılıdır. Orada çalışacaq komanda, rəhbərlik həm kommersiya, həm müəllif filmlərini yerli bazarla yanaşı, xaricdə təbliği ilə bağlı da ciddi planlar qurmalıdırlar. Düşünürəm ki, müəyyən bir vaxtdan sonra biz artıq bu komandanın işi ilə bağlı öz rəyimizi verə biləcəyik”, – Fehruz Şamıyev deyib.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Sülh prosesində iki çətin məsələ hansıdır? - Detallar açıqlandı
Bu gün, 11:01 |
|
|
|
• Generalın həyat yoldaşına vəzifə verildi - ƏMR
Bu gün, 10:59 |
|
|
|
• Sülh yaxud müharibə: Bölgə üçün son seçim belədir... - AKTUAL
Bu gün, 10:48 |
|
|
|
• Ağdərənin bu kəndində 1,5 milyon manatlıq yenidənqurma işlərinə başlanılır
Bu gün, 10:46 |
|
|
|
• Azərbaycan cəmiyyətinin Peloniyə reaksiyası çox təbiidir - RƏY
Bu gün, 10:36 |
|
|
|
• “Freedom House”dən görünməmiş həyasızlıq - Bakıdan şillə kimi cavab
Bu gün, 10:34 |
|
|
|
• Aİ-95 markalı benzinin qiyməti dövlət tərəfindən tənzimlənəcək - AÇIQLAMA
Bu gün, 10:32 |
|
|
|
• “Ruslar o templə Avropaya yönəlsəydi, indi bir çox dövlətlər Tatarıstan statusundaydı” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 10:21 |
|
|
|
• ADAU-da büdcə pulları BELƏ MƏNİMSƏNİLİR... - BU DA FAKT!
Bu gün, 10:15 |
|
|
|
• Azərbaycanda İran vətəndaşı iki gündür itkin düşüb
Bu gün, 10:04 |
|
|
|
• “İstəmirəm sizin fiber-optik 110 manatlıq xidməti” – Vətəndaşdan haqlı narazılıq
Bu gün, 10:03 |
|
|
|
• NİYƏ 285 MANAT?... - Və ya bir ailənin aylıq minimum yaşam xərci nə qədərdir?
Bu gün, 09:57 |
|
|
|
• Frank Peloni Bakıda kimlərlə görüşəcəkdi? - AÇIQLAMA
Bu gün, 09:49 |
|
|
|
• Vasif Talıbovun yaratdığı PROBLEM... HƏLƏ DƏ QALIR...
Bu gün, 09:48 |
|
|
|
• Tələbələrin təqüdü 285 manata qədər artırıla bilər - MÜJDƏ
Bu gün, 09:42 |
|
|
|
• Ermənistan ATƏT-ə missiya rəhbəri TƏYİN ETDİ
Bu gün, 09:39 |
|
|
|
• Paşinyan üzünü qırxmağı da bir həftə öncə komanda üzvləri ilə müzakirə edib... - “Hraparak”
Bu gün, 09:37 |
|
|
|
• Azərbaycanda nəqliyyat şirkəti - LƏĞV EDİLİR
Bu gün, 09:32 |
|
|
|
• “İstifadə edilməyən məzuniyyətə görə kompensasiya ödənilməlidir” - QANUN BELƏ DEYİR...
Bu gün, 09:28 |
|
|
|
• Oqtay Şirəliyevin tibb müəssisəsi yüksək məbləğdə cərimələndi - SƏBƏB
Bu gün, 09:23 |
|
|
|
• "Şöbə müdiri deyir ki, Maştağadan həkim gətizdirib sizi yoxlatdıracağam, narkomansınız..." - Qarabağ qazisinə YAĞI MÜNASİBƏTİ?
Bu gün, 09:21 |
|
|
|
• Milli Məclisin vəzifəli şəxsi qəfil ürəktutmadan vəfat etdi - FOTO
Bu gün, 09:17 |
|
|
|
• Paytaxtda dilimizə sayğısızlıq -qanunu pozanlar niyə cəzalandırılmır?
Bu gün, 09:16 |
|
|
|
• Ukrayna COP29 çərçivəsində İqlim Klubu Qlobal Platformasına qoşulub
Bu gün, 09:15 |
|
|
|
• Keçmiş arvadını azyaşlı oğlunun gözləri qarşısında öldürmək istəyən şəxsə AĞIR CƏZA
Bu gün, 09:13 |
|
|
|
• Ermənilər bu ölkənin torpaqlarını ələ keçirir – Hiyləgər plan etirazlara səbəb oldu
Bu gün, 09:11 |
|
|
|
• Nə üzlə gəlmişdi, nə sözlə getdi – Konqresmenin etdiklərinin bədəli
Bu gün, 09:10 |
|
|
|
• Bərdədə QOÇULUQ EDƏN KİMDİR? - GİLEY
Bu gün, 09:08 |
|
|
|
• Göygöldə moruq festifalı təşkil edən “TASK HUB” MMC-nin Zəfər Qurbanovla nə kimi əlaqəsi var - İLGİNC FAKTLAR...
Bu gün, 09:00 |
|
|
|
• Göyçay sakini özbaşınalıqla ÜZ-ÜZƏ... - BU NƏDİ BELƏ?..
Bu gün, 08:56 |
|
|
|
• Kəlbəcərin azad edilməsindən 4 il ötür - MƏQALƏ
Bu gün, 08:53 |
|
|
|
• Kəlbəcərin işğaldan azad olunması tarixi hadisədir - İsrafil Kərimovun yazısı
Bu gün, 08:52 |
|
|
|
• "Mən hardan bilim ki bunlar dələduzluqda, yola verməkdə peşəkardırlar..." - NARAZILIQ VAR...
Bu gün, 08:51 |
|
|
|
• Xaçmazda problemlər BUNA GÖRƏ QALIR... - İLGİNC YANAŞMA...
Bu gün, 08:43 |
|
|
|
• Müştərisindən `Azercell`ə LAYİQLİ QİYMƏT - FOTO
Bu gün, 08:36 |
|
|
|
• Əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələri... - Ekspert danışır...
Bu gün, 08:30 |
|
|
|
• Müxalifətin aksiyası dağıdıldı - Tiflisdə SON DURUM
Bu gün, 08:24 |
|
|
|
• İlham Məmmədova ağır itki üz verib
Bu gün, 07:36 |
|
|
|
• Rayonlar öz xərclərini ödəmək üçün pulu nədən qazanacaq? - AÇIQLAMA
Bu gün, 07:33 |
|
|
|
• 2025-ci il büdcəsi üçün riskli neft proqnozu: Qara qızıl kəskin ucuzlaşarsa... - İNCƏLƏMƏ
Bu gün, 07:30 |
|
|
|
• Eskalasiya riski artır: Ermənistan sülhə məcbur ediləcək - "Bu sülh prosesini dalana salır"
Bu gün, 07:23 |
|
|
|
• "Valideynimin səhhətində olan problemə görə buradayam" - VİDEO
Bu gün, 07:09 |
|
|
|
• Mərc oyunları aludəçiliyi: zənginlik arzusu, yoxsa emosional ehtiras? - PROBLEM
Bu gün, 07:04 |
|
|
|
• "Azərbaycan ərazilərinə basdırılan minalar da insan hüquqlarının kobud pozulmasıdır..." - deputat
Bu gün, 06:40 |
|
|
|
• Bu “erməni” Bakıya hansı məqsədlə gəlmişdi? – Bir səfərin pərdəarxası
Bu gün, 06:34 |
|
|
|
• “Başıma o boyda faciə gəldi ölmədim, amma... - bu gün ölürəm, məni öldürürlər”
Bu gün, 06:31 |
|
|
|
• "Bu proses artıq bir neçə ildir ki, başlayıb" - Ekspert deyir ki...
Bu gün, 01:42 |
|
|
|
• Ermənistan işgəncə ilə öldürdüyü əsirlərimizi BUNA GÖRƏ GİZLƏDİR... - BƏLLİ OLDU
Bu gün, 01:38 |
|
|
|
• SAXTA HƏKİM ƏLİNDƏ QALMIŞIQ... - NƏ ETMƏLİ?
Bu gün, 01:32 |
|
|
|
• Kanslerin “telefon diplomatiyası” və: Putinlə danışıqların mənasızlığı - NƏ BAŞ VERİR?
Bu gün, 01:29 |
|
|
|
|