Ukrayna COP29 çərçivəsində İqlim Klubu Qlobal Platformasına qoşulub .....                     Keçmiş arvadını azyaşlı oğlunun gözləri qarşısında öldürmək istəyən şəxsə .....                     Ermənilər bu ölkənin torpaqlarını ələ keçirir .....                     Nə üzlə gəlmişdi, nə sözlə getdi .....                     Bərdədə QOÇULUQ EDƏN KİMDİR? .....                     Göygöldə moruq festifalı təşkil edən “TASK HUB” MMC-nin Zəfər Qurbanovla nə kimi əlaqəsi var .....                     Göyçay sakini özbaşınalıqla ÜZ-ÜZƏ... .....                     Kəlbəcərin azad edilməsindən 4 il ötür .....                     Kəlbəcərin işğaldan azad olunması tarixi hadisədir .....                     "Mən hardan bilim ki bunlar dələduzluqda, yola verməkdə peşəkardırlar..." .....                     Xaçmazda problemlər BUNA GÖRƏ QALIR... .....                     Müştərisindən `Azercell`ə LAYİQLİ QİYMƏT .....                     Əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələri... .....                     Müxalifətin aksiyası dağıdıldı .....                     İlham Məmmədova ağır itki üz verib .....                     Rayonlar öz xərclərini ödəmək üçün pulu nədən qazanacaq? .....                     2025-ci il büdcəsi üçün riskli neft proqnozu: Qara qızıl kəskin ucuzlaşarsa... .....                     Eskalasiya riski artır: Ermənistan sülhə məcbur ediləcək .....                     "Valideynimin səhhətində olan problemə görə buradayam" .....                     Mərc oyunları aludəçiliyi: zənginlik arzusu, yoxsa emosional ehtiras? .....                     "Azərbaycan ərazilərinə basdırılan minalar da insan hüquqlarının kobud pozulmasıdır..." .....                     Bu “erməni” Bakıya hansı məqsədlə gəlmişdi? .....                     “Başıma o boyda faciə gəldi ölmədim, amma... .....                     "Bu proses artıq bir neçə ildir ki, başlayıb" .....                     Ermənistan işgəncə ilə öldürdüyü əsirlərimizi BUNA GÖRƏ GİZLƏDİR... .....                     SAXTA HƏKİM ƏLİNDƏ QALMIŞIQ... .....                     Kanslerin “telefon diplomatiyası” və: Putinlə danışıqların mənasızlığı .....                     Rusiya vurularsa: Kim nə qazanacaq? .....                     Şikayət indeksinə görə yuxarı pillədə qərarlaşan BANKLAR .....                     Sülh, kommunikasiyalar və Gürcüstanın strateji rolu .....                     Ermənistanın çıxış yolu: qazı Azərbaycandan almalıdır .....                     Paşinyan arvadı və qızı ilə muzeydə .....                     Azərbaycanda tanınmış müğənni vəfat etdi .....                     Ukraynaya 300 km-ə qədər mənzilli raketlərdən .....                     Özəlləşdirmə çekləri yenidən istifadə olunacaq? .....                     Beynəlxalq Ədalət Məhkəməsi Ermənistan və Azərbaycana bir il vaxt verdi .....                     "Patı" çəkdi, məktəbli qıza seksual hərəkətlər etdi: .....                     Bakı Olimpiya Stadionuna avtomobillə qanunsuz daxil olmağa cəhd göstərən şəxs həbs edilib .....                     “Trampın kadrları onun tapşırıqlarını yerinə yetirəcək” .....                     Dollarla bağlı HANSI QƏRAR VERİLİR? .....                 

"Nə üçün ənənəvi televiziya bu rəqabətdə uduzmalıdır"
Tarix: 11-05-2022, 12:55 | Çap et
"Nə üçün ənənəvi televiziya bu rəqabətdə uduzmalıdır"
Rusiyada yaşayan tanınmış Azərbaycan telejurnalisti Xəyal Tağıyev 1905.az saytına müshaibə verib.

DİA.AZ müsahibəni oxucularına təqdim edir:

– Siz uzun illərdir mediada deyilsiniz, yaşadığınız Moskva şəhərindən Azərbaycan mediası necə görünür? Ötən illər ərzində nələr dəyişib?

– Asan sual deyil. Çünki istər-istəməz mən mütəmadi şəkildə izləmirəm, bunun obyektiv və subyektiv səbəbləri var. Amma mənim düşüncəmə görə, müşahidələrimə görə müəyyən mənada texniki cəhətdən, proqramların rəngarəngliyi, çeşidi baxımından irəliləyiş var. Bunu formaca dəyişiklik adlandıra bilərik. Televiziyaların, reklamların imkanı artıb. Mənim müşahidələrimə görə, Azərbaycan iqtisadi cəhətdən çox fəal bir ölkəyə bənzəyir. O cəhətdən reklam bazarı Rusiyadakı kimi geniş olmasa da hər halda var. Biz bu ilin fevralına qədərki Rusiyadan danışırıq. Bundan sonra nələrin baş verəcəyini proqnozlaşdırmaq çox çətindir. Bir o qədər də reklam bazarı geniş deyil. Amma buna baxmayaraq mən düşünürəm ki, Azərbaycan televiziyalarının maliyyə imkanlarının artırılması üçün yetərlidir. Türkiyə ilə əlaqələr, Türkiyədə gedən proqramlara diqqət, ümumiyyətlə dünya televiziya kontentinə bizim diqqətimiz ona gətirib çıxarır ki, Azərbaycan televiziyalarında bir çox proqramlar özündə həmin o təcrübəni əks etdirir. Xüsusilə ictimai televiziyada dünya proqramlarına bənzərlər çoxdur. Həm də müəyyən verilişlərin bənzərlərinin yayılması məsələsində müəlliflik hüquqları ilə bağlı məqamlar var. O müəlliflik hüquqlarını əldə etmək imkanları yaranıb. Bu baxımdan təbii ki inkişaf var.

– Siz medianı və ölkəni nə vaxt tərk etdiniz?

– Mən Azərbaycan mediasını 2006-cı ildə tərk etdim. Rusiya Federasiyasınınmediasında işləmədim. Bir müddət çalışdım və telekanallarda müəyyən işlər gördüm.Amma sonra gördüm ki, bu iş mənim üçün yetərli deyil. Tamam ayrı istiqamətdə işləməyə başladım, kifayət qədər uğur əldə etdim, yəni bu sahədəki fəaliyyətim uğursuz olmadı. Buna baxmayaraq jurnalistika elə bir sahədir ki, bir dəfə jurnalistika sahəsinə girən adam ömürlük o sahədə qalır, keçmiş jurnalist olmur. Digər işlərlə məşğul olmağıma baxmayaraq mən özümü jurnalist hesab edirəm. İnsanlarla ünsiyyət qurmaqda, onların motivasiyasını artırmaqda, müəyyən proseslərin nəbzini dəqiq müəyyən etməkdə mənim bilgilərim, topladığım təcrübə böyük yardım göstərir. Jurnalistikaya qayıtmalı olsam düşünürəm ki, tamam ayrı keyfiyyətdə qayıdacam. Mən bu illər ərzində digər sahələrdə xeyli təcrübə toplamışam, necə ki mənə jurnalistika sahəsində topladığım təcrübə digər sahələrdə çalışmağıma yardımçı olub, eynən də mühasibat işindən tutmuş tikinti işlərinə qədər topladığım təcrübə mənə jurnalistika sahəsində bütün baş verən prosesləri, hadisələri düzgün, dəqiq, səlist dəyərləndirmək üçün təhlil sahəsində bir çox şeyləri daha dərindən anlamaq üçün yardımçı ola bilər.

– Bu illər ərzində hansısa bir kütləvi informasiya vasitəsi tərəfindən Sizə əməkdaşlıq təklifi daxil olubmu?

– Mənim “Press klub”la əməkdaşlığım olub. Bir neçə məqaləm çıxıb həmin saytda. Biz çox dinamik dövrdə yaşayırıq. Vaxt qıtlığı bizə bir çox zaman mane olur. Yeri gəlmişkən, mən sosial şəbəkələrdə mütəmadi olaraq imkanım dairəsində fəallıq nümayiş etdirirəm. Baxmayaraq ki, ayrı ölkədə yaşayıram mənim elə bir günüm olmayıb ki, Azərbaycanla əlaqəm və bağlılığım kəsilsin. Gündəlik Azərbaycanda baş verən prosesləri, yaşadığım ölkədə baş verən prosesləri, ümumiyyətlə dünyada baş verən prosesləri diqqətlə izləmişəm. İndi bir az vaxt baxımından bir o qədər qıt deyil vaxtım, ola bilsin hansısa təkliflər olarsa, hansısa mütəmadi şəkildə çıxış etmək imkanları olarsa təbii ki, məmnuniyyətlə çıxış edərəm, öz fikrimi söyləyərəm. Nəyə görə deyirəm fikrimi söyləyərəm çünki mən xəbər jurnalisti deyiləm. Mən vaxtilə xəbər jurnalistikasında işləmişəm və bu sahəni pis bilmirəm. Buna baxmayaraq mən təhlil jurnalisti oldum və əslində xüsusən təhlil sahəsində həm də bayaq dediyim kimi həmin təcrübə əsasında müəyyən fikirlər, müəyyən mülahizələr yürüdə bilərəm. Kimin üçünsə maraqlı olarsa öz düşüncələrimi də bölüşə bilərəm.

– Son illər ərzində bizdə yeni internet televiziyaları yaranıb. Belə bir televiziya yaratmaq fikriniz yoxdur ki?

– Mən bu televiziyaları müəyyən fasilələrlə izləyirəm. Bu bizim dövrümüzün bir fenomenidir və çox müsbət haldır. Çünki hər kəsin öz fikrini söyləmək imkanları yaranıb. Və Azərbaycanda da böyük vüsət alıb. Bilirsiniz bu nədir? İqtisadiyyatın bir qanunu var. Tələb və təklif. Bu təkcə iqtisadiyyatda işləmir, həm də ictimai proseslərdə, televiziya sahəsində işləyir. Tələb varsa o təklif yaranıb və insanlara alternativ düşüncə, alternativ mövqe nümayiş etdirilir. Yeri gəlmişkən mən birinci sualınıza qayıdaraq demək istəyirəm ki, biz formaca nə dəyişikliklərin baş verdiyindən danışdıq. Məzmun baxımından mənim gördüyüm qədərilə xeyli problemlər mövcuddur. Həm ictimai-siyasi baxımından, həm ictimai proseslərin təhlili baxımından, həm ictimai proseslərin təqdimatı baxımından, dil baxımından, vizual görüntü baxımından, reportajların vizuallaşdırılması baxımından, eyni zamanda studiyaların qurulması baxımından problemlər var. Bəzi hallarda zövqsüzlük, bayağılıq sezilir. Xüsusən əyləncəli proqramların əyləncə kontentinə bəlkə də heç adiyyatı olmaması ilə bağlı məsələlər var. Zarafat, yumor hissi yüksək intellektin təzahürüdür. Əgər televiziya bizə çox bayağı, intellektsiz yumoru təqdim edirsə bu bizə gələcəkdə xoş bir şey vəd etmir. Əslində bizim yumor, satira baxımından tarixən böyük örnəklərimiz var. O bağlılıq, o məktəb artıq yoxdur, görünmür. Yeni məktəb yaranmır. O qıtlıq varsa, yəni biz ənənəvi televiziya sahəsində, ictimai-siyasi proseslərin təqdimatında, alternativ fikirlərin təqdimatında bu qıtlıq yaranırsa onların yerini təbii ki, ayrı yayım imkanları yaranmaqla, ayrı variantlar, proqramlar tutur. Mən Azərbaycanda olduğum dövrdə yaxşı dostlardan biri mənə dedi ki, ümumiyyətlə indi televiziyaya baxan yoxdur. Hamı internet kanallarına baxır. İnsanları həmişə onların sosial problemləri, yaşayış problemləri, məişət qayğıları düşündürür. Və bu alternativi onlara verən varsa mütləq onu gedib tapacaq. Burda qorxulu, təhlükəli heç nə görmürəm əksinə televiziyalar o yöndə düşünməlidirlər. Mən ümumiyyətlə ənənəvi televiziya insanıyam, internet televiziyası adamı deyiləm. Mən düşünürəm ki, bu mənada mənim bir növ qısqanclığım da var. Nə üçün ənənəvi televiziya bu rəqabətdə uduzmalıdır. Fikrimcə, televiziya əməkdaşları, televiziya rəhbərliyi bu barədə düşünməlidir. Açığı mən bu barədə düşünməmişəm. Ola bilsin gələcəkdə, yaxın və uzaq gələcəkdə bu barədə düşünmək olar.

– Azərbaycan tamaşaçısı üçün Xəyal müəllimin fikirləri olduqca maraqlıdır. Eyni zamanda Xəyal müəllimin opponentinə və yaxud həmsöhbətinə verəcəyi suallar da maraqlıdır.

– Diaspor komitəsindən mənə təklif gəldi. Komitənin bir verlişi, proqramı var. “Vətən uzaqda deyil”. Orada mən rubrika açdım. İctimai TV-da gedirdi. Bu rubrika 1 ilə yaxın davam etdi. Blits-şərh adlanırdı, nəyə görə blits-şərh çünki 15 dəqiqə ərzində mən xaricdə yaşayan Azərbaycanlı jurnalistlərlə müsahibələr edirdim. Müsahibəni internet üzərindən edirdim. İndi müəyyən səbəblərə görə rubrikanı qapatmışıq.

Mən sizə deyim ki, ümumiyyətlə jurnalistika sahəsində sual-cavabda bir səmimiyyət olmalıdır. İnsanlar arasında bir səmimi əlaqə, qığılcım yaranmalıdır. Açığı mən sizdən onu duyuram. Bu yaxınlarda Elçin Şıxlinski ilə onun verlişində söhbətimiz oldu, orada özümü o dərəcədə rahat, sərbəst, asudə hiss etdim ki. Əgər jurnalist aurası ilə səni qucaqlaya bilirsə, öz səmimiyyəti ilə səndə bir səmimiyyət yaradırsa onu peşəkar saymaq olar. Bu da bir məktəbdir və mən bu məktəbi keçmişəm. Vaxtı ilə ANS-dən keçmişəm, bir müddət “Space”də işləmişəm, ondan keçmişəm, bir müddət “İnternyus” təşkilatında işlədim və özüm gənc jurnalistlərlə seminarlarda bir məruzəçi kimi iştirak etdim, hətta dərs də dedim. Bu səmimiyyətdən başqa həm də hazırlıq məsələsidir. Adicə həyatdan götürək, sizi kimsə maraqlandıranda onun haqqında məlumat toplayırsınız. Bizim vaxtımızda bu bir az çətin idi. İnternet bu dərəcədə geniş miqyas almamışdı. Biz o imkanlardan istifadə edirdik. Müxtəlif variantlarla o adam haqqında məlumat toplayırdıq. Jurnalistika elə sahədir ki, hər bir şeyə səthi yanaşır, məsələn musiqişünası dəvət ediriksə musiqi haqqında dolğun məlumatlar əldə etmək imkanımız çox məhduddur. Amma bu sahə üzrə çox adi, sadə üzdə olan məlumatları toplamaq jurnalistin borcudur və bu ona imkan verir ki verilişi maraqlı etsin.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Ukrayna COP29 çərçivəsində İqlim Klubu Qlobal Platformasına qoşulub
Bu gün, 09:15
Keçmiş arvadını azyaşlı oğlunun gözləri qarşısında öldürmək istəyən şəxsə AĞIR CƏZA
Bu gün, 09:13
Ermənilər bu ölkənin torpaqlarını ələ keçirir – Hiyləgər plan etirazlara səbəb oldu
Bu gün, 09:11
Nə üzlə gəlmişdi, nə sözlə getdi – Konqresmenin etdiklərinin bədəli
Bu gün, 09:10
Bərdədə QOÇULUQ EDƏN KİMDİR? - GİLEY
Bu gün, 09:08
Göygöldə moruq festifalı təşkil edən “TASK HUB” MMC-nin Zəfər Qurbanovla nə kimi əlaqəsi var - İLGİNC FAKTLAR...
Bu gün, 09:00
Göyçay sakini özbaşınalıqla ÜZ-ÜZƏ... - BU NƏDİ BELƏ?..
Bu gün, 08:56
Kəlbəcərin azad edilməsindən 4 il ötür - MƏQALƏ
Bu gün, 08:53
Kəlbəcərin işğaldan azad olunması tarixi hadisədir - İsrafil Kərimovun yazısı
Bu gün, 08:52
"Mən hardan bilim ki bunlar dələduzluqda, yola verməkdə peşəkardırlar..." - NARAZILIQ VAR...
Bu gün, 08:51
Xaçmazda problemlər BUNA GÖRƏ QALIR... - İLGİNC YANAŞMA...
Bu gün, 08:43
Müştərisindən `Azercell`ə LAYİQLİ QİYMƏT - FOTO
Bu gün, 08:36
Əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələri... - Ekspert danışır...
Bu gün, 08:30
Müxalifətin aksiyası dağıdıldı - Tiflisdə SON DURUM
Bu gün, 08:24
İlham Məmmədova ağır itki üz verib
Bu gün, 07:36
Rayonlar öz xərclərini ödəmək üçün pulu nədən qazanacaq? - AÇIQLAMA
Bu gün, 07:33
2025-ci il büdcəsi üçün riskli neft proqnozu: Qara qızıl kəskin ucuzlaşarsa... - İNCƏLƏMƏ
Bu gün, 07:30
Eskalasiya riski artır: Ermənistan sülhə məcbur ediləcək - "Bu sülh prosesini dalana salır"
Bu gün, 07:23
"Valideynimin səhhətində olan problemə görə buradayam" - VİDEO
Bu gün, 07:09
Mərc oyunları aludəçiliyi: zənginlik arzusu, yoxsa emosional ehtiras? - PROBLEM
Bu gün, 07:04
"Azərbaycan ərazilərinə basdırılan minalar da insan hüquqlarının kobud pozulmasıdır..." - deputat
Bu gün, 06:40
Bu “erməni” Bakıya hansı məqsədlə gəlmişdi? – Bir səfərin pərdəarxası
Bu gün, 06:34
“Başıma o boyda faciə gəldi ölmədim, amma... - bu gün ölürəm, məni öldürürlər”
Bu gün, 06:31
"Bu proses artıq bir neçə ildir ki, başlayıb" - Ekspert deyir ki...
Bu gün, 01:42
Ermənistan işgəncə ilə öldürdüyü əsirlərimizi BUNA GÖRƏ GİZLƏDİR... - BƏLLİ OLDU
Bu gün, 01:38
SAXTA HƏKİM ƏLİNDƏ QALMIŞIQ... - NƏ ETMƏLİ?
Bu gün, 01:32
Kanslerin “telefon diplomatiyası” və: Putinlə danışıqların mənasızlığı - NƏ BAŞ VERİR?
Bu gün, 01:29
Rusiya vurularsa: Kim nə qazanacaq? - Görünəni odur ki...
Bu gün, 00:24
Şikayət indeksinə görə yuxarı pillədə qərarlaşan BANKLAR - - Səbəb nədir?
Bu gün, 00:02
Sülh, kommunikasiyalar və Gürcüstanın strateji rolu - Cənubi Qafqazda yeni diplomatik dövr
Dünən, 23:39
Ermənistanın çıxış yolu: qazı Azərbaycandan almalıdır - GƏLİŞMƏ
Dünən, 23:35
Paşinyan arvadı və qızı ilə muzeydə - FOTO
Dünən, 22:50
Azərbaycanda tanınmış müğənni vəfat etdi
Dünən, 22:47
Ukraynaya 300 km-ə qədər mənzilli raketlərdən istifadəyə icazə verilib
Dünən, 22:45
Özəlləşdirmə çekləri yenidən istifadə olunacaq? - AÇIQLAMA
Dünən, 22:16
Beynəlxalq Ədalət Məhkəməsi Ermənistan və Azərbaycana bir il vaxt verdi - DETALLAR
Dünən, 22:02
"Patı" çəkdi, məktəbli qıza seksual hərəkətlər etdi: - "Bilirəm, binamusluqdur..."
Dünən, 21:59
Bakı Olimpiya Stadionuna avtomobillə qanunsuz daxil olmağa cəhd göstərən şəxs həbs edilib - TƏFƏRRÜAT
Dünən, 21:56
“Trampın kadrları onun tapşırıqlarını yerinə yetirəcək” - ŞƏRH
Dünən, 21:09
Dollarla bağlı HANSI QƏRAR VERİLİR? - AKTUAL
Dünən, 21:07
Dünya iqtisadiyyatı təhlükə ilə üz-üzə: - Dərin dəyişikliklər qaçılmazdır
Dünən, 19:08
Kənd təsərrüfatı: Subsidiyalar özünü niyə doğrultmur? - AKTUAL
Dünən, 19:00
Qızların evlənmə yaşının 9 -a salınması istismarçı ruhani təbəqənin nəfsi istəkləri naminədir - DƏHŞƏTDİR, VALLAH...
Dünən, 18:58
“Xəstəxana nədir bilmirəm, heç kimə pislik etməmişəm”
Dünən, 18:05
Türk dünyası üçün ortaq valyuta YARADILA BİLƏR - AÇIQLAMA
Dünən, 18:02
Fransa meydan oxudu – “Açıq şəkildə bildiririk ki...”
Dünən, 18:00
“Sirab”la bağlı sirli məqam: hara yoxa çıxdı? - HƏQİQƏTƏN DƏ...
Dünən, 17:55
BOKT “İnternational”ın istiqrazlarına üç investor müştəri çıxıb
Dünən, 17:51
"Onlar korrupsiyaya görə istefaya məcbur edilib" - deputat
Dünən, 17:46
Çağırışçını qətlə yetirən Ərəstun Ərəbov HƏBSDƏ ÖLDÜ
Dünən, 17:43
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru