"Rus dilinin bizim üçün ciddi önəmi var" - Qulu Məhərrəmli
Tarix: 19-05-2022, 08:25 | Çap et
Azərbaycanda rus dilində tədrislə bağlı narahatlıqlar tez-tez gündəmə gəlir. Özəlliklə, ibtidai siniflərdə rus dilinə maraqla bağlı ziddiyyətli fikirlər var. Mövzu tez-tez müzakirə olunduğundan belə bir yanaşma formalaşıb ki, sanki bu hal kütləvi xarakter daşıyır. Lakin ekspertlər bu qənaətdə deyil.
Təhsil Nazirliyinin rəsmi məlumatında bildirilir ki, Azərbaycanda 300-dən çox ümumtəhsil məktəbində rus bölməsində təhsil alan şagirdlərin sayı 156 mindən çoxdur. Təhsil naziri Emin Əmrullayev bu yaxınlarda azərbaycandilli məktəblərdə ibtidai siniflərdə rus dilinin tədrisi ilə bağlı sualı cavablandırarkən bildirmişdi ki, şagirdlər nə qədər xarici dil bilsə, yaxşıdır: “Azərbaycanda ümumitəhsil müəssisələrində əsas xarici dil və ikinci xarici dil tədris olunur. Üç xarici dil tədris etmək həm maddi, həm pedaqoji baxımdan suallar yaradır.Fikrimcə, uşaqlarımız öz dilimizi unutmamaqla daha çox dil öyrənməlidirlər. Aşağı yaşlarda nə qədər çox dil öyrənərlərsə, bir o qədər asan və tez olar”.
Rus dili millətlərarası ünsiyyət dilidir, eyni zamanda mədəniyyət daşıyıcısıdır. dia-az.life-ın məlumatına görə, əməkdar jurnalist, Bakı Dövlət Universitetinin professoru Qulu Məhərrəmli “Yeni Müsavat”a bildirdi ki, rus dilinə maraq təbii prosesdir: “Ukrayna-Rusiya müharibəsi kontekstində və xüsusilə Kremlin orada yaşayan rusları ön plana çəkməsi, guya onlara qarşı diskriminasiyanın aparılması motivinin müharibə üçün əsas olmasını nəzərə alaraq, istər-istəməz ölkədə rus dilinə marağın artmasına cəmiyyət narahatlıqla yanaşır. Hesab edirəm ki, bu, keçici haldır və müəyyən taktiki məqsəd güdür. Ölkədə dil azadlığı var, insanlar istədiyi dildə təhsil ala bilir. Müzakirə predmeti sosial-mənəvi məsələlər sferasına aiddir. Dövlət dili haqqında qanun, Azərbaycan dilinin statusunun möhkəmlənməsi ilə bağlı atılan addımlar var. Real faktları danmaq olmaz”.
Qulu Məhərrəmli hesab edir ki, rus dilinə imperiya dili kimi baxılması təhlükəlidir: “Zənnimcə, mövcud narahatlıqlar bu məqamla bağlıdır. Heç bir halda bu fikrin genişlənməsinə yol vermək olmaz, çünki rusdilli məktəblərin sayının artması, insanların milli mədəniyyətdən uzaqlaşdırılması kontekstində atılan addımlar əlbəttə ki, təhlükə yaradır. Çərçivədən kənar atılan istənilən addım strateji təhlükə yaradır. Azərbaycan dilində təhsil karyera üçün imkan yaratmır, ingilis, yaxud rus dilində təhsil isə əksinə, geniş imkanlar yaradır. Xarici şirkətlərdə iş tapmaq, xaricdə təhsili nəzərə alsaq, ingilis dilinə diqqət etmək olar. Rus dilinə karyera dili kimi baxılmasını isə doğru hesab etmirəm. Təbii ki, rus dilini tamamilə kənarda saxlamaq da olmaz. Bu dilin bizim üçün ciddi önəmi var. Ən azı 50 il bu dilin yaratdığı mədəniyyət sferasında olacağıq: fikir mübadiləsi, qonşuluq, bunlar ciddi faktorlardır. Təhlükənin qarşısını almaq üçün dilin statusu möhkəmləndirilməlidir, dil daşıyıcıları dilə sevgi ilə yanaşmalıdırlar”.
Professor hesab edir ki, strateji planda ciddi təhdid yoxdur. Məsələyə bir qədər praqmatik yanaşmaq lazımdır.
Millət vəkili Ceyhun Məmmədov mövzunu “Yeni Müsavat”a şərh edərkən bildirdi ki, bu, həm də siyasi məsələdir: “Nəzərə almaq lazımdır ki, Rusiya ilə münasibətlər kontekstində daha diqqətli olmaqda fayda var. Üstəlik, bəzən spekulyasiyaya yol verilir, bəzi yanaşmalarda fərqli mövqelər müşahidə edirəm. Bu məktəblər sovet dövründə olub, bir qismi fəaliyyət göstərir, bir qismində isə tədris azalıb. Rusdilli məktəblərin bağlanması ilə bağlı təkliflər kökündən yanlışdır. Rus dilinin tədrisi ilə bağlı kütləvilik yoxdur. Övladlarının hansı bölmədə təhsil alması valideynlərin fərdi baxışından asılıdır. Cəmiyyət olaraq üzərimizə düşən vəzifə dövlət dili olan azərbaycan dilini qorumaq, daha geniş təbliğ etməkdir. Məktəblərdə azərbaycan dili ilə yanaşı, ingilis dili də tədris olunur. Bəzən ingilisdilli məktəblərin pulsuz olması ilə bağlı fikirlər səslənir, lakin orta və ali məktəblərdə bu dil tədris edilir. İngilis dilini öyrənmək lazımdır, amma rus dili ilə paralellik aparmaq siyasi baxımdan düzgün deyil”.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• İlham Məmmədova ağır itki üz verib
Bu gün, 07:36 |
|
|
|
• Rayonlar öz xərclərini ödəmək üçün pulu nədən qazanacaq? - AÇIQLAMA
Bu gün, 07:33 |
|
|
|
• 2025-ci il büdcəsi üçün riskli neft proqnozu: Qara qızıl kəskin ucuzlaşarsa... - İNCƏLƏMƏ
Bu gün, 07:30 |
|
|
|
• Eskalasiya riski artır: Ermənistan sülhə məcbur ediləcək - "Bu sülh prosesini dalana salır"
Bu gün, 07:23 |
|
|
|
• "Valideynimin səhhətində olan problemə görə buradayam" - VİDEO
Bu gün, 07:09 |
|
|
|
• Mərc oyunları aludəçiliyi: zənginlik arzusu, yoxsa emosional ehtiras? - PROBLEM
Bu gün, 07:04 |
|
|
|
• "Azərbaycan ərazilərinə basdırılan minalar da insan hüquqlarının kobud pozulmasıdır..." - deputat
Bu gün, 06:40 |
|
|
|
• Bu “erməni” Bakıya hansı məqsədlə gəlmişdi? – Bir səfərin pərdəarxası
Bu gün, 06:34 |
|
|
|
• “Başıma o boyda faciə gəldi ölmədim, amma... - bu gün ölürəm, məni öldürürlər”
Bu gün, 06:31 |
|
|
|
• "Bu proses artıq bir neçə ildir ki, başlayıb" - Ekspert deyir ki...
Bu gün, 01:42 |
|
|
|
• Ermənistan işgəncə ilə öldürdüyü əsirlərimizi BUNA GÖRƏ GİZLƏDİR... - BƏLLİ OLDU
Bu gün, 01:38 |
|
|
|
• SAXTA HƏKİM ƏLİNDƏ QALMIŞIQ... - NƏ ETMƏLİ?
Bu gün, 01:32 |
|
|
|
• Kanslerin “telefon diplomatiyası” və: Putinlə danışıqların mənasızlığı - NƏ BAŞ VERİR?
Bu gün, 01:29 |
|
|
|
• Rusiya vurularsa: Kim nə qazanacaq? - Görünəni odur ki...
Bu gün, 00:24 |
|
|
|
• Şikayət indeksinə görə yuxarı pillədə qərarlaşan BANKLAR - - Səbəb nədir?
Bu gün, 00:02 |
|
|
|
• Sülh, kommunikasiyalar və Gürcüstanın strateji rolu - Cənubi Qafqazda yeni diplomatik dövr
Dünən, 23:39 |
|
|
|
• Ermənistanın çıxış yolu: qazı Azərbaycandan almalıdır - GƏLİŞMƏ
Dünən, 23:35 |
|
|
|
• Paşinyan arvadı və qızı ilə muzeydə - FOTO
Dünən, 22:50 |
|
|
|
• Azərbaycanda tanınmış müğənni vəfat etdi
Dünən, 22:47 |
|
|
|
• Ukraynaya 300 km-ə qədər mənzilli raketlərdən istifadəyə icazə verilib
Dünən, 22:45 |
|
|
|
• Özəlləşdirmə çekləri yenidən istifadə olunacaq? - AÇIQLAMA
Dünən, 22:16 |
|
|
|
• Beynəlxalq Ədalət Məhkəməsi Ermənistan və Azərbaycana bir il vaxt verdi - DETALLAR
Dünən, 22:02 |
|
|
|
• "Patı" çəkdi, məktəbli qıza seksual hərəkətlər etdi: - "Bilirəm, binamusluqdur..."
Dünən, 21:59 |
|
|
|
• Bakı Olimpiya Stadionuna avtomobillə qanunsuz daxil olmağa cəhd göstərən şəxs həbs edilib - TƏFƏRRÜAT
Dünən, 21:56 |
|
|
|
• “Trampın kadrları onun tapşırıqlarını yerinə yetirəcək” - ŞƏRH
Dünən, 21:09 |
|
|
|
• Dollarla bağlı HANSI QƏRAR VERİLİR? - AKTUAL
Dünən, 21:07 |
|
|
|
• Dünya iqtisadiyyatı təhlükə ilə üz-üzə: - Dərin dəyişikliklər qaçılmazdır
Dünən, 19:08 |
|
|
|
• Kənd təsərrüfatı: Subsidiyalar özünü niyə doğrultmur? - AKTUAL
Dünən, 19:00 |
|
|
|
• Qızların evlənmə yaşının 9 -a salınması istismarçı ruhani təbəqənin nəfsi istəkləri naminədir - DƏHŞƏTDİR, VALLAH...
Dünən, 18:58 |
|
|
|
• “Xəstəxana nədir bilmirəm, heç kimə pislik etməmişəm”
Dünən, 18:05 |
|
|
|
• Türk dünyası üçün ortaq valyuta YARADILA BİLƏR - AÇIQLAMA
Dünən, 18:02 |
|
|
|
• Fransa meydan oxudu – “Açıq şəkildə bildiririk ki...”
Dünən, 18:00 |
|
|
|
• “Sirab”la bağlı sirli məqam: hara yoxa çıxdı? - HƏQİQƏTƏN DƏ...
Dünən, 17:55 |
|
|
|
• BOKT “İnternational”ın istiqrazlarına üç investor müştəri çıxıb
Dünən, 17:51 |
|
|
|
• "Onlar korrupsiyaya görə istefaya məcbur edilib" - deputat
Dünən, 17:46 |
|
|
|
• Çağırışçını qətlə yetirən Ərəstun Ərəbov HƏBSDƏ ÖLDÜ
Dünən, 17:43 |
|
|
|
• NCQG üzrə real nəticəyə nail olmalıyıq - Attila Ştayner
Dünən, 17:37 |
|
|
|
• “La Gazette du Caucase” fransız siyasətçilərini COP29 ilə bağlı ermənipərəst mövqeyinə görə qınayıb
Dünən, 17:35 |
|
|
|
• Qiymətlər insanları daha kiçik mənzillər seçməyə məcbur edir - NƏ ETMƏLİ?
Dünən, 17:31 |
|
|
|
• Bakıda biznesmenin evindən seyf oğurlandı - Dostu həbs edildi
Dünən, 17:29 |
|
|
|
• Avropa Şurasının Komissarı İlham Əliyevə məktub yazıb... - STRASBURQDAKI SƏFİR CAVAB VERDİ
Dünən, 17:20 |
|
|
|
• Tarixi film istehsalında SÜKUNƏT: - “Kinomuzun xilası onun əlindədir”
Dünən, 17:17 |
|
|
|
• Müharibə ilə bağlı bədbin proqnoz: - Putin üzərindən mesaj verildi
Dünən, 17:16 |
|
|
|
• Paşinyan papa ilə görüşdə: - “Qərarlıyam, Azərbaycanla...”
Dünən, 17:14 |
|
|
|
• Müharibə veteranlarına verilən 80 manat bu tarixdən artacaq - AÇIQLAMA
Dünən, 17:11 |
|
|
|
• Azərbaycan düşməni olan şovinistdən Pezeşkiana təşəkkür
Dünən, 17:10 |
|
|
|
• Azərbaycanda mənzil almaq üçün təxminən 20 il yemədən-içmədən işləmək lazımdır - FAKT BUDUR!
Dünən, 17:03 |
|
|
|
• Ermənistan sülhə addım atmaqdansa, əksinə mövqe nümayiş etdirir -ŞƏRH
Dünən, 17:00 |
|
|
|
• Neft niyə 70 dollardan götürüldü: - Azərbaycanda bir ilkin SƏBƏBİ
Dünən, 16:59 |
|
|
|
• Rusiya Ukraynaya ballistik raketlə zərbə endirib, 8 ölü, 40-dan çox yaralı var - “Unian“
Dünən, 16:57 |
|
|
|
|