Kinoya ayrılan vəsaiti yarıbayarı azaltmaq? – Kino xadimləri etiraz etdi
Tarix: 30-05-2022, 09:33 | Çap et
Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Milli Məclisdə müzakirələr zamanı büdcə məcəlləsi ilə bağlı Maliyyə Nazirliyindən məktub daxil olmasından bəhs edərək bildirib ki, dövlət tərəfindən kinoya ayrılan vəsaiti yarıbayarı azaltmaq mümkündür. DİA.AZ xəbər verir ki, teleqraf.com bu fikirlə razılaşmayan kino ictimaiyyətinin, o cümlədən müvafiq qurumların nümayəndələrinin fikirlərini öyrənib.
Doğrudanmı kinoya ayrılan vəsaiti azaltmaq lazımdır?
“Kinoya yanaşmada məmurlar iki hissəyə ayrılıb”
Hüseyn Mehdiyev (Kinorejissor, Kinorejissorlar Gildiyasının sədri)
“Hesablama Palatasının nümayəndəsinin belə bir fikir yürütməsi üçün əsas olmalıdır. Mən heç bir əsas görmədim. Palata rəhbəri hazırladıqları rəyin 121-ci səhifəsinə istinad edir. Mən o istinadı da oxudum, amma orada elə bir əsas yoxdur ki, kinoya büdcədən ayrılan vəsait azaldılsın. Mənim fikrimcə ayrılan vəsait iki-üç dəfə artırılmalıdır. Vüqar müəllimin balaları görəsən hansı cizgi filmlərinə baxır? Yəqin ki, xarici cizgi filmlərinə. Bəs o fikirləşmir ki, niyə Azərbaycanda - belə imkanlı, belə sivil ölkədə animasiya, uşaq filmləri yoxdur. Bu problem barədə, deyəsən, o, heç fikirləşmir və səbəbini axtarmır.
Nazirlər Kabinetinin kinoyla bağlı qərarlarında göstərilən rəqəmlər, normativ hüququ aktlar və sair hamısı köhnəlib, indiki zamana uyğun gəlmir. Bunu Vüqar müəllim çox yaxşı bilir. Ona görə də dəfələrlə təkliflər irəli sürüldü, Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə də təkliflər formalaşdı və Kino Agentliyinin yaradılması haqqında sərəncam verildi.
Qeyd etmək istəyirəm ki, xaricdə aktyor elə qonorar alır ki, onun bütün problemləri həll olunur və o sosial problemlərdən əziyyət çəkmədən sərbəst şəkildə filmlərə çəkilir. Bizdə aktyora verilən qonorar qəpik-quruş səviyyəsindədir. Aktyora və sənətçiyə belə münasibət bəslədiklərinə görə utanıb xəcalət çəkməlidirlər.
Bizdə kinoya yanaşmada məmurlar iki hissəyə ayrılıb. Birinci tərəf milli kinematoqrafiyana çalışırlar, ikincilər isə kinonun intellektual səviyyəsini, cəmiyyət üçün mənəvi-əxlaqi dəyərləri aşılayan bir sənət olduğunu qəbul etməyib ona mane olanlardır. Kino sənətini cılız, səthi görən qüvvələr var və onlar da aydın məsələdir ki, kinomuzun inkişafını istəmirlər.
Məncə, Prezidentin Kino Agentliyinin yaradılması ilə bağlı sərəncamı ilə dövlət kinoya öz münasibətini bildirdi. Bununla belə bu məmurların əsassız fikirləri nədən səsləndirdikləri mənə aydın deyil.
Kino işçilərindən başqa hamı məsləhət verir, hamısı bizdən yaxşı bilir ki, kinomuz üçün nə yaxşı olar, nə pis. Heç olmasa dünya təcrübəsi ilə maraqlansınlar.
Kinoda çalışan insanlar indi işsiz, maaşsız qalıb. Amma söhbət təkcə bundan getmir. Yaradıcı gənclər, intellektual insanlar öz imkanlarını realizə edə bilmirlər. Səbəb də bəzi məmurların kinoya xəsislik etməsidir”.
“Pul çatmayanda deyəcəklər ki...”
Rafiq Quliyev (Rejissor, əməkdar incəsənət xadimi)
“Yəqin bu fikri səsləndirən şəxs fikirləşir ki, ölkəyə incəsənət, mədəniyyət lazım deyil. Bu fikri mədəniyyətə xor baxan, uşaqların gələcəyini düşünməyən adam deyə bilər. Onda ədəbiyyat da lazım deyil, incəsənət də... Pul çatmayanda deyəcəklər ki, heç idmana da ehtiyac yoxdu.
Məmurların ögeyliyinin nəticəsidir ki, kinematoqrafa, eləcə də bir çox incəsənət sahələrinə yad, xor baxırlar. Yalnız müəyyən ifaçılıq sahələrinə diqqət yetirirlər. Xüsusilə muğama, musiqiyə. Digər sənət sahələri yəqin ki, bu məmurların maraq dairəsində deyil”.
“Kinomuzun dəstəyə ehtiyacı var”
Elxan Cəfərov (Kinorejissor, əməkdar incəsənət xadimi)
“Bu gün Azərbaycan kinosuna ayrılan vəsaitə daha loqistik, daha dolğun münasibət olmalıdır. Kinoya ayrılan maliyyənin azalması mənə görə çox yanlış fikirdir. Kino xadimi olaraq mən bunun əleyhinəyəm.
Bu gün Azərbaycan kinosunun modeli dünya modelindən fərqlidir. Dünya modeli maliyyə prinsipləri üzərində qurulub. Pul qazanmaq və bununla da inkişaf etmək prinsipləri əsasında qurulub. Biz də daxil olmaqla kiçik dövlətlərdə incəsənət yalnız ideoloji xətlə inkişaf edə bilər və bu dövlətin birdəfəlik maliyyə dəstəyi ilə, yaxud dövlətin sahibkarlar üçün tətbiq edəcəyi güzəştlər şəklində olmalıdır.
Bizim kino o qədər gözəl vəziyyətdə deyil ki, onun maliyyəsini azaldaq. 2015-ci ilə qədər müntəzəm maliyyə ayrılırdı. 2015-ci ildən bu yana maliyyə ayrılmasında müəyyən azalmalar baş verdi. Bu, kinonun inkişafına çətinlik yaradır. İncəsənət-kino dövlətin ideoloji istiqamətinin dəstəkçisidir və buna görə də onun dəstəyə ehtiyacı var".
“Dünya səviyyəsinə çıxa bilən film istəyiriksə...”
Elçin Musaoğlu (Kinorejissor, əməkdar incəsənət xadimi)
“Hazırda kinoya ayrılan maliyyə azdır. Müasir dövrdə hər şey - bütün xidmətlər, qiymətlər bahalaşır. Kinoya ayrılan maliyyə niyə yarıbayarı azalmalıdır? Bu yanaşma doğru deyil. Əgər biz normal, dünya səviyyəsinə çıxa biləcək film istəyiriksə, onun normal maliyyəsi olmalıdır”.
“Bəs bu pulu dövlət niyə ayırıb?”
Əli İsa Cabbarov (Kinorejissor, prodüser, Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi)
“Vüqar Gülməmmədovun sözlərini hərfi cəhətdən başa düşmək lazım deyil. Onun mesajının mahiyyəti budur ki, kinoya pul ayrılır, amma o pul düzgün xərclənilmir. Yarıbayarı azaltmaq olar dedikdə biz anlamalıyıq ki, kinoya ayrılan vəsaitin yarısı effektiv xərclənir.
Kinomuzdakı prosesləri analiz edən insanlar da dəfələrlə demişdi ki, dövlət vəsaiti daha effektiv xərclənə bilər. Maliyyə naziri də bunu demişdi. Mən bir kinematoqrafçı olaraq həm Hesablama Palatasının, həm də Maliyyə Nazirliyinin kino sahəsinə belə diqqətli yanaşması alqışlayıram. Baş verənlər proseslərin sağlamlaşmasına gətirəcək.
Obyektiv olaraq demək lazımdır ki, 6 milyon manat qətiyyən azaldıla bilməz. Amma bu 6 milyon layiqli, effektiv şəkildə xərclənəndən, özünü doğruldandan sonra ayrılan vəsaiti artırmaq lazımdır.
Əgər dövlət sektorunda ildə 10 tammetrajlı film çəkilmirsə, deməli, bu vəsait effektiv xərclənmir. İndi 2022 -ci ilin beşinci ayıdır, bir film də istehsalata buraxılmayıb. Bəs bu pulu dövlət niyə ayırıb? Vüqar müəllimin dediyini hərfi yox, emonional reaksiya kimi Rüfət Quliyevin sözlərinə cavab olaraq qəbul etmək lazımdır. Onun sözünün mətnaltı mənası budur ki, pulun 50 faizi effektiv xərclənib”.
“Kino istehsalı ilə dövlət idarəsi məşğul olmasın”
Orxan Mərdan (Kinoprodüser, “O2 Media” şirkətinin direktoru)
“Dövlət kinoya ayrılan vəsaiti yox, kino istehsalını dayandırmalıdır. Kinonun inkişaf fondu yaranmalıdır və o fond açıq qapı prinsipi ilə işləməlidir. O zaman kinoya ayrılan vəsaitdən gəlir götürmək olar. Yox əgər dövlət öz qurumlarına film istehsalı üçün vəsaiti davam etdirəcəksə, ondansa indiki vəsaiti də ləğv etsin. Biz özümüz dövlət vəsaiti olmadan istehsala başlayarıq.
Özəl prodüser mərkəzi olaraq dövlət qurumu ilə birgə layihələr həyata keçirməyə cəhd etmişik, müsbət cavab almamışıq. Səbəblər çoxdur, ondan biri də qanunvericiliklə bağlı məsələlərdir. Dövlət bizə pulu ona görə vermir ki, biz özəl sektoruq, özəl istehsalla məşğuluq. Dövlət özü istehsalçı olduğu üçün dolayısı ilə bizim rəqibimizdir. Mən Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinə rəqibəm. Çünki o özü film istehsal edir. Düzdür, onların istehsal etdiyi filmləri heç kim görmür, bu başqa məsələdir. Amma nəticə etibari ilə onlar daha bahalı filmlər çəkirlər. Olsun ki, bizim çəkdiyimiz filmlər onların filmlərinə nisbətdə daha baxımlı olsun.
Amma Dövlət Fond yaratmayıb, nazirlik özü kino istehsalı ilə məşğul olacaqsa, onda Gülməmmədovun dediyi kimi, vəsait azalmalı və ya ümumiyyətlə vəsait ləğv olunmalıdır.
Dövlət kinonu, kino sahəsində olanları dəstəkləməlidir, dövlət kinonun inkişafı ilə bağlı qanun qəbul etməlidir. Bundan başqa ayrılan vəsaitlə regional kinoteatrlar təmir edilməli, regionlarda kinoteatrların sayı artırılmalıdır. Mən dövlətə söz verirəm ki, ildə beş film istehsal edəcəm və o kinoteatrlar işləyəcək. Amma kino istehsalı ilə dövlət idarəsi məşğul olmasın.
Digər tərəfdən heç kim dediyim Fonddan pulu əvəzsiz götürməməlidir. Məsuliyyət olmalıdır. Kimliyindən asılı olmayaraq, o vəsaitin geri qaytarılması təmin edilməlidir. Dövlət kino istehsalına pulu pay şəklində verə bilməz”.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Müxalifətin aksiyası dağıdıldı - Tiflisdə SON DURUM
Bu gün, 08:24 |
|
|
|
• İlham Məmmədova ağır itki üz verib
Bu gün, 07:36 |
|
|
|
• Rayonlar öz xərclərini ödəmək üçün pulu nədən qazanacaq? - AÇIQLAMA
Bu gün, 07:33 |
|
|
|
• 2025-ci il büdcəsi üçün riskli neft proqnozu: Qara qızıl kəskin ucuzlaşarsa... - İNCƏLƏMƏ
Bu gün, 07:30 |
|
|
|
• Eskalasiya riski artır: Ermənistan sülhə məcbur ediləcək - "Bu sülh prosesini dalana salır"
Bu gün, 07:23 |
|
|
|
• "Valideynimin səhhətində olan problemə görə buradayam" - VİDEO
Bu gün, 07:09 |
|
|
|
• Mərc oyunları aludəçiliyi: zənginlik arzusu, yoxsa emosional ehtiras? - PROBLEM
Bu gün, 07:04 |
|
|
|
• "Azərbaycan ərazilərinə basdırılan minalar da insan hüquqlarının kobud pozulmasıdır..." - deputat
Bu gün, 06:40 |
|
|
|
• Bu “erməni” Bakıya hansı məqsədlə gəlmişdi? – Bir səfərin pərdəarxası
Bu gün, 06:34 |
|
|
|
• “Başıma o boyda faciə gəldi ölmədim, amma... - bu gün ölürəm, məni öldürürlər”
Bu gün, 06:31 |
|
|
|
• "Bu proses artıq bir neçə ildir ki, başlayıb" - Ekspert deyir ki...
Bu gün, 01:42 |
|
|
|
• Ermənistan işgəncə ilə öldürdüyü əsirlərimizi BUNA GÖRƏ GİZLƏDİR... - BƏLLİ OLDU
Bu gün, 01:38 |
|
|
|
• SAXTA HƏKİM ƏLİNDƏ QALMIŞIQ... - NƏ ETMƏLİ?
Bu gün, 01:32 |
|
|
|
• Kanslerin “telefon diplomatiyası” və: Putinlə danışıqların mənasızlığı - NƏ BAŞ VERİR?
Bu gün, 01:29 |
|
|
|
• Rusiya vurularsa: Kim nə qazanacaq? - Görünəni odur ki...
Bu gün, 00:24 |
|
|
|
• Şikayət indeksinə görə yuxarı pillədə qərarlaşan BANKLAR - - Səbəb nədir?
Bu gün, 00:02 |
|
|
|
• Sülh, kommunikasiyalar və Gürcüstanın strateji rolu - Cənubi Qafqazda yeni diplomatik dövr
Dünən, 23:39 |
|
|
|
• Ermənistanın çıxış yolu: qazı Azərbaycandan almalıdır - GƏLİŞMƏ
Dünən, 23:35 |
|
|
|
• Paşinyan arvadı və qızı ilə muzeydə - FOTO
Dünən, 22:50 |
|
|
|
• Azərbaycanda tanınmış müğənni vəfat etdi
Dünən, 22:47 |
|
|
|
• Ukraynaya 300 km-ə qədər mənzilli raketlərdən istifadəyə icazə verilib
Dünən, 22:45 |
|
|
|
• Özəlləşdirmə çekləri yenidən istifadə olunacaq? - AÇIQLAMA
Dünən, 22:16 |
|
|
|
• Beynəlxalq Ədalət Məhkəməsi Ermənistan və Azərbaycana bir il vaxt verdi - DETALLAR
Dünən, 22:02 |
|
|
|
• "Patı" çəkdi, məktəbli qıza seksual hərəkətlər etdi: - "Bilirəm, binamusluqdur..."
Dünən, 21:59 |
|
|
|
• Bakı Olimpiya Stadionuna avtomobillə qanunsuz daxil olmağa cəhd göstərən şəxs həbs edilib - TƏFƏRRÜAT
Dünən, 21:56 |
|
|
|
• “Trampın kadrları onun tapşırıqlarını yerinə yetirəcək” - ŞƏRH
Dünən, 21:09 |
|
|
|
• Dollarla bağlı HANSI QƏRAR VERİLİR? - AKTUAL
Dünən, 21:07 |
|
|
|
• Dünya iqtisadiyyatı təhlükə ilə üz-üzə: - Dərin dəyişikliklər qaçılmazdır
Dünən, 19:08 |
|
|
|
• Kənd təsərrüfatı: Subsidiyalar özünü niyə doğrultmur? - AKTUAL
Dünən, 19:00 |
|
|
|
• Qızların evlənmə yaşının 9 -a salınması istismarçı ruhani təbəqənin nəfsi istəkləri naminədir - DƏHŞƏTDİR, VALLAH...
Dünən, 18:58 |
|
|
|
• “Xəstəxana nədir bilmirəm, heç kimə pislik etməmişəm”
Dünən, 18:05 |
|
|
|
• Türk dünyası üçün ortaq valyuta YARADILA BİLƏR - AÇIQLAMA
Dünən, 18:02 |
|
|
|
• Fransa meydan oxudu – “Açıq şəkildə bildiririk ki...”
Dünən, 18:00 |
|
|
|
• “Sirab”la bağlı sirli məqam: hara yoxa çıxdı? - HƏQİQƏTƏN DƏ...
Dünən, 17:55 |
|
|
|
• BOKT “İnternational”ın istiqrazlarına üç investor müştəri çıxıb
Dünən, 17:51 |
|
|
|
• "Onlar korrupsiyaya görə istefaya məcbur edilib" - deputat
Dünən, 17:46 |
|
|
|
• Çağırışçını qətlə yetirən Ərəstun Ərəbov HƏBSDƏ ÖLDÜ
Dünən, 17:43 |
|
|
|
• NCQG üzrə real nəticəyə nail olmalıyıq - Attila Ştayner
Dünən, 17:37 |
|
|
|
• “La Gazette du Caucase” fransız siyasətçilərini COP29 ilə bağlı ermənipərəst mövqeyinə görə qınayıb
Dünən, 17:35 |
|
|
|
• Qiymətlər insanları daha kiçik mənzillər seçməyə məcbur edir - NƏ ETMƏLİ?
Dünən, 17:31 |
|
|
|
• Bakıda biznesmenin evindən seyf oğurlandı - Dostu həbs edildi
Dünən, 17:29 |
|
|
|
• Avropa Şurasının Komissarı İlham Əliyevə məktub yazıb... - STRASBURQDAKI SƏFİR CAVAB VERDİ
Dünən, 17:20 |
|
|
|
• Tarixi film istehsalında SÜKUNƏT: - “Kinomuzun xilası onun əlindədir”
Dünən, 17:17 |
|
|
|
• Müharibə ilə bağlı bədbin proqnoz: - Putin üzərindən mesaj verildi
Dünən, 17:16 |
|
|
|
• Paşinyan papa ilə görüşdə: - “Qərarlıyam, Azərbaycanla...”
Dünən, 17:14 |
|
|
|
• Müharibə veteranlarına verilən 80 manat bu tarixdən artacaq - AÇIQLAMA
Dünən, 17:11 |
|
|
|
• Azərbaycan düşməni olan şovinistdən Pezeşkiana təşəkkür
Dünən, 17:10 |
|
|
|
• Azərbaycanda mənzil almaq üçün təxminən 20 il yemədən-içmədən işləmək lazımdır - FAKT BUDUR!
Dünən, 17:03 |
|
|
|
• Ermənistan sülhə addım atmaqdansa, əksinə mövqe nümayiş etdirir -ŞƏRH
Dünən, 17:00 |
|
|
|
• Neft niyə 70 dollardan götürüldü: - Azərbaycanda bir ilkin SƏBƏBİ
Dünən, 16:59 |
|
|
|
|