2025-ci il büdcəsi üçün riskli neft proqnozu: Qara qızıl kəskin ucuzlaşarsa... .....                     Eskalasiya riski artır: Ermənistan sülhə məcbur ediləcək .....                     "Valideynimin səhhətində olan problemə görə buradayam" .....                     Mərc oyunları aludəçiliyi: zənginlik arzusu, yoxsa emosional ehtiras? .....                     "Azərbaycan ərazilərinə basdırılan minalar da insan hüquqlarının kobud pozulmasıdır..." .....                     Bu “erməni” Bakıya hansı məqsədlə gəlmişdi? .....                     “Başıma o boyda faciə gəldi ölmədim, amma... .....                     "Bu proses artıq bir neçə ildir ki, başlayıb" .....                     Ermənistan işgəncə ilə öldürdüyü əsirlərimizi BUNA GÖRƏ GİZLƏDİR... .....                     SAXTA HƏKİM ƏLİNDƏ QALMIŞIQ... .....                     Kanslerin “telefon diplomatiyası” və: Putinlə danışıqların mənasızlığı .....                     Rusiya vurularsa: Kim nə qazanacaq? .....                     Şikayət indeksinə görə yuxarı pillədə qərarlaşan BANKLAR .....                     Sülh, kommunikasiyalar və Gürcüstanın strateji rolu .....                     Ermənistanın çıxış yolu: qazı Azərbaycandan almalıdır .....                     Paşinyan arvadı və qızı ilə muzeydə .....                     Azərbaycanda tanınmış müğənni vəfat etdi .....                     Ukraynaya 300 km-ə qədər mənzilli raketlərdən .....                     Özəlləşdirmə çekləri yenidən istifadə olunacaq? .....                     Beynəlxalq Ədalət Məhkəməsi Ermənistan və Azərbaycana bir il vaxt verdi .....                     "Patı" çəkdi, məktəbli qıza seksual hərəkətlər etdi: .....                     Bakı Olimpiya Stadionuna avtomobillə qanunsuz daxil olmağa cəhd göstərən şəxs həbs edilib .....                     “Trampın kadrları onun tapşırıqlarını yerinə yetirəcək” .....                     Dollarla bağlı HANSI QƏRAR VERİLİR? .....                     Dünya iqtisadiyyatı təhlükə ilə üz-üzə: .....                     Kənd təsərrüfatı: Subsidiyalar özünü niyə doğrultmur? .....                     Qızların evlənmə yaşının 9 -a salınması istismarçı ruhani təbəqənin nəfsi istəkləri naminədir .....                     “Xəstəxana nədir bilmirəm, heç kimə pislik etməmişəm” .....                     Türk dünyası üçün ortaq valyuta YARADILA BİLƏR .....                     Fransa meydan oxudu .....                     “Sirab”la bağlı sirli məqam: hara yoxa çıxdı? .....                     BOKT “İnternational”ın istiqrazlarına üç investor müştəri çıxıb .....                     "Onlar korrupsiyaya görə istefaya məcbur edilib" .....                     Çağırışçını qətlə yetirən Ərəstun Ərəbov .....                     NCQG üzrə real nəticəyə nail olmalıyıq .....                     “La Gazette du Caucase” fransız siyasətçilərini COP29 ilə bağlı ermənipərəst mövqeyinə görə qınayıb .....                     Qiymətlər insanları daha kiçik mənzillər seçməyə məcbur edir .....                     Bakıda biznesmenin evindən seyf oğurlandı .....                     Avropa Şurasının Komissarı İlham Əliyevə məktub yazıb... .....                     Tarixi film istehsalında SÜKUNƏT: .....                 

“Ona kömək lazımdır, çünki...” - Afaq Bəşirqızı
Tarix: 2-06-2022, 08:22 | Çap et
 “Ona kömək lazımdır, çünki...”
Ötən həftə xalq artisti Rasim Balayev Azərbaycan Kinematoqrafçılar İttifaqına sədr seçildi. İttifaqa yeni üzvlər də seçilib. Onlar əməkdar artist Rasim Cəfərov, sənətşünas Nadir Bədəlov, ssenarist Reyhan İsayeva, Elza Ağayeva, prodüser Oksana Rəsulova, kinoaktyor Manaf Dadaşov, animasiya operatoru Ramiz Ağayev, aktyor-kaskadyorlar Sain Fərmanlı və Murad Abdullayevdir.

İndi bir sual çoxlarını düşündürür: Rasim Balayevin quruma sədr seçilməsi ilə nələr dəyişəcək?

Xatırladaq ki, hələ bu təyinat təsdiq olunmazdan əvvəl əməkdar incəsənət xadimi, tanınmış kinorejissor Ayaz Salayev “Yeni Müsavat”a açıqlamasında bildirmişdi ki, Rasim Balayevin təyinatı ilə heç nə dəyişməyəcək:

“Çünki faktiki olaraq ittifaqı başqaları idarə edəcək, Rasim Balayev isə viziti olacaq. Dəfələrlə bu haqda demişəm və indi də qeyd edirəm, həmin ittifaqın üzvləri ilə normal dostluq əlaqələrim var. Lakin bir təşkilat kimi o, mənim üçün mövcud deyil. Əgər iki ittifaq birləşərsə, mən oranı tərk edəcəyəm. Ümumiyyətlə, bu iki ittifaq çətin ki, birləşsin. Artıq kino aləmi parçalanıb və onu parçalayanın da adı məlumdur. Bu, artıq mənim üçün ideoloji məsələdir. Şəxsən mən həmin ittifaqın ideoloji düşməniyəm”.

Xalq artisti Şeyx Əbdül isə məsələyə bu cür münasibət bildirmişdi:

“Rasim Balayev mənim 40 illik dostumdur, canım-ciyərimdir. Amma ürəyimdən çox keçirdi ki, Rasim Balayev qabağa çıxıb desin ki, hamı bir yerə yığışsın. O ittifaqda ”qurdlar" var, hansı ki, onlar zamanında özlərinə yaxşı biznes qurublar və hələ də bu maraqlara xidmət edirlər. Heç bilirsiniz ki, o ittifaqda nələr olub, nələr... Danışılası, deyiləsi deyil. Hətta bir ara cinayət işi açılmışdı, məhkəmə də başlamışdı, lakin sonra nüfuz və addan istifadə edərək məsələni dayandırdılar. Həmin adamlardan hələ də qalan var. Ona görə də onlara vahid ittifaq, qurum lazım deyil, fürsətdən istifadə edib, qarşıdurma yaratmağa çalışırlar ki, öz işlərini görsünlər. Hesab edirəm ki, onlar Rasim Balayevin yaşından, səhhətindən istifadə edib, bu qarşıdurmaları daha da dərinləşdirəcəklər, Rasim müəllim də məcbur qalıb, hər şeyə tüpürüb, gedəcək".

Bəs digər kinoçular bu təyinatı necə dəyərləndirir? dia-az.life xəbər verir ki, məsələ ilə bağlı xalq artisti Afaq Bəşirqızı “Yeni Müsavat”a danışıb:

“Rasim Balayev kinoya bələddir, o, bu sahəni bilir. Lakin o qədər yeniliklər olur ki, onunla ayaqlaşmaq lazımdır.

Sözün doğrusu, nəsə deməyə çəkinirəm, sözlərimlə kimisə incitmək istəmirəm. Bu bir faktdır ki, kinomuz öz həyəcan təbilini çoxdan çalır. Kinoya dostluq, qohumluq naminə adamların gətirilməsi kinomuzu bada verib. Həmin adamlar bunu düşünməlidir. Heç olmasa indi pensiyaya çıxsınlar ki, yeni potensiallı kadrlar önə çıxsın.

Əslində müharibədən sonra Qarabağa aid bir-birinin ardınca filmlər çəkilməlidir. Kimdən gözləyirsiz? Afaq Bəşirqızı kinostudiyanın rəhbəri deyil, amma bu barədə düşünür. Bunu potensial gücə malik olan yaradıcı adam etməlidir.

Kinostudiyanın aqibətindən xəbəriniz var? Nə ki əşyalar, maşınlar, vasitələr var, hamısını aparıb satıb, dağıdıblar. Hətta qapı-pəncərə belə sökülüb aparılıb. Biz sivilizasiyadan danışırıq. Hansı sivilizasiyadan söz açırıq, sökülmüş döşəmədən? Bir faktı xatırladım, “Dəli Kür” filmində Leyla Bədirbəylinin boynundakı zinət əşyalarının hamısı həqiqi qızıl və brilyant idi. Hanı bəs onlar? Elə bir mebellər var idi ki, hanı onlar? Bir dəfə Müşfiq Hətəmov mənə dedi ki, Afaq xanım, xəbərin var, “Cavad xan” filmi çəkiləndə bir dənə də olsun at yəhəri tapa bilmirdik. Soruşdum ki, bəs onlar hanı? Dedi ki, ya bulvardakı atların üstündədir, ya da digər yerlərdə. Yəni hamısını satıblar. Bu cür özbaşınalığı, tabesizliyi sözlə ifadə etmək mümkün deyil. Təkcə dövlətin malını deyil, həm də bu yaradıcılığı, kinonu dağıdıb, məhv ediblər.

O ki qaldı Rasim Balayevə, düşünürəm ki, ona kömək lazımdır. O bilir bu sahədə kim kimdir, nə nədir. Ona, sadəcə, kömək lazımdır ki, nəsə edə bilsin.

Həmçinin hesab edirəm ki, Rasim Balayev, nəhayət ki, bütün sənət adamlarını bir masaya toplaya biləcək".

Əməkdar artist Rasim Cəfər isə qeyd etdi:

“Azərbaycan Kinematoqrafçılar İttifaqı, sadəcə, bir qurumdur, yəni kino sahəsində nəsə iş görəcək gücə malik deyil. Yəni bu qurumun fəaliyyəti kinematoqrafçıların problemlərini həll etmək, onlara hər hansı maddi yardım etməklə bağlıdır. Bu baxımdan Rasim Balayevdən qlobal bir dəyişiklik gözləmək düzgün deyil.

Lakin bizim kimi kiçik bir ölkədə iki kinematoqrafiya ittifaqının olması, fikrimcə, artıqdır. Ümid edirəm ki, nə vaxtsa bu iki qurum birləşəcək, vahid bir kinematoqrafiya yaranacaq. Fikrimcə, bundan sonra bu qurum daha səmərəli işləyə biləcək.

O ki qaldı Rasim Balayevin quruma sədr seçilməsi, əlbəttə ki, o, çox hörmətli sənətkarlarımızdan biridir. Onun sədr olması həm qurum üçün, həm də kinoçular üçün çox müsbət haldır. Hesab edirəm ki, kinonu bilən adam kimi Rasim Balayev kinoçuların problemlərini həll etmək baxımından çox böyük işlər görə biləcək".

Ssenarist Reyhan Cəfər İsayeva isə bildirdi ki, üzvü olduğu qurum ssenari sahəsinin inkişafı üçün daima master-klaslar həyata keçirir:

“Özüm də həmin master-klaslarda iştirak etmişəm. Hətta bununla bağlı bir kurs da var. Bu məsələni çox dəstəkləyirəm, çünki kinonun əsasını məhz ssenari təşkil edir və bu haqda qurumda keçirilən iclasda da vurğulandı. Hesab edirəm ki, bu tendensiya davam edəcək və daha da inkişaf edəcək.

Həmçinin Azərbaycan Kinematoqrafçılar İttifaqı mütəmadi olaraq hər zaman film nümayişləri həyata keçirir və bəzən tamaşaçıların, eləcə də sənət adamlarının baxa bilmədiyi filmləri görə bilirik".

Aktyor-kaskadyorlar Sain Fərmanlı isə bildirdi:

“Rasim Balayevin quruma rəhbər gəlməsi məni çox sevindirdi. Hesab edirəm ki, onun gəlişi kino sahəsinə mühüm təsir edəcək. Çünki o, bütün ömrünü bu sahəyə həsr edib.

Məlum olduğu kimi, son zamanlar kino sahəsində mühüm dəyişikliklər, yeniliklər baş verir və bunu hamımız görürük. Ümid edirəm ki, bundan sonra hansısa baryerləri keçə biləcəyik, hansı ki, illərlə bu bizim qarşımızı kəsirdi. Ən azından kino sahəmizin Türkiyədəki kimi olacağına inanıram. Əlbəttə ki, buna illər lazım gələcək.

Hesab edirəm ki, bizlərin Azərbaycan Kinematoqrafçılar İttifaqına üzv olmağımız Azərbaycan kino sahəsinin inkişafına bir az da dəstək olar".









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
2025-ci il büdcəsi üçün riskli neft proqnozu: Qara qızıl kəskin ucuzlaşarsa... - İNCƏLƏMƏ
Bu gün, 07:30
Eskalasiya riski artır: Ermənistan sülhə məcbur ediləcək - "Bu sülh prosesini dalana salır"
Bu gün, 07:23
"Valideynimin səhhətində olan problemə görə buradayam" - VİDEO
Bu gün, 07:09
Mərc oyunları aludəçiliyi: zənginlik arzusu, yoxsa emosional ehtiras? - PROBLEM
Bu gün, 07:04
"Azərbaycan ərazilərinə basdırılan minalar da insan hüquqlarının kobud pozulmasıdır..." - deputat
Bu gün, 06:40
Bu “erməni” Bakıya hansı məqsədlə gəlmişdi? – Bir səfərin pərdəarxası
Bu gün, 06:34
“Başıma o boyda faciə gəldi ölmədim, amma... - bu gün ölürəm, məni öldürürlər”
Bu gün, 06:31
"Bu proses artıq bir neçə ildir ki, başlayıb" - Ekspert deyir ki...
Bu gün, 01:42
Ermənistan işgəncə ilə öldürdüyü əsirlərimizi BUNA GÖRƏ GİZLƏDİR... - BƏLLİ OLDU
Bu gün, 01:38
SAXTA HƏKİM ƏLİNDƏ QALMIŞIQ... - NƏ ETMƏLİ?
Bu gün, 01:32
Kanslerin “telefon diplomatiyası” və: Putinlə danışıqların mənasızlığı - NƏ BAŞ VERİR?
Bu gün, 01:29
Rusiya vurularsa: Kim nə qazanacaq? - Görünəni odur ki...
Bu gün, 00:24
Şikayət indeksinə görə yuxarı pillədə qərarlaşan BANKLAR - - Səbəb nədir?
Bu gün, 00:02
Sülh, kommunikasiyalar və Gürcüstanın strateji rolu - Cənubi Qafqazda yeni diplomatik dövr
Dünən, 23:39
Ermənistanın çıxış yolu: qazı Azərbaycandan almalıdır - GƏLİŞMƏ
Dünən, 23:35
Paşinyan arvadı və qızı ilə muzeydə - FOTO
Dünən, 22:50
Azərbaycanda tanınmış müğənni vəfat etdi
Dünən, 22:47
Ukraynaya 300 km-ə qədər mənzilli raketlərdən istifadəyə icazə verilib
Dünən, 22:45
Özəlləşdirmə çekləri yenidən istifadə olunacaq? - AÇIQLAMA
Dünən, 22:16
Beynəlxalq Ədalət Məhkəməsi Ermənistan və Azərbaycana bir il vaxt verdi - DETALLAR
Dünən, 22:02
"Patı" çəkdi, məktəbli qıza seksual hərəkətlər etdi: - "Bilirəm, binamusluqdur..."
Dünən, 21:59
Bakı Olimpiya Stadionuna avtomobillə qanunsuz daxil olmağa cəhd göstərən şəxs həbs edilib - TƏFƏRRÜAT
Dünən, 21:56
“Trampın kadrları onun tapşırıqlarını yerinə yetirəcək” - ŞƏRH
Dünən, 21:09
Dollarla bağlı HANSI QƏRAR VERİLİR? - AKTUAL
Dünən, 21:07
Dünya iqtisadiyyatı təhlükə ilə üz-üzə: - Dərin dəyişikliklər qaçılmazdır
Dünən, 19:08
Kənd təsərrüfatı: Subsidiyalar özünü niyə doğrultmur? - AKTUAL
Dünən, 19:00
Qızların evlənmə yaşının 9 -a salınması istismarçı ruhani təbəqənin nəfsi istəkləri naminədir - DƏHŞƏTDİR, VALLAH...
Dünən, 18:58
“Xəstəxana nədir bilmirəm, heç kimə pislik etməmişəm”
Dünən, 18:05
Türk dünyası üçün ortaq valyuta YARADILA BİLƏR - AÇIQLAMA
Dünən, 18:02
Fransa meydan oxudu – “Açıq şəkildə bildiririk ki...”
Dünən, 18:00
“Sirab”la bağlı sirli məqam: hara yoxa çıxdı? - HƏQİQƏTƏN DƏ...
Dünən, 17:55
BOKT “İnternational”ın istiqrazlarına üç investor müştəri çıxıb
Dünən, 17:51
"Onlar korrupsiyaya görə istefaya məcbur edilib" - deputat
Dünən, 17:46
Çağırışçını qətlə yetirən Ərəstun Ərəbov HƏBSDƏ ÖLDÜ
Dünən, 17:43
NCQG üzrə real nəticəyə nail olmalıyıq - Attila Ştayner
Dünən, 17:37
“La Gazette du Caucase” fransız siyasətçilərini COP29 ilə bağlı ermənipərəst mövqeyinə görə qınayıb
Dünən, 17:35
Qiymətlər insanları daha kiçik mənzillər seçməyə məcbur edir - NƏ ETMƏLİ?
Dünən, 17:31
Bakıda biznesmenin evindən seyf oğurlandı - Dostu həbs edildi
Dünən, 17:29
Avropa Şurasının Komissarı İlham Əliyevə məktub yazıb... - STRASBURQDAKI SƏFİR CAVAB VERDİ
Dünən, 17:20
Tarixi film istehsalında SÜKUNƏT: - “Kinomuzun xilası onun əlindədir”
Dünən, 17:17
Müharibə ilə bağlı bədbin proqnoz: - Putin üzərindən mesaj verildi
Dünən, 17:16
Paşinyan papa ilə görüşdə: - “Qərarlıyam, Azərbaycanla...”
Dünən, 17:14
Müharibə veteranlarına verilən 80 manat bu tarixdən artacaq - AÇIQLAMA
Dünən, 17:11
Azərbaycan düşməni olan şovinistdən Pezeşkiana təşəkkür
Dünən, 17:10
Azərbaycanda mənzil almaq üçün təxminən 20 il yemədən-içmədən işləmək lazımdır - FAKT BUDUR!
Dünən, 17:03
Ermənistan sülhə addım atmaqdansa, əksinə mövqe nümayiş etdirir -ŞƏRH
Dünən, 17:00
Neft niyə 70 dollardan götürüldü: - Azərbaycanda bir ilkin SƏBƏBİ
Dünən, 16:59
Rusiya Ukraynaya ballistik raketlə zərbə endirib, 8 ölü, 40-dan çox yaralı var - “Unian“
Dünən, 16:57
“Özüm Abxaziyada olmuşam; vəziyyətdən çox narazıdırlar, iqtisadi durum ağırdır...” - Ərəstun Oruclu ŞƏRH EDİR
Dünən, 16:37
Bakıdan Qarabağa necə getmək olar: - Avtobuslar, qiymətlər...
Dünən, 16:34
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru