"Biz Amerikada yaşamırıq və Hollivud aktyorları deyilik" - Xalq artisti
Tarix: 11-06-2022, 08:53 | Çap et
Xalq artisti Vidadi Həsənovun rəhbəri olduğu “M. Teatr” yeni məkanda öz fəaliyyətini bərpa edir. Uzun illər məkan baxımından əziyyət çəkən teatr bir-birinin ardınca yeni tamaşalar təqdim edəcək.
Həm yeni tamaşalar, həm Azərbaycanda özəl teatrların fəaliyyəti, uğurları, problemləri barədə suallarımıza Vidadi Həsənovla cavab tapmağa çalışacağıq. DİA.AZ teleqraf.com-a istinadla xalq artisti ilə müsahibəni təqdim edir.
-Vidadi müəllim, bir fikriniz diqqətimi çəkib. Deyirsiniz, sənət adamlarının ölüm səbəbi birdir- kasıblıq.
-Bəli, sənət adamlarının ölüm səbəbləri birdir. Söhbət əsl sənətçilərdən gedir.
-Bu kasıblıq maddi, yoxsa mənəvi baxımındandır?
-Biz Amerikada yaşamırıq və Hollivud aktyorları deyilik. Həyat və mühit şərtləri necədirsə, teatr da o cürdür. Həyat və mühit şərtləri necədirsə, cəmiyyət və insanlar da o cürdür. Təəssüf ki, biz mənəvi məsələlərin sosial-ictimai məsələlərlə bağlılığı olmadığı düşüncəsindəyik. Əksinə bunlar hamısı bir- birinə bağlıdır və yalnız belə olanda harmoniya olur. Olmayanda hər şey qəlizləşir.
Çox sevdiyim uşaq nağılı olan Kiplinqin “Mauqli”sində maraqlı bir personaj var- Qartal. O meşənin üstündən uçur və tezissayağı bir söz deyir: biz hamımız bir sürüdən, bir qandanıq. Bu mənada mən düşünürəm ki, incəsənət adamları bir sürüdən, bir qandandırlar. Ona görə də onların ölüm səbəbləri də birdir.
Maddiyatı dansanız ümumiyyətlə yaşaya bilməzsiniz. Və onu inkar etmək normal davranış deyil. İnsanın mənəvi durumu maddi durumundan, maddi durumu da mənəviyyatından asılıdır. Deyəndə ki, incəsənət adamını ancaq sənət düşündürməlidir, onda dövlət məmuru ancaq dövləti düşünsün. Çox hörmət etdiyimiz Milli Məclisin deputatlarına baxın, kənardan deyirlər ki, onlar çox yaxşı yaşayırlar. Amma onlar da maaşlarının artmağını, ev istəyirlər. Deməli insanın rifahını yaxşılaşdırmağa ehtiyacı var. Ona görə sənət adamları hava, su, ilham pərisi ilə dolanmırlar ki...
-Vidadi bəy, güman etmirəm ki, bu sənətə gələndə pulun olmayacağını düşünməmisiniz.
-Əlbəttə bilirdim. Neçə illərdir ki, pedoqoji fəaliyyətlə məşğulam. Tələbələrimə deyirəm, düşünməyin ki, aktyor sənəti ilə geniş imkanlar əldə edəcəksiniz. Bu olmayacaq. Xüsusilə universiteti bitirdiyinizdən sonrakı uzun illər ərzində çox az maaşa işləyəcəksiniz. Əgər buna razı olub, əziyyətinə qatlaşacaqsınızsa əlbəttə, o da sizə bir zaman bunun əvəzini qaytaracaq.
-Səhv etmirəmsə, sonuncu nəşr etdirdiyiniz kitab- “Səhnələşdirmələr toplusu”dur.
-O kitabı çap etdirməyimin səbəbi var. Adətən gənc rejissorlar, aktyorlar xüsusilə tələbəlik illərində səhnə üçün material axtaranda çox çətinlik çəkirlər. Pyeslərdə iştirakçı sayı çox, hadisələr bir neçə məkanda baş verir. Bunu kiçik imkanlarla tələbələrin etməyi çox əziyyətli və çətindir. “Səhnələşdirmələr toplusu”nda hadisələr bir məkanda baş verir. Pyeslərdə personajların sayı birdən beşə qədərdir. Tələbələr, gənc rejissorlar, aktyorlar, yeni yaranan teatrlar bu kitabdan yararlana bilərlər.
Bizdə çox yazarlarımız dramaturgiya ilə məşğul olmurlar. Dramaturgiyaya müraciət edəndə niyyətləri onun tez bir zamanda tamaşaya hazırlanması olur. Kiçik, böyük həcmli pyeslər yazılmalıdır.
Digər tərəfdən aktyor, rejissor peşəsi ilə bağlı da kitab qıtlığı var. Bu kitabların əksəriyyəti biz oxuduğumuz dövrdə rus dilində idi. Aşağı –yuxarı rus təhsilimiz olduğuna görə onları başa düşə bilirdik. İndiki uşaqlar rus dilində oxuya bilmirlər. İngilis dilini də hamı bilmir. Bu uşaqlara tövsiyyə olunacaq kitabların sayı olduqca azdır. Mədəniyyət Nazirliyi kitabların tezlikcə tərcümə olunması ilə bağlı layihələr həyata keçirməlidir.
Təsəvvür edin, kitab qıtlığımız davam edə-edə hər il nə qədər tələbə məzun olur. Bəs biz onlara nə öyrədirik?
-Özünüz pyes yazmısınız?
-Mən pyes yazmışam, kitabda da çap olunub. Amma absurd əsərdir.
-Ümumiyyətlə, gənc dramaturqların pyesləri ilə tanışsınız?
-Ülviyyə Heydərova çox gözəl əsərlər yazır. Əsərləri Bakıda, Sumqayıtda, Rusiyada tamaşaya qoyulur. Yazarlarımız var, amma çox azdır. Bir çiçəklə yaz gəlmir.
Gənc yazarlarımıza irad kimi demirəm. İndi kimdən soruşursan deyir, roman yazıram. Böyük yazıçılar romandan qorxurdu, bunlar isə əlinə qələm alan kimi roman yazırlar. Hələ bir aşağıdan başla sonra roman yazarsan.
Hər bir əsərin məzmununda dramaturgiya var. Ən kiçik minimalist əsərlərdə belə...İdeya strukturu olmadan əsər olmayacaq. Roman yazmaq niyə asandır? Çünki nə istəyirsən yazırsan. Hekayədə hər şeyi qısaca və məhdud halda yazmalısan.
Dramaturgiya elə bir sahədir ki, onun üçün səriştə, teatrı, aktyorluğu, rejissorluğu bilmək lazımdır. Bu daha qəlizdir.
-Bəlkə pyes yazırlar, sadəcə onu təqdim etməyin yollarını bilmirlər?
-Ülviyyə xanımdan nümunə gətirəcəm. Yazıçı da öz əsəri ilə özü məşğul olmalıdır. Onun həyata keçməsi üçün əziyyət çəkməli, yollar axtarmalıdır.
Ətraflı -“M. Teatr”da tamaşaçının zövqü mütləq nəzərə alınmalıdır. Çünki sizin teatrın yaşaması tamaşaçıya bağlıdır. Onlar bilet alıb gəlməlidir ki, teatr yaşasın. Dövlət teatrları bu prinsiplə işləmirlər.
-Dövlət Teatrının özəl teatrlardan fərqi var. Mən Yuğ Dövlət Teatrında işləyirəm. Orada repertuar seçimi var, rejissorlar istədikləri əsərləri gətirirlər, Bədii Şurada müzakirə olunur. Və mövsüm ərzində qoyulacaq tamaşaların siyahısı hazırlanır.
Amma müstəqil teatrlarda yanaşma bir az fərqlidir. Elə tamaşa hazırlanmalıdır ki, tamaşaçı gəlib baxsın. Bizim hazırladığımız “Məsəl ya...” tamaşası misal gətirim, mövzunun aktuallığını, tamaşanın formasını insanların maraq dairəsi çərçivəsində düşündük. Tamaşanın janrı dialoq, mühakimədir. Hər dəfə səhnədəki aktyorlar insanlara müraciət edirlər.
İkinci tamaşanı – “Bir gecənin nağılı”nı hazırlayanda orada da məqsədimiz var idi. Bu iki gəncin arasında sevgi əhvalatı idi. Çox aktual məsələdir, çünki gənclərin həmişə sevəcəklər.
Aktyor seçimi edərkən, zamanın gənc, tanınmış aktyorlarını dəvət etməlisən. Tamaşaçını teatra gətirmək üçün bu da az əhəmiyyət kəsb etmir.
Yeni yarananda daha çox gənclər üçün nəsə etməyə çalışırdıq. Amma cəmiyyətimizin yaşlı zümrəsi də var. Hətta ziyadə yaşlı zümrəsi var: artıq kişi qadınını, qadın həyat yoldaşını itirib. O yaşdadır ki, övladları ondan üz döndərib, yaxud övladlarının ona münasibəti dəyişib. Həyatdır...”Vidalaşmadan getməyin” tamaşası məhz belə bir insanın problemlərini əhatə edən tamaşadır. Düşünürük ki, bu cəmiyyətin əksər hissəsinin deyil, müəyyən hissəsinin marağına səbəb olacaq.
Özəl teatrda sən əvvəldən tamaşaya baxan kontingenti, onu neçə dəfə oynaya biləcəyini müəyyənləşdirməlisən. Çünki xərc çəkirsən. O xərci o tamaşadan çıxarmalısan. Aktyora az da olsa maaş verməlisən. Ofisin kirayəsi, geyim, qrim...Ən gözlənilməzi isə “digər xərclər” bölməsidir. Bunlar hamısı nəzərə alınır.
Əlbəttə, teatr o sahə deyil ki, sən ordan pul qazanasan. Amma teatr o sahədir ki, başqa yerdə qazandığımızın müəyyən hissəsini burda xərcləyib öz sevdiyimiz işlə məşğul oluruq.
-“M. Teatr” bu gün yaşayırsa demək tamaşaçı teatra bilet alıb gəlir.
-Açığını deyim, uzun müddət pandemiya oldu. Pandemiyadan əvvəl Mədəniyyət Nazirliyi özəl teatrlara ayda bir dəfə hansısa teatrda tamaşa göstərməyə icazə verirdi. Biz də imkandan istifadə edib, bilet satırdıq, vergimizi verirdik və dövlət bizdən başqa nəsə istəmirdi. Qalanı bizim qazancımız olurdu, bunu da növbəti tamaşaya sərf edirdik. İndi Mədəniyyət Nazirliyinə yeni kollektiv gəlib, hələ ki, biz onlardan özəl teatrlara qarşı jest görmürük. Onlar bizə bina vermirlər. Yalnız “Əsa Teatrı”na bu imkan verilib. Güman ki, inkluviz teatr olduğuna görə güzəşt edirlər.
Hazırda Bakıda 17-ə yaxın müstəqil teatr var.
-O qədər var?
-Bəli. Biz “Müstəqil Teatrlar” festivalında bunun əyani şahidi olduq. Əksəriyyəti gənclərdir, aralarında ən qocası mənəm.
Amma bu teatrların hazırladıqları tamaşanı göstərmələri üçün məkanları olmalıdır. Bu mənada onlara şəraiti yaratmaq lazımdır.
Uzun illərdir biz Azərbaycanda teatrın inkişafı ilə bağlı mübahisələr aparırıq, konfranslar keçiririk, heç bir nəticə yoxdur. Niyə yoxdur? Çünki dövlət sektorunun yanında mütləq özəl sektor fəaliyyət göstərməlidir. Bizim həm dövlət, həm özəl teatrlarımız olmalıdır. O zaman inkişaf da rəqabət də həmiçinin həqiqi teatr münasibəti olacaq.
“Şahmat” adında bir teatr var. Bizdən fərqli olaraq həftənin şənbə-bazar günü tamaşa göstərirlər.
Bizim bu vaxta qədər tamaşalarımızı göstərə biləcəyimiz məkanımız yox idi. Şahbaz Xuduoğlunun sayəsində artıq bu məkan var.
-Biletlərin qiyməti tamaşadan- tamaşaya dəyişirmi?
-Bu tamaşaya çəkdiyin xərcdən, tamaşanı oynamaq imkanından asılı olacaq. Hazırda yalnız Bakıda tamaşa oynaya bilərik. Müstəqil teatr olaraq bölgəyə getsək, yollarımız bağlıdır, icazə yoxdur. Getsən də sənə şərait yaratmırlar, məkan vermirlər. Dövlət teatlarının özləri belə çox çətinliklə qastrol səfərlərinə gedirlər.
-Teatr festivallarının birində belə bir fikir səsləndi, müstəqil teatrlar dövlətdən maliyyə yardımı alsın. Bu fikirlə razısınız? “M. Teatr”ın dövlət statusu almaq fikri var?
-Xeyir. Belə bir fikrimiz yoxdur.
Sualınıza gəlincə, qeyri- hökumət təşkilatlarının fəaliyyəti ilə bağlı iki fikir hökm sürürdü. Bir fikir onların xaricdən maliyyələşməsi ilə bağlı idi. Dövlət ona maliyyə vermirsə sual yaranırdı, o hansı vəsaitlə mövcud olur. İndi dövlətimiz bunun qarşısını almaq üçün bütün qeyri- hökümət təşkilatlarını özü maliyyələşdirir. Bu təşkilatların fəaliyyəti əslində dövlətin sturukturlarını nəzarətdə saxlayır. Sosial-ictimai məsələri həyata keçirir.
Yaxın ölkələrdə özəl teatrlara dövlətin dəstəyi var. Bizdə maddi baxımdan dəstək olmasın, amma dövlət mənə o pulu qazanmağa şərait yaratsın. Çıxış yolu budur: dövlət iri şirkətləri verginin müəyyən faizindən azad edir, onda həmin şirkətlər teatrların, kino çəkənlərin arxasınca qaçacaqlar. O zaman biz dövlətə deməyəcəyik: pul ver kino çəkək, pul ver tamaşa hazırlayaq. Niyə? Özümüz edəcəyik, amma dövlət buna şərait yaratmalıdır.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• "Bu proses artıq bir neçə ildir ki, başlayıb" - Ekspert deyir ki...
Bu gün, 01:42 |
|
|
|
• Ermənistan işgəncə ilə öldürdüyü əsirlərimizi BUNA GÖRƏ GİZLƏDİR... - BƏLLİ OLDU
Bu gün, 01:38 |
|
|
|
• SAXTA HƏKİM ƏLİNDƏ QALMIŞIQ... - NƏ ETMƏLİ?
Bu gün, 01:32 |
|
|
|
• Kanslerin “telefon diplomatiyası” və: Putinlə danışıqların mənasızlığı - NƏ BAŞ VERİR?
Bu gün, 01:29 |
|
|
|
• Rusiya vurularsa: Kim nə qazanacaq? - Görünəni odur ki...
Bu gün, 00:24 |
|
|
|
• Şikayət indeksinə görə yuxarı pillədə qərarlaşan BANKLAR - - Səbəb nədir?
Bu gün, 00:02 |
|
|
|
• Sülh, kommunikasiyalar və Gürcüstanın strateji rolu - Cənubi Qafqazda yeni diplomatik dövr
Dünən, 23:39 |
|
|
|
• Ermənistanın çıxış yolu: qazı Azərbaycandan almalıdır - GƏLİŞMƏ
Dünən, 23:35 |
|
|
|
• Paşinyan arvadı və qızı ilə muzeydə - FOTO
Dünən, 22:50 |
|
|
|
• Azərbaycanda tanınmış müğənni vəfat etdi
Dünən, 22:47 |
|
|
|
• Ukraynaya 300 km-ə qədər mənzilli raketlərdən istifadəyə icazə verilib
Dünən, 22:45 |
|
|
|
• Özəlləşdirmə çekləri yenidən istifadə olunacaq? - AÇIQLAMA
Dünən, 22:16 |
|
|
|
• Beynəlxalq Ədalət Məhkəməsi Ermənistan və Azərbaycana bir il vaxt verdi - DETALLAR
Dünən, 22:02 |
|
|
|
• "Patı" çəkdi, məktəbli qıza seksual hərəkətlər etdi: - "Bilirəm, binamusluqdur..."
Dünən, 21:59 |
|
|
|
• Bakı Olimpiya Stadionuna avtomobillə qanunsuz daxil olmağa cəhd göstərən şəxs həbs edilib - TƏFƏRRÜAT
Dünən, 21:56 |
|
|
|
• “Trampın kadrları onun tapşırıqlarını yerinə yetirəcək” - ŞƏRH
Dünən, 21:09 |
|
|
|
• Dollarla bağlı HANSI QƏRAR VERİLİR? - AKTUAL
Dünən, 21:07 |
|
|
|
• Dünya iqtisadiyyatı təhlükə ilə üz-üzə: - Dərin dəyişikliklər qaçılmazdır
Dünən, 19:08 |
|
|
|
• Kənd təsərrüfatı: Subsidiyalar özünü niyə doğrultmur? - AKTUAL
Dünən, 19:00 |
|
|
|
• Qızların evlənmə yaşının 9 -a salınması istismarçı ruhani təbəqənin nəfsi istəkləri naminədir - DƏHŞƏTDİR, VALLAH...
Dünən, 18:58 |
|
|
|
• “Xəstəxana nədir bilmirəm, heç kimə pislik etməmişəm”
Dünən, 18:05 |
|
|
|
• Türk dünyası üçün ortaq valyuta YARADILA BİLƏR - AÇIQLAMA
Dünən, 18:02 |
|
|
|
• Fransa meydan oxudu – “Açıq şəkildə bildiririk ki...”
Dünən, 18:00 |
|
|
|
• “Sirab”la bağlı sirli məqam: hara yoxa çıxdı? - HƏQİQƏTƏN DƏ...
Dünən, 17:55 |
|
|
|
• BOKT “İnternational”ın istiqrazlarına üç investor müştəri çıxıb
Dünən, 17:51 |
|
|
|
• "Onlar korrupsiyaya görə istefaya məcbur edilib" - deputat
Dünən, 17:46 |
|
|
|
• Çağırışçını qətlə yetirən Ərəstun Ərəbov HƏBSDƏ ÖLDÜ
Dünən, 17:43 |
|
|
|
• NCQG üzrə real nəticəyə nail olmalıyıq - Attila Ştayner
Dünən, 17:37 |
|
|
|
• “La Gazette du Caucase” fransız siyasətçilərini COP29 ilə bağlı ermənipərəst mövqeyinə görə qınayıb
Dünən, 17:35 |
|
|
|
• Qiymətlər insanları daha kiçik mənzillər seçməyə məcbur edir - NƏ ETMƏLİ?
Dünən, 17:31 |
|
|
|
• Bakıda biznesmenin evindən seyf oğurlandı - Dostu həbs edildi
Dünən, 17:29 |
|
|
|
• Avropa Şurasının Komissarı İlham Əliyevə məktub yazıb... - STRASBURQDAKI SƏFİR CAVAB VERDİ
Dünən, 17:20 |
|
|
|
• Tarixi film istehsalında SÜKUNƏT: - “Kinomuzun xilası onun əlindədir”
Dünən, 17:17 |
|
|
|
• Müharibə ilə bağlı bədbin proqnoz: - Putin üzərindən mesaj verildi
Dünən, 17:16 |
|
|
|
• Paşinyan papa ilə görüşdə: - “Qərarlıyam, Azərbaycanla...”
Dünən, 17:14 |
|
|
|
• Müharibə veteranlarına verilən 80 manat bu tarixdən artacaq - AÇIQLAMA
Dünən, 17:11 |
|
|
|
• Azərbaycan düşməni olan şovinistdən Pezeşkiana təşəkkür
Dünən, 17:10 |
|
|
|
• Azərbaycanda mənzil almaq üçün təxminən 20 il yemədən-içmədən işləmək lazımdır - FAKT BUDUR!
Dünən, 17:03 |
|
|
|
• Ermənistan sülhə addım atmaqdansa, əksinə mövqe nümayiş etdirir -ŞƏRH
Dünən, 17:00 |
|
|
|
• Neft niyə 70 dollardan götürüldü: - Azərbaycanda bir ilkin SƏBƏBİ
Dünən, 16:59 |
|
|
|
• Rusiya Ukraynaya ballistik raketlə zərbə endirib, 8 ölü, 40-dan çox yaralı var - “Unian“
Dünən, 16:57 |
|
|
|
• “Özüm Abxaziyada olmuşam; vəziyyətdən çox narazıdırlar, iqtisadi durum ağırdır...” - Ərəstun Oruclu ŞƏRH EDİR
Dünən, 16:37 |
|
|
|
• Bakıdan Qarabağa necə getmək olar: - Avtobuslar, qiymətlər...
Dünən, 16:34 |
|
|
|
• Qarabağ müharibəsində itkin düşən dinc ahalinin harada olduğu hələ də bəlli deyil - Novella Cəfəroğlu
Dünən, 16:20 |
|
|
|
• Berlin Kiyevə "Mini-Taurus" lar verəcək - “Bild”
Dünən, 16:18 |
|
|
|
• Türkiyə İsraillə TEZ ANLAŞSIN... - BİZƏ DƏ ZƏRƏRİ VAR...
Dünən, 16:15 |
|
|
|
• Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublikası Komitəsində özbaşınalıq - İTTİHAMLAR SƏNGİMİR...
Dünən, 16:12 |
|
|
|
• Qazaxdan Araza qədər yol belə açılacaq... - Laçından Ermənistanın içərisinə olan yol isə...
Dünən, 16:06 |
|
|
|
• Azərbaycanda ət və ət məhsullarının qiyməti necə dəyişib? - SİYAHI
Dünən, 16:05 |
|
|
|
• Azərbaycanda xarici logistika şirkəti ləğv edilir
Dünən, 16:02 |
|
|
|
|