"Azərbaycan ərazilərinə basdırılan minalar da insan hüquqlarının kobud pozulmasıdır..." .....                     Bu “erməni” Bakıya hansı məqsədlə gəlmişdi? .....                     “Başıma o boyda faciə gəldi ölmədim, amma... .....                     "Bu proses artıq bir neçə ildir ki, başlayıb" .....                     Ermənistan işgəncə ilə öldürdüyü əsirlərimizi BUNA GÖRƏ GİZLƏDİR... .....                     SAXTA HƏKİM ƏLİNDƏ QALMIŞIQ... .....                     Kanslerin “telefon diplomatiyası” və: Putinlə danışıqların mənasızlığı .....                     Rusiya vurularsa: Kim nə qazanacaq? .....                     Şikayət indeksinə görə yuxarı pillədə qərarlaşan BANKLAR .....                     Sülh, kommunikasiyalar və Gürcüstanın strateji rolu .....                     Ermənistanın çıxış yolu: qazı Azərbaycandan almalıdır .....                     Paşinyan arvadı və qızı ilə muzeydə .....                     Azərbaycanda tanınmış müğənni vəfat etdi .....                     Ukraynaya 300 km-ə qədər mənzilli raketlərdən .....                     Özəlləşdirmə çekləri yenidən istifadə olunacaq? .....                     Beynəlxalq Ədalət Məhkəməsi Ermənistan və Azərbaycana bir il vaxt verdi .....                     "Patı" çəkdi, məktəbli qıza seksual hərəkətlər etdi: .....                     Bakı Olimpiya Stadionuna avtomobillə qanunsuz daxil olmağa cəhd göstərən şəxs həbs edilib .....                     “Trampın kadrları onun tapşırıqlarını yerinə yetirəcək” .....                     Dollarla bağlı HANSI QƏRAR VERİLİR? .....                     Dünya iqtisadiyyatı təhlükə ilə üz-üzə: .....                     Kənd təsərrüfatı: Subsidiyalar özünü niyə doğrultmur? .....                     Qızların evlənmə yaşının 9 -a salınması istismarçı ruhani təbəqənin nəfsi istəkləri naminədir .....                     “Xəstəxana nədir bilmirəm, heç kimə pislik etməmişəm” .....                     Türk dünyası üçün ortaq valyuta YARADILA BİLƏR .....                     Fransa meydan oxudu .....                     “Sirab”la bağlı sirli məqam: hara yoxa çıxdı? .....                     BOKT “İnternational”ın istiqrazlarına üç investor müştəri çıxıb .....                     "Onlar korrupsiyaya görə istefaya məcbur edilib" .....                     Çağırışçını qətlə yetirən Ərəstun Ərəbov .....                     NCQG üzrə real nəticəyə nail olmalıyıq .....                     “La Gazette du Caucase” fransız siyasətçilərini COP29 ilə bağlı ermənipərəst mövqeyinə görə qınayıb .....                     Qiymətlər insanları daha kiçik mənzillər seçməyə məcbur edir .....                     Bakıda biznesmenin evindən seyf oğurlandı .....                     Avropa Şurasının Komissarı İlham Əliyevə məktub yazıb... .....                     Tarixi film istehsalında SÜKUNƏT: .....                     Müharibə ilə bağlı bədbin proqnoz: .....                     Paşinyan papa ilə görüşdə: .....                     Müharibə veteranlarına verilən 80 manat bu tarixdən artacaq .....                     Azərbaycan düşməni olan şovinistdən .....                 

“Televiziya qaranlıq düşüncəli insanların sifarişi ilə işləyirsə, deməli, onlar bu millətin damarına zəhər vururlar” - ETİRAZ
Tarix: 18-06-2022, 08:36 | Çap et
“Televiziya qaranlıq düşüncəli insanların sifarişi ilə işləyirsə, deməli, onlar bu millətin damarına zəhər vururlar”
Azərbaycan televiziyasının hazırkı vəziyyəti çox tənqid olunur, çox irad tutulur. Lakin bütün tənqidi fikirlərə baxmayaraq, televiziya kanalları öz yollarından dönmək, efir siyasətini dəyişmək niyyətində deyil. Tez-tez hansısa verilişdən xoşagəlməz, efirə yaraşmayan hissələr paylaşılır, sosial şəbəkədə aparıcılar, kanal rəhbərlikləri tənqid olunur.

Bəs, televiziya kanalları tutduqları bu yoldan niyə dönmürlər? DİA.AZ-ın məlumatına görə, AYNA-nın həmsöhbəti, tanınmış teleaparıcı Kamran Həsənli deyir ki, bunun cavabı çox sadədədir:

- Televiziya kanallarında qeyri-peşəkar adamlar işləyirlər. Onlar orada özləri üçün kiçik bir dünya yaradıblar. Söyüldükcə də sevinirlər ki, onlara baxırlar. Onlar “reytinq” sözünün mənasını bilmirlər. Reytinq baxımlılıq deyil, baxıldıqdan sonra auditoriyada yaranmış münasibətdir. Bunu bilməməkləri qeyri-peşəkar olmaqlarından qaynaqlanır. Bu gün bütün peşəkarları televiziyadan kənarlaşdırıblar. Onların ən böyük bacarığı “torba tikmək”, intriqalar yaratmaqdır. Özlərinin mentallıqlarını, tərbiyələrini də verilişlərə gətirirlər.

- Baxan da deyir ki, “elə biz beləyik”...

- Televiziya bir güzgüdür. Bizi əyri güzgüdə özümüzə göstərirlər. Əlbəttə ki, bu halda bizim televiziya kanallarına baxan əcnəbi də düşünəcək ki, bunların efiri bu gündədirsə, efirə çıxmayanları nə gündədir.

- Evindən televizoru çıxarmış insanların sayı da günü-gündən artır.

- Ağıllı insanlarımız bizim kanallara baxmırlar. Rus dilini bilənlər Rusiya kanallarına, bilməyənlər də Türkiyə kanallarına baxırlar. Bu gün Moskva öz işğalçılıq siyasətini yeritməkdə davam edir. Bu gün Azərbaycanda Rusiyanın tərəfində dayanan insanlar da həmin kanalların təbliğatının formalaşdırdığı insanlardır. Onlar bilirlər ki, Rusiya Ukraynada qalib gəlsə, növbəti işğal hədəfi olan ölkə biz ola bilərik, amma yenə də Rusiyanın tərəfində dayanırlar.

- Sizcə, həmin adamlar bu gerçəkliyi doğrudan da dərk edirlər?

- Bəli, yaxşı bilirlər. Televiziya çox güclü təbliğat maşınıdır.

- O zaman belə çıxır ki, onlar təbliğatın qurbanlarıdır…

- Yox, onlar təbliğatın qurbanı olsalar da, nəticədə Rusiya siyasətinin, Rusiyanın tərəfdarına çevrilirlər. Əgər sən öz televiziya kanallarına baxmırsansa, Rusiya burada öz insanını yaradacaq və yaradır. Türkiyə bizim can, qardaş ölkədir. Təbii ki, Türkiyə kanallarına baxanlar da onların yaratdığı insan olacaq. Mən Türkiyə kanallarının yaratdığı insanı çox sevirəm. Amma önəmli olan odur ki, biz öz insanımızı yaratmalıyıq. Buna görə də bizim televiziyada peşəkarlar işləməlidir. Lakin yaxın buraxmırlar.

Özümün 22 illik televiziya təcrübəm var. Bu, bir reallıqdır ki, apardığım verilişlərlə uğur qazananların sırasındayam. Amma Azərbaycanda bütün televiziya kanalları mənə qarşı koalisiya yaradıb. Məni kimi televiziyadan çox yaxşı anlayışı olan, onlarla peşəkar adam var. Lakin onlar televiziyaya buraxılmırlar. Həmin şəxslər bu gün televiziya sahəsində hazırda rəhbər şəxslərdən daha çox bilirlər. Bəzən deyirlər ki, “filankəs elə yaxşı oğlandır ki!”. Cavab verirəm ki, axı yaxşı oğlan peşə deyil. Yaxşı oğlan olmaq hələ yaxşı peşəkar olmaq demək deyil.

- Peşəkar televiziya rəhbərində hansı keyfiyyətlər olmalıdır?

- Milliyyətçi olmalıdır. Öz millətinin tarixini, fəlsəfəsini bilməlidir. Siyasi ambisiyası yox, siyasi düşüncəsi olmalıdır. Geopolitikanı bilməlidir. Televiziyadan yaltaqlıq, məddahlıq təbliğ etmək siyasi baxış deyil. Çox güclü təhsili olmalıdır. Tarixi, fəlsəfi bilgisi olmalıdır. Digər məqam isə televiziyada uğur qazanmış adam olmalıdır. Bu, televiziyanın qanunudur. Dünya ölkələrində uğur qazanmış televiziya kanallarının rəhbərləri bu keyfiyyətləri özlərində daşıyırlar. Düşüncəsiz təbəqə bizdə də, İngiltərədə də, Almaniyada da – hər yerdə var. Amma televiziya düşüncəli təbəqə üçün işləməlidir. Musiqi zövqü aşılmalı, intellektual səviyyəni yüksəltməli, şou, əyləncə vasitəsilə də maarifləndirməlidir. Bizim televiziya rəhbərlərinin isə çoxunun bundan heç xəbəri yoxdur.

- Amma bizdəki verilişlər tənqid olunanda deyirlər ki, “tələbat bunadır, camaat bunu izləyir”. Belə çıxır, bizim camaatın səviyyəsi budur?

- Yox, onlar o səviyyədə olan adamlar üçün işləyirlər. Çünki özlərinin səviyyəsi də o yerədir. Sosial şəbəkədə verilişlərdən parçalar paylaşılır, camaat söyür, tənqid edir. Heç bir nəfər görmüsünüz ki, “desin, mən baxıram, yaxşıdır, niyə söyürsünüz?” Yox! Deməli, əhalinin 90%-i bunu sevmir, qəbul etmir. 10%-i isə qorxusundan səsini çıxarmır. Onlar da həmin bu 10% üçün işləyirlər.

- Yenə bu sual yada düşür: Televiziya auditoriyanın istədiyi kimi olmalıdır, yoxsa auditoriyanı öz istədiyi kimi formalaşdırmalıdır?

- Televiziya camaatın istədiyi kimi olmamalıdır. Televiziya camaatı istədiyi kimi yüksəlişə, intellektual səviyyəyə çatdırmalıdır. Çünki televiziyanın qayəsi bundan ibarətdir: toplumu maarifləndirsin, işığa aparsın. Əgər bu gün televiziya qaranlıq düşüncəli insanların sifarişi ilə işləyirsə, deməli, onlar bu millətin damarına zəhər vururlar. “Millətin düşmənidir” deyə bilmirəm, bu, çox ağır ifadədir. Amma etdikləri düşmənlikdir.

- Sosial şəbəkədə ARB televiziya kanalında yayımlanan Elgiz Əkbərin verilişindən bir neçə parça paylaşılır. Verilişdə qonaq olan oğlanın əqli qüsurlu olduğunu iddia edənlərin fikrincə, bu cür adamları efirə çıxaranlar özlərinə populyarlıq qazanmaqla məşğuldurlar. Hər kəsi düşündürən bir sual var: Bu cür halların qarşısını almağın bir yolu yoxdurmu?

- Söhbətimizin əvvəlində də qeyd etdiyim kimi problem efirdə peşəkar adamların olmamasından qaynaqlanır. Açığı, mən həmin videonu görməmişəm, bir fikrim yoxdur. Televiziya kanallarımızı izləmirəm.

- Sosial şəbəkələrdə qarşınıza çıxmayıb?

- Çıxsa da, baxmadan çevirirəm. Nə özüm, nə ətrafımdakı insanlar televiziya kanallarımıza baxır, nə də onları müzakirə edirik. Sadəcə onu deyə bilərəm ki, televiziya kökündən dəyişməli, milli düşüncəyə qayıtmalıdır. Bunun üçün də gərək kanal rəhbəri də, efirə çıxanlar özləri də milli düşüncəli insanlar olsunlar.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Azərbaycan ərazilərinə basdırılan minalar da insan hüquqlarının kobud pozulmasıdır..." - deputat
Bu gün, 06:40
Bu “erməni” Bakıya hansı məqsədlə gəlmişdi? – Bir səfərin pərdəarxası
Bu gün, 06:34
“Başıma o boyda faciə gəldi ölmədim, amma... - bu gün ölürəm, məni öldürürlər”
Bu gün, 06:31
"Bu proses artıq bir neçə ildir ki, başlayıb" - Ekspert deyir ki...
Bu gün, 01:42
Ermənistan işgəncə ilə öldürdüyü əsirlərimizi BUNA GÖRƏ GİZLƏDİR... - BƏLLİ OLDU
Bu gün, 01:38
SAXTA HƏKİM ƏLİNDƏ QALMIŞIQ... - NƏ ETMƏLİ?
Bu gün, 01:32
Kanslerin “telefon diplomatiyası” və: Putinlə danışıqların mənasızlığı - NƏ BAŞ VERİR?
Bu gün, 01:29
Rusiya vurularsa: Kim nə qazanacaq? - Görünəni odur ki...
Bu gün, 00:24
Şikayət indeksinə görə yuxarı pillədə qərarlaşan BANKLAR - - Səbəb nədir?
Bu gün, 00:02
Sülh, kommunikasiyalar və Gürcüstanın strateji rolu - Cənubi Qafqazda yeni diplomatik dövr
Dünən, 23:39
Ermənistanın çıxış yolu: qazı Azərbaycandan almalıdır - GƏLİŞMƏ
Dünən, 23:35
Paşinyan arvadı və qızı ilə muzeydə - FOTO
Dünən, 22:50
Azərbaycanda tanınmış müğənni vəfat etdi
Dünən, 22:47
Ukraynaya 300 km-ə qədər mənzilli raketlərdən istifadəyə icazə verilib
Dünən, 22:45
Özəlləşdirmə çekləri yenidən istifadə olunacaq? - AÇIQLAMA
Dünən, 22:16
Beynəlxalq Ədalət Məhkəməsi Ermənistan və Azərbaycana bir il vaxt verdi - DETALLAR
Dünən, 22:02
"Patı" çəkdi, məktəbli qıza seksual hərəkətlər etdi: - "Bilirəm, binamusluqdur..."
Dünən, 21:59
Bakı Olimpiya Stadionuna avtomobillə qanunsuz daxil olmağa cəhd göstərən şəxs həbs edilib - TƏFƏRRÜAT
Dünən, 21:56
“Trampın kadrları onun tapşırıqlarını yerinə yetirəcək” - ŞƏRH
Dünən, 21:09
Dollarla bağlı HANSI QƏRAR VERİLİR? - AKTUAL
Dünən, 21:07
Dünya iqtisadiyyatı təhlükə ilə üz-üzə: - Dərin dəyişikliklər qaçılmazdır
Dünən, 19:08
Kənd təsərrüfatı: Subsidiyalar özünü niyə doğrultmur? - AKTUAL
Dünən, 19:00
Qızların evlənmə yaşının 9 -a salınması istismarçı ruhani təbəqənin nəfsi istəkləri naminədir - DƏHŞƏTDİR, VALLAH...
Dünən, 18:58
“Xəstəxana nədir bilmirəm, heç kimə pislik etməmişəm”
Dünən, 18:05
Türk dünyası üçün ortaq valyuta YARADILA BİLƏR - AÇIQLAMA
Dünən, 18:02
Fransa meydan oxudu – “Açıq şəkildə bildiririk ki...”
Dünən, 18:00
“Sirab”la bağlı sirli məqam: hara yoxa çıxdı? - HƏQİQƏTƏN DƏ...
Dünən, 17:55
BOKT “İnternational”ın istiqrazlarına üç investor müştəri çıxıb
Dünən, 17:51
"Onlar korrupsiyaya görə istefaya məcbur edilib" - deputat
Dünən, 17:46
Çağırışçını qətlə yetirən Ərəstun Ərəbov HƏBSDƏ ÖLDÜ
Dünən, 17:43
NCQG üzrə real nəticəyə nail olmalıyıq - Attila Ştayner
Dünən, 17:37
“La Gazette du Caucase” fransız siyasətçilərini COP29 ilə bağlı ermənipərəst mövqeyinə görə qınayıb
Dünən, 17:35
Qiymətlər insanları daha kiçik mənzillər seçməyə məcbur edir - NƏ ETMƏLİ?
Dünən, 17:31
Bakıda biznesmenin evindən seyf oğurlandı - Dostu həbs edildi
Dünən, 17:29
Avropa Şurasının Komissarı İlham Əliyevə məktub yazıb... - STRASBURQDAKI SƏFİR CAVAB VERDİ
Dünən, 17:20
Tarixi film istehsalında SÜKUNƏT: - “Kinomuzun xilası onun əlindədir”
Dünən, 17:17
Müharibə ilə bağlı bədbin proqnoz: - Putin üzərindən mesaj verildi
Dünən, 17:16
Paşinyan papa ilə görüşdə: - “Qərarlıyam, Azərbaycanla...”
Dünən, 17:14
Müharibə veteranlarına verilən 80 manat bu tarixdən artacaq - AÇIQLAMA
Dünən, 17:11
Azərbaycan düşməni olan şovinistdən Pezeşkiana təşəkkür
Dünən, 17:10
Azərbaycanda mənzil almaq üçün təxminən 20 il yemədən-içmədən işləmək lazımdır - FAKT BUDUR!
Dünən, 17:03
Ermənistan sülhə addım atmaqdansa, əksinə mövqe nümayiş etdirir -ŞƏRH
Dünən, 17:00
Neft niyə 70 dollardan götürüldü: - Azərbaycanda bir ilkin SƏBƏBİ
Dünən, 16:59
Rusiya Ukraynaya ballistik raketlə zərbə endirib, 8 ölü, 40-dan çox yaralı var - “Unian“
Dünən, 16:57
“Özüm Abxaziyada olmuşam; vəziyyətdən çox narazıdırlar, iqtisadi durum ağırdır...” - Ərəstun Oruclu ŞƏRH EDİR
Dünən, 16:37
Bakıdan Qarabağa necə getmək olar: - Avtobuslar, qiymətlər...
Dünən, 16:34
Qarabağ müharibəsində itkin düşən dinc ahalinin harada olduğu hələ də bəlli deyil - Novella Cəfəroğlu
Dünən, 16:20
Berlin Kiyevə "Mini-Taurus" lar verəcək - “Bild”
Dünən, 16:18
Türkiyə İsraillə TEZ ANLAŞSIN... - BİZƏ DƏ ZƏRƏRİ VAR...
Dünən, 16:15
Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublikası Komitəsində özbaşınalıq - İTTİHAMLAR SƏNGİMİR...
Dünən, 16:12
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru