Müğənni Şəbnəm Tovuzlu Səidə Sultanın onun haqqında dediklərinə cavab verib. DİA.AZ xəbər verir ki, bu haqda Axşam.az-a açıqlama verən Şəbnəm həmkarının ona qarşı haqsızlıq etdiyini deyib:
"Mənə qarşı haqsız davrandı. Ona qarşı pisliyim, danışığım olmayıb. Video göz qabağındadır. Səidəni kimsə ciddi almır. Bu söhbətdə də kimsə onu ciddiyə almadı. Necə ki, mən onu ciddiyə almıram. Hazırda Bakıda deyiləm, qayıdanda onunla danışacam. Bu danışığı ona yaraşdırmadım. Onun adını çəkməmişəm. O nə haqla mənimlə bağlı elə danışır? Videom göz qabağındadır, nə demişəm orda var".
Qeyd edək ki, Səidə ilə Şəbnəm arasındakı qalmaqal ifaçının "Azərbaycan musiqisi zay günündədir. Sizə elə asan gəlir. Amma musiqi pis gündədir. İndi gələnlər "rakka-çıkka" oxuyur. Pis günə qoyur musiqini, bədbəxt gündədir. Xaricdən gələn qonaq qulaq asır, utanıram. Milyon baxış vermək bomba deməkdi?" sözlərindən sonra başlayıb.
Şəbnəm isə onun dedikləri ilə bağlı suala "Səidə dostumdur. Bu şeylərə qarışmaq istəmirəm. Amma bizi alçaltmaq və kateqoriyaya bölmək düzgün deyil. Biz əminliklə deyə bilərik ki, istəsək onların da janrında oxuyarıq. Bu gün mahnı janrında, kütlə sevgisində, efirin tələbatında, kütlə sevgisində bir yerdə duraq, görək kim yüksəkdir? Bəli, bu yerdə biz üstünük. Əgər mədəniyyət, əxlaq, insanlıq geyimi ilə efirə çıxıb bəzi hərəkətlərlə ölçülürsə, onda əxlaqlı, gözəl geyimlə çıxıb insanlara örnək olan xanımam. İfam da, tərzim də, xanımlığım da yerindədir. Bizi mahnılarımızla alçatmaq heç kimin haqqı deyil" cavabını verib.