"Elə Xalq artistləri var ki, onların səhnədə olduqlarına görə utanıram" - Afaq Bəşirqızı
Tarix: 15-08-2022, 12:19 | Çap et
DİA.AZ Xalq artisti Afaq Bəşirqızının "Report"a müsahibəsini təqdim edir:
- Bu gün Afaq Bəşirqızı özünü neçə yaşında hiss edir?
- İnsan yaşa dolduqca gəncliyin həsrətini çəkir. Gənc yaşlarında olmağı arzu edir. Amma reallıq odur ki, zaman axıb gedir. Ondan sonrakı isə sadəcə arzulardır. Mən özümü elə bugünkü yaşımda hiss edirəm.
- Bu zamana qədər oynadığınız, ancaq çətinliklə qəbul etdiyiniz rol təklifi olub?
- Gənc olarkən teatrda belə bir qanun var idi ki, aktyor ona təklif edilən roldan imtina edə bilməzdi. Aktyor mütləq rejissorun ona verdiyi rolu oynamalı idi. Amma bəli, çox olmasa da bir-iki dəfə belə rolum olub. Ona görə çətinliklə olub ki, rol ilə tanış olmamışam, amma oynamışam. Demirəm yaratmışam, sadəcə oynamışam. Yaradıcılıqda belə şeylər həmişə olur. Doğrusu, o tamaşanın adı da qalmadı, heç tarixə də düşmədi. İndi həmin rollarımın adını çəkə bilmərəm. Çünki, rejissorları sağdır. Bu, onlara hörmətsizlik ola bilər.
- Afaq Bəşirqızı oynadığı hansı rolda özünü görür?
- Oynadığım heç bir rolda özümü görməmişəm, həmin rolları sadəcə özümünkü etmişəm. Oynadığım rollar sadəcə mənim tipajlarım, müşahidələrim və uydurmalarımdır.
- Afaq xanım, bəzən belə deyirlər ki, aktyor, yaxud aktrisa tamaşaçını darıxmağa qoymamalıdır. Amma bu gün tamaşaçı sanki darıxır...
- Tamaşaçının darıxmasına səbəb səhnədə gördükləri və istedadsızlardır. Əgər mədəniyyət adamı aktyor məktəbi keçibsə, o artıq davranışını bilir. O, səhnədə obrazını elə oynayır ki, tamaşaçı darıxmır. Mən tamaşaçını qınamıram. Əgər, o, tamaşada darıxırsa, ya tamaşanı bəyənmir, ya da aktyoru və yaxud da məhz o yanlış ünvandadır. Ümumiyyətlə, tamaşaçının nəyi sevdiyini bilmək lazımdır. Amma qətiyyən tamaşaçı zövqünün arxasınca getmək olmaz. Əgər sənətkar səhnəyə çıxıb tamaşaçını darıxdırırsa, onda o gedib başqa bir işlə məşğul olsun. Yəni, səhnəni məşğul etməsin. Çünki istedadlar var ki, onların yerini tutub.
- Sizcə, teatr və kino sahəsində hansısa dəyişikliklərə ehtiyac var? Varsa, nədən başlanılmalıdır?
- Onu deyim ki, teatr sahəsi kino sahəsindən qat-qat fəaldır. Ona görə ki, teatrda aktyor aparatsız, texnikasız cəmi bir metrlik yerdə şir öldürməlidir (gülür). Dəyişikliyi isə aktyor yox, rejissor etməlidir. Əvvəllər rəhmətlik Rüstəm İbrahimbəyovun xüsusi kursu var idi. O, rejissorlar yetişdirirdi, həm nəzəri həm praktiki baxımdan hər şeyi başa salırdı. Bu gün kinonun dirçəlməsinə kömək etmək lazımdır. Mən indi bilmirəm ki, kinonu ürək rahatlığı ilə kimə etibar edə bilərəm. Repertuarda dəyişiklik olmalıdır. Elə bundan başlamaq olar. Tamaşaçılar ətrafda baş verən problemlərə bir növ səndən cavab almaq istəyir. Mənim "Azərbaycanfilm" kinostudiyası haqqında çox böyük arzularım, ümidlərim var. Çünki bu qala əvvələr olub. Çöküş yaşanmasın deyə rejissorlar yetişməlidir.
- Afaq xanım, müsahibələrinizin birində heç bir xarici ölkədə incəsənət adamlarına Azərbaycandakı qədər qayğı göstərilmədiyini demisiniz. Ancaq bəzi incəsənət adamları isə diqqət və qayğıdan kənar qaldıqlarını iddia edirlər. Buna səbəb nədir?
- Xaricdə aktyor hansısa filmə rol alırsa, bu, xüsusən baş roldursa, həmin aktyora böyük məbləğdə vəsait verilir. Aktyor bütün ağır rollara dublyorsuz, kaskadyorsuz çəkilirsə və buna görə kifayət qədər artıq pul alırsa, bu təbii ki, aktyoru yaşadır, üstəlik həmin film şöhrət qazanırsa, bu aktyorun yeni bir zirvəsi hesab edilir. Yəni, onlar illərlə gözləmir. Baxırsan ki, onlar kiminsə illərlə gözlədiyini bir neçə aya, yaxud bir neçə günə əldə edir. Hər elin bir adəti olduğu kimi qərbdə də belə bir adət var. Təbii ki, qərbin özünəməxsus çox gözəl zövqü, çox gözəl aktyorları mövcuddur. Amma bizdə qayğı korifeylərə göstərilir. Bunun üçün Prezident mükafatı, Prezident təqaüdü, əmək pensiyaları və s. var. Bilirsiniz, bunlarla aktyor, sənət adamı çox xoşbəxt olur. Mən bir şeyi vurğulamaq istəyirəm ki, hər kəs öz yerini tanımalıdır. Mən sadaladığım mükafatları istəyən aktyorlarda da günah görmürəm. Çünki bizim indi elə Xalq artistlərimiz, elə Prezident təqaüdçülərimiz var ki, mən şəxsən utanıram ki, o adam səhnədədir. İstər cəmiyyətdə özünü aparmağı, istər dünyagörüşü, istərsə də danışıq qabiliyyətindən adam xəcalət çəkir. Mən doğrudan da xəcalət çəkirəm və deyirəm ki, bəs bütün bunları istəyən ortayaşlı, yaxud yaşlılar neyləsin?! Belə adamları görüb onlar da istəyir. Düşünür ki, onda var məndə niyə olmasın?! Aktyor yaşa dolduqca səhnədən getmək istəmir. İstəyir ki, o həmişə diqqət mərkəzində olsun.
- Əksər gənc aktyor və aktrisalar peşəkarlıqdan daha çox ulduz olmağa qaçır? Əvəllər də belə idi?
- Bilirsiniz, aktyor bu sənətə gələndə o artıq özünü ulduz görür. O bilir ki, nə vaxtsa ulduz olacaq, tamaşaçı onu sevəcək və onun arxasınca gedəcək. Bu hisslər bütün aktyorlarda var. Amma bir var o şöhrəti dartıb gətirəsən, yalandan o şöhrətə bürünəsən, bir də var o şöhrət özü gəlib səni tapa. O şöhrət isə insanın sadəcə əməyinin və işinin bəhrəsi olur. Telefon zəngləri, əmi, dayı, xala sözü ilə şöhrət olmur. Şöhrəti qazanmaq lazımdır. Onu isə yalnız tanrının sənə verdiyi istedadla, bacarıqla qazanmalısan.
- Afaq Bəşirqızı heç peşmanlıq yaşayıbmı, təəssüfləndiyi məqam olubmu?
- Əgər adını çəkdiyiniz peşmanlıq, yaxud kədər, sevinc, hansısa nostalji hislər leksikonda varsa, demək insan da bu hissləri yaşayır. O cümlədən mən. Amma insan addım atmazdan əvvəl bir fikirləşməlidir. Bəzən insanın emosional məqamları olur və o əsəblərini idarə edə bilmir. Amma insan sonrasını düşünməlidir. Həyatda hər şey olur və insanın başına hər iş gələ bilir. Heç kim deməsin ki, mən nədənsə peşman olmuram və nəyisə səhv etməmişəm. Çünki o, yalandır. İnsan onda həmin şəxsin hisslərinə də şübhə ilə yanaşır.
- Afaq xanım, hələ də əvvəlki kimi yaratmaq, müxtəlif rollarda oynamaq həvəsiniz var?
- Aktyor həyatı çox qəribədir. Bütün mərhələri keçdikdən sonra artıq mənim yaş dövrümə gəlib çatırsan. Həmişə diqqət mərkəzində olmaq istəyirsən, çünki həmişə belə olub. Səni sevənlər yaxınlaşıb səni öpürlər, qucaqlayırlar, səni yenidən səhnədə görməyi arzu edirlər, yalandan da olsa deyirlər ki, yox maşallah yaxşısınız və beləcə günlər keçir. Düşünürsən ki, görəsən mən neçə yaşa çata biləcəm. Bəli, hər yaşın özünün ayrı sevinci, kədəri, qayğısı var. Amma məndən soruşursunuzsa, mən 67 yaşım olduğunu bilsəm də, özümdə hələ də gənc enerjisini, tamaşaçını ələ almaq gücünü, səhnədə oynamaq həvəsini hiss edirəm və buna görə də çox xoşbəxtəm.
- "Report" İnformasiya Agentliyi adından doğum gününüzü təbrik edir, sizə fəaliyyətinizdə uğurlar, uzun ömür, cansağlığı arzulayırıq.
- Mən də diqqətiniz üçün təşəkkür edirəm, çox sağ olun!
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• "Bu proses artıq bir neçə ildir ki, başlayıb" - Ekspert deyir ki...
Bu gün, 01:42 |
|
|
|
• Ermənistan işgəncə ilə öldürdüyü əsirlərimizi BUNA GÖRƏ GİZLƏDİR... - BƏLLİ OLDU
Bu gün, 01:38 |
|
|
|
• SAXTA HƏKİM ƏLİNDƏ QALMIŞIQ... - NƏ ETMƏLİ?
Bu gün, 01:32 |
|
|
|
• Kanslerin “telefon diplomatiyası” və: Putinlə danışıqların mənasızlığı - NƏ BAŞ VERİR?
Bu gün, 01:29 |
|
|
|
• Rusiya vurularsa: Kim nə qazanacaq? - Görünəni odur ki...
Bu gün, 00:24 |
|
|
|
• Şikayət indeksinə görə yuxarı pillədə qərarlaşan BANKLAR - - Səbəb nədir?
Bu gün, 00:02 |
|
|
|
• Sülh, kommunikasiyalar və Gürcüstanın strateji rolu - Cənubi Qafqazda yeni diplomatik dövr
Dünən, 23:39 |
|
|
|
• Ermənistanın çıxış yolu: qazı Azərbaycandan almalıdır - GƏLİŞMƏ
Dünən, 23:35 |
|
|
|
• Paşinyan arvadı və qızı ilə muzeydə - FOTO
Dünən, 22:50 |
|
|
|
• Azərbaycanda tanınmış müğənni vəfat etdi
Dünən, 22:47 |
|
|
|
• Ukraynaya 300 km-ə qədər mənzilli raketlərdən istifadəyə icazə verilib
Dünən, 22:45 |
|
|
|
• Özəlləşdirmə çekləri yenidən istifadə olunacaq? - AÇIQLAMA
Dünən, 22:16 |
|
|
|
• Beynəlxalq Ədalət Məhkəməsi Ermənistan və Azərbaycana bir il vaxt verdi - DETALLAR
Dünən, 22:02 |
|
|
|
• "Patı" çəkdi, məktəbli qıza seksual hərəkətlər etdi: - "Bilirəm, binamusluqdur..."
Dünən, 21:59 |
|
|
|
• Bakı Olimpiya Stadionuna avtomobillə qanunsuz daxil olmağa cəhd göstərən şəxs həbs edilib - TƏFƏRRÜAT
Dünən, 21:56 |
|
|
|
• “Trampın kadrları onun tapşırıqlarını yerinə yetirəcək” - ŞƏRH
Dünən, 21:09 |
|
|
|
• Dollarla bağlı HANSI QƏRAR VERİLİR? - AKTUAL
Dünən, 21:07 |
|
|
|
• Dünya iqtisadiyyatı təhlükə ilə üz-üzə: - Dərin dəyişikliklər qaçılmazdır
Dünən, 19:08 |
|
|
|
• Kənd təsərrüfatı: Subsidiyalar özünü niyə doğrultmur? - AKTUAL
Dünən, 19:00 |
|
|
|
• Qızların evlənmə yaşının 9 -a salınması istismarçı ruhani təbəqənin nəfsi istəkləri naminədir - DƏHŞƏTDİR, VALLAH...
Dünən, 18:58 |
|
|
|
• “Xəstəxana nədir bilmirəm, heç kimə pislik etməmişəm”
Dünən, 18:05 |
|
|
|
• Türk dünyası üçün ortaq valyuta YARADILA BİLƏR - AÇIQLAMA
Dünən, 18:02 |
|
|
|
• Fransa meydan oxudu – “Açıq şəkildə bildiririk ki...”
Dünən, 18:00 |
|
|
|
• “Sirab”la bağlı sirli məqam: hara yoxa çıxdı? - HƏQİQƏTƏN DƏ...
Dünən, 17:55 |
|
|
|
• BOKT “İnternational”ın istiqrazlarına üç investor müştəri çıxıb
Dünən, 17:51 |
|
|
|
• "Onlar korrupsiyaya görə istefaya məcbur edilib" - deputat
Dünən, 17:46 |
|
|
|
• Çağırışçını qətlə yetirən Ərəstun Ərəbov HƏBSDƏ ÖLDÜ
Dünən, 17:43 |
|
|
|
• NCQG üzrə real nəticəyə nail olmalıyıq - Attila Ştayner
Dünən, 17:37 |
|
|
|
• “La Gazette du Caucase” fransız siyasətçilərini COP29 ilə bağlı ermənipərəst mövqeyinə görə qınayıb
Dünən, 17:35 |
|
|
|
• Qiymətlər insanları daha kiçik mənzillər seçməyə məcbur edir - NƏ ETMƏLİ?
Dünən, 17:31 |
|
|
|
• Bakıda biznesmenin evindən seyf oğurlandı - Dostu həbs edildi
Dünən, 17:29 |
|
|
|
• Avropa Şurasının Komissarı İlham Əliyevə məktub yazıb... - STRASBURQDAKI SƏFİR CAVAB VERDİ
Dünən, 17:20 |
|
|
|
• Tarixi film istehsalında SÜKUNƏT: - “Kinomuzun xilası onun əlindədir”
Dünən, 17:17 |
|
|
|
• Müharibə ilə bağlı bədbin proqnoz: - Putin üzərindən mesaj verildi
Dünən, 17:16 |
|
|
|
• Paşinyan papa ilə görüşdə: - “Qərarlıyam, Azərbaycanla...”
Dünən, 17:14 |
|
|
|
• Müharibə veteranlarına verilən 80 manat bu tarixdən artacaq - AÇIQLAMA
Dünən, 17:11 |
|
|
|
• Azərbaycan düşməni olan şovinistdən Pezeşkiana təşəkkür
Dünən, 17:10 |
|
|
|
• Azərbaycanda mənzil almaq üçün təxminən 20 il yemədən-içmədən işləmək lazımdır - FAKT BUDUR!
Dünən, 17:03 |
|
|
|
• Ermənistan sülhə addım atmaqdansa, əksinə mövqe nümayiş etdirir -ŞƏRH
Dünən, 17:00 |
|
|
|
• Neft niyə 70 dollardan götürüldü: - Azərbaycanda bir ilkin SƏBƏBİ
Dünən, 16:59 |
|
|
|
• Rusiya Ukraynaya ballistik raketlə zərbə endirib, 8 ölü, 40-dan çox yaralı var - “Unian“
Dünən, 16:57 |
|
|
|
• “Özüm Abxaziyada olmuşam; vəziyyətdən çox narazıdırlar, iqtisadi durum ağırdır...” - Ərəstun Oruclu ŞƏRH EDİR
Dünən, 16:37 |
|
|
|
• Bakıdan Qarabağa necə getmək olar: - Avtobuslar, qiymətlər...
Dünən, 16:34 |
|
|
|
• Qarabağ müharibəsində itkin düşən dinc ahalinin harada olduğu hələ də bəlli deyil - Novella Cəfəroğlu
Dünən, 16:20 |
|
|
|
• Berlin Kiyevə "Mini-Taurus" lar verəcək - “Bild”
Dünən, 16:18 |
|
|
|
• Türkiyə İsraillə TEZ ANLAŞSIN... - BİZƏ DƏ ZƏRƏRİ VAR...
Dünən, 16:15 |
|
|
|
• Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublikası Komitəsində özbaşınalıq - İTTİHAMLAR SƏNGİMİR...
Dünən, 16:12 |
|
|
|
• Qazaxdan Araza qədər yol belə açılacaq... - Laçından Ermənistanın içərisinə olan yol isə...
Dünən, 16:06 |
|
|
|
• Azərbaycanda ət və ət məhsullarının qiyməti necə dəyişib? - SİYAHI
Dünən, 16:05 |
|
|
|
• Azərbaycanda xarici logistika şirkəti ləğv edilir
Dünən, 16:02 |
|
|
|
|