“Demək ki, səndə problem var, sən iki üzlüsən…”
Tarix: 1-09-2022, 11:19 | Çap et
“İyul ayında ailəmlə birlikdə Görədildə istirahət etdim. 1 aylıq məzuniyyət götürmüşdük. Amma mən dincəlməmişəm (gülür). Çünki həm iyul, həm də avqust ayında yeni mahnılar təqdim etdim. Sentyabr ayının mahnısını da hazır edib qoymuşam, inşallah ayın 15-də onu da təqdim edəcəyəm. İş mənim üçün hər zamankı kimi bir addım öndədir. Bundan əlavə El Yaradıcılıq Mərkəzinin üzvləri-Firuzə, Orxan, İmran, Firdovsi üçün kliplər çəkmişəm. Artıq özümü bir klipmeyker kimi də sınamağa başlamışam. Klipdə əsas məsələ rejissor işi və ideya müəllifi kimi çıxış etməyimdir. Bir zamanlar klip çəkən klipmeykerlər artıq film çəkirlər. Belə başa düşürəm ki, məndə də elə olacaq (gülür)”. DİA.AZ xəbər verir ki, bunu Moderator.az-a tanınmış və sevilən müğənni Elnarə Xəlilova deyib.
Müğənni daha sonra onun gördüyü işləri kiçiltmək istəyən bəzi media nümayəndələri haqda fikirlərini bildirib. “Ev, ailə, uşaq bu kimi qayğılar hamıda var. Kim yağın-balın içində yaşayır ki? Amma mən çalışıram ki, bu qayğıları işimə yansıtmayım. Bilirəm ki, bu məndə yaxşı alınır. Bəzən məlumatsız media işçilərinin sosial şəbəkədə yazdığı statusları görürəm. Yazırlar ki, “Heyif o Elnarədən”. Bu sözü adi, ümumiyyətlə işin içində olmayan insanlar yazanda mənə qətiyyən təsir etmir. Amma jurnalist bunu belə yazanda mənə çox pis təsir edir. Bir jurnalist araşdırması olmalıdır. Sən əgər Elnarəni izləyirsənsə, yaradıcılığını, mahnılarını bəyənirsənsə ən azından bir yutub kanalına abunə ol, bax gör ayda neçə dəfə mahnı təqdim edir, neçə aydan bir klip çıxarır? Ən azından instaqram səhifəsini izlə! Bəzən adi insanlar mənim haqda jurnalistlərimizdən daha çox məlumata sahib olurlar. Təbii ki, bu sözüm bütün jurnalistlərə aid deyil. Hər şey göz qabağındadır. Mənim yaradıcılığımı araşdırmağa sizə axı nə mane olur? Mahnılarımı cibimdə gizlətməmişəm ki. Hal-hazırda biləvasitə bu işin içində olduğum üçün bəzən sevmədiyim bir mahnını belə dinləyirəm, özümü məcbur edib bəyənmədiyim klipə belə baxıram. Mən onu analiz, təhlil etməliyəm, nəticə çıxarmalıyam ki, burada nəyi düzgün edib, nəyi etməyiblər? Çünki mən ifaçılar yetişdirirəm, onlara hər şeyi, nəyin doğru, nəyin yalnış olduğunu izah etməliyəm. Sadaladığım məsələlər kliplərə də aiddir. Bu günki gündə o qədər bərbad kliplər çəkilir ki. Adi bir misal çəkəcəm. Qənd qənd qabının, su su qabının içində olmalıdır, bunu hamı gözəl bilir. Bəzən başa düşmürsən ki, niyə onlar bir-birindən ayrı düşüblər. Əksər hallarda kliplərin məzmun və forması qətiyyən uyğun gəlmir. Onların hamısı yamaq kimi görünür. O ki, qaldı mənim özümü bir ifaçı kimi bəyənib bəyənməməyə, əlbəttə ki, bu zövq məsələsidir. Bu günki gündə mənim musiqilərimi, mənim yaradıcılığımı bəyənənlər və bəyənməyənlər də var. Bu belə də olmalıdır. Mən 100 manatlıq əskinas deyiləm ki, hamının xoşuna gəlim. Hamının birmənalı olaraq xoşuna gəlirsənsə demək ki, səndə problem var, sən iki üzlüsən! Sənin bir siman, bir əqidən varsa, sən sən ağılda, sən zövqdə olan insanların xoşuna gələcəksən, digərlərinin isə yox. Necə ki, bizim də bəyəndiyimiz və bəyənmədiyimiz ifaçılar var. Bu mənada əgər kimsə, ələxsus da jurnalist çıxıb yazsa ki, “mən Elnarənin son 9 ayda çıxardığı 9 mahnının heç birini bəyənmirəm” desə, mən yenə də ona sual verərəm ki, izah et, fikrini əsaslandır. Sən niyə mənim 9 mahnımı bəyənmirsən? Hərhalda bunu tələb etməyə haqqım var. Və yaxud da deyə bilər ki, “9 mahnıdan 3-nü bəyənirəm, 6-nı bəyənmirəm”. Onu da başa düşərəm, zövq məsələsidir. Və yaxud da desə ki, “bu qızın gördüyü bütün işləri bəyənirəm” bunu da başa düşə bilərəm. Normaldır. İnsanlar mənə küçədə belə yaxınlaşıb deyirlər ki, “əla, gözəl, sükanı belə saxlayın, çox bəyənirik, sevilirsiniz, hər şey gözəldir, səmimisiz”. Bu artıq münasibətdir. Bir də var ki, sən olanı deməyəsən. Mənim bir mahnım ortalama 3 min, 3500 azn-ə başa gəlir. Mahnını çöldən tapmıram ki. Aya bir mahnını ilə vuranda 36 min manat pul edir. 36 min manat az puldur? Yaradıcılığıma pul xərcləyən adamam. Normal çəkdiyim klip mənə 5-6 min manata başa gəlir. Bu pullar çöldən tapılmır, göydən düşmür. Bu pulları yaradıcılığıma xərcləməsəm məni yandırmaz, deyərəm ki, düz deyirlər. Əslində isə elə deyil, məni də “yandıran” budur deyə müğənni bildirib. Məşhur daha sonra bildirib ki, özü də uzun illər televiziyada çalışdığı üçün jurnalist və televiziya adamlarını hər zaman başa düşür.
“Mən 2004-cü ildən televiziyada çalışıram. İlk aparıcılıq etdiyim “10-lar” verilişi olub. İl yarım mən orada veriliş hazırlamışam, pavilyon çəkilişləri etmişəm, müğənnilərdən müsahibələr götürmüşəm. Bir sözlə bir adam öz verilişində nə etməlidirsə hamısını, artıqlaması ilə etmişəm. Digər həmkarlarımdan başlıca fərqim həm də sizlərlə- jurnalistlərlə, televiziya işçiləri ilə eyni məslək yoldaşı sayılmağımdır. Dəfələrlə radiolarda da çalışmışam. Ona görə də mən bu işə dərindən bələdəm. Bəzən elə hadisə baş verir ki, çağırdığın qonaq kənarda qalır, sən nə olursa-olsun efiri xilas etməlisən. Həmkarlarım yalnız mahnı oxuduqları üçün bəzən bu detalları bilmirlər. Onları da qınamaq olmaz. Mən isə bu işə dərindən bələdəm” deyə Elnarə Xəlilova bildirib.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Şikayət indeksinə görə yuxarı pillədə qərarlaşan BANKLAR - - Səbəb nədir?
Bu gün, 00:02 |
|
|
|
• Sülh, kommunikasiyalar və Gürcüstanın strateji rolu - Cənubi Qafqazda yeni diplomatik dövr
Dünən, 23:39 |
|
|
|
• Ermənistanın çıxış yolu: qazı Azərbaycandan almalıdır - GƏLİŞMƏ
Dünən, 23:35 |
|
|
|
• Paşinyan arvadı və qızı ilə muzeydə - FOTO
Dünən, 22:50 |
|
|
|
• Azərbaycanda tanınmış müğənni vəfat etdi
Dünən, 22:47 |
|
|
|
• Ukraynaya 300 km-ə qədər mənzilli raketlərdən istifadəyə icazə verilib
Dünən, 22:45 |
|
|
|
• Özəlləşdirmə çekləri yenidən istifadə olunacaq? - AÇIQLAMA
Dünən, 22:16 |
|
|
|
• Beynəlxalq Ədalət Məhkəməsi Ermənistan və Azərbaycana bir il vaxt verdi - DETALLAR
Dünən, 22:02 |
|
|
|
• "Patı" çəkdi, məktəbli qıza seksual hərəkətlər etdi: - "Bilirəm, binamusluqdur..."
Dünən, 21:59 |
|
|
|
• Bakı Olimpiya Stadionuna avtomobillə qanunsuz daxil olmağa cəhd göstərən şəxs həbs edilib - TƏFƏRRÜAT
Dünən, 21:56 |
|
|
|
• “Trampın kadrları onun tapşırıqlarını yerinə yetirəcək” - ŞƏRH
Dünən, 21:09 |
|
|
|
• Dollarla bağlı HANSI QƏRAR VERİLİR? - AKTUAL
Dünən, 21:07 |
|
|
|
• Dünya iqtisadiyyatı təhlükə ilə üz-üzə: - Dərin dəyişikliklər qaçılmazdır
Dünən, 19:08 |
|
|
|
• Kənd təsərrüfatı: Subsidiyalar özünü niyə doğrultmur? - AKTUAL
Dünən, 19:00 |
|
|
|
• Qızların evlənmə yaşının 9 -a salınması istismarçı ruhani təbəqənin nəfsi istəkləri naminədir - DƏHŞƏTDİR, VALLAH...
Dünən, 18:58 |
|
|
|
• “Xəstəxana nədir bilmirəm, heç kimə pislik etməmişəm”
Dünən, 18:05 |
|
|
|
• Türk dünyası üçün ortaq valyuta YARADILA BİLƏR - AÇIQLAMA
Dünən, 18:02 |
|
|
|
• Fransa meydan oxudu – “Açıq şəkildə bildiririk ki...”
Dünən, 18:00 |
|
|
|
• “Sirab”la bağlı sirli məqam: hara yoxa çıxdı? - HƏQİQƏTƏN DƏ...
Dünən, 17:55 |
|
|
|
• BOKT “İnternational”ın istiqrazlarına üç investor müştəri çıxıb
Dünən, 17:51 |
|
|
|
• "Onlar korrupsiyaya görə istefaya məcbur edilib" - deputat
Dünən, 17:46 |
|
|
|
• Çağırışçını qətlə yetirən Ərəstun Ərəbov HƏBSDƏ ÖLDÜ
Dünən, 17:43 |
|
|
|
• NCQG üzrə real nəticəyə nail olmalıyıq - Attila Ştayner
Dünən, 17:37 |
|
|
|
• “La Gazette du Caucase” fransız siyasətçilərini COP29 ilə bağlı ermənipərəst mövqeyinə görə qınayıb
Dünən, 17:35 |
|
|
|
• Qiymətlər insanları daha kiçik mənzillər seçməyə məcbur edir - NƏ ETMƏLİ?
Dünən, 17:31 |
|
|
|
• Bakıda biznesmenin evindən seyf oğurlandı - Dostu həbs edildi
Dünən, 17:29 |
|
|
|
• Avropa Şurasının Komissarı İlham Əliyevə məktub yazıb... - STRASBURQDAKI SƏFİR CAVAB VERDİ
Dünən, 17:20 |
|
|
|
• Tarixi film istehsalında SÜKUNƏT: - “Kinomuzun xilası onun əlindədir”
Dünən, 17:17 |
|
|
|
• Müharibə ilə bağlı bədbin proqnoz: - Putin üzərindən mesaj verildi
Dünən, 17:16 |
|
|
|
• Paşinyan papa ilə görüşdə: - “Qərarlıyam, Azərbaycanla...”
Dünən, 17:14 |
|
|
|
• Müharibə veteranlarına verilən 80 manat bu tarixdən artacaq - AÇIQLAMA
Dünən, 17:11 |
|
|
|
• Azərbaycan düşməni olan şovinistdən Pezeşkiana təşəkkür
Dünən, 17:10 |
|
|
|
• Azərbaycanda mənzil almaq üçün təxminən 20 il yemədən-içmədən işləmək lazımdır - FAKT BUDUR!
Dünən, 17:03 |
|
|
|
• Ermənistan sülhə addım atmaqdansa, əksinə mövqe nümayiş etdirir -ŞƏRH
Dünən, 17:00 |
|
|
|
• Neft niyə 70 dollardan götürüldü: - Azərbaycanda bir ilkin SƏBƏBİ
Dünən, 16:59 |
|
|
|
• Rusiya Ukraynaya ballistik raketlə zərbə endirib, 8 ölü, 40-dan çox yaralı var - “Unian“
Dünən, 16:57 |
|
|
|
• “Özüm Abxaziyada olmuşam; vəziyyətdən çox narazıdırlar, iqtisadi durum ağırdır...” - Ərəstun Oruclu ŞƏRH EDİR
Dünən, 16:37 |
|
|
|
• Bakıdan Qarabağa necə getmək olar: - Avtobuslar, qiymətlər...
Dünən, 16:34 |
|
|
|
• Qarabağ müharibəsində itkin düşən dinc ahalinin harada olduğu hələ də bəlli deyil - Novella Cəfəroğlu
Dünən, 16:20 |
|
|
|
• Berlin Kiyevə "Mini-Taurus" lar verəcək - “Bild”
Dünən, 16:18 |
|
|
|
• Türkiyə İsraillə TEZ ANLAŞSIN... - BİZƏ DƏ ZƏRƏRİ VAR...
Dünən, 16:15 |
|
|
|
• Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublikası Komitəsində özbaşınalıq - İTTİHAMLAR SƏNGİMİR...
Dünən, 16:12 |
|
|
|
• Qazaxdan Araza qədər yol belə açılacaq... - Laçından Ermənistanın içərisinə olan yol isə...
Dünən, 16:06 |
|
|
|
• Azərbaycanda ət və ət məhsullarının qiyməti necə dəyişib? - SİYAHI
Dünən, 16:05 |
|
|
|
• Azərbaycanda xarici logistika şirkəti ləğv edilir
Dünən, 16:02 |
|
|
|
• Bakıda toylar bu tarixdə başlayacaq - SORĞU
Dünən, 15:55 |
|
|
|
• Orxan Cəlilov işdən çıxarıldı - AÇIQLAMA
Dünən, 15:50 |
|
|
|
• Paşinyan seçkilərə belə hazırlaşır
Dünən, 15:48 |
|
|
|
• Gələn ilin büdcəsi NƏ VƏD EDİR?.. - DETALLAR
Dünən, 15:34 |
|
|
|
• Rusiyada azərbaycanlı tələbələrə qarşı “Yaşasın Azərbaycan!” şüarına görə cinayət işi açıldı - BU NƏDİ BELƏ?..
Dünən, 15:30 |
|
|
|
|