Dünya iqtisadiyyatı təhlükə ilə üz-üzə: .....                     Kənd təsərrüfatı: Subsidiyalar özünü niyə doğrultmur? .....                     Qızların evlənmə yaşının 9 -a salınması istismarçı ruhani təbəqənin nəfsi istəkləri naminədir .....                     “Xəstəxana nədir bilmirəm, heç kimə pislik etməmişəm” .....                     Türk dünyası üçün ortaq valyuta YARADILA BİLƏR .....                     Fransa meydan oxudu .....                     “Sirab”la bağlı sirli məqam: hara yoxa çıxdı? .....                     BOKT “İnternational”ın istiqrazlarına üç investor müştəri çıxıb .....                     "Onlar korrupsiyaya görə istefaya məcbur edilib" .....                     Çağırışçını qətlə yetirən Ərəstun Ərəbov .....                     NCQG üzrə real nəticəyə nail olmalıyıq .....                     “La Gazette du Caucase” fransız siyasətçilərini COP29 ilə bağlı ermənipərəst mövqeyinə görə qınayıb .....                     Qiymətlər insanları daha kiçik mənzillər seçməyə məcbur edir .....                     Bakıda biznesmenin evindən seyf oğurlandı .....                     Avropa Şurasının Komissarı İlham Əliyevə məktub yazıb... .....                     Tarixi film istehsalında SÜKUNƏT: .....                     Müharibə ilə bağlı bədbin proqnoz: .....                     Paşinyan papa ilə görüşdə: .....                     Müharibə veteranlarına verilən 80 manat bu tarixdən artacaq .....                     Azərbaycan düşməni olan şovinistdən .....                     Azərbaycanda mənzil almaq üçün təxminən 20 il yemədən-içmədən işləmək lazımdır .....                     Ermənistan sülhə addım atmaqdansa, əksinə mövqe nümayiş etdirir .....                     Neft niyə 70 dollardan götürüldü: .....                     Rusiya Ukraynaya ballistik raketlə zərbə endirib, 8 ölü, 40-dan çox yaralı var .....                     “Özüm Abxaziyada olmuşam; vəziyyətdən çox narazıdırlar, iqtisadi durum ağırdır...” .....                     Bakıdan Qarabağa necə getmək olar: .....                     Qarabağ müharibəsində itkin düşən dinc ahalinin harada olduğu hələ də bəlli deyil .....                     Berlin Kiyevə "Mini-Taurus" lar verəcək .....                     Türkiyə İsraillə TEZ ANLAŞSIN... .....                     Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublikası Komitəsində özbaşınalıq .....                     Qazaxdan Araza qədər yol belə açılacaq... .....                     Azərbaycanda ət və ət məhsullarının qiyməti necə dəyişib? .....                     Azərbaycanda xarici logistika şirkəti ləğv edilir .....                     Bakıda toylar bu tarixdə başlayacaq .....                     Orxan Cəlilov işdən çıxarıldı .....                     Paşinyan seçkilərə belə hazırlaşır .....                     Gələn ilin büdcəsi NƏ VƏD EDİR?.. .....                     Rusiyada azərbaycanlı tələbələrə qarşı “Yaşasın Azərbaycan!” şüarına görə cinayət işi açıldı .....                     “Mənə demişdilər, gəl, səni pulla filankəslə sevgili edək” .....                     General-leytenant yeni rəis təyin etdi .....                 

"Sənətinə də söz yox idi, insanlığına da..." - ANIM
Tarix: 14-11-2022, 09:54 | Çap et
"Sənətinə də söz yox idi, insanlığına da..."
Görkəmli sənətkar Rübabə Muradovanın bacısı Tahirə Muradova Moderator.az-ın suallarını cavablandırıb. DİA.AZ həmin müsahibəni təqdim edir:

- Tahirə xanım, ailədə neçə övlad olmusunuz?

- Ailədə 7 övlad olmuşuq, iki qardaş, beş bacı. Ən axırıncı övlad mən olmuşam. Rübabə baxım bizə tərbiyə, təhsil və çörək verib. Elə humanist insan idi ki. Mən hələ onun kimi adam görməmişəm. Sənətinə də söz yox idi, insanlığına da. Ağzımızdan bir söz çıxan kimi həmin şey o dəqiqə hazır idi. Onun Leylisindən, Əslisindən, Ərəbzəngisindən doymaq olmurdu.

- Siz də ifaçı olmusuz, amma gəlin etiraf edək ki, Rübabə xanımın səsi fərqli idi, heç bir səsə oxşamırdı.

- Əlbəttə! Nəinki biz bacıların səsi, onun səsinə incəsənət aləmində bənzər səs yoxdur. Bəzən mənə tərif kimi deyirlər ki, səsin Rübabənin səsinə oxşayır. Mən bu sözdən çox hirslənirəm. Xahiş edirəm ki, elə deməyin. Özüm üçün oxuyuram, amma mən Rübabə ola bilmərəm. Xarici görkəmimi oxşadırlar. Buna bir söz deyə bilmərəm. Çöldə məni görəndə deyirlər ki, Rübabə gəlir.

- Rübabə xanım Ərdəbildə doğulub. Oranı necə tərk etdiyini sizə danışıb?

- Atamız Mirzə Xəlil Şiraqi həkim, din xadimi olmaqla yanaşı, gözəl ney çalmağı, İran və Azərbaycan muğamlarını yüksək səviyyədə oxumağı bacarırdı. Ailəmiz 1946-cı ildə Azərbaycana mühacirət edib, bu zaman Rübabənin 14 yaxud da 15 yaşı olub. 10 dəqiqə gec keçsəydilər hamısını güllələyəcəkdilər. İrandan gəlib Astarada məskunlaşıblar. Qaçqın necə olar? Evsiz-eşiksiz! Sağ olsun millətimiz onlara köməklik edib. Salyana köçəndən sonra Rübabə oxumağa başlayıb. Mən və Pərvanə bacım Salyan rayonunda doğulmuşuq. Rübabə müğənni olandan sonra onu Opera və Balet teatrına dəvət ediblər. Rübabə Leyli obrazını ağlaya-ağlaya oxuyurdu, amma səsi qəhərlənmirdi. Raç Kapur hətta gəlib görüb onu Hindistana dəvət etmişdi, çünki hindlilərə oxşadırdı Rübabəni. Amma Rübabə getməmişdi.

- Vətən həsrəti Rübabə Muradovanın yaradıcılığında və ifalarında xüsusi yer tutur. Vətənini, doğma torpağını çox sevməsi heç kimə sirr deyildi.

- Rübabə qədər vətənini sevən, onun üçün qurban-sadağa gedən ikinci adam görməmişəm. O elə vətən hərsəti ilə də dünyasını dəyişdi. Deyirdi ki, iməkləyə-iməkləyə gedib həyətimizi taparam, o həyətdə qızıl gülləri iyləyərəm. Tez-tez yadına düşürdü, deyirdi və ağlayırdı. O vaxt axı sərhədlər bağlı idi. İndiki kimi olsaydı bəlkə də Rübabə ölməzdi.

- Onun doğma vətəni ilə görüşü də ürəkləri dağlayan bir hadisədir. O necə baş vermişdi?

- Astaraya qastrol səfərinə gedəndə sərhəddə dayanıb ağlayıb. Deyib ki, sərhədi açın, 5 dəqiqə də olsa gedim torpağımı görüm. O vaxt belə bir qanun yox idi ki, sərhəd açılsın. Amma sağ olsunlar Rübabənin xətrinə bunu ediblər. Sərhədi keçən kimi ürəyi gedib, torpağın üstünə yıxılıb. Sonradan özünə gəlib, torpağı əlinə götürüb iyləyib. Baba Mahmudoğlu da onunla birlikdə olub. O danışırdı ki, Rübabə necə qəhərlənmişdi, necə ağlayırdı!

- Səhv etmirəmsə Rübabə xanım doğma torpağı ilə bağlı sizə vəsiyyət də etmişdi. O nə vəsiyyət idi və yerinə yetirdinizmi?

- Mənə demişdi ki, mən ölsəm sən sağ qalsan gedib ordan torpaq gətirib, məzarım üstə tökərsən. Mən onun bu arzusunu, vəsiyyətini yerinə yetirdim. Ərdəbilə gedib, evimizi tapdım. Evimiz Alatava məhəlləsində, Şah məscidinin yanında idi. Gedib gördüm ki, orada başqa adamlar yaşayır. Dedim ki, qorxmayın, mən filankəsəm, bu evin sakini olmuşam. Orada ağaclar da var idi, quyu da. Torpağı gətirib Rübabənin məzarının üstünə tökdüm. Elə rahat oldum ki.

- Rübabə xanımı bu gün necə yad edirsiz?

- Doğum və anım günlərində hər zaman məzarının üstünə gedirik, dualar oxuyuruq. Rübabə bu günki günə qədər sevilir, hər zaman fanatları olub. Onun mahnılarını nəinki yaşlı və orta nəsil, cavan nəsil də sevir. Bir misal çəkmək istəyirəm. Bizim bir tanışımız var idi, o vaxt Müslüm Maqomayevlə görüşüb. Müslüm öz maşınında onları gəzdirib. Görüb ki, Müslümün maşınında Rübabənin diski var. Ona sual veriblər ki, siz rus dilində müasir mahnılar oxuyan sənətkarsınız, nə yaxşı muğama qulaq asırsınız? Deyib ki, siz nə danışırsınız?! Mən Rübabənin mahnıları ilə yaşayıram, hər gün oxutdururam. Rübabə əvəzedilməz müğənni idi. Bu gün fikir vermisinizsə müğənnilər 2-3 mahnı oxuyur, sonra unudulur. Nə özləri yadda qalır, nə də ki, mahnıları. 1 əsr keçəndən sonra da Rübabə elə Rübabə olaraq qalacaq.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Dünya iqtisadiyyatı təhlükə ilə üz-üzə: - Dərin dəyişikliklər qaçılmazdır
Bu gün, 19:08
Kənd təsərrüfatı: Subsidiyalar özünü niyə doğrultmur? - AKTUAL
Bu gün, 19:00
Qızların evlənmə yaşının 9 -a salınması istismarçı ruhani təbəqənin nəfsi istəkləri naminədir - DƏHŞƏTDİR, VALLAH...
Bu gün, 18:58
“Xəstəxana nədir bilmirəm, heç kimə pislik etməmişəm”
Bu gün, 18:05
Türk dünyası üçün ortaq valyuta YARADILA BİLƏR - AÇIQLAMA
Bu gün, 18:02
Fransa meydan oxudu – “Açıq şəkildə bildiririk ki...”
Bu gün, 18:00
“Sirab”la bağlı sirli məqam: hara yoxa çıxdı? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 17:55
BOKT “İnternational”ın istiqrazlarına üç investor müştəri çıxıb
Bu gün, 17:51
"Onlar korrupsiyaya görə istefaya məcbur edilib" - deputat
Bu gün, 17:46
Çağırışçını qətlə yetirən Ərəstun Ərəbov HƏBSDƏ ÖLDÜ
Bu gün, 17:43
NCQG üzrə real nəticəyə nail olmalıyıq - Attila Ştayner
Bu gün, 17:37
“La Gazette du Caucase” fransız siyasətçilərini COP29 ilə bağlı ermənipərəst mövqeyinə görə qınayıb
Bu gün, 17:35
Qiymətlər insanları daha kiçik mənzillər seçməyə məcbur edir - NƏ ETMƏLİ?
Bu gün, 17:31
Bakıda biznesmenin evindən seyf oğurlandı - Dostu həbs edildi
Bu gün, 17:29
Avropa Şurasının Komissarı İlham Əliyevə məktub yazıb... - STRASBURQDAKI SƏFİR CAVAB VERDİ
Bu gün, 17:20
Tarixi film istehsalında SÜKUNƏT: - “Kinomuzun xilası onun əlindədir”
Bu gün, 17:17
Müharibə ilə bağlı bədbin proqnoz: - Putin üzərindən mesaj verildi
Bu gün, 17:16
Paşinyan papa ilə görüşdə: - “Qərarlıyam, Azərbaycanla...”
Bu gün, 17:14
Müharibə veteranlarına verilən 80 manat bu tarixdən artacaq - AÇIQLAMA
Bu gün, 17:11
Azərbaycan düşməni olan şovinistdən Pezeşkiana təşəkkür
Bu gün, 17:10
Azərbaycanda mənzil almaq üçün təxminən 20 il yemədən-içmədən işləmək lazımdır - FAKT BUDUR!
Bu gün, 17:03
Ermənistan sülhə addım atmaqdansa, əksinə mövqe nümayiş etdirir -ŞƏRH
Bu gün, 17:00
Neft niyə 70 dollardan götürüldü: - Azərbaycanda bir ilkin SƏBƏBİ
Bu gün, 16:59
Rusiya Ukraynaya ballistik raketlə zərbə endirib, 8 ölü, 40-dan çox yaralı var - “Unian“
Bu gün, 16:57
“Özüm Abxaziyada olmuşam; vəziyyətdən çox narazıdırlar, iqtisadi durum ağırdır...” - Ərəstun Oruclu ŞƏRH EDİR
Bu gün, 16:37
Bakıdan Qarabağa necə getmək olar: - Avtobuslar, qiymətlər...
Bu gün, 16:34
Qarabağ müharibəsində itkin düşən dinc ahalinin harada olduğu hələ də bəlli deyil - Novella Cəfəroğlu
Bu gün, 16:20
Berlin Kiyevə "Mini-Taurus" lar verəcək - “Bild”
Bu gün, 16:18
Türkiyə İsraillə TEZ ANLAŞSIN... - BİZƏ DƏ ZƏRƏRİ VAR...
Bu gün, 16:15
Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublikası Komitəsində özbaşınalıq - İTTİHAMLAR SƏNGİMİR...
Bu gün, 16:12
Qazaxdan Araza qədər yol belə açılacaq... - Laçından Ermənistanın içərisinə olan yol isə...
Bu gün, 16:06
Azərbaycanda ət və ət məhsullarının qiyməti necə dəyişib? - SİYAHI
Bu gün, 16:05
Azərbaycanda xarici logistika şirkəti ləğv edilir
Bu gün, 16:02
Bakıda toylar bu tarixdə başlayacaq - SORĞU
Bu gün, 15:55
Orxan Cəlilov işdən çıxarıldı - AÇIQLAMA
Bu gün, 15:50
Paşinyan seçkilərə belə hazırlaşır
Bu gün, 15:48
Gələn ilin büdcəsi NƏ VƏD EDİR?.. - DETALLAR
Bu gün, 15:34
Rusiyada azərbaycanlı tələbələrə qarşı “Yaşasın Azərbaycan!” şüarına görə cinayət işi açıldı - BU NƏDİ BELƏ?..
Bu gün, 15:30
“Mənə demişdilər, gəl, səni pulla filankəslə sevgili edək” - Pərvin Abıyeva
Bu gün, 15:26
General-leytenant yeni rəis təyin etdi - ƏMR
Bu gün, 15:21
Zamin Əliyev Azərbaycanın Qars şəhərindəki baş konsulu təyin edilib - FOTO
Bu gün, 15:17
Prezident Los-Ancelesə yeni baş konsul təyin edib - SƏRƏNCAM
Bu gün, 15:16
Ayxan Süleymanlı Azərbaycanın Aktau şəhərindəki baş konsulu TƏYİN OLUNDU
Bu gün, 15:15
Azərbaycanın Batumiyə yeni baş konsulu təyin edilib - SƏRƏNCAM
Bu gün, 15:13
Pallone təpədən-dırnağa qədər DÜŞMƏNDİR!.. - hələ bizim camaat YUMŞAQ DAVRANDI...
Bu gün, 15:10
"1 həftə öncə məni çağırıb bildirdilər ki, bu gündən işdən azadsan..." - GİLEY
Bu gün, 15:03
Tramp Zəngəzur dəhlizinə maneə yaradacaqmı? - Türkiyəli general detalları açıqladı
Bu gün, 15:00
Mərkəzi Bankın sədri növbəti illər üçün manatın məzənnəsi haqqında danışıb - BİZİ NƏ GÖZLƏYİR?
Bu gün, 14:58
Sabiq nazirin oğlunun məhkəməyə gəlməsi tələb olunub - TƏFƏRRÜAT
Bu gün, 14:55
Anti-Azərbaycan mərkəzləri və onun əlaltıları - AXI NİYƏ?..
Bu gün, 14:00
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru