Anti-Azərbaycan mərkəzləri və onun əlaltıları .....                     Şəkidəki şirkət Ucarda əkin sahələrini su ilə təmin edəcək .....                     "Mədinə şəhərində məni küçədə görən bu uşaqlar üstümə qaçdılar ki..." .....                     “İlk dəfə büdcədə neftin ilkin qiyməti 70 dollar götürülüb” .....                     Azərbaycan Türkiyədən biri 2 664 manata 6 eşşək alıb .....                     Sabiq deputat Əsabil Qasımovun “Karmen”i ilə bağlı nə qərar veriləcək? .....                     Mask onunla birləşib ABŞ-ın "altını üstünə çevirəcək" .....                     Bəzi yerlərdə yağış yağacağı gözlənilir .....                     Qreta Bakıya qarşı aksiya üçün hardan, nə qədər pul alıb? .....                     "Bu gün sosial şəbəkələr hər şeyi üstələyib..." .....                     “Mədəniyyət diplomatiyasından yararlanmağı bacarmalıyıq” .....                     Trampın oğlu Rusiyaya zərbə endirməsinə icazə verənləri .....                     Emin Ağalarov əkizlərinin arxiv görüntüsünü paylaşdı .....                     Azərbaycanda biznesi olan milyarder “Humo”nu almaqdan imtina etdi .....                     Aqil Abbasın oğlu rəis vəzifəsindən azad edildi .....                     Sülh üçün yaşıl işıq yandı: Ermənistan bəyannaməni dəyişir .....                     İrəvan KTMT-dən imtina etdi, .....                     Azərbaycanlı İran casusu Rusiyada saxlanıldı .....                     David Vardanyanın təxribat xarakterli müraciəti yayıldı... .....                     COP 29 çərçivəsində “City for People in Baku” tədbiri keçiriləcək .....                     Müdafiə Nazirliyinin Mərkəzi Ərzaq Anbarında nələr baş verir .....                     ABŞ konqresmeni Frank Peloninin Azərbaycanı tərk etməsi rəsmən təsdiqlənib .....                     Ermənistanın daxili işlər naziri istefa verib .....                     “Nar”ın dəstəyi ilə keçirilən ekologiya təlimi beynəlxalq ekspertlə görüşlə yekunlaşdı .....                     Ağa Musa Nağıyevin xarici banklarda qalan milyonları KİMİNDİR? .....                     Paşinyan Vatikana gedib .....                     Abxaziyada gərginlik səngimir .....                     Şahbuz təhsilində `ÜSULİ-CƏDİD`... .....                     “Milli Məkan” layihəsi ilə bağlı narazılıq .....                     Bu məktəblərdə dərslər daha tez başlayacaq .....                     Dövlət qurumu COP29 tədbiri üçün 1,4 milyon vəsait SƏRF EDİB .....                     Xankəndi şəhəri, Ağdərə, Laçın və Zəngilan rayonları xərclərini .....                     Ermənistanın militarizasiya siyasətinə cavab olaraq .....                     Yeniyetmə özünü 13-cü mərtəbədən atdı .....                     Prezident İlham Əliyev Rusiyanın maliyyə naziri və Dövlət Dumasında .....                     Tramp sülh müqaviləsinə vasitəçi olacaq? .....                     Hərbi xidmətdən yayınan gənc həbs edildi .....                     Paşinyan Ermənistanda genişmiqyaslı istefaların səbəbini açıqladı .....                     Amsterdamdakı faciə: ipin ucu İrandan Rusiyayadək uzanır .....                     "Referans Pharmaceuticals" da ölkədən çıxarılan .....                 

"Vicdanı olan heç vaxt öz xeyri üçün cəmiyyəti zəhərləməz"
Tarix: 23-01-2023, 09:32 | Çap et
"Vicdanı olan heç vaxt öz xeyri üçün cəmiyyəti zəhərləməz"
“Bu gün sənətdə sənəti olan üçün hər şey var. Əvvəlki illərlə müqayisədə daha böyük işlər görmək, daha böyük məşhurluğu qazanmaq asandır. Məsələ sadəcə sənəti olanın istədiyi qədər pulunun olmaması, sənəti olmayanda da tam əksinə pulun çox olmasıdır. Yəni bütün problemlər əslində buradan başlayır. Savadı, sənəti olmayan reklamıyla istədiyini edir, keyfiyyətsiz məhsulunu təqdim edərək, insanlara təsir göstərir, sənəti olan da danışanda uğursuz biri kimi insanların gözündə adiləşir. Bu tək incəsənət və mədəniyyət aləmində deyil, bütün sahələrdə belədir, savadsız, məsuliyyətsiz insanlar hər sahədə keyfiyyətsiz məhsullarla insanları zəhərləyirlər. Bunun qarşısını almaq mümkün olmasa da, çalışıb, balans yaratmaq lazımdır ki, insanların seçim hüququ olsun. Düzdür, Allah birinə böyük sənət, birinə bacarıq bəxş edir, gerisini insanların öz ixtiyarına buraxır, insanlar da ya ağılı, bacarığı, sənəti ilə savad sahibi olub, insanlığa yararlı olur, cəmiyyətə düzgün xidmət göstərir, ya da cahilliyi ilə bilmədən ya da bilərəkdən cəmiyyəti zəhərləyirlər”.

DİA.AZ bildirir ki, bunu Moderator.az-a açıqlamasında tanınmış müğənni Xuraman Şuşalı deyib.

“Vicdanı olan heç vaxt öz xeyri üçün cəmiyyəti zəhərləməz, cahil insandan isə hər şey gözləmək olar. Cəhaləti də ancaq savad xilas edə bilər, 21-ci əsrdə hər kəsin savadlı olması lazımdır. Ancaq təəssüf ki, get-gedə əksini görürük. Bunun səbəbidir ki, bu gün cəmiyyətdə hətta kəndli, şəhərli söhbəti aparılır. Məsələ insanın kənddən ya şəhərdən olması deyil, məsələ insanın savadlı olub, olmamasıdır. Kənddə də, şəhərdə də cahil və savadlı insanlar var. Savadı olan insanın mədəniyyəti, tərbiyəsi hər zaman fərqli olur. Savad almayan insan isə dünyanın ən böyük şəhərində doğulsa nə faydası var?! Nə isə inkişafa götürən dahi şəxsiyyətlərin demək olar ki, hamısı müxtəlif bölgələrin nümayəndələri olub. Bu gün kənddən gələn iki insanın hansısa restoranda möhkəm danışması üçün bölgələrdən gələnləri aşağılayan şəhərdə böyümüş, reklamlı, cahil ulduzların fikirləri mətbuat və televiziyanın müzakirəsinə çıxarılıbsa, hansı inkişafdan danışaq? Nə isə Allah hər kəsə hidayət-ağıl bəxş eləsin. Danışdıqca həll olunacaq məsələlər deyil bunlar. Hər şey məktəblərdən başlamalıdır, mədəniyyətin də, tərbiyənin də kökü savaddır, xilası təhsildir, bunu aşılamaq isə savabdır” deyə müğənni bildirib.

Xuraman Şuşalı onu qalmaqala sürükləyən həmkarlarından da danışıb. Müğənni onlara heç bir vaxt cavab vermədiyini bildirib.

“Çünki gəncliyimdə ətrafımda olan televiziya, radio, mətbuat nümayəndələri məni bu qalmaqal deyilən bir bataqlığın içinə çəkdi, mən də istəmədən onların fikirləri ilə o bataqlıqda çabaladım, "üzməyi" bacardığım üçün tez yol alıb, özümü oradan çıxara bildim. Bu gün o ağılın, o yaşın sahibi deyiləm ki, bir də o yola sürüklənim. Kim nə istəyir desin, kim nə istəyir danışsın, insan ağzını açanda, söylədiyi fikirlərdə özünü təqdim edir. Həm bu gün ağıllı insanlar - insanların dilinə, danışdıqlarına deyil, əməllərinə, addımlarına, həyat tərzlərinə, yaşantılarına, təqdim etdiklərinə baxıb, qiymət verirlər. Ona görə o danışanlar və o müzakirə edənlər əslində özlərini görsələr, dəyişərlər. İnşaAllah onlar da düzəlib, yararlı işlərlə məşğul olarlar” deyə Xuraman Şuşalı bildirib.

Müğənni Şuşada çəkdirdiyi klipindən də danışıb.

“Vasitənizlə bir Şuşalı olaraq, hər Qarabağlı kimi mənim də vətən həsrətimə son qoyan Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevə dərin təşəkkürümü bildirirəm, Qarabağda muğamın səslənməsinə səbəb olan Azərbaycanımızın 1-ci vitse prezidenti Mehriban Əliyevaya minnətdarlığımı bildirirəm. Vətən uğrunda canından keçib, şəhidlik zirvəsinə ucalan oğullarımın torpağından, onları dünyaya gətirən anaların əlindən, alnından öpürəm. Şükürlər olsun 30 illik vətən həsrətimiz bitdi. İstər rəhmətlik Ümummilli liderimiz Heydər Əliyevim dövründə, istərsə də ondan sonra cənab İlham Əliyevin dövründə məcburi köçkünlərə göstərilən diqqət, qayğı əskilmədi, bizə yoxluq hiss etdirmədikləri üçün onlara ayrıca minnətdaram. Qaldı ki, Şuşalı qızının 30 ildən sonra öz torpağına ayaq basmasına, bəli, bu baş verdi. Hamı kimi təkcə şəkil çəkdirmədim, orada ilk klipi də mən çəkdim. "Şuşam" mahnısı Şuşada çəkilən ilk klip oldu. Doğulduğum torpağımda fotosessiya etdim. “Şuşam” adlı mahnının söz və musiqisi Cəlil Əliyevə məxsusdur. Klipdə geyindiyim libaslar Şuşanın tarixi geyimləridir. Klipin ərsəyə gəlməsində həyat yoldaşım Elçinə, operatorlar Taleh Həsənzadə, Tərlan Məmmədova, montaj edən Elnur Ehtiramoğluna, prodüsser İbrahim Ağazadəyə öz təşəkkürlərimi bildirirəm. Öz evimdə ola bilmədim, çünki həmin yer indi dövlətin nəzdindədir, orada xidmət göstərən orqanlara məxsus binadır. İnşaAllah gələcəkdə övladlarımla, oradan bərabər çıxdığım qardaşımla, bacımla da orada olmaq istəyirəm, orada çoxlu vaxt keçirmək istəyirəm, qalmaq, istirahət etmək istəyirəm. Əsas odur ki, vətənimi igid oğullarımız yağı düşməndən xilas edib, rəhmətə gedənlərimin ruhu sevinir, torpaqlarımda igid oğullarımız gəzir, önəmli olan vətənim adını daşıdığım Şuşam azaddır. Bundan sonra istədiyimiz vaxt gedə biləcəyik” deyə müğənni bildirib.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Anti-Azərbaycan mərkəzləri və onun əlaltıları - AXI NİYƏ?..
Bu gün, 14:00
Şəkidəki şirkət Ucarda əkin sahələrini su ilə təmin edəcək - 7 MİLYONLUQ TENDER
Bu gün, 13:58
"Mədinə şəhərində məni küçədə görən bu uşaqlar üstümə qaçdılar ki..."
Bu gün, 13:07
“İlk dəfə büdcədə neftin ilkin qiyməti 70 dollar götürülüb”
Bu gün, 13:06
Azərbaycan Türkiyədən biri 2 664 manata 6 eşşək alıb - belə görünür ki...
Bu gün, 13:02
Sabiq deputat Əsabil Qasımovun “Karmen”i ilə bağlı nə qərar veriləcək? - GEDİŞAT
Bu gün, 12:58
Mask onunla birləşib ABŞ-ın "altını üstünə çevirəcək" - Şok plan
Bu gün, 12:56
Bəzi yerlərdə yağış yağacağı gözlənilir - belə deyirlər...
Bu gün, 12:52
Qreta Bakıya qarşı aksiya üçün hardan, nə qədər pul alıb? - İLGİNC...
Bu gün, 12:51
"Bu gün sosial şəbəkələr hər şeyi üstələyib..."
Bu gün, 12:45
“Mədəniyyət diplomatiyasından yararlanmağı bacarmalıyıq” - Turan Manafzadə
Bu gün, 12:41
Trampın oğlu Rusiyaya zərbə endirməsinə icazə verənləri "axmaq" adlandırdı
Bu gün, 12:39
Emin Ağalarov əkizlərinin arxiv görüntüsünü paylaşdı - VİDEO
Bu gün, 12:37
Azərbaycanda biznesi olan milyarder “Humo”nu almaqdan imtina etdi - TƏFƏRRÜAT
Bu gün, 12:28
Aqil Abbasın oğlu rəis vəzifəsindən azad edildi - ƏMR
Bu gün, 12:26
Sülh üçün yaşıl işıq yandı: Ermənistan bəyannaməni dəyişir
Bu gün, 12:24
İrəvan KTMT-dən imtina etdi, əsgərlərini bu ölkəyə göndərdi
Bu gün, 12:23
Azərbaycanlı İran casusu Rusiyada saxlanıldı – BAKIYA TƏHVİL VERİLƏCƏK
Bu gün, 12:08
David Vardanyanın təxribat xarakterli müraciəti yayıldı... - "Atam erməni olduğu üçün..."
Bu gün, 12:02
COP 29 çərçivəsində “City for People in Baku” tədbiri keçiriləcək
Bu gün, 11:55
Müdafiə Nazirliyinin Mərkəzi Ərzaq Anbarında nələr baş verir – MÜRACİƏT
Bu gün, 11:46
ABŞ konqresmeni Frank Peloninin Azərbaycanı tərk etməsi rəsmən təsdiqlənib - AÇIQLAMA
Bu gün, 11:45
Ermənistanın daxili işlər naziri istefa verib
Bu gün, 11:44
“Nar”ın dəstəyi ilə keçirilən ekologiya təlimi beynəlxalq ekspertlə görüşlə yekunlaşdı - FOTO
Bu gün, 11:42
Ağa Musa Nağıyevin xarici banklarda qalan milyonları KİMİNDİR? - varisləri üçün ƏLÇATMAZDIR...
Bu gün, 11:30
Paşinyan Vatikana gedib
Bu gün, 11:27
Abxaziyada gərginlik səngimir - “Dövlət televiziyası”na hücum edildi
Bu gün, 11:25
Şahbuz təhsilində `ÜSULİ-CƏDİD`... - NARAZILIQ VAR...
Bu gün, 11:23
“Milli Məkan” layihəsi ilə bağlı narazılıq – Milyonluq tender prosesində nə baş verir?
Bu gün, 11:19
Bu məktəblərdə dərslər daha tez başlayacaq - DİQQƏT
Bu gün, 11:15
Dövlət qurumu COP29 tədbiri üçün 1,4 milyon vəsait SƏRF EDİB - DETALLAR
Bu gün, 11:10
Xankəndi şəhəri, Ağdərə, Laçın və Zəngilan rayonları xərclərini büdcədən dotasiya almadan təmin edəcək
Bu gün, 11:07
Ermənistanın militarizasiya siyasətinə cavab olaraq Azərbaycan müdafiə xərclərini artırır
Bu gün, 11:04
Yeniyetmə özünü 13-cü mərtəbədən atdı - Bakıda DƏHŞƏT
Bu gün, 11:03
Prezident İlham Əliyev Rusiyanın maliyyə naziri və Dövlət Dumasında fraksiya rəhbəri ilə görüşüb
Bu gün, 11:00
Tramp sülh müqaviləsinə vasitəçi olacaq? - Metyu Brayza: “O, bir qədər təriflənməyi sevir”
Bu gün, 10:59
Hərbi xidmətdən yayınan gənc həbs edildi - TƏFƏRRÜAT
Bu gün, 10:57
Paşinyan Ermənistanda genişmiqyaslı istefaların səbəbini açıqladı
Bu gün, 10:51
Amsterdamdakı faciə: ipin ucu İrandan Rusiyayadək uzanır - bu, müasir Avropada tendensiyadırmı?
Bu gün, 10:50
"Referans Pharmaceuticals" da ölkədən çıxarılan valyuta vəsatini qaytarmayıb
Bu gün, 10:36
Bayden gedərayaq TRAMPA QUYU QAZDI... - FAKT BUDUR!
Bu gün, 10:35
Bələdiyyə sədri EL YOLUNU SATDI... - ÖZBAŞINALIQ!
Bu gün, 10:31
“Klon”da rol aldı, müharibədə Azərbaycanı dəstəklədi – Ronaldinyo haqqında bilmədikləriniz
Bu gün, 10:23
Keçmiş məmur 8 il əvvəl boşadığı arvadını BALTALADI - TƏFƏRRÜAT
Bu gün, 10:19
ADAU-da `EGE YEYİNTİSİ`... - İTTİHAM VAR...
Bu gün, 10:10
ABŞ və Rusiya arasında xüsusi əməliyyat gedir - Fitso
Bu gün, 10:04
Paşinyan hökumətini “təmizləyir”: yeni istefalar, yeni adlar və SƏBƏBLƏR - NƏ BAŞ VERİR?
Bu gün, 09:57
Dünyanın dərdini buraxıb... Azərbaycandan YAPIŞIBLAR! - AXI NİYƏ?..
Bu gün, 09:55
Ermənistanda Ali Məhkəmə Şurasının sədri istefa verib - KİV
Bu gün, 09:50
Məcnun müəllim bu sahəyə nəzər salmazsa... - fermerlər DAD DEYİR...
Bu gün, 09:49
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru