“Mənim Nadirlə problemim yoxdur, ona hörmətim də var”
Tarix: 18-02-2023, 09:50 | Çap et
Xalq artisti, Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri Rasim Balayev, Demokrat.az-a verdiyi müsahibədə tanınmış müğənni Nadir Qafarzadənin ünvanına “Nadir Qafarzadə kimdir? Onu tanımıram və onun atdığı addım düzgün deyil. Hər kəsin öz şəxsiyyəti var" adlı ifadələr işlədib. Maraqlısı burasındadır ki, xalq artisti Türkiyədə baş vermiş zəlzələdən danışandan sonra, müğənni haqda danışıb. Yəni, burada sənətkara müğənni ilə bağlı hər-hansısa sual ünvanlanmayıb. Yaxud da ünvanlanıbsa, yazıda həmin sual dərc olunmayıb. Məsələ ilə bağlı tanınmış və sevilən müğənni Nadir Qafarzadə ilə əlaqə saxladıq. DİA.AZ xəbər verir ki, sənətçi Moderator.az-a açıqlama verərək xalq artistinin bu açıqlamasından təəccübləndiyini bildirib.
“Allah Rasim müəllimə can sağlığı versin. O bizim böyük sənətkarımızdır, mən nə deyə bilərəm?! Yəqin ki, ona düzgün informasiya verməyiblər, o da bu cür reaksiya bildirib. Gərək hər bir şeyi öyrənərdi, sonra açıqlama verərdi. Ən azından mənə zəng edə bilərdi. O mənə zəng edib tənqidi də, hətta təhqiri də deyə bilər. Mən qəbul edərdim. İctimai şəkildə nəsə bir fikir bildirməyi Rasim müəllimə yaraşdırmadım. Amma buna baxmayaraq yenə də o mənim üçün sənətkardır. Allah ona can sağlığı, uzun ömür versin. Rasim müəllimin adı gələndə ayağa qalxıram, o ki, qaldı özünü görəndə” deyə müğənni bildirib. Xalq artistinin müğənninin ünvanına həmin ifadələri nə üçün dediyini öyrənmək üçün sənətkara zəng etdik. Moderator.az-a özəl açıqlama verən xalq artisti bildirib ki, əslində məsələ başqa cür olub.
“Bu jurnalistlərin işi-gücü yoxdur da. Mənə sual ünvanladılar ki, “Türkiyədə zəlzələ olub, Nadir özünə ad günü keçirib. Buna münasibətiniz necədir?”. Heç bilmədim ki, hansı Nadirdən söhbət gedir! Mən də dedim ki, get onu Nadirin özündən soruş da. Mən onunla maraqlanmıram. Buna nə fikir bildirim? İşim gücüm yoxdur?! İkincisi də camaat yasdadır, bu boyda fəlakət olub, bu nə sualdır? Əgər bu sualın cavabı sənə maraqlıdırsa, get onu Nadirdən soruş ki, niyə ad günü keçirmisən? Belə böyük bir beynəlxalq hadisə olub ki, mən ona münasibət bildirim?! Jurnalist həmin yazıda mənə ünvanladığı sualını yazmayıb. Çaşqınlıq da burdan yaranır. Nadiri təhqir etməmişəm, söyməmişəm. Mənim Nadirə hörmətim var, onunla heç bir problemim yoxdur. İkincisi də ad günü edib də özünə. Sizə borcu yoxdur ki! Bu jurnalistlər insanın əsəbi vaxtında zəng edib, it boğuşduranlar kimi adamı boğuşdurub, qalmaqallı yazı yazırlar. Bu nədir?! Camaat nə dərddə, bunlar nə dərddə?!” deyə sənətkar bildirib. Məsələdən agah olan müğənni daha sonra yenidən saytımıza açıqlama verib. “Jurnalistlərin məqsədi oxucu toplamaqdır. Bu qədər məsələlərin heç biri onlara dərs olmadı. İnanın, yazını oxuyanda öz-özümə dedim ki, Rasim Balayev mənim haqqımda niyə özündən danışıb? Çox təəssüf ki, sizin kimi jurnalistlərin adlarını ləkələyən həmkarlarınız da var. Doğum günüm fevralın 11-də idi. Amma mən fevralın 15-də qeyd etdim. Mən ad günümü qeyd edəndə artıq Türkiyədə matəm bitmişdi. Türkiyədə dünyasını dəyişənlərə rəhmət, ailələrinə səbr arzu edirəm. Ona qalsa fevralın 14-də sevgililər günündə şəhərin bütün restoranları ağzına kimi dolu idi. Hamı xoş günlərini qeyd etsə də, bu dərdi içində çəkir. Həmçinin də mən” deyə sənətkar bildirib.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Bəzi yerlərdə yağış yağacağı gözlənilir - belə deyirlər...
Bu gün, 12:52 |
|
|
|
• Qreta Bakıya qarşı aksiya üçün hardan, nə qədər pul alıb? - İLGİNC...
Bu gün, 12:51 |
|
|
|
• "Bu gün sosial şəbəkələr hər şeyi üstələyib..."
Bu gün, 12:45 |
|
|
|
• “Mədəniyyət diplomatiyasından yararlanmağı bacarmalıyıq” - Turan Manafzadə
Bu gün, 12:41 |
|
|
|
• Trampın oğlu Rusiyaya zərbə endirməsinə icazə verənləri "axmaq" adlandırdı
Bu gün, 12:39 |
|
|
|
• Emin Ağalarov əkizlərinin arxiv görüntüsünü paylaşdı - VİDEO
Bu gün, 12:37 |
|
|
|
• Azərbaycanda biznesi olan milyarder “Humo”nu almaqdan imtina etdi - TƏFƏRRÜAT
Bu gün, 12:28 |
|
|
|
• Aqil Abbasın oğlu rəis vəzifəsindən azad edildi - ƏMR
Bu gün, 12:26 |
|
|
|
• Sülh üçün yaşıl işıq yandı: Ermənistan bəyannaməni dəyişir
Bu gün, 12:24 |
|
|
|
• İrəvan KTMT-dən imtina etdi, əsgərlərini bu ölkəyə göndərdi
Bu gün, 12:23 |
|
|
|
• Azərbaycanlı İran casusu Rusiyada saxlanıldı – BAKIYA TƏHVİL VERİLƏCƏK
Bu gün, 12:08 |
|
|
|
• David Vardanyanın təxribat xarakterli müraciəti yayıldı... - "Atam erməni olduğu üçün..."
Bu gün, 12:02 |
|
|
|
• COP 29 çərçivəsində “City for People in Baku” tədbiri keçiriləcək
Bu gün, 11:55 |
|
|
|
• Müdafiə Nazirliyinin Mərkəzi Ərzaq Anbarında nələr baş verir – MÜRACİƏT
Bu gün, 11:46 |
|
|
|
• ABŞ konqresmeni Frank Peloninin Azərbaycanı tərk etməsi rəsmən təsdiqlənib - AÇIQLAMA
Bu gün, 11:45 |
|
|
|
• Ermənistanın daxili işlər naziri istefa verib
Bu gün, 11:44 |
|
|
|
• “Nar”ın dəstəyi ilə keçirilən ekologiya təlimi beynəlxalq ekspertlə görüşlə yekunlaşdı - FOTO
Bu gün, 11:42 |
|
|
|
• Ağa Musa Nağıyevin xarici banklarda qalan milyonları KİMİNDİR? - varisləri üçün ƏLÇATMAZDIR...
Bu gün, 11:30 |
|
|
|
• Paşinyan Vatikana gedib
Bu gün, 11:27 |
|
|
|
• Abxaziyada gərginlik səngimir - “Dövlət televiziyası”na hücum edildi
Bu gün, 11:25 |
|
|
|
• Şahbuz təhsilində `ÜSULİ-CƏDİD`... - NARAZILIQ VAR...
Bu gün, 11:23 |
|
|
|
• “Milli Məkan” layihəsi ilə bağlı narazılıq – Milyonluq tender prosesində nə baş verir?
Bu gün, 11:19 |
|
|
|
• Bu məktəblərdə dərslər daha tez başlayacaq - DİQQƏT
Bu gün, 11:15 |
|
|
|
• Dövlət qurumu COP29 tədbiri üçün 1,4 milyon vəsait SƏRF EDİB - DETALLAR
Bu gün, 11:10 |
|
|
|
• Xankəndi şəhəri, Ağdərə, Laçın və Zəngilan rayonları xərclərini büdcədən dotasiya almadan təmin edəcək
Bu gün, 11:07 |
|
|
|
• Ermənistanın militarizasiya siyasətinə cavab olaraq Azərbaycan müdafiə xərclərini artırır
Bu gün, 11:04 |
|
|
|
• Yeniyetmə özünü 13-cü mərtəbədən atdı - Bakıda DƏHŞƏT
Bu gün, 11:03 |
|
|
|
• Prezident İlham Əliyev Rusiyanın maliyyə naziri və Dövlət Dumasında fraksiya rəhbəri ilə görüşüb
Bu gün, 11:00 |
|
|
|
• Tramp sülh müqaviləsinə vasitəçi olacaq? - Metyu Brayza: “O, bir qədər təriflənməyi sevir”
Bu gün, 10:59 |
|
|
|
• Hərbi xidmətdən yayınan gənc həbs edildi - TƏFƏRRÜAT
Bu gün, 10:57 |
|
|
|
• Paşinyan Ermənistanda genişmiqyaslı istefaların səbəbini açıqladı
Bu gün, 10:51 |
|
|
|
• Amsterdamdakı faciə: ipin ucu İrandan Rusiyayadək uzanır - bu, müasir Avropada tendensiyadırmı?
Bu gün, 10:50 |
|
|
|
• "Referans Pharmaceuticals" da ölkədən çıxarılan valyuta vəsatini qaytarmayıb
Bu gün, 10:36 |
|
|
|
• Bayden gedərayaq TRAMPA QUYU QAZDI... - FAKT BUDUR!
Bu gün, 10:35 |
|
|
|
• Bələdiyyə sədri EL YOLUNU SATDI... - ÖZBAŞINALIQ!
Bu gün, 10:31 |
|
|
|
• “Klon”da rol aldı, müharibədə Azərbaycanı dəstəklədi – Ronaldinyo haqqında bilmədikləriniz
Bu gün, 10:23 |
|
|
|
• Keçmiş məmur 8 il əvvəl boşadığı arvadını BALTALADI - TƏFƏRRÜAT
Bu gün, 10:19 |
|
|
|
• ADAU-da `EGE YEYİNTİSİ`... - İTTİHAM VAR...
Bu gün, 10:10 |
|
|
|
• ABŞ və Rusiya arasında xüsusi əməliyyat gedir - Fitso
Bu gün, 10:04 |
|
|
|
• Paşinyan hökumətini “təmizləyir”: yeni istefalar, yeni adlar və SƏBƏBLƏR - NƏ BAŞ VERİR?
Bu gün, 09:57 |
|
|
|
• Dünyanın dərdini buraxıb... Azərbaycandan YAPIŞIBLAR! - AXI NİYƏ?..
Bu gün, 09:55 |
|
|
|
• Ermənistanda Ali Məhkəmə Şurasının sədri istefa verib - KİV
Bu gün, 09:50 |
|
|
|
• Məcnun müəllim bu sahəyə nəzər salmazsa... - fermerlər DAD DEYİR...
Bu gün, 09:49 |
|
|
|
• Naxçıvanda deputatların maaşı artıb - SİYAHI
Bu gün, 09:43 |
|
|
|
• Cümşüd Nuriyevə "Bir dənə ilişdirərəm, uçarsan ha" deyən Cahandar Bayoğludan açıqlama... - "Barışmışıq..."
Bu gün, 09:40 |
|
|
|
• Azərbaycanda pambıq bumu: İxrac niyə kəskin artıb? - ARAŞDIRMA
Bu gün, 09:38 |
|
|
|
• “Tərtər işi” ilə bağlı həbs edilən şəxslərdən xəbər var - TƏFƏRRÜAT
Bu gün, 09:35 |
|
|
|
• Naxçıvanda işsizlik TƏHLÜKƏLİ HƏDDƏ ÇATIB... - "Belə davam edərsə, Naxçıvan tam boşalacaq..."
Bu gün, 09:32 |
|
|
|
• Amerikalı iqtisadçı İrəvana məsləhət verib
Bu gün, 09:21 |
|
|
|
• `R.İ.S.K` MTK KÖHNƏ ƏHVALDA: Evi bir neçə nəfərə satırlar... - BU NƏDİ BELƏ?..
Bu gün, 09:18 |
|
|
|
|