"Tələbələrimə həmişə deyirəm ki, efirə hazır olun, sonra çıxın"
Tarix: 7-03-2023, 10:36 | Çap et
AzTV-nin sədr müavini, tanınmış teleaparıcı, əməkdar artist Rafiq Həşimov Moderator.az-ın suallarını cavablandırıb. DİA.AZ onunla söhbəti təqdim edir: - Rafiq müəllim, öncə təşəkkürümü bildirirəm ki, müsahibə üçün bizə vaxt ayırmısınız. Tamaşaçı sevgisini, hörmətini qoruyub saxlamaq çətindirmi?
- Mən sizə təşəkkür edirəm. Tamaşaçı sevgisini qazanmaq çətindir. Bu sevgini qoruyub saxlamaq, ondan da çətindir. Bu fenomenal bir şeydir. Bu ya olur, ya da ki, olmur. Mən öz tələbələrimə həmişə deyirəm ki, efirə hazır olun, sonra çıxın. Hazır olmaq o deməkdir ki, nitqin təmiz olsun. Biləsən ki, nə istəyirsən, hansı mətnləri çatdırmaq istəyirsən, nə üçün efirə çıxırsan? Bütün bunlar çox vacibdir. Sevgi bir gündə qazanılmır. Aparıcı ilə tamaşaçı arasında qəribə bir bağ, əlaqə var. O səni ya qəbul edir, ya da ki, etmir. Əgər ilk dəfədən qəbul etdisə, sonradan həmin aparıcı efirdə çaşa bilər, o qədər də uyğun olmayan situatsiyaya düşə bilər, bu zaman tamaşaçı ona sanki can yanğısı ilə yanaşır, əzizləyir. Tamaşaçı laqeyd olduğu aparıcıya bu münasibəti göstərmir. Bunun üçün əlbəttə ki, bacardıqca səmimi olmaq lazımdır. Səmimiyyət yeganə göstəricidir ki, o hər yerdə qəbul olunur. Aparıcı səmimi olmalıdır. Efirdə tamaşaçı gözü qabağında yaşamaq ən çətin məsələlərdən biridir. Necə edə biləsən ki, onu qoruya biləsən?! Bu çoxlu məhrumiyyətlər tələb edir. Hər hansı avtobusda ola bilərsən, küçədə ola bilərsən, mağazada və s. müxtəlif yerlərdə ola bilərsən, o səni həmişə ekrandakı kimi görür. Ona görə də onu qoruyub saxlamaq çox çətindir. Məşhur bir məsəl var- “Göründüyün kimi ola bilmirsənsə, olduğun kimi görün”. Bu məsələyə öz yanaşmam var, mən deyirəm ki, “olduğun kimi ol”. Yəni, səmimi ol. Tamaşaçı gözü qarşısında yaşamaq həm də niyə görə çətindir?! Ona görə ki, tamaşaçı obrazı istənilən efirə çıxan aparıcıdan ağıllıdır, zövqlüdür, mədənidir. Çünki o obraz xalqdır. - Yeni nəsil aparıcılardan bəyəndikləriniz varmı?
- Var, efirimiz yaxşı aparıcılarsız deyil. Amma indi kiminsə adını deyərəm, kiminsə adını çəkmərəm, subyektivlik olar. Ədalətsiz görünmək istəmirəm. - Davamçınızı gördüyünüz aparıcılar bəs necə, var? - Mən özüm nə etmişəm ki?! Tam ciddi deyirəm. Mən özümə sahəmdə nələrsə əldə etmiş bir adam kimi yanaşa bilmirəm. Sadəcə mən bacardığım qədər xidmət etmişəm. Ona görə də düşünürəm ki, davamçılarım haqda düşünmək qeyri-təvazökarlıq olardı. Kimsə belə hesab edirsə, sağ olsun. Amma mən özüm bu barədə düşünə bilmirəm. Bütün aparıcılara arzu edirəm ki, tamaşaçı sevgisi qazansınlar. Ən azından tamaşaçıların rəğbətini qazansınlar. Çünki sevgi böyük anlayışdır. - Mükəmməl aparıcı necə olmalıdır?
- İlk növbədə aparıcının nitqi təmiz olmalıdır. Sözlərin düzgün tələffüzü onun üçün əsas göstəricilərdən biri olmalıdır. Yaxşı olar ki, aparıcı savadlı, bilikli olsun. O ki, qaldı mükəmməl aparıcı necə olmalıdır? İnsan hər hansısa peşə ilə məşğul olmağa başlayır, ibtidai sinifdən başladığı dövrdən ya mükəmməlləşir, ya bir yerə qədər gəlir. Mükəmməllik kamillikdir. Sadədən mükəmməlliyə bir ömür yol var. Kimə bu nəsib olur, kimə isə yox. Bu həyatın özü kimi bir məzmun kəsb edir. Aparıcının nitqinin səlis olması üçün diqqət etməli olduğu məqamlar var. Sözlər hərflərdən ibarətdir, onlar düzgün tələffüz olunmalıdır. Durğu işarələrinə diqqət yetirmək lazımdır. Bu musiqiyə çox bənzəyir. 5 sətr not xəttləri var, onun içində pauzalar olur. Onu musiqiçi ifa edəndə maraqlı səslənir. Əgər xaric olursa, tamaşaçı onu o dəqiqə tutur. Nitqdə də belədir, sən durğu işarələrini düzgün tələffüz etməlisən. Bundan sonrakı isə məntiqi vurğuların düzgün vurulmasıdır. Bu üç mərhələdən düzgün keçən aparıcı 4-cü mərhələdə əsas məsələyə, əsas məqsədə nail olur. Hər bir adamın özünəməxsus intonasiyası formalaşır. İntonasiya hər bir aparıcıda, müxbirdə fərqli olur. Yaradan hər birimizi fərqli yaradıb. Mən uzun illərdir bunu tədris edirəm və effektini də görürəm. Mənim hazırladığım aparıcılar, müxbirlər hamısı fərqlidir. Heç biri biri-birinə bənzəməz. Hərəsinin öz siması, dəsti-xətti olur. Fikir verin bütün pis müğənnilər bir-birlərinə oxşayırlar. Yaxşı müğənnilər isə hamısı fərqlidir. Bu sözü aparıcılara da şamil etmək olar. - Rafiq müəllim, sizin aktyor sənətinə də böyük sevginiz olub. Niyə bu sənəti davam etdirmədiniz? - 1990-cı ilin əvvəlləri idi. Dostlarla birləşdik, dedilər ki, bəlkə filmdə oynayasan?! Mən o vaxt efirə çıxmırdım. Boş vaxt oldu, 1994-cü ildə “Məktubardı” deyilən filmdə baş rolu oynadım. Deyilənə görə pis də alınmayıb. Elə onunla da mənim aktyorluq bioqrafiyam başlandı və bitdi. Baxmayaraq ki, uşaq vaxı aktyor peşəsinə meylim olub. Bu sənəti davam etdirmədiyim üçün peşman deyiləm. - Sevimli aktyorumuz Fuad Poladovla çox yaxın dost olmusunuz. Bəzən deyirlər ki, dostun xasiyyəti də, xüsusiyyəti də dostuna keçir. Bəs Fuad Poladovdan sizə keçən nə oldu? - Dost arasında hamı bir-birindən təsirlənir. Ümumi onları birləşdirən nəsə olur. Mənim həyatım belə gətirib ki, özümdən yaşca böyük adamlarla çox dostluq etmişəm. Tanınan simalar da olub, həyatda da olub, indi də var. Atam yaşında olan adamlarla dostluq etmək, əlbəttə ki, mənə müsbət təsir edib. Bu məni bir qədər tez qocaldıb, yaşlandırıb. Dostluq anlayışı kişiyə verilmiş böyük bir hədiyyədir, şərəfdir. Ən çətin universitetlərdən, məktəblərdən biri də məhz odur. Necə edəsən ki, sən dostuna layiq olasan?! 5 yaşımda Güzdək kəndində oynadığım uşaqlarla indi də dostluq edirəm. Əlbəttə ki, bu yaşımızda bir-birimizə “uşaqlar” deyə müraciət edirik. Texnikom, universitet yoldaşlarım, digər sahədə olan insanlarla da dostluq edirəm. Dostluğun bir resepti var. O da təmənnasızlıqdır. - Əziz dostunuz Fuad Poladovu necə xatırlayırsınız? - Bu barədə uzun danışmaq olar. Fuad Poladov sözün yüksək mənasında əsl insan idi. Fuad Poladov öz peşəsini sevən, həm də ona ləyaqətlə, vicdanla xidmət edən böyük aktyor idi. Fuad Poladov ailə və insani dəyərləri axıra qədər yaşayan bir şəxsiyyət idi.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Azərbaycanda biznesi olan milyarder “Humo”nu almaqdan imtina etdi - TƏFƏRRÜAT
Bu gün, 12:28 |
|
|
|
• Aqil Abbasın oğlu rəis vəzifəsindən azad edildi - ƏMR
Bu gün, 12:26 |
|
|
|
• Sülh üçün yaşıl işıq yandı: Ermənistan bəyannaməni dəyişir
Bu gün, 12:24 |
|
|
|
• İrəvan KTMT-dən imtina etdi, əsgərlərini bu ölkəyə göndərdi
Bu gün, 12:23 |
|
|
|
• Azərbaycanlı İran casusu Rusiyada saxlanıldı – BAKIYA TƏHVİL VERİLƏCƏK
Bu gün, 12:08 |
|
|
|
• David Vardanyanın təxribat xarakterli müraciəti yayıldı... - "Atam erməni olduğu üçün..."
Bu gün, 12:02 |
|
|
|
• COP 29 çərçivəsində “City for People in Baku” tədbiri keçiriləcək
Bu gün, 11:55 |
|
|
|
• Müdafiə Nazirliyinin Mərkəzi Ərzaq Anbarında nələr baş verir – MÜRACİƏT
Bu gün, 11:46 |
|
|
|
• ABŞ konqresmeni Frank Peloninin Azərbaycanı tərk etməsi rəsmən təsdiqlənib - AÇIQLAMA
Bu gün, 11:45 |
|
|
|
• Ermənistanın daxili işlər naziri istefa verib
Bu gün, 11:44 |
|
|
|
• “Nar”ın dəstəyi ilə keçirilən ekologiya təlimi beynəlxalq ekspertlə görüşlə yekunlaşdı - FOTO
Bu gün, 11:42 |
|
|
|
• Ağa Musa Nağıyevin xarici banklarda qalan milyonları KİMİNDİR? - varisləri üçün ƏLÇATMAZDIR...
Bu gün, 11:30 |
|
|
|
• Paşinyan Vatikana gedib
Bu gün, 11:27 |
|
|
|
• Abxaziyada gərginlik səngimir - “Dövlət televiziyası”na hücum edildi
Bu gün, 11:25 |
|
|
|
• Şahbuz təhsilində `ÜSULİ-CƏDİD`... - NARAZILIQ VAR...
Bu gün, 11:23 |
|
|
|
• “Milli Məkan” layihəsi ilə bağlı narazılıq – Milyonluq tender prosesində nə baş verir?
Bu gün, 11:19 |
|
|
|
• Bu məktəblərdə dərslər daha tez başlayacaq - DİQQƏT
Bu gün, 11:15 |
|
|
|
• Dövlət qurumu COP29 tədbiri üçün 1,4 milyon vəsait SƏRF EDİB - DETALLAR
Bu gün, 11:10 |
|
|
|
• Xankəndi şəhəri, Ağdərə, Laçın və Zəngilan rayonları xərclərini büdcədən dotasiya almadan təmin edəcək
Bu gün, 11:07 |
|
|
|
• Ermənistanın militarizasiya siyasətinə cavab olaraq Azərbaycan müdafiə xərclərini artırır
Bu gün, 11:04 |
|
|
|
• Yeniyetmə özünü 13-cü mərtəbədən atdı - Bakıda DƏHŞƏT
Bu gün, 11:03 |
|
|
|
• Prezident İlham Əliyev Rusiyanın maliyyə naziri və Dövlət Dumasında fraksiya rəhbəri ilə görüşüb
Bu gün, 11:00 |
|
|
|
• Tramp sülh müqaviləsinə vasitəçi olacaq? - Metyu Brayza: “O, bir qədər təriflənməyi sevir”
Bu gün, 10:59 |
|
|
|
• Hərbi xidmətdən yayınan gənc həbs edildi - TƏFƏRRÜAT
Bu gün, 10:57 |
|
|
|
• Paşinyan Ermənistanda genişmiqyaslı istefaların səbəbini açıqladı
Bu gün, 10:51 |
|
|
|
• Amsterdamdakı faciə: ipin ucu İrandan Rusiyayadək uzanır - bu, müasir Avropada tendensiyadırmı?
Bu gün, 10:50 |
|
|
|
• "Referans Pharmaceuticals" da ölkədən çıxarılan valyuta vəsatini qaytarmayıb
Bu gün, 10:36 |
|
|
|
• Bayden gedərayaq TRAMPA QUYU QAZDI... - FAKT BUDUR!
Bu gün, 10:35 |
|
|
|
• Bələdiyyə sədri EL YOLUNU SATDI... - ÖZBAŞINALIQ!
Bu gün, 10:31 |
|
|
|
• “Klon”da rol aldı, müharibədə Azərbaycanı dəstəklədi – Ronaldinyo haqqında bilmədikləriniz
Bu gün, 10:23 |
|
|
|
• Keçmiş məmur 8 il əvvəl boşadığı arvadını BALTALADI - TƏFƏRRÜAT
Bu gün, 10:19 |
|
|
|
• ADAU-da `EGE YEYİNTİSİ`... - İTTİHAM VAR...
Bu gün, 10:10 |
|
|
|
• ABŞ və Rusiya arasında xüsusi əməliyyat gedir - Fitso
Bu gün, 10:04 |
|
|
|
• Paşinyan hökumətini “təmizləyir”: yeni istefalar, yeni adlar və SƏBƏBLƏR - NƏ BAŞ VERİR?
Bu gün, 09:57 |
|
|
|
• Dünyanın dərdini buraxıb... Azərbaycandan YAPIŞIBLAR! - AXI NİYƏ?..
Bu gün, 09:55 |
|
|
|
• Ermənistanda Ali Məhkəmə Şurasının sədri istefa verib - KİV
Bu gün, 09:50 |
|
|
|
• Məcnun müəllim bu sahəyə nəzər salmazsa... - fermerlər DAD DEYİR...
Bu gün, 09:49 |
|
|
|
• Naxçıvanda deputatların maaşı artıb - SİYAHI
Bu gün, 09:43 |
|
|
|
• Cümşüd Nuriyevə "Bir dənə ilişdirərəm, uçarsan ha" deyən Cahandar Bayoğludan açıqlama... - "Barışmışıq..."
Bu gün, 09:40 |
|
|
|
• Azərbaycanda pambıq bumu: İxrac niyə kəskin artıb? - ARAŞDIRMA
Bu gün, 09:38 |
|
|
|
• “Tərtər işi” ilə bağlı həbs edilən şəxslərdən xəbər var - TƏFƏRRÜAT
Bu gün, 09:35 |
|
|
|
• Naxçıvanda işsizlik TƏHLÜKƏLİ HƏDDƏ ÇATIB... - "Belə davam edərsə, Naxçıvan tam boşalacaq..."
Bu gün, 09:32 |
|
|
|
• Amerikalı iqtisadçı İrəvana məsləhət verib
Bu gün, 09:21 |
|
|
|
• `R.İ.S.K` MTK KÖHNƏ ƏHVALDA: Evi bir neçə nəfərə satırlar... - BU NƏDİ BELƏ?..
Bu gün, 09:18 |
|
|
|
• Paşinyan İrəvanda deyil: nazirləri SMS-lə işdən çıxarıb - “Hraparak”
Bu gün, 09:14 |
|
|
|
• Müəllimlər məhkəməyə, həmkarların sədri polisə müraciət etdi - Kollecdə qalmaqal
Bu gün, 09:00 |
|
|
|
• Neft-Kimya Prosesləri İnstitutunda yarım milyon manatlıq təmir işləri aparılacaq
Bu gün, 08:58 |
|
|
|
• Manana Çaparidzeyə ağır itki
Bu gün, 08:56 |
|
|
|
• "Qiymətlər menyu ilə uyğun gəlmir..." - GİLEY
Bu gün, 08:54 |
|
|
|
• Bayden onunla sonuncu görüşdə də nəticə əldə etmədi - İNCƏLƏMƏ
Bu gün, 08:43 |
|
|
|
|