"Əlbəttə, bu, qeyri-ciddi, gülünc və absurd iddiadır..." .....                     Azərbaycana qarşı qarayaxma yarışı gedir .....                     İsrail Prezidenti COP29-a niyə gəlmədi? .....                     Prezident İlham Əliyev Kuala Lumpur şəhərinin meri ilə .....                     Tramp gəldi: bizim üçün ən pis hadisə baş verəcək .....                     Ermənistanın Rusiyaya yeganə yolu bağlandı .....                     Prezident İlham Əliyev Beynəlxalq Kanoe, Avarçəkmə və Draqon Qayıqları federasiyalarının .....                     Prezident İlham Əliyev ABŞ Nümayəndələr Palatası üzvünün başçılıq etdiyi .....                     Tramp kürəkəninə vəzifə verəcək .....                     Bakıda kafenin qarşısında QƏTL .....                     "Bu barədə ciddi şəkildə düşünməliyik" .....                     “525-ci qəzet” və "Qol.az"ın .....                     Ukraynanın ikinci ən böyük şəhəri işğal olunur? .....                     7 rayonda DOST filialları təmir olunacaq .....                     “Uşaq Avroviziyası”nın qalibi bu ölkə oldu .....                     Buralar rəsmən yiyəsiz qalıb... .....                     Deputat üçün özəl gün .....                     Zaur Mikayılovun kadrları yeni təyinatları ilə "gül vururlar" .....                     Nazir ona sual verən jurnalisti “WhatsApp”da əngəllədi .....                     İrəvandan Bakıya qarşı YENİ İTTİHAM .....                     Saxtakarların meydan suladığı ünvan... .....                     Azərbaycan QHT təmsilçiləri ABŞ konqresmeninin göstərişi ilə şiddətə məruz qaldılar .....                     Antiazərbaycan və antitürk ritorikası ilə çıxış edən siyasətçilər... .....                     Tanınmış həkim vəfat edib .....                     Sevinc Osmanqızının “mikrofonçuluğu” .....                     "Düşmən ayağa baxar misalı ilə razı deyiləm" .....                     Bu universitetin tələbələri təqaüdlərini ala bilmirlər .....                     Ukraynadakı münaqişə danışıqlar yolu ilə həll olunacaq .....                     Fransa öz uğursuzluğu ilə barışa bilmir .....                     Əgər Paşinyan Bakıya gəlsəydi... .....                     Yevangelistlər iki kritik ölkə üzərindən dünyanı dəyişir .....                     Kremlin Ermənistana pulsuz göndərdiyi silahlar .....                     Vətəndaşın 100 manatına rəsmən `ƏL QOYDU` .....                     Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir .....                     “Finex Kredit” BOKT-da yığıncaq keçiriləcək, .....                     İki yerdə işləyənlər niyə hər iki işdə ayrıca icbari tibbi sığorta haqqı ödəyir? .....                     Dövriyyələri 1 milyard manatı keçən 7 şirkət .....                     “Daşnaksütyun” Paşinyanı öldürmək istəyir .....                     Hakimiyyətə bu şəxs hazırlanır .....                     Azərbaycanda sabah banklar və “Azərpoçt” fəaliyyət göstərəcək .....                 

"İstər-istəməz notlar illər keçdikdən sonra saralır" - MÜZAKİRƏ
Tarix: 31-10-2023, 08:23 | Çap et
"İstər-istəməz notlar illər keçdikdən sonra saralır"
“Azərbaycan musiqisi dünyada heç yerdə qəbul edilmir. Çünki Azərbaycanda yazılan musiqilər beynəlxalq standartlara cavab vermir”. Bunu Bakıda keçirilən Musiqi Forumunda Azərbaycan Milli Konservatoriyasının rektoru Siyavuş Kərimi deyib.

Siyavuş Kərimi ölkədəki musiqi studiyaları məsələsinə toxunub: “Elementar bir şeyi deyim, Azərbaycanın himni İngiltərədə yazılıb. O 3 dəqiqəlik səsyazmaya görə Azərbaycan İngiltərəyə 200 000 funt sterlinq pul ödəyib. Məgər Azərbaycanda lazımi studiya yaradıb onu burada etmək olmaz? Biz studiyasız heç yerə çıxa bilmərik, bilməyəcəyik”.

Qeyd edək ki, ölkədə Azərbaycan Televiziya və Radiosunun Səsyazma Evi və onun tərkibində fəaliyyət göstərən musiqi kollektivləri var. Səsyazma Evinin rəhbəri əməkdar artist Ramil Qasımovdur.

Bəs Siyavuş Kəriminin narahatlığı nə dərəcədə ciddidir? Nə demək, musiqimiz heç yerdə qəbul edilmir? Söhbət hansı beynəlxalq standartlardan gedir? Azərbaycanda lazımi studiyalar yaratmağa nə mane olur?

Xatırladaq ki, bir müddət əvvəl Azərbaycan Bəstəkarlar İttifaqının sədri, xalq artisti Firəngiz Əlizadə də Mədəniyyət Nazirliyinə müraciət edərək, keyfiyyətli səsyazma studiyasının yaradılmasını istəmişdi.

“Dövlət tədbirlərində müraciət etdiyimiz, istifadə etdiyimiz musiqilərin səviyyəsi çox aşağıdır. Səbəb dövlət səviyyəsində səsyazma studiyamızın olmamasıdır. Belə studiya olsa, həmin musiqilər yenidən yazılar və yeni formatda səslənər. Əvvəllər belə studiyamız olub. Ona görə də keçmişdə lentə yazılan musiqilərin keyfiyyəti qənaətbəxşdir. Amma son illər tədbirlərdə, xüsusilə dövlət tədbirlərində səslənən musiqilərin səslənmə keyfiyyəti bizi qane etmir. Studiya yaradılsa, həmin musiqilər, mahnılar yenidən yazılar və daha səviyyəli şəkildə səsləndirilər. Bəstəkarlar İttifaqı olaraq, Mədəniyyət və Turizm Nazirliyindən dəstək istəyirik", - deyə Firəngiz Əlizadə qeyd etmişdi.

DİA.AZ bildirir ki, mövzu ilə bağlı xalq artisti, “Şöhrət” ordenli bəstəkar Faiq Sücəddinov “Yeni Müsavat”a danışıb. Faiq Sücəddinov ilk öncə Bakıda keçirilən Musiqi Forumunu çox böyük dəyərləndirdiyini deyib: “Bu forumun əsas mahiyyəti ondan ibarət idi ki, problemləri açıb ortaya qoyurdular. Müəllimlər tədrislə bağlı, yaradıcı insanlar isə musiqi ilə bağlı öz problemlərinin dilə gətirirdi. Məsələn, müəllimlər deyirdi ki, məktəblərdə piano yoxdur. Pianosuz musiqini necə keçmək olar? Həmçinin musiqi ilə bağlı vəsait, notlar yoxdur. Adətən uşaqlar notları kserokopyadan çıxarırlar ki, bu da çox keyfiyyətsiz olur. Hansısa əsərlər var ki, 20-ci əsrdə yazılıb, bu gün onları çox çətinliklə tapırıq.

Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli qeyd etdi ki, Mədəniyyət Nazirliyində bir fond olmalıdır və həmin fond əsərləri almalıdır. Əvvəllər belə ənənə var idi, belə ki, əsərlər alınır, daha sonra orkestrə, ya da hansısa ansambla, xora həvalə olunurdu ki, ifa olunsun.

Digər problemlərdən birini isə Siyavuş Kərimi müzakirəyə çıxardı, qeyd etdi ki, ölkədə lazımi səviyyədə səsyazma studiyası yoxdur.

Qeyd edim ki, yaxşı keyfiyyətli səsyazma studiyasından əvvəl ölkədə yaxşı səs rejissorları olmalıdır, onları yetişdirməliyik. Əvvəllər bizim səs rejissorlarımızın əksəriyyəti bəstəkarlar idi. Onlar xarici ölkəyə gedərək, bunun məktəbini öyrənir, daha sonra vətənə geri qayıdaraq, onu tətbiq edirdilər. Bu bir sənətdir. Əlbəttə, yaxşı avadanlıq da olmalıdır, amma qeyd etdiyim kimi, ilk öncə yüksək səviyyəli səs rejissorları yetişdirməli, onları oxutdurmalıyıq.

Azərbaycanda, Bakı şəhərində demək olar ki, böyük orkestr üçün studiya yoxdur. Ola bilsin ki, studiya var, amma lazımi avadanlığı yoxdur. Avadanlıqdan başqa səsyazma studiyasında mikrofonlar olmalı, həmçinin nöqtələr olmalıdır ki, hansı ifaçı harada oturmalıdır və sairə. Bu, böyük, nəhəng prosesdir və onu etmək lazımdır.

Şəxsən mən bu yaxınlarda “Zəfər” simfonik poemasını yazmışam və onu çox çətinliklə səsyazma studiyasında “Youtube” üçün yazdırmışam. Ona görə ki, 100 il keçsə belə, əsərim “Youtube”də qalsın və bu əsəri axtarıb, dinləmək hər kəs üçün əlçatan olsun. Yəni not öz yerində, amma bunu səsləndirmək və studiyada yazdırmaq lazımdır. İstər-istəməz notlar illər keçdikdən sonra saralır, köhnəlir, amma onu yazdıranda ömürlük qalır.

Beləliklə, son əsərimi çox çətinliklə yazdırdım. Çünki bütün xor eyni zamanda studiyaya girə bilmir, onların səsini eyni vaxtda yazmaq olmur. Ona görə də hər dəfə 4 və yaxud 5 nəfər olaraq, bu səsləri yazdıq. Amma avadanlıq olsaydı, bütün bunları cəmi 4-5 dəfəyə yazmaq olardı. Yəni təsəvvür edin, biri var ki, orkestr girsin, 4-5 dəfəyə səs yazılsın, biri də var ki, ifaçılar 2-3 nəfər olaraq girib, səsləri yazdırırlar. Bu, çox çətin prosesdir".

Xalq artisti Gülyaz Məmmədova isə qeyd edib: “Hesab edirəm ki, Azərbaycanda keyfiyyətli, yaxşı səviyyəli səsyazma studiyaları var və mənim bununla bağlı heç vaxt çətinliyim olmayıb.

Təbii ki, musiqilərimiz dünyada qəbul olunur. Hesab edirəm ki, xalq artisti Siyavuş Kəriminin bu narahatlığı əsasən orkestrlə bağlı səsyazmalarla bağlıdır. Əlbəttə ki, ciddi üslublu, orkestr musiqilərinin, böyük əsərlərin yazılması üçün çox keyfiyyətli, hər cür avadanlığa malik səsyazma studiyası tələb olunur. Bu baxımdan, Siyavuş Kəriminin fikirləri qəbul olunandır".









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Əlbəttə, bu, qeyri-ciddi, gülünc və absurd iddiadır..." - ŞƏRH
Bu gün, 12:52
Azərbaycana qarşı qarayaxma yarışı gedir - NƏ ETMƏLİ?
Bu gün, 12:48
İsrail Prezidenti COP29-a niyə gəlmədi? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 12:43
Prezident İlham Əliyev Kuala Lumpur şəhərinin meri ilə görüşüb
Bu gün, 12:25
Tramp gəldi: bizim üçün ən pis hadisə baş verəcək – Sərkisyan
Bu gün, 12:22
Ermənistanın Rusiyaya yeganə yolu bağlandı
Bu gün, 12:19
Prezident İlham Əliyev Beynəlxalq Kanoe, Avarçəkmə və Draqon Qayıqları federasiyalarının prezidentləri ilə görüşüb
Bu gün, 12:16
Prezident İlham Əliyev ABŞ Nümayəndələr Palatası üzvünün başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb
Bu gün, 12:14
Tramp kürəkəninə vəzifə verəcək
Bu gün, 11:03
Bakıda kafenin qarşısında QƏTL
Bu gün, 10:55
"Bu barədə ciddi şəkildə düşünməliyik" - deputat
Bu gün, 10:27
“525-ci qəzet” və "Qol.az"ın təsis günüdür
Bu gün, 10:23
Ukraynanın ikinci ən böyük şəhəri işğal olunur? - CNN
Bu gün, 10:19
7 rayonda DOST filialları təmir olunacaq - QALİB ŞİRKƏT
Bu gün, 10:13
“Uşaq Avroviziyası”nın qalibi bu ölkə oldu
Bu gün, 10:08
Buralar rəsmən yiyəsiz qalıb... - BUNUN BAŞQA ADI YOXDUR...
Bu gün, 09:58
Deputat üçün özəl gün - DOSYE
Bu gün, 09:50
Zaur Mikayılovun kadrları yeni təyinatları ilə "gül vururlar" - Qudanın tələbə yoldaşı əmisi oğluna yüksək vəzifə verib
Bu gün, 09:44
Nazir ona sual verən jurnalisti “WhatsApp”da əngəllədi - AXI NİYƏ?..
Bu gün, 09:35
İrəvandan Bakıya qarşı YENİ İTTİHAM - “Onlar Azərbaycan Xalq Cümhuriyyətinə istinadı dilə gətirirlər”
Bu gün, 09:31
Saxtakarların meydan suladığı ünvan... - REAKSİYA
Bu gün, 09:25
Azərbaycan QHT təmsilçiləri ABŞ konqresmeninin göstərişi ilə şiddətə məruz qaldılar - ŞOK BƏYANAT
Bu gün, 09:22
Antiazərbaycan və antitürk ritorikası ilə çıxış edən siyasətçilər... - Azərbaycanın düz işinə də əyri baxırlar
Bu gün, 09:18
Tanınmış həkim vəfat edib
Bu gün, 09:15
Sevinc Osmanqızının “mikrofonçuluğu” - BU NƏDİ BELƏ?
Bu gün, 09:11
"Düşmən ayağa baxar misalı ilə razı deyiləm" - FOTO
Bu gün, 09:07
Bu universitetin tələbələri təqaüdlərini ala bilmirlər - AÇIQLAMA
Bu gün, 08:59
Ukraynadakı münaqişə danışıqlar yolu ilə həll olunacaq - Pentaqon rəhbəri
Bu gün, 08:57
Fransa öz uğursuzluğu ilə barışa bilmir - FAKT BUDUR!
Bu gün, 08:49
Əgər Paşinyan Bakıya gəlsəydi... - Cəsarət çatışmazlığı
Bu gün, 08:46
Yevangelistlər iki kritik ölkə üzərindən dünyanı dəyişir - Böyük plan işə düşüb
Bu gün, 08:42
Kremlin Ermənistana pulsuz göndərdiyi silahlar – Şarmazanov
Bu gün, 08:39
Vətəndaşın 100 manatına rəsmən `ƏL QOYDU` - GİLEY
Bu gün, 02:02
Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir - Bayramınız mübarək...
Bu gün, 00:45
“Finex Kredit” BOKT-da yığıncaq keçiriləcək, Müşahidə şurasının tərkibi müzakirə ediləcək
Bu gün, 00:02
İki yerdə işləyənlər niyə hər iki işdə ayrıca icbari tibbi sığorta haqqı ödəyir? - HƏQİQƏTƏN DƏ...
Dünən, 18:00
Dövriyyələri 1 milyard manatı keçən 7 şirkət - SİYAHI
Dünən, 17:58
“Daşnaksütyun” Paşinyanı öldürmək istəyir – SENSASİON İDDİA
Dünən, 17:06
Hakimiyyətə bu şəxs hazırlanır – “Varis planı” işə düşüb
Dünən, 17:02
Azərbaycanda sabah banklar və “Azərpoçt” fəaliyyət göstərəcək - DİQQƏT
Dünən, 16:58
Zəngəzur dəhlizi ilə bağlı yenilik: -Bu halda məqbul sayıla bilər!
Dünən, 16:07
Moskva Tiflisin ümidini kəsdi - Separatçı bölgələrlə bağlı inanılmaz tələb
Dünən, 16:04
Xocalının Ballıca və Ağdərənin Həsənriz kəndlərinə köç olacaq
Dünən, 15:59
Problemlər bəllidir, onlarla mübarizəyə pul lazımdır... - COP29-dan REPORTAJ
Dünən, 15:41
Şərur Tibb Mərkəzinin Doğuş şöbəsi ləğv edilir? - AÇIQLAMA
Dünən, 15:36
"Qadın gözəl görünəndə deyirlər, bunu kim xoşbəxt edir?"
Dünən, 15:34
70 yaşdan yuxarı insanlara kredit niyə verilmir? - ŞƏRH
Dünən, 15:26
Paşinyanın beş doğrusunu aparan bir səhvi - İNCƏLƏMƏ
Dünən, 15:25
Ermənipərəst Pallone jurnalistlərin suallarından qaçdı - VİDEO
Dünən, 15:17
Paşinyanın zəmanət almaq istədiyi “strateji saziş” NƏDİR? - GƏLİŞMƏ
Dünən, 15:15
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru