Prezident İlham Əliyev Kuala Lumpur şəhərinin meri ilə .....                     Tramp gəldi: bizim üçün ən pis hadisə baş verəcək .....                     Ermənistanın Rusiyaya yeganə yolu bağlandı .....                     Prezident İlham Əliyev Beynəlxalq Kanoe, Avarçəkmə və Draqon Qayıqları federasiyalarının .....                     Prezident İlham Əliyev ABŞ Nümayəndələr Palatası üzvünün başçılıq etdiyi .....                     Tramp kürəkəninə vəzifə verəcək .....                     Bakıda kafenin qarşısında QƏTL .....                     "Bu barədə ciddi şəkildə düşünməliyik" .....                     “525-ci qəzet” və "Qol.az"ın .....                     Ukraynanın ikinci ən böyük şəhəri işğal olunur? .....                     7 rayonda DOST filialları təmir olunacaq .....                     “Uşaq Avroviziyası”nın qalibi bu ölkə oldu .....                     Buralar rəsmən yiyəsiz qalıb... .....                     Deputat üçün özəl gün .....                     Zaur Mikayılovun kadrları yeni təyinatları ilə "gül vururlar" .....                     Nazir ona sual verən jurnalisti “WhatsApp”da əngəllədi .....                     İrəvandan Bakıya qarşı YENİ İTTİHAM .....                     Saxtakarların meydan suladığı ünvan... .....                     Azərbaycan QHT təmsilçiləri ABŞ konqresmeninin göstərişi ilə şiddətə məruz qaldılar .....                     Antiazərbaycan və antitürk ritorikası ilə çıxış edən siyasətçilər... .....                     Tanınmış həkim vəfat edib .....                     Sevinc Osmanqızının “mikrofonçuluğu” .....                     "Düşmən ayağa baxar misalı ilə razı deyiləm" .....                     Bu universitetin tələbələri təqaüdlərini ala bilmirlər .....                     Ukraynadakı münaqişə danışıqlar yolu ilə həll olunacaq .....                     Fransa öz uğursuzluğu ilə barışa bilmir .....                     Əgər Paşinyan Bakıya gəlsəydi... .....                     Yevangelistlər iki kritik ölkə üzərindən dünyanı dəyişir .....                     Kremlin Ermənistana pulsuz göndərdiyi silahlar .....                     Vətəndaşın 100 manatına rəsmən `ƏL QOYDU` .....                     Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir .....                     “Finex Kredit” BOKT-da yığıncaq keçiriləcək, .....                     İki yerdə işləyənlər niyə hər iki işdə ayrıca icbari tibbi sığorta haqqı ödəyir? .....                     Dövriyyələri 1 milyard manatı keçən 7 şirkət .....                     “Daşnaksütyun” Paşinyanı öldürmək istəyir .....                     Hakimiyyətə bu şəxs hazırlanır .....                     Azərbaycanda sabah banklar və “Azərpoçt” fəaliyyət göstərəcək .....                     Zəngəzur dəhlizi ilə bağlı yenilik: .....                     Moskva Tiflisin ümidini kəsdi .....                     Xocalının Ballıca və Ağdərənin Həsənriz kəndlərinə köç olacaq .....                 

“Qisasçı deyiləm, amma günahı bağışlamıram”
Tarix: 5-11-2023, 11:01 | Çap et
“Qisasçı deyiləm, amma günahı bağışlamıram”
Onunla söhbətimiz çoxşaxəli oldu. Həm sənətdən danışdıq, həm Azərbaycanın qələbəsindən, həm də sənətin o qələbədəki rolundan.

Həmsöhbətimiz Xalq artisti Nurəddin Mehdixanlıdır.

– Bu yaxınlarda doğum gününüz oldu, təbrik edirəm, amma deyəsən qeyd etmədiniz…

– Təşəkkür edirəm. 67 yaşım tamam oldu. Düzünü deyim, doğum günü qeyd etmək, neçə yaşımın olması barədə heç vaxt düşünməmişəm. Ya buna vaxtım olmayıb, ya da maraqlı deyil. Maraqlı olan hər gün hansı işi görməyim, nə qədər faydalı olmağımdır. Bir yaş böyük, bir yaş kiçik olmağın da fərqi yoxdur, insan var ki, gəncliyindən kamildir, insan da var, yaşı çoxdur, amma düşüncəsi az. Yaş artdıqca bir çox mətləblər daha aydın görünməyə başlayır. Həyatı anlayırsan və bacardıqca yaxşılıq etmək, iş görmək, iz qoymaq istəyi də artır. Bir də mütaliə etmək tələbata çevrilir. Oxuduqlarını artıq oxumusan, oxumadıqlarını, bilmədiklərini öyrənmək üçün, bəzən axtardığını tapa bilmirsən. Azərbaycanda 5-6 müəllif var, onları oxuyanda yeni nə isə öyrənmək olur. Məsələn, Qismət, Aqşin Yenisey, Salam… bunları oxumaq çox maraqlı gəlir. Mən artıq səhnədə istədiyi obrazları oynamış bir aktyoram, oynamadıqlarımın axtarışındayam. Onu tapmaq üçün isə hökmən ədəbiyyata, dramaturgiyaya baş vurmaq lazım gəlir. Dramaturgiyada isə bu gün bir boşluq var, süstlük hökm sürür. Məsələn, çox istəyirəm ki, bir vaxtlar Ramiz Novruzun “Hələ sevirəm deməmişdilər” pyesinin tamaşasında oynadığım Vətən kişi kimi bir obraz olsun, amma bu dəfə vətənə qayıdan Vətən. Bu gün mənim gözlərim önündə xaraba qoyulmuş yurd yerləri var, bir də o yurd üçün canlarını verən oğullar. Hərəsi bir ailənin övladı idi, arzuları nakam qaldı. Onların ədəbiyyatda, dramaturgiyada, kinoda, teatr səhnəsində bədiiləşmiş obrazlarını görmək istəyirəm. Yurduna geri qayıdıb tikdiyi evi tapa bilməyən Vətən kişinin obrazını oynamaq istəyirəm. Düzdür, yaralar hələ təzədir, müharibənin səhnələşdirilməsi onu yaşayana inandırıcı olmaya bilər, ona görə də onu oynamaq olmaz, onu yaşamadan oynaya bilməzsən. Qarabağ müharibəsini bu gün səhnədə oynamağın tərəfdarı deyiləm, onu yaşayanların qarşısında oynamaq süni görünür. Ya yaşayaraq oynamalısan, ya da oynamaq olmaz.

– Vətən kişi obrazını xatırlatdınız, Ramiz Novruzun “Hələ sevirəm deməmişdilər” pyesinin tamaşasında məcburi köçkün düşən kişini. Yadımdadır, onun monoloqunu dediyiniz vaxt tamaşa zalından bir kişi səhnəyə çıxıb, sizi qucaqlayıb, ağladı…

– Mən yaşadıqlarımı oynayırdım. Məcburi köçkün düşməmişəm, qarabağlı deyiləm, amma bir qarabağlıdan artıq qarabağlıyam. Mənim doğulduğum ev yerindədir, o evdə atamın, anamın səsi, əl izləri var. Mən ora gedəndə o dünyanın içinə düşürəm, o aləmə qayıdıram, amma o dünyasını itirən minlərlə həmvətənimiz var, onları düşünməmək olmaz. Mənim yurdumda atamın, anamın qoxusu qalır, sənin yurdunda heç nə qalmayıb.

– İndi yarama niyə toxunursunuz?

– Bunu unutmayaq deyə, sağalmasın o yara. Bundan sonda, sadəcə olaraq, yaddaşımızdan muğayat olmalıyıq. Bütün başımıza gələnlərin səbəbi yaddaşsızlığımızdır. Yaddaşımıza sahib çıxaq. Yaddaş qoruyucu zirehdir.

– Yaddaşımız da işğal altında olub, yaddaşımızı silməyə çalışıblar, müəyyən qədər də nail olublar…

– Mən qisasçı deyiləm, amma günahı bağışlamıram. Erməni övladını nifrətlə böyüdür, türkün qatili kimi tərbiyə edir. Biz uşaqlarımızı vətənə sevgi ilə və beynəlmiləl ruhda böyüdürük. Ananı, bacını – vətənini qoru, deyirik. Fərqimiz budur.

– Bu yalnız tərbiyə deyil, genetik faktor da var. Biz öz doğma yurd yerlərimizdən necə çıxarıldıq, onlar indi bizim torpaqlardan necə yola salınırlar…

– Onların etdikləri yalnız günah deyil, cinayətdir. Cinayətin cəzası var. Bu gün onların başına gələnlərin, çöküşlərinin, əzilməklərinin günahkarı özləridir, verdikləri, aldıqları tərbiyədir. Müqəddəs kitabımız deyir ki, səninlə savaşanla savaşacaqsan. Bağışlamaq olar, amma 2+2-nin 4 elədiyini yadında saxlayacaqsan. Biz baş kəsmədik, qocaları, uşaqları qətlə yetirmədik. Biz torpaqlarımız azad etdik və işğalçı bu gün cavab vermək üçün istintaqa cəlb edilir. Mənim doğum günündə ölkəmdə haqq, ədalət qalıb gəlir, bundan böyük təntənə olarmı… Bu təmtəraq kimə qismət olub? Bu təmtərağı, zəfəri, ədalətin bərpasını həmişə görək deyə, böyük, güclü olmalıyıq. Bunun üçün mədəniyyət böyük qüvvədir, teatrın boynuna daha çox məsuliyyət düşür.

– Siz də bir əsgərsiniz, hər zaman əsgərin yanında oldunuz, sənətinizlə səngərlərdə oldunuz. Keçək sənətinizə, bəxti gətirən sənətkarsınız?

– O qədər də yox. Kinoda çox işim olmayıb, əsasən teatrda işləmişəm. Bizə kinoda meydan verilmədi.

– Hər halda, kinoda “Cavad xan” kimi iziniz oldu…

– Yaxşı ki, o filmə çəkilmişəm. Həyatda heç də asan olmadı mənə, harada ağıl lazım idi orda ağılla, harada güc lazım idi, orda yumruqla yol açdım. Haqlı olduğum yerdə heç kimin qabağından çəkilməmişəm. Bizim nəsil sənətdə daha çox iş görə bilərdi…

O vaxtın teatrını çox şişirdirlər, amma suflyor teatrına yaxşı demək olar? Bu gün aktyor səhnədə 60-cı illərin aktyoru kimi danışsa, onu fitə basarlar. Bizim nəsil teatra yeni nəfəs gətirdi. Özümüzdən əvvəlki sənətkarlara aşağıdan yuxarı baxırdıq. Bizim dövrdə meyllər dəyişdi. Diplom tamaşama baxan Tofiq Kazımov məni Milli Dram Teatrına dəvət etdi. Əsgərlikdən qayıdandan sonra ancaq kütləvi səhnələrə çıxırdım. İlk böyük rolum İlyas Əfəndiyevin “Unuda bilmirəm” pyesinin tamaşasında Kamran olub. Tamaşaçı məni bu rolla sevdi. Bu tamaşada 565 dəfə oynamışam. Sənət taleyimə görə müəllimlərimə borcluyam, ilk növbədə Adil İsgəndərova borcluyam. Təkcə öyrətmədi, həm də sənəti sevdirdi o kişi. Deyirdi, qada, böyük sənəti böyük kişilər yarada bilər.

Bu gün deyirlər ki, teatrda tənəzzül var. Məgər başqa sahələrdə elə deyil? Azərbaycan müharibə aparırdı, hər sahədə tənəzzül vardı. Teatr aktyorlarını sənətdə Ulu öndərin təsisi etdiyi mükafatlar saxladı.

– Bu gün teatrın əsas problemi nədir?

– Teatr bu gün də yaşayır və yaşadır. Problem teatrda bir dəfə də olsun olmayanın teatrın olmaması barədə iddialı fikir deməyidir. Bu gün teatr da var, sənətkar da. Aktyor da var, rejissor da. İnkişaf yoluna qədəm qoymuşuq, hər şey yaxşı olacaq. Nə qədər gücüm, bacarığım var, teatr sənətinə xidmət edəcəm. Milli Dram Teatrında yaxşı işlər, gözəl hadisələr olacaq. Teatr çox böyük mədəniyyətdir, onu yüksəldib zirvələrdə saxlaya bilsək, millətin mədəni səviyyəsi də yüksək olar.

– İstədiyimiz budur, zatən, bu ümidlə və arzu ilə sağollaşaq sizinlə.

Ramilə Qurbanlı
Pressklub.az








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Prezident İlham Əliyev Kuala Lumpur şəhərinin meri ilə görüşüb
Bu gün, 12:25
Tramp gəldi: bizim üçün ən pis hadisə baş verəcək – Sərkisyan
Bu gün, 12:22
Ermənistanın Rusiyaya yeganə yolu bağlandı
Bu gün, 12:19
Prezident İlham Əliyev Beynəlxalq Kanoe, Avarçəkmə və Draqon Qayıqları federasiyalarının prezidentləri ilə görüşüb
Bu gün, 12:16
Prezident İlham Əliyev ABŞ Nümayəndələr Palatası üzvünün başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb
Bu gün, 12:14
Tramp kürəkəninə vəzifə verəcək
Bu gün, 11:03
Bakıda kafenin qarşısında QƏTL
Bu gün, 10:55
"Bu barədə ciddi şəkildə düşünməliyik" - deputat
Bu gün, 10:27
“525-ci qəzet” və "Qol.az"ın təsis günüdür
Bu gün, 10:23
Ukraynanın ikinci ən böyük şəhəri işğal olunur? - CNN
Bu gün, 10:19
7 rayonda DOST filialları təmir olunacaq - QALİB ŞİRKƏT
Bu gün, 10:13
“Uşaq Avroviziyası”nın qalibi bu ölkə oldu
Bu gün, 10:08
Buralar rəsmən yiyəsiz qalıb... - BUNUN BAŞQA ADI YOXDUR...
Bu gün, 09:58
Deputat üçün özəl gün - DOSYE
Bu gün, 09:50
Zaur Mikayılovun kadrları yeni təyinatları ilə "gül vururlar" - Qudanın tələbə yoldaşı əmisi oğluna yüksək vəzifə verib
Bu gün, 09:44
Nazir ona sual verən jurnalisti “WhatsApp”da əngəllədi - AXI NİYƏ?..
Bu gün, 09:35
İrəvandan Bakıya qarşı YENİ İTTİHAM - “Onlar Azərbaycan Xalq Cümhuriyyətinə istinadı dilə gətirirlər”
Bu gün, 09:31
Saxtakarların meydan suladığı ünvan... - REAKSİYA
Bu gün, 09:25
Azərbaycan QHT təmsilçiləri ABŞ konqresmeninin göstərişi ilə şiddətə məruz qaldılar - ŞOK BƏYANAT
Bu gün, 09:22
Antiazərbaycan və antitürk ritorikası ilə çıxış edən siyasətçilər... - Azərbaycanın düz işinə də əyri baxırlar
Bu gün, 09:18
Tanınmış həkim vəfat edib
Bu gün, 09:15
Sevinc Osmanqızının “mikrofonçuluğu” - BU NƏDİ BELƏ?
Bu gün, 09:11
"Düşmən ayağa baxar misalı ilə razı deyiləm" - FOTO
Bu gün, 09:07
Bu universitetin tələbələri təqaüdlərini ala bilmirlər - AÇIQLAMA
Bu gün, 08:59
Ukraynadakı münaqişə danışıqlar yolu ilə həll olunacaq - Pentaqon rəhbəri
Bu gün, 08:57
Fransa öz uğursuzluğu ilə barışa bilmir - FAKT BUDUR!
Bu gün, 08:49
Əgər Paşinyan Bakıya gəlsəydi... - Cəsarət çatışmazlığı
Bu gün, 08:46
Yevangelistlər iki kritik ölkə üzərindən dünyanı dəyişir - Böyük plan işə düşüb
Bu gün, 08:42
Kremlin Ermənistana pulsuz göndərdiyi silahlar – Şarmazanov
Bu gün, 08:39
Vətəndaşın 100 manatına rəsmən `ƏL QOYDU` - GİLEY
Bu gün, 02:02
Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir - Bayramınız mübarək...
Bu gün, 00:45
“Finex Kredit” BOKT-da yığıncaq keçiriləcək, Müşahidə şurasının tərkibi müzakirə ediləcək
Bu gün, 00:02
İki yerdə işləyənlər niyə hər iki işdə ayrıca icbari tibbi sığorta haqqı ödəyir? - HƏQİQƏTƏN DƏ...
Dünən, 18:00
Dövriyyələri 1 milyard manatı keçən 7 şirkət - SİYAHI
Dünən, 17:58
“Daşnaksütyun” Paşinyanı öldürmək istəyir – SENSASİON İDDİA
Dünən, 17:06
Hakimiyyətə bu şəxs hazırlanır – “Varis planı” işə düşüb
Dünən, 17:02
Azərbaycanda sabah banklar və “Azərpoçt” fəaliyyət göstərəcək - DİQQƏT
Dünən, 16:58
Zəngəzur dəhlizi ilə bağlı yenilik: -Bu halda məqbul sayıla bilər!
Dünən, 16:07
Moskva Tiflisin ümidini kəsdi - Separatçı bölgələrlə bağlı inanılmaz tələb
Dünən, 16:04
Xocalının Ballıca və Ağdərənin Həsənriz kəndlərinə köç olacaq
Dünən, 15:59
Problemlər bəllidir, onlarla mübarizəyə pul lazımdır... - COP29-dan REPORTAJ
Dünən, 15:41
Şərur Tibb Mərkəzinin Doğuş şöbəsi ləğv edilir? - AÇIQLAMA
Dünən, 15:36
"Qadın gözəl görünəndə deyirlər, bunu kim xoşbəxt edir?"
Dünən, 15:34
70 yaşdan yuxarı insanlara kredit niyə verilmir? - ŞƏRH
Dünən, 15:26
Paşinyanın beş doğrusunu aparan bir səhvi - İNCƏLƏMƏ
Dünən, 15:25
Ermənipərəst Pallone jurnalistlərin suallarından qaçdı - VİDEO
Dünən, 15:17
Paşinyanın zəmanət almaq istədiyi “strateji saziş” NƏDİR? - GƏLİŞMƏ
Dünən, 15:15
Qarabağ Universitetinində ilk sədr SEÇKİSİ
Dünən, 15:10
“Prezident” doğulduğu kəndə qaçdı: - Qafqazda ikinci Kələki olayı
Dünən, 14:57
Mağazalardakı “Qara cümə” FIRILDAĞI – Nələri bilməliyik?
Dünən, 14:52
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru