Tramp kürəkəninə vəzifə verəcək .....                     Bakıda kafenin qarşısında QƏTL .....                     "Bu barədə ciddi şəkildə düşünməliyik" .....                     “525-ci qəzet” və "Qol.az"ın .....                     Ukraynanın ikinci ən böyük şəhəri işğal olunur? .....                     7 rayonda DOST filialları təmir olunacaq .....                     “Uşaq Avroviziyası”nın qalibi bu ölkə oldu .....                     Buralar rəsmən yiyəsiz qalıb... .....                     Deputat üçün özəl gün .....                     Zaur Mikayılovun kadrları yeni təyinatları ilə "gül vururlar" .....                     Nazir ona sual verən jurnalisti “WhatsApp”da əngəllədi .....                     İrəvandan Bakıya qarşı YENİ İTTİHAM .....                     Saxtakarların meydan suladığı ünvan... .....                     Azərbaycan QHT təmsilçiləri ABŞ konqresmeninin göstərişi ilə şiddətə məruz qaldılar .....                     Antiazərbaycan və antitürk ritorikası ilə çıxış edən siyasətçilər... .....                     Tanınmış həkim vəfat edib .....                     Sevinc Osmanqızının “mikrofonçuluğu” .....                     "Düşmən ayağa baxar misalı ilə razı deyiləm" .....                     Bu universitetin tələbələri təqaüdlərini ala bilmirlər .....                     Ukraynadakı münaqişə danışıqlar yolu ilə həll olunacaq .....                     Fransa öz uğursuzluğu ilə barışa bilmir .....                     Əgər Paşinyan Bakıya gəlsəydi... .....                     Yevangelistlər iki kritik ölkə üzərindən dünyanı dəyişir .....                     Kremlin Ermənistana pulsuz göndərdiyi silahlar .....                     Vətəndaşın 100 manatına rəsmən `ƏL QOYDU` .....                     Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir .....                     “Finex Kredit” BOKT-da yığıncaq keçiriləcək, .....                     İki yerdə işləyənlər niyə hər iki işdə ayrıca icbari tibbi sığorta haqqı ödəyir? .....                     Dövriyyələri 1 milyard manatı keçən 7 şirkət .....                     “Daşnaksütyun” Paşinyanı öldürmək istəyir .....                     Hakimiyyətə bu şəxs hazırlanır .....                     Azərbaycanda sabah banklar və “Azərpoçt” fəaliyyət göstərəcək .....                     Zəngəzur dəhlizi ilə bağlı yenilik: .....                     Moskva Tiflisin ümidini kəsdi .....                     Xocalının Ballıca və Ağdərənin Həsənriz kəndlərinə köç olacaq .....                     Problemlər bəllidir, onlarla mübarizəyə pul lazımdır... .....                     Şərur Tibb Mərkəzinin Doğuş şöbəsi ləğv edilir? .....                     "Qadın gözəl görünəndə deyirlər, bunu kim xoşbəxt edir?" .....                     70 yaşdan yuxarı insanlara kredit niyə verilmir? .....                     Paşinyanın beş doğrusunu aparan bir səhvi .....                 

"Verilişlərin ciddiliyinə, onların auditoriyaya təsirinə çox diqqətlə yanaşılmalıdır" - ÇAĞIRIŞ
Tarix: 7-11-2023, 07:53 | Çap et
"Verilişlərin ciddiliyinə, onların auditoriyaya təsirinə çox diqqətlə yanaşılmalıdır"
6 noyabr Azərbaycanda Radio və Televiziya işçilərinin peşə bayramı günüdür. Olduqca əlamətdar olan bu tarixi hadisənin - ölkəmizdə ilk dəfə radio verilişlərinin yayıma başlamasının 97-ci ili tamam olur.
1926-cı ilin məhz bu günündə “Danışır Bakı!” - paytaxt küçələrində və meydanlarında qurulmuş reproduktorlardan eşidilən ilk səs olaraq tarixə düşüb.
Ölkəmizdə ilk dəfə radio verilişlərinin yayıma başlaması da məhz bu tarixi hadisə ilə birbaşa bağlıdır. Radionun fəaliyyətə başlaması ölkəmizin media tarixində həm də tele-radionun yaranması kimi qəbul olunur.
Radionun ilk azərbaycanlı kişi diktoru Azərbaycan Politexnik İnstitutunun tələbəsi İsmayıl Əlibəyov, ilk azərbaycanlı qadın diktoru isə Azərbaycan Dövlət Darülfünunun hüquq-iqtisad fakültəsinin tələbəsi Raya İmanzadə olub. 1927-ci ilin payızında İsmayıl Əlibəyov baş diktor vəzifəsinə təyin edilib.
Azərbaycan radiosunun inkişaf etdiyi sonrakı mərhələdə isə Fatma Cabbarova, Züleyxa Hacıyeva, Gültəkin Cabbarlı, Aydın Qaradağlı, Nizami Məmmədov, Sabutay Quliyev, Ramiz Mustafayev kimi peşəkar diktorlar ölkəmizin radio məkanına öz zəngin töhfələrini veriblər.
Bakı Televiziya Mərkəzinin tikintisinə isə 1953-cü ildə başlanılıb. 3 il sonra isə Bakıda televiziya yayımı üçün polad bloklardan yığılmış ilk 180 metrlik qüllə qurulub. 1956-cı il fevralın 14-də Azərbaycan Televiziyası fəaliyyətə başlayıb. 1973-cü ildən başlayaraq paytaxtda televiziya verilişləri rəngli təsvirlərlə yayımlanıb. Respublikada yayımlanan verilişlərin sayını artırmaq üçün yeni teleqüllənin tikintisinə isə 1981-ci ildə start verilib. 1996-cı ildə Teleqüllə istismara verilib. 2008-ci ildə isə Teleqüllə kompleksində əsaslı yenidənqurma işləri həyata keçirilməyə başlanılıb.
Görülən tədbirlər nəticəsində kompleks ən qabaqcıl rabitə avadanlıqları ilə təchiz olunub. Ümumi hündürlüyü 310 metr, çəkisi 40 min ton olan Teleqüllə dəniz səviyyəsindən 136 metr hündürlükdə yerləşir. Kompleksin beton hissəsi 200 metr, metal hissəsi isə 110 metrdir. Qüllənin üzərində milli ornamentli 4 şəbəkə yerləşir ki, bunların hər biri bir qütbə istiqamətlənib.
Azərbaycan Televiziyası yaranandan sonra isə bu tarix təkcə radionun deyil, teleradionun yaranma günü kimi qeyd olunmağa başlayıb. Bakı Televiziya Studiyası ilk dəfə 1956-cı il fevralın 14-də efirə çıxıb. İlk veriliş günü ekranda mərhum sənətkarımız Nəcibə Məlikova görünüb və o, çıxışına “Göstərir Bakı” sözləri ilə başlayıb. Həmin gün televiziyada “Bəxtiyar” bədii filmi nümayiş etdirilib.
Hazırda Azərbaycanda ümumrespublika, regional, kabel, internet və peyk televiziyaları, habelə ümumrespublika və regional radiolar fəaliyyət göstərir.
Ölkəmizdə radio və televiziya sahəsinin inkişafı hər zaman dövlətin diqqət mərkəzində saxlanılmaqdadır. Bu sahədə inkişafın təmin edilməsi istiqamətində hər zaman lazımi tədbirlər görülməkdədir. “Media haqqında” Qanuna əsasən, hazırda audiovizual media sahəsini tənzimləyən orqan Azərbaycan Respublikası Audiovizual Şurasıdır.
Teleradio milli mədəniyyətimizin ən yaxşı nümunələrini üzə çıxarır, xalqımızı dünyaya təqdim etməklə yanaşı, dünya ölkələrinin ən gözəl mədəniyyət, incəsənət, elm, təhsil, mənəviyyat nümunələrini yerli tamaşaçılara çatdıraraq onların intellektual səviyyəsinin, zövqünün zənginləşməsi prosesində iştirak edir.
Azərbaycan Televiziya və Radiosunun yaranmasının ildönümü ərəfəsində efir jurnalistikasının keçib gəldiyi yol, uğurları və qarşıda duran hədəfləri iri planda diqqəti cəlb edir, yeni yanaşmalarla aktuallaşır.
Bu məqsədlə bu sahənin peşəkarlarından olan professor Qulu Məhərrəmli ilə əlaqə saxlayıb ustadın fikirlərini öyrəndik.
Qulu müəllim “Sherg.az"a açıqlamasında deyib ki, 6 noyabrın teleradio işçiləri günü kimi qeyd olunması əlamətdar hadisədir:
“Bu günün televiziya və radio işçilərinin peşə günü kimi qeyd edilməsi bir növ bu sahənin hesabatıdır. Həm də bu gün sözügedən sahə ilə bağlı problem və çatışmazlıqlara diqqət yetirilməsi üçün əsas yaradır. 97 il bundan əvvəl- 1926-cı il noyabrın 6-da Azərbaycanda ilk dəfə Bakı radiosu müntəzəm yayıma başlayıb. Əvvəllər gündə 2 saat olmaqla həftədə 2-3 dəfə, daha sonra isə gündəlik yayıma keçilib. Həmin dövrdə insanlar radionu bir möcüzə kimi qarşılayıb. Küçələrdə quraşdırılmış radio qurğuları, onlardan çıxan səs, cihazların dil açıb danışması onlara çox qəribə gəlib. Bu, doğrudan da, Azərbaycan cəmiyyəti üçün ciddi texnoloji hadisə idi. Sovet hökuməti də insanlara qəribə gələn bu texnologiyadan məharətlə və çevik şəkildə təbliğat maşını kimi istifadə etməyə başladı. Radionu ideoloji silaha çevirməklə İkinci Dünya müharibəsi zamanı xalqın səfərbər olmasına, qələbəyə nail oldular”.
Q.Məhərrəmlinin sözlərinə görə, 1950-ci illərdən sonra radio televiziya ilə rəqabət şəraitində fəaliyyət göstərdi. Sonra isə rəngli televiziya sistemlərinin işə düşməsi ilə televiziyalar radionun önünə keçdi: “Televiziya radionun ictimai həyata təsiri gücləndikdə sovet ideoloji sistemi bu kanallar vasitəsilə Marksizm və Leninizm ideologiyalarını yaymaqla məşğul idilər. Bu təbliğatın fonunda zərif bir xətt kimi olsa da, televiziya, radio xalqın mədəniyyətinin təbliğində, yeni mədəniyyətin yaranmasında, musiqi tariximizdə ciddi rol oynayıb. Azərbaycan mədəniyyətinin tərəqqisinə, onun təbliğinə, musiqimizin cilalanmasına, xüsusən ədəbi dilin, onun qaydalarının möhkəmlənməsinə ciddi kömək edib. Bütün bunlar da onun tarixi xidmətləri siyahısındadır”.
Televiziyanın bir növ vitrin rolunu oynadığını vurğulayan professor deyib ki, yaxşı nə varsa, məhz bu vitrin vasitəsilə cəmiyyətə aşılanmalıdır: “Lakin çox təəssüflə qeyd etməliyəm ki, efir məkanı ilə bağlı tamaşaçılar arasında kütləvi narazılıq var. Bəzi kanalların milli dəyərlərə qarşı yönəlməsi, mentalitetimizə uyğun olmayan mövzuların süni şəkildə gündəmə gətirilməsi, bayağı verilişlərin sayının gündən-günə artması tamaşaçıları televiziyadan uzaqlaşdırır. Aparıcıların peşəkarlığının aşağı düşməsindən, yayımlanan proqramlarda mötəbərliyin itməsi, auditoriyanın seyrəlməsi televiziyanın yaşadığı əsas problemlərdir. Bunların həlli üçün də atılmalı olan iki vacib addım var. Yüksək səviyyədə peşəkarlıq təmin olunmalıdır. Televiziyaların, xüsusən də özəl televiziyaların maliyyə məsələsi ciddi şəkildə həll olunmalıdır, televiziyalarda peşəkarlıqla bağlı ciddi tələblər qoyulmalıdır. Bunun da yolu sərbəst reklam bazarından keçir. Azərbaycanda reklam bazarının inkişafına və böyüməsinə ciddi ehtiyac var. Sosial çarxların xüsusi çəkisi artmalıdır ki, TV-lər bu xalqın, onun mədəniyyətinin güzgüsünə çevrilə bilsin. Axı bizim üçün televiziya, radio, ilk növbədə mədəniyyət, nitq mədəniyyəti, estetik dəyərlər təbliğatçısıdır. Hər bir televiziya kanalı auditoriya qarşısında, cəmiyyət qarşısında öz məsuliyyətini dərk etməlidir. Verilişlərin ciddiliyinə, onların auditoriyaya təsirinə çox diqqətlə yanaşılmalıdır. Heç bir halda televiziya, radio məişət səviyyəsinə enə bilməz. Onun özünün ciddi ölçüləri və meyarları var. O meyarları və peşəkarlığı qorumaq vacibdir”.
//sherg.az//


ŞƏRHİMİZ: Gerçəkdən də bu gün Azərbycan telekanallarının cəmiyyət üçün MÜƏLLİM rolunu oynamaması dərd deyil... Dərd odur ki, onlar PİS ŞAGİRD kimi təhlükə saçmaqdadırlar...








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Tramp kürəkəninə vəzifə verəcək
Bu gün, 11:03
Bakıda kafenin qarşısında QƏTL
Bu gün, 10:55
"Bu barədə ciddi şəkildə düşünməliyik" - deputat
Bu gün, 10:27
“525-ci qəzet” və "Qol.az"ın təsis günüdür
Bu gün, 10:23
Ukraynanın ikinci ən böyük şəhəri işğal olunur? - CNN
Bu gün, 10:19
7 rayonda DOST filialları təmir olunacaq - QALİB ŞİRKƏT
Bu gün, 10:13
“Uşaq Avroviziyası”nın qalibi bu ölkə oldu
Bu gün, 10:08
Buralar rəsmən yiyəsiz qalıb... - BUNUN BAŞQA ADI YOXDUR...
Bu gün, 09:58
Deputat üçün özəl gün - DOSYE
Bu gün, 09:50
Zaur Mikayılovun kadrları yeni təyinatları ilə "gül vururlar" - Qudanın tələbə yoldaşı əmisi oğluna yüksək vəzifə verib
Bu gün, 09:44
Nazir ona sual verən jurnalisti “WhatsApp”da əngəllədi - AXI NİYƏ?..
Bu gün, 09:35
İrəvandan Bakıya qarşı YENİ İTTİHAM - “Onlar Azərbaycan Xalq Cümhuriyyətinə istinadı dilə gətirirlər”
Bu gün, 09:31
Saxtakarların meydan suladığı ünvan... - REAKSİYA
Bu gün, 09:25
Azərbaycan QHT təmsilçiləri ABŞ konqresmeninin göstərişi ilə şiddətə məruz qaldılar - ŞOK BƏYANAT
Bu gün, 09:22
Antiazərbaycan və antitürk ritorikası ilə çıxış edən siyasətçilər... - Azərbaycanın düz işinə də əyri baxırlar
Bu gün, 09:18
Tanınmış həkim vəfat edib
Bu gün, 09:15
Sevinc Osmanqızının “mikrofonçuluğu” - BU NƏDİ BELƏ?
Bu gün, 09:11
"Düşmən ayağa baxar misalı ilə razı deyiləm" - FOTO
Bu gün, 09:07
Bu universitetin tələbələri təqaüdlərini ala bilmirlər - AÇIQLAMA
Bu gün, 08:59
Ukraynadakı münaqişə danışıqlar yolu ilə həll olunacaq - Pentaqon rəhbəri
Bu gün, 08:57
Fransa öz uğursuzluğu ilə barışa bilmir - FAKT BUDUR!
Bu gün, 08:49
Əgər Paşinyan Bakıya gəlsəydi... - Cəsarət çatışmazlığı
Bu gün, 08:46
Yevangelistlər iki kritik ölkə üzərindən dünyanı dəyişir - Böyük plan işə düşüb
Bu gün, 08:42
Kremlin Ermənistana pulsuz göndərdiyi silahlar – Şarmazanov
Bu gün, 08:39
Vətəndaşın 100 manatına rəsmən `ƏL QOYDU` - GİLEY
Bu gün, 02:02
Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir - Bayramınız mübarək...
Bu gün, 00:45
“Finex Kredit” BOKT-da yığıncaq keçiriləcək, Müşahidə şurasının tərkibi müzakirə ediləcək
Bu gün, 00:02
İki yerdə işləyənlər niyə hər iki işdə ayrıca icbari tibbi sığorta haqqı ödəyir? - HƏQİQƏTƏN DƏ...
Dünən, 18:00
Dövriyyələri 1 milyard manatı keçən 7 şirkət - SİYAHI
Dünən, 17:58
“Daşnaksütyun” Paşinyanı öldürmək istəyir – SENSASİON İDDİA
Dünən, 17:06
Hakimiyyətə bu şəxs hazırlanır – “Varis planı” işə düşüb
Dünən, 17:02
Azərbaycanda sabah banklar və “Azərpoçt” fəaliyyət göstərəcək - DİQQƏT
Dünən, 16:58
Zəngəzur dəhlizi ilə bağlı yenilik: -Bu halda məqbul sayıla bilər!
Dünən, 16:07
Moskva Tiflisin ümidini kəsdi - Separatçı bölgələrlə bağlı inanılmaz tələb
Dünən, 16:04
Xocalının Ballıca və Ağdərənin Həsənriz kəndlərinə köç olacaq
Dünən, 15:59
Problemlər bəllidir, onlarla mübarizəyə pul lazımdır... - COP29-dan REPORTAJ
Dünən, 15:41
Şərur Tibb Mərkəzinin Doğuş şöbəsi ləğv edilir? - AÇIQLAMA
Dünən, 15:36
"Qadın gözəl görünəndə deyirlər, bunu kim xoşbəxt edir?"
Dünən, 15:34
70 yaşdan yuxarı insanlara kredit niyə verilmir? - ŞƏRH
Dünən, 15:26
Paşinyanın beş doğrusunu aparan bir səhvi - İNCƏLƏMƏ
Dünən, 15:25
Ermənipərəst Pallone jurnalistlərin suallarından qaçdı - VİDEO
Dünən, 15:17
Paşinyanın zəmanət almaq istədiyi “strateji saziş” NƏDİR? - GƏLİŞMƏ
Dünən, 15:15
Qarabağ Universitetinində ilk sədr SEÇKİSİ
Dünən, 15:10
“Prezident” doğulduğu kəndə qaçdı: - Qafqazda ikinci Kələki olayı
Dünən, 14:57
Mağazalardakı “Qara cümə” FIRILDAĞI – Nələri bilməliyik?
Dünən, 14:52
Naxçıvanda gerçək durum: Bazarlar da boş qalıb... - "Satıcı var, mal da var, alıcı yox..."
Dünən, 14:47
Ölkə COP29 şölənində... “Az-Lead” MMC ekoloji böhran yaradır... - vergi borcu da KƏLLƏ-ÇARXDA...
Dünən, 14:38
Xameneyini əvəzləmək üçün düymə basılıb? - NƏ BAŞ VERİR?
Dünən, 14:19
Mənzil sahibi ilə icarəçilər arasında kirayə haqqı davası... - Qanun nə deyir?
Dünən, 14:16
Təbii qaza limit təyin etmək, anlaşılan deyil - ETİRAZ VAR...
Dünən, 14:13
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru