Kənd təsərrüfatı: Subsidiyalar özünü niyə doğrultmur? .....                     Qızların evlənmə yaşının 9 -a salınması istismarçı ruhani təbəqənin nəfsi istəkləri naminədir .....                     “Xəstəxana nədir bilmirəm, heç kimə pislik etməmişəm” .....                     Türk dünyası üçün ortaq valyuta YARADILA BİLƏR .....                     Fransa meydan oxudu .....                     “Sirab”la bağlı sirli məqam: hara yoxa çıxdı? .....                     BOKT “İnternational”ın istiqrazlarına üç investor müştəri çıxıb .....                     "Onlar korrupsiyaya görə istefaya məcbur edilib" .....                     Çağırışçını qətlə yetirən Ərəstun Ərəbov .....                     NCQG üzrə real nəticəyə nail olmalıyıq .....                     “La Gazette du Caucase” fransız siyasətçilərini COP29 ilə bağlı ermənipərəst mövqeyinə görə qınayıb .....                     Qiymətlər insanları daha kiçik mənzillər seçməyə məcbur edir .....                     Bakıda biznesmenin evindən seyf oğurlandı .....                     Avropa Şurasının Komissarı İlham Əliyevə məktub yazıb... .....                     Tarixi film istehsalında SÜKUNƏT: .....                     Müharibə ilə bağlı bədbin proqnoz: .....                     Paşinyan papa ilə görüşdə: .....                     Müharibə veteranlarına verilən 80 manat bu tarixdən artacaq .....                     Azərbaycan düşməni olan şovinistdən .....                     Azərbaycanda mənzil almaq üçün təxminən 20 il yemədən-içmədən işləmək lazımdır .....                     Ermənistan sülhə addım atmaqdansa, əksinə mövqe nümayiş etdirir .....                     Neft niyə 70 dollardan götürüldü: .....                     Rusiya Ukraynaya ballistik raketlə zərbə endirib, 8 ölü, 40-dan çox yaralı var .....                     “Özüm Abxaziyada olmuşam; vəziyyətdən çox narazıdırlar, iqtisadi durum ağırdır...” .....                     Bakıdan Qarabağa necə getmək olar: .....                     Qarabağ müharibəsində itkin düşən dinc ahalinin harada olduğu hələ də bəlli deyil .....                     Berlin Kiyevə "Mini-Taurus" lar verəcək .....                     Türkiyə İsraillə TEZ ANLAŞSIN... .....                     Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublikası Komitəsində özbaşınalıq .....                     Qazaxdan Araza qədər yol belə açılacaq... .....                     Azərbaycanda ət və ət məhsullarının qiyməti necə dəyişib? .....                     Azərbaycanda xarici logistika şirkəti ləğv edilir .....                     Bakıda toylar bu tarixdə başlayacaq .....                     Orxan Cəlilov işdən çıxarıldı .....                     Paşinyan seçkilərə belə hazırlaşır .....                     Gələn ilin büdcəsi NƏ VƏD EDİR?.. .....                     Rusiyada azərbaycanlı tələbələrə qarşı “Yaşasın Azərbaycan!” şüarına görə cinayət işi açıldı .....                     “Mənə demişdilər, gəl, səni pulla filankəslə sevgili edək” .....                     General-leytenant yeni rəis təyin etdi .....                     Zamin Əliyev Azərbaycanın Qars şəhərindəki baş konsulu təyin edilib .....                 

“Bir sənətçi 40 yaşına çatıb və hələ də kredit ödəyirsə, hansı arzusu ola bilər?”
Tarix: 21-02-2014, 09:12 | Çap et
“Bir sənətçi 40 yaşına çatıb və hələ də kredit ödəyirsə, hansı arzusu ola bilər?”
Deyirlər, insanın taleyini bir çox amillər təyin edir. Kiminin adı onun həyat missiyasını müəyyənləşdirir, kimi seçdiyi sənətin açdığı cığırlarla addımlayır.

Bugünkü qonağım aktyor və şoumendir. Əsasən komik rolların ifaçısı kimi çöhrələrə təbəssüm bəxş etməklə məşğul olur. Bəzən özü ürəkdən gülə bilməsə də, güldürmək və xoş ovqat yaratmaq missiyalarının öhdəsindən gələ bilir. Adı Azər Axşamdır.

- Özünü təqdim edərdin?

- Aktyor, şoumen Azər Axşam. 1973-cü ildə Qax rayonunda anadan olmuşam. Ailədə 4 uşaq idik. Oyunbazlıq, artistlik etməyə uşaq vaxtından başlamışam. Ailədə bu sənəti tək mən seçmişəm. Ailəliyəm, 2 övladım var.

- Təqdimata ehtiyacın varmı?
- Hər bir kəsin təqdimata ehtiyacı var, anlamlı şəkildə.

- Aparıcılarda sevdiyin və ya sevmədiyin hansı xüsusiyyətlər var?
- Biri var aparıcı, biri var şoumen. Bunlar mənim üçün başqa-başqa şeylərdi. Çox vaxt bizdə qarışdırırlar, ya hamıya aparıcı deyirlər, ya da şoumen. Yəni bunu fərqləndirmək lazımdır. Bunlar seçilməlidi. Artıq televiziyalarda da itib bunlar. Baxırsan, aparıcı şoumenlik edir. Ümumiyyətlə, maraqsız aparıcıları xoşlamırsan. Bir də görürsən uyğun geyinmirlər. Təbii ki, kişilərə şamil edirəm sözlərimi. Hər bir insanın verilişə görə geyim tərzi olmalıdır. Azər Axşam 23-24 yaşında geyindiyi tərzdə 40 yaşında geyinə bilməz. O geyimin yeri yoxdu. Geyinsə də, o geyimin mənası olmalıdı. Nə istəyirsən elə, amma onun cavabını verməlisən. Əsas odur ki, insan özü olmalıdı.

- Özündə sevmədiyin hansı xüsusiyyətlər var?
- Çox təəssüf edirəm ki, özümü gözə soxa bilmirəm.

- Neçə ildir bu sənətdəsən?
- Artıq 15 ildi bu sənətdəyəm. Amma bir də görürsən ki, 1-2 il veriliş aparan insan özünü elə aparır ki, guya sən ondan dərs almısan. İnsanların bir-birinə, yaşına, sənətinə hörmət və sayğısı itib. Mənim az yaşım yoxdu. Məndən öndə Çina, Qorxmazdı, qalanları hamısı məndən sonra gələnlərdi. Şoumendən gedir ha söhbət. Mən indiyə kimi nə Çinaya, nə Qorxmaza sayğısızlıq etməmişəm, etmərəm də və yaxud heç vaxt demərəm ki, əşi onlar kimdi e. Mən Azər Axşam onlara baxıb nəsə götürmüşəm, püxtələşmişəm, sonra da Rusiyanın televiziya kanallarına baxmışam. Şükürlər olsun ki, mən heç kimə özümü bənzətməyərək Azər Axşam oldum. Amma baxırsan ki, bir ay çıxır efirə, səhər səni görəndə deyir, salam, Azər. Baxırsan ki, məndən 15 yaş kiçikdi. Elə bil ki, mənimlə bağçada bir olub. Bu sayğısızlıq bizi uçuruma aparır.

- Səndən sonra sənətə gələnlərin bir çoxu ad alıb. Bu ruhdan salmır ki səni?

- Gəl reallığa baxaq. Azər Axşamı heç bir serialda görmürlər. Əvvəl görürdünüz, indi yox. İndi seriallara ucuz aktyorlar axtarırlar, maksimum 50 manat versinlər. Bilirlər ki, Azər gəlib 50 manata heç vaxt çəkilməyəcək. İnanın, heç kimsə qıraqdan Azərlə maraqlanmır ki, bunu niyə çəkmirsiniz seriala. Söhbət tək Azərdən getmir, o qədər savadlı, yüksək səviyyəli aktyorlarımız var ki, indi onların nə vecinə Azər çəkilsin, çəkilməsin. Niyə Azərə 300-400 manat versin ki? Bir şey ki mal əti ilə qoyun ətinin qiymətindəki fərq kimidi. Mal əti alıb, qoyun əti kimi heç nə hazırlaya bilməzsən. Düzdü? Bu gün Azərbaycanda seriallar öz rejissorluq məktəbini böyütmək, serialı daha yuxarıya qaldırmaq üçün çəkilmir axı. Hamı asanlıqla pul qazanmaq istəyir. Fakt belədi.

- Mənim fikrimcə, indiki seriallarda professional aktyorlar çox azdır və ya heç yoxdur. Prodüserlər öz qohum-əqrəbalarını çəkirlər. Razısanmı mənimlə?
- Mən bu fikirlə tam razıyam. O, ucuz başa gəlir, çox pul ödəmək lazım gəlmir. Aktyor olmayanı aktyor edirlər. Onlar da efirə 1-2 dəfə çıxandan sonra deyirlər, mən ulduzam. O gün bir nəfər Xəzər TV-yə gələndə məni görüb deyir ki, salam, sənətkar, necəsən? Dedim, əstəğfürullah, sənətkar sənsən. “Aaa, Azər müəllim, niyə belə deyirsiniz?” deyə təəccübləndi. Dedim, sənətkar mən olsaydım, seriala məni çəkərdilər, səni yox. Qaldı belə. Çünki Azərə veriləcək 200 manat qarşısında 4 dənə aktyor çəkərlər. 14 faiz serialın reytinqi var, bəsdir. Yeri gələndə, televiziya da haqlı çıxacaq ki, 14-12 faiz reytinq verir. Heç mən Azəri çəkmirəm, mənim seriallarımın reytinqi var. Vəssalam.

- Bəs toylara necə, şoumen kimi dəvət alırsan?
- Olur. Dövlət tədbirlərinə də dəvət alıram. Düzdü, həftə səkkizlə olmur. Çağıranda da gedirəm. Toy da bizim folklorumuzdu. Mən sənətə toya görə gəlməmişəm. Mən toya gedirəm və heç kim deyə bilməz ki, Azər toy apara bilmir. Bir-iki adam olar ki, məndən yaxşı aparsın. O da Sovet dönəminin tamadası olar. Mən inanmıram ki, kimsə desin, Azər toyu apara bilmir. Bilirsən, indi tamaşaçı da efirə baxıb çağırmır axı. Kimə necə sərf edir, onu da edir. Ən böyük bəla aparıcı ilə şoumeni qatışdırmalarıdır. Bilirsiniz, mən kitabı harada bağladım özüm üçün? Azərbaycanda dünya şöhrətli «Milyonçu» şousunun aparıcısı idim. Amma adım heç bir it dəftərində olmadı ki, axı bu cür şounun aparıcısı olub. Aparardı da kimsə, niyə Azər apardı? Elə bilirsiz ki, məndən qabaq seçim olmadı? Oldu. Gördülər ki, yalnız Azər apara bilər. Azəri çağırdılar, apardı və Azər alındırdı bu verilişi. Gör indi kimsə deyir ki, «Milyonçu» şousunu aparan Azərdi? Bəlkə başqası aparsaydı, hər dəqiqə deyərdilər.

- Bu sənətdə çox arzuna çata bilməmisən?

- Heç bir arzum yoxdu, heç birinə çatmaq niyyətində deyiləm. Heç nə də arzulamıram artıq. Səbəb də budur ki, bir sənətçi 40 yaşına çatıb və hələ də kredit ödəyirsə, adi bir mikrorayonda beton evdə ipoteka ilə yaşayırsa, hansı arzusu ola bilər? Bir vaxtlar ağızdolusu Azər Axşamdı deyənlərin qarşısında bu şəraitdə yaşayıramsa, 40 yaşında hansı arzu ola bilər ki?

- Bəs mənzil şəraiti ilə bağlı harasa müraciət etmisən?

- Yox, müraciət etməmişəm. Dövlət də məcbur deyil ki, mənə ev versin. Məndən də pis gündə yaşayanlar görmüşəm. Utanaram prezidentimizə müraciət edim ki, mənə ev verin. Bunların yaşadığı evə baxanda mən Şəki Xan Sarayında yaşayıram. Mən həmişə çalışmışam ki, həyatda özümdən aşağıya baxım, yaşayım, sənətdə özümdən yuxarıya baxım, yaşayım.

- Azər, düzünü de, öz-özünə sual verirsən ki, birdən mən olmasam, bu ipotekanı nəylə ödəyəcəklər?
- Heç nə. İnanın, altı-yeddi ildi ipoteka ödəyirəm. Bəziləri var ki, çoxdan ödəyərdi. Mən belə düşünürəm ki, yəqin bunların əvvəldən quyularında su olub, ya da onlara gələn bulaq suyudur ki, bu sənətlə özlərinə villa tikdirirlər, hər şey edirlər. Mənə isə su bir səhər 7-də gəlir, bir də axşam 7-də. Bu müddət ərzində su tez boşalır.

- Amma qıraqdan baxanda çox imkanlı bir şoumen kimi görünürsən.

- Ola bilər. Bu millət kimi necə görürsə, elə də tanımaq istəyir. Yaxşı insanlar dünyadan köçəndən sonra yaxşılıqları üzə çıxır. Mən axı özümü gözə soxmuram. Efirə çıxanda mən haçan ağlamışam, artistlik etmişəm? Mən sənətdə artistəm, onlar həyatda artistdirlər. Mən həyatda artistliyi bacarmıram. Bir dəfə bir söz işlətdim. «Bizim gün» verilişində dedim ki, bəla odur ki, özünü tərif etmək olmaz. Bu nə sənətçiyə, nə müsəlmana yaraşan iş deyil. Bir müsəlman özü-özünü tərif etməz. Amma sonra başa düşürəm ki, niyə bir çoxları özlərini tərif etməyə başlayır. Çünki bizi tərif edən yoxdur. Bizim sənət incə, yaradıcı sənətdi. Biz layiqli tərifi eşitmək istəyirik. Biz üstün olduğumuzun fərqini hiss etmək istəyirik. Əfsus olsun ki, bu gün onu hiss etdirən yoxdur.

- Həyatda nəyin həsrətində olmusan?
- Həyatda yalnız layiq olduğum qiyməti almağın həsrətində olmuşam. Allah tərəfindən deyil, əstəğfürullah, cəmiyyət tərəfindən, dövlət tərəfindən. Mən indi gərək teatrda işləyəm ki, əməkdar artist adını alam. Heç bir teatrda işləmirəm. Bəyəm müğənnilərin hamısı Musiqili Komediya Teatrının, yaxud haranınsa solistidirlər ki, ad alırlar? Mən də televiziyada işləyirəm, dövlət üçün, millət üçün çalışıram da. Qismət. Yəqin Allah belə istəyir.

- Səmimiyyətinə inanıram, özündən savadlı gənc şoumen görəndə paxıllıq etmirsən ki?

- Vallah, hələ ki elə bir şoumen görmürəm. Bir çoxları var, istedadsız deyə bilmərəm. Biri var düşündürən gülüş, biri var hır-hır. ABBA televiziyasında işə başlayanda həmişə Qorxmaz Əlilidən məsləhət alırdım. Hətta Çinadan da soruşurdum ki, bu taktikanı belə edə bilərəm? Bir dəfə olmadı ki, biri gəlib Azərdən soruşsun ki, axı mən peşəkar aktyoram, filan məsələdə, yaxud rolda nə edə bilərəm? Çox təəssüf, Azərin yanında elə gəzirlər ki, Azəri cibimizə qoyub gəzərik. Onların bir çoxu KVN-dən gəlib. Bu, teatr məktəbi deyil axı. Bu gün onların səhvi odur ki, KVN-i teatrla bərabər tuturlar. Pantomima teatrında Bəxtiyar Xanızadədən dərs alışam, bir çox sənətkarlardan bəhrələnmişəm. Mən elə-belə Azər Axşam olmamışam. Bu gün kimsə məndən daha yaxşı şoumenlik edə bilsə, papağımı çıxarıb qoyub gedərəm. Bəxtiyar Xanızadənin qarşısında baş əyirəm. Bir nəfər mənim haqqımda ondan soruşanda, o demişdi ki, biri var istedad, biri var fitri istedad. Azər Şabanov artezian quyusudu. Heç vaxt tükənməyən bir quyudu. Bu mənim müəllimimin sözüdür. Mən həmişə demişəm Türkiyədən gəlib çəksinlər, yaxud Bakıdan, elə bir veriliş olsun ki, onu mən də aparım, başqa şoumen də. Əgər məndən üstün kimsə apararsa, gəlib hər kəsin qarşısında əlindən öpərəm. Deyərəm ki, sənə halaldı, mən məğlub olmağı da bacarıram, yerimi də verməyə hazıram. Layiqli biri gəlsin, deyərəm, buyur, qardaş, istedadlısan. Bax, bizdə Məcid var da, başlayıb şou aparmağa. Yeganə insandır ki, məndən sonra gəlib. Məndən soruşur ki, Azər, qardaşım, nə məsləhət görərsən, mənə bir bax da. O da mənə xoş gəlir. Bir vaxtlar o sözü mən demişəm Qorxmaz Əliliyə, Çinaya, bir baxardız da. Bu sayğıdı, hörmətdi. Mən Qorxmazla Çinanı görüb şoumen olmuşam. İndi kimsə də Azəri görüb şoumen olmaq istəyir. Burada qəbahət iş yoxdu. Səhər mənim də oğlum kimisə görüb, hansısa sənətin sahibi olacaq. Kimsə də sənə baxıb istəyəcək ki, sənin kimi yazar olsun. Mən efirə qrimsiz çıxıram. Deyirlər, niyə qrim etmirsən? Bilirsiz ki, «Başla görək»də bir də görürsən əlimlə üzümə toxunuram, mimikamla çox oynayıram. Qrimi vursam, tam oynaya bilmərəm. «Milyonçu» verilişində qrim etdirirdim. «Başla görək» mənim evimdi. Kimisə alçalda bilmərəm axı. O, mənim evimə qonaq gəlib. Amma başqa aparıcıları görürəm də. Aparıcı elə danışır ki, elə bil Konstitusiya Məhkəməsinin sədridi. Heç hakimlər belə danışmır e… Efirdə olmaz. Aidiyyatı qurumlar buna fikir verməlidirlər. Tamaşaçı da baxır ki, filan aparıcının qılıncının dalı-qabağı yoxdu, heç kim ona söz deyə bilmir.

- Gözə, nəzərə inanırsan?
- Bəli, çox inanıram. Çünki Cənnət, Cəhənnəm də var. «Qurani-Kərim» də yazılıb, özünüzü gözdən-nəfsdən qoruyun.

- Şou-biznesdə özünü görürsən?
- Qətiyyən görmürəm. Fikir verirsinizsə, heç bir təqdimat mərasimində yoxam. Çağırmırlar da. Allah razı olsun! Bilirlər ipoteka ödəyirəm, gələ bilməyəcəm (Gülür). İnanın, mənə heç maraqlı deyil kimi çağırırlar. Əgər kimsə məni bəyənmirsə, gedib müsahibə versin, mən də cavabını verim.

- Səncə, çəkə biləcəyin yükü daşıyırsan?

- Allah-Təala çəkə bilməyəcəyi yükü bəndəsinə daşıtmaz.

- Qısqanc insansan?
- Yox, özümə arxayınam. Əgər kimisə qısqanıramsa, onu dəlicəsinə sevirəm. O da bir nəfər ola bilər.

- Ürəkdən haçan ağlamısan?
- Anadan doğulanda.

- Hazırda hansı yeniliyin var?
- Heç bir yeniliyim yoxdu. Ay bacı, nə tamaşaya çağıran var, nə seriala çəkən, nə də heç bir kanaldan hansısa verilişə dəvət edən. Azər Xəzər-də işləyə-işləyə heç kim onu çağırmayacaq. Bəla odur ki, bizim tamaşaçıların gözü tərəzi deyil. Azəri sevənlər var, bilirəm. Çünki o istiliyi görürəm.

- Deyəsən, əsəbi insansan?

- Kimsə sayğısızlıq edəndə əsəbiləşirəm.

- Ümidlərinin boşa çıxdığı vaxtlar çoxmu olub?
- Mən çox istəyirdim, amma dramatik rol verilmədi mənə. Televiziyanın özündə də ümidlərim boşa çıxdı. Qapanma gedir məndə. Hərdən elə olur ki, istəyirəm tərk edim bu sənəti. Deyirlər, niyə? Deyirəm, qoy belə gedim ki, desinlər, sənətdən küsdü, getdi. Deməsinlər, ruhən səhnədə öldü, getdi.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Kənd təsərrüfatı: Subsidiyalar özünü niyə doğrultmur? - AKTUAL
Bu gün, 19:00
Qızların evlənmə yaşının 9 -a salınması istismarçı ruhani təbəqənin nəfsi istəkləri naminədir - DƏHŞƏTDİR, VALLAH...
Bu gün, 18:58
“Xəstəxana nədir bilmirəm, heç kimə pislik etməmişəm”
Bu gün, 18:05
Türk dünyası üçün ortaq valyuta YARADILA BİLƏR - AÇIQLAMA
Bu gün, 18:02
Fransa meydan oxudu – “Açıq şəkildə bildiririk ki...”
Bu gün, 18:00
“Sirab”la bağlı sirli məqam: hara yoxa çıxdı? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 17:55
BOKT “İnternational”ın istiqrazlarına üç investor müştəri çıxıb
Bu gün, 17:51
"Onlar korrupsiyaya görə istefaya məcbur edilib" - deputat
Bu gün, 17:46
Çağırışçını qətlə yetirən Ərəstun Ərəbov HƏBSDƏ ÖLDÜ
Bu gün, 17:43
NCQG üzrə real nəticəyə nail olmalıyıq - Attila Ştayner
Bu gün, 17:37
“La Gazette du Caucase” fransız siyasətçilərini COP29 ilə bağlı ermənipərəst mövqeyinə görə qınayıb
Bu gün, 17:35
Qiymətlər insanları daha kiçik mənzillər seçməyə məcbur edir - NƏ ETMƏLİ?
Bu gün, 17:31
Bakıda biznesmenin evindən seyf oğurlandı - Dostu həbs edildi
Bu gün, 17:29
Avropa Şurasının Komissarı İlham Əliyevə məktub yazıb... - STRASBURQDAKI SƏFİR CAVAB VERDİ
Bu gün, 17:20
Tarixi film istehsalında SÜKUNƏT: - “Kinomuzun xilası onun əlindədir”
Bu gün, 17:17
Müharibə ilə bağlı bədbin proqnoz: - Putin üzərindən mesaj verildi
Bu gün, 17:16
Paşinyan papa ilə görüşdə: - “Qərarlıyam, Azərbaycanla...”
Bu gün, 17:14
Müharibə veteranlarına verilən 80 manat bu tarixdən artacaq - AÇIQLAMA
Bu gün, 17:11
Azərbaycan düşməni olan şovinistdən Pezeşkiana təşəkkür
Bu gün, 17:10
Azərbaycanda mənzil almaq üçün təxminən 20 il yemədən-içmədən işləmək lazımdır - FAKT BUDUR!
Bu gün, 17:03
Ermənistan sülhə addım atmaqdansa, əksinə mövqe nümayiş etdirir -ŞƏRH
Bu gün, 17:00
Neft niyə 70 dollardan götürüldü: - Azərbaycanda bir ilkin SƏBƏBİ
Bu gün, 16:59
Rusiya Ukraynaya ballistik raketlə zərbə endirib, 8 ölü, 40-dan çox yaralı var - “Unian“
Bu gün, 16:57
“Özüm Abxaziyada olmuşam; vəziyyətdən çox narazıdırlar, iqtisadi durum ağırdır...” - Ərəstun Oruclu ŞƏRH EDİR
Bu gün, 16:37
Bakıdan Qarabağa necə getmək olar: - Avtobuslar, qiymətlər...
Bu gün, 16:34
Qarabağ müharibəsində itkin düşən dinc ahalinin harada olduğu hələ də bəlli deyil - Novella Cəfəroğlu
Bu gün, 16:20
Berlin Kiyevə "Mini-Taurus" lar verəcək - “Bild”
Bu gün, 16:18
Türkiyə İsraillə TEZ ANLAŞSIN... - BİZƏ DƏ ZƏRƏRİ VAR...
Bu gün, 16:15
Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublikası Komitəsində özbaşınalıq - İTTİHAMLAR SƏNGİMİR...
Bu gün, 16:12
Qazaxdan Araza qədər yol belə açılacaq... - Laçından Ermənistanın içərisinə olan yol isə...
Bu gün, 16:06
Azərbaycanda ət və ət məhsullarının qiyməti necə dəyişib? - SİYAHI
Bu gün, 16:05
Azərbaycanda xarici logistika şirkəti ləğv edilir
Bu gün, 16:02
Bakıda toylar bu tarixdə başlayacaq - SORĞU
Bu gün, 15:55
Orxan Cəlilov işdən çıxarıldı - AÇIQLAMA
Bu gün, 15:50
Paşinyan seçkilərə belə hazırlaşır
Bu gün, 15:48
Gələn ilin büdcəsi NƏ VƏD EDİR?.. - DETALLAR
Bu gün, 15:34
Rusiyada azərbaycanlı tələbələrə qarşı “Yaşasın Azərbaycan!” şüarına görə cinayət işi açıldı - BU NƏDİ BELƏ?..
Bu gün, 15:30
“Mənə demişdilər, gəl, səni pulla filankəslə sevgili edək” - Pərvin Abıyeva
Bu gün, 15:26
General-leytenant yeni rəis təyin etdi - ƏMR
Bu gün, 15:21
Zamin Əliyev Azərbaycanın Qars şəhərindəki baş konsulu təyin edilib - FOTO
Bu gün, 15:17
Prezident Los-Ancelesə yeni baş konsul təyin edib - SƏRƏNCAM
Bu gün, 15:16
Ayxan Süleymanlı Azərbaycanın Aktau şəhərindəki baş konsulu TƏYİN OLUNDU
Bu gün, 15:15
Azərbaycanın Batumiyə yeni baş konsulu təyin edilib - SƏRƏNCAM
Bu gün, 15:13
Pallone təpədən-dırnağa qədər DÜŞMƏNDİR!.. - hələ bizim camaat YUMŞAQ DAVRANDI...
Bu gün, 15:10
"1 həftə öncə məni çağırıb bildirdilər ki, bu gündən işdən azadsan..." - GİLEY
Bu gün, 15:03
Tramp Zəngəzur dəhlizinə maneə yaradacaqmı? - Türkiyəli general detalları açıqladı
Bu gün, 15:00
Mərkəzi Bankın sədri növbəti illər üçün manatın məzənnəsi haqqında danışıb - BİZİ NƏ GÖZLƏYİR?
Bu gün, 14:58
Sabiq nazirin oğlunun məhkəməyə gəlməsi tələb olunub - TƏFƏRRÜAT
Bu gün, 14:55
Anti-Azərbaycan mərkəzləri və onun əlaltıları - AXI NİYƏ?..
Bu gün, 14:00
Şəkidəki şirkət Ucarda əkin sahələrini su ilə təmin edəcək - 7 MİLYONLUQ TENDER
Bu gün, 13:58
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru