Tramp kürəkəninə vəzifə verəcək .....                     Bakıda kafenin qarşısında QƏTL .....                     "Bu barədə ciddi şəkildə düşünməliyik" .....                     “525-ci qəzet” və "Qol.az"ın .....                     Ukraynanın ikinci ən böyük şəhəri işğal olunur? .....                     7 rayonda DOST filialları təmir olunacaq .....                     “Uşaq Avroviziyası”nın qalibi bu ölkə oldu .....                     Buralar rəsmən yiyəsiz qalıb... .....                     Deputat üçün özəl gün .....                     Zaur Mikayılovun kadrları yeni təyinatları ilə "gül vururlar" .....                     Nazir ona sual verən jurnalisti “WhatsApp”da əngəllədi .....                     İrəvandan Bakıya qarşı YENİ İTTİHAM .....                     Saxtakarların meydan suladığı ünvan... .....                     Azərbaycan QHT təmsilçiləri ABŞ konqresmeninin göstərişi ilə şiddətə məruz qaldılar .....                     Antiazərbaycan və antitürk ritorikası ilə çıxış edən siyasətçilər... .....                     Tanınmış həkim vəfat edib .....                     Sevinc Osmanqızının “mikrofonçuluğu” .....                     "Düşmən ayağa baxar misalı ilə razı deyiləm" .....                     Bu universitetin tələbələri təqaüdlərini ala bilmirlər .....                     Ukraynadakı münaqişə danışıqlar yolu ilə həll olunacaq .....                     Fransa öz uğursuzluğu ilə barışa bilmir .....                     Əgər Paşinyan Bakıya gəlsəydi... .....                     Yevangelistlər iki kritik ölkə üzərindən dünyanı dəyişir .....                     Kremlin Ermənistana pulsuz göndərdiyi silahlar .....                     Vətəndaşın 100 manatına rəsmən `ƏL QOYDU` .....                     Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir .....                     “Finex Kredit” BOKT-da yığıncaq keçiriləcək, .....                     İki yerdə işləyənlər niyə hər iki işdə ayrıca icbari tibbi sığorta haqqı ödəyir? .....                     Dövriyyələri 1 milyard manatı keçən 7 şirkət .....                     “Daşnaksütyun” Paşinyanı öldürmək istəyir .....                     Hakimiyyətə bu şəxs hazırlanır .....                     Azərbaycanda sabah banklar və “Azərpoçt” fəaliyyət göstərəcək .....                     Zəngəzur dəhlizi ilə bağlı yenilik: .....                     Moskva Tiflisin ümidini kəsdi .....                     Xocalının Ballıca və Ağdərənin Həsənriz kəndlərinə köç olacaq .....                     Problemlər bəllidir, onlarla mübarizəyə pul lazımdır... .....                     Şərur Tibb Mərkəzinin Doğuş şöbəsi ləğv edilir? .....                     "Qadın gözəl görünəndə deyirlər, bunu kim xoşbəxt edir?" .....                     70 yaşdan yuxarı insanlara kredit niyə verilmir? .....                     Paşinyanın beş doğrusunu aparan bir səhvi .....                 

“Azərbaycanda kino sahəsində xaos yaşanır” - Kinorejissordan ilginc açıqlamalar
Tarix: 29-11-2023, 08:35 | Çap et
“Azərbaycanda kino sahəsində xaos yaşanır”
Erməni rejissorun telefonla çəkdiyi kino beynəlxalq festivalın qalibi olub. Rejissor Şoğakat Vardanyanın “1489" filmi Hollandiyanın məşhur İDFA beynəlxalq sənədli film festivalında qalib seçilib. Qeyd edək ki, debüt olan filmi əsgərin bacısı çəkib. Rejissor "Qarabağda etnik təmizləmə" məlumatlarını da titrlərə əlavə edib. Beləliklə, Şoğakat Vardanyan "1489" filmini işğalçı əsgərin hekayəsini dünyaya "əzabkeş xalqın faciəsi" kimi təqdim edib.

Məsələ ilə bağlı Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi Əli İsa Cabbarov qeyd edib:

“Bu hələ İDFA-dır, Kann və Oskarı gözləyəcəyik, yoxsa kino sahəsindəki dövlət vəsaiti idarəçiliyi ilə bağlı yaranmış çaşqınlığı çevik ləğv edib, kəmiyyət və keyfiyyətcə yüksək addımlar atacağıq?

Nə qədər beynəlxalq kino arenalarında “Xocalı” baş verməyib, ildə iki dəfədən az olmayaraq, zəkalı münsif heyəti ilə layihə, şərtləri zəkiləşmiş müsabiqə, ildə 3 dəfədən az olmayaraq, ssenari müsabiqəsi keçirmək, Kinematoqrafçılar İttifaqları rəhbərliyi ölkə rəhbərliyi ilə eksklüziv əlaqələrindən istifadə edib sərt addımlar atmamış, kino ictimaiyyəti ilə sıx, davamlı, məhsuldar iş birliyi qurmaq lazımdır".

Qeyd edək ki, Azərbaycanın öz ərazilərinin işğaldan azad etməsindən, Zəfərindən artıq 3 ildən çox vaxt keçib. Bu illər ərzində Qarabağ hadisələri, həqiqətlərimiz barədə barmaqla sayılacaq filmlər çəkilib ki, onlar da beynəlxalq festivallara çıxarılmayıb. Halbuki təkcə Şuşanın işğaldan azad olunması, əfsanəvi Şuşa döyüşləri ilə bağlı ortaya çox möhtəşəm filmlər çıxartmaq olardı. Lakin nədənsə hələlik bunu görə bilmirik.

Yalnız aylar öncə Vaqif Mustafayev əvvəl “Fəryad 2", daha sonra isə "Həyat, deyəsən, gözəldir" adlanan filmini çəkdi. Lakin kino tənqidçiləri bildirdilər ki, adıçəkilən film heç də Zəfər, Şuşaya bayraq sancan əsgərlərimizin, şəhidlərimizin şücaətini əks etdirən bir qəhrəmanlıq salnaməsi, Azərbaycan tamaşaçısının gözlədiyi kimi film olmadı.

Ermənilər isə dayanmadan, hələ müharibə gedə-gedə, müharibədən sonra Azərbaycan əleyhinə absurd filmlər çəkir, böyük, nüfuzlu beynəlxalq film festivallarına təqdim edir, əksər hallarda da mükafatlar qazanırlar.

Məsələn, bir müddət əvvəl ermənilərin Aprel döyüşləri haqda çəkdikləri uydurma film ABŞ-ın nüfuzlu 19-cu “Accolade Qlobal Film Yarışması”nda əsas mükafata layiq görülüb. Xatırladaq ki, 2022-ci ildə rejissor Roman Muşeqyan tərəfindən çəkilən film “Bahar...” adlanır və 2016-cı ildə baş vermiş Aprel döyüşlərinə həsr olunub. Filmdə ermənilər özlərini soyqırıma məruz qalan tərəf kimi göstərərək, əsl həqiqətləri tamamilə uydurublar. Film “Accolade Qlobal Film Yarışması”nın “Ən yaxşı şou film” kateqoriyasında qalib olub. Həmçinin Ermənistanda “Fəxri mükafat”a layiq görülüb.

Onu da əlavə edək ki, Azərbaycan əleyhinə olan uydurma “Bahar... ” filmi həmçinin ABŞ-da “Sərhədsiz Sənədlər” Beynəlxalq Film Festivalında qalib olaraq, “Mükəmməllik Mükafatı”na layiq görülüb, Amerika festivalı “Qlendeyl Beynəlxalq Film Festivalı”nın müsabiqə proqramına daxil edilib.

Bu kimi filmlərin siyahısı çoxdur. Bəs niyə hələ də Azərbaycanda Qarabağ həqiqətləri, Şuşa döyüşləri, Zəfəri, Azərbaycan həqiqətləri haqda bədii filmlər çəkilmir? Kinematoqrafiyaçılar bunu hansı səbəblə əsaslandırır?

Mövzu ilə bağlı tanınmış kinorejissor Namiq Ağayev “Yeni Müsavat”a danışıb: “Bəli, Zəfərimizdən artıq 3 ildən çox vaxt keçib, lakin bu müddət ərzində bununla bağlı bir dənə də olsun bədii film çəkilməyib. Bu çox ayıbdır və heç bir dəftərə yazılacaq məsələ deyil. Hətta bunun məntiqi də yoxdur ki, niyə biz bu mövzuda film çəkmirik. Ermənilər artıq bu mövzuda azı 4-5 bədii film çəkib.

Hesab edirəm ki, bu mövzuda hələ də film çəkə bilməməyimizin əsas səbəblərindən biri, birincisi maliyyə problemidir, buna büdcə ayrılmamasıdır.

Belə ki, biz rejissorlar həm böyük, həm də kiçik süjetlərlə ssenarilər yazırıq, amma maliyyə problemi nəticəsində onu çəkə bilmirik. Məsələn, artıq bir neçə ildir ki, Qarabağ, İrəvan xanlığı haqqında film hazırlayıram. Amma maliyyə problemi səbəbindən hələlik bu işlərimi reallaşdıra bilmirəm.

Məlum olduğu kimi, Qarabağ müharibəsi haqqında film çəkilməsinin məsuliyyətinin bir müddət əvvəl Türkiyənin üzərinə qoymuşdular. Belə ki, təcrübə barteri etmək istəyirdilər, amma bu sistem də alınmadı.

Həm də mənə elə gəlir ki, həm də kinoçular arasında şüuraltı bir qorxu var. Düşünülər ki, çəkərlər, birdən alınmaz. Bir mən, bir də Elxan Cəfərov qorxmur. Məsələn, Şuşanın işğaldan azad edilməsi, əfsanəvi Şuşa döyüşləri ilə bağlı film çəkməyə hazırıq, yəni həm material, həm də ssenari baxımından. Amma ssenarilərin təsdiqi ilə bağlı o qədər şərtlər irəli sürülür ki, sonda ssenaristlərin də həvəsi olmur. Hesab edirəm ki, şərtləri irəli sürən təşkilat gərək bu məsələdə ssenaristlərə köməklik göstərsinlər, hansısa blankların doldurulmasında onlara yardımçı olsunlar. Yəqin ki, hansısa kinonun çəkilməsi ilə bağlı təqdim olunan son şərtlərlə tanışsınız. Adam onlara baxanda, vallah, həvəsi “qaçır”.

Onu da qeyd edim ki, beynəlxalq festivallar erməni-Azərbaycan mövzusu olanda nə erməni, nə də Azərbaycan tərəfinin qəbul etmirlər, bildirirlər ki, bu region üzrə problemdir. Amma ermənilər bu mövzunu çox böyük ustalıqla işləyib, festivallara təqdim edirlər və mükafatlar da qazanırlar. Daha bir məsələ, bir sıra erməni sənətçiləri bu müharibə ilə bağlı film çəkəndə Azərbaycan əsgərlərini “ilan-qurbağa”, əcaib şəkildə vermirlər. Ona görə də onların filmləri keçərli olur.

Əlbəttə ki, ermənilər dayanmadan Qarabağ mövzusunda film çəkirlər. Çünki onlar uduzan millətdir və uduzan millətin də çəkdiyi kino sanki daha qəhrəmanlıq simasında olur. Beləliklə, çox təəssüf ki, Azərbaycanda kino sahəsində hələ ki bir xaos yaşanır və bu xaosu aradan qaldırmaq çox çətin məsələdir. Mədəniyyət Nazirliyində də tez-tez rəhbər dəyişikliyi olur, təzə gələn bu problemi köhnənin üzərinə atır, digər təzə gələn o birinin üzərinə atır, nəticədə xaos bitmir".









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Tramp kürəkəninə vəzifə verəcək
Bu gün, 11:03
Bakıda kafenin qarşısında QƏTL
Bu gün, 10:55
"Bu barədə ciddi şəkildə düşünməliyik" - deputat
Bu gün, 10:27
“525-ci qəzet” və "Qol.az"ın təsis günüdür
Bu gün, 10:23
Ukraynanın ikinci ən böyük şəhəri işğal olunur? - CNN
Bu gün, 10:19
7 rayonda DOST filialları təmir olunacaq - QALİB ŞİRKƏT
Bu gün, 10:13
“Uşaq Avroviziyası”nın qalibi bu ölkə oldu
Bu gün, 10:08
Buralar rəsmən yiyəsiz qalıb... - BUNUN BAŞQA ADI YOXDUR...
Bu gün, 09:58
Deputat üçün özəl gün - DOSYE
Bu gün, 09:50
Zaur Mikayılovun kadrları yeni təyinatları ilə "gül vururlar" - Qudanın tələbə yoldaşı əmisi oğluna yüksək vəzifə verib
Bu gün, 09:44
Nazir ona sual verən jurnalisti “WhatsApp”da əngəllədi - AXI NİYƏ?..
Bu gün, 09:35
İrəvandan Bakıya qarşı YENİ İTTİHAM - “Onlar Azərbaycan Xalq Cümhuriyyətinə istinadı dilə gətirirlər”
Bu gün, 09:31
Saxtakarların meydan suladığı ünvan... - REAKSİYA
Bu gün, 09:25
Azərbaycan QHT təmsilçiləri ABŞ konqresmeninin göstərişi ilə şiddətə məruz qaldılar - ŞOK BƏYANAT
Bu gün, 09:22
Antiazərbaycan və antitürk ritorikası ilə çıxış edən siyasətçilər... - Azərbaycanın düz işinə də əyri baxırlar
Bu gün, 09:18
Tanınmış həkim vəfat edib
Bu gün, 09:15
Sevinc Osmanqızının “mikrofonçuluğu” - BU NƏDİ BELƏ?
Bu gün, 09:11
"Düşmən ayağa baxar misalı ilə razı deyiləm" - FOTO
Bu gün, 09:07
Bu universitetin tələbələri təqaüdlərini ala bilmirlər - AÇIQLAMA
Bu gün, 08:59
Ukraynadakı münaqişə danışıqlar yolu ilə həll olunacaq - Pentaqon rəhbəri
Bu gün, 08:57
Fransa öz uğursuzluğu ilə barışa bilmir - FAKT BUDUR!
Bu gün, 08:49
Əgər Paşinyan Bakıya gəlsəydi... - Cəsarət çatışmazlığı
Bu gün, 08:46
Yevangelistlər iki kritik ölkə üzərindən dünyanı dəyişir - Böyük plan işə düşüb
Bu gün, 08:42
Kremlin Ermənistana pulsuz göndərdiyi silahlar – Şarmazanov
Bu gün, 08:39
Vətəndaşın 100 manatına rəsmən `ƏL QOYDU` - GİLEY
Bu gün, 02:02
Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir - Bayramınız mübarək...
Bu gün, 00:45
“Finex Kredit” BOKT-da yığıncaq keçiriləcək, Müşahidə şurasının tərkibi müzakirə ediləcək
Bu gün, 00:02
İki yerdə işləyənlər niyə hər iki işdə ayrıca icbari tibbi sığorta haqqı ödəyir? - HƏQİQƏTƏN DƏ...
Dünən, 18:00
Dövriyyələri 1 milyard manatı keçən 7 şirkət - SİYAHI
Dünən, 17:58
“Daşnaksütyun” Paşinyanı öldürmək istəyir – SENSASİON İDDİA
Dünən, 17:06
Hakimiyyətə bu şəxs hazırlanır – “Varis planı” işə düşüb
Dünən, 17:02
Azərbaycanda sabah banklar və “Azərpoçt” fəaliyyət göstərəcək - DİQQƏT
Dünən, 16:58
Zəngəzur dəhlizi ilə bağlı yenilik: -Bu halda məqbul sayıla bilər!
Dünən, 16:07
Moskva Tiflisin ümidini kəsdi - Separatçı bölgələrlə bağlı inanılmaz tələb
Dünən, 16:04
Xocalının Ballıca və Ağdərənin Həsənriz kəndlərinə köç olacaq
Dünən, 15:59
Problemlər bəllidir, onlarla mübarizəyə pul lazımdır... - COP29-dan REPORTAJ
Dünən, 15:41
Şərur Tibb Mərkəzinin Doğuş şöbəsi ləğv edilir? - AÇIQLAMA
Dünən, 15:36
"Qadın gözəl görünəndə deyirlər, bunu kim xoşbəxt edir?"
Dünən, 15:34
70 yaşdan yuxarı insanlara kredit niyə verilmir? - ŞƏRH
Dünən, 15:26
Paşinyanın beş doğrusunu aparan bir səhvi - İNCƏLƏMƏ
Dünən, 15:25
Ermənipərəst Pallone jurnalistlərin suallarından qaçdı - VİDEO
Dünən, 15:17
Paşinyanın zəmanət almaq istədiyi “strateji saziş” NƏDİR? - GƏLİŞMƏ
Dünən, 15:15
Qarabağ Universitetinində ilk sədr SEÇKİSİ
Dünən, 15:10
“Prezident” doğulduğu kəndə qaçdı: - Qafqazda ikinci Kələki olayı
Dünən, 14:57
Mağazalardakı “Qara cümə” FIRILDAĞI – Nələri bilməliyik?
Dünən, 14:52
Naxçıvanda gerçək durum: Bazarlar da boş qalıb... - "Satıcı var, mal da var, alıcı yox..."
Dünən, 14:47
Ölkə COP29 şölənində... “Az-Lead” MMC ekoloji böhran yaradır... - vergi borcu da KƏLLƏ-ÇARXDA...
Dünən, 14:38
Xameneyini əvəzləmək üçün düymə basılıb? - NƏ BAŞ VERİR?
Dünən, 14:19
Mənzil sahibi ilə icarəçilər arasında kirayə haqqı davası... - Qanun nə deyir?
Dünən, 14:16
Təbii qaza limit təyin etmək, anlaşılan deyil - ETİRAZ VAR...
Dünən, 14:13
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru