“Mədəniyyət Nazirliyinə halaldır, adam yüz il yatsa, yuxusuna girməz ki…” - ETİRAZ
Tarix: 30-11-2023, 17:53 | Çap et
Azərbaycan Respublikası Kino Agentliyinin (ARKA) film layihələri müsabiqəsinin nəticələri narazılıq yaradıb.
Kino tənqidçiləri müabiqənin seçim turlarının qeyri-şəffaf aparıldığı qənaətindədirlər.
Kinoşünas Aygün Aslanlı deyir ki, Mədəniyyət Nazirliyinin yenicə təsis etdiyi Ekspert Şurası müsabiqənin jüri üzvlərinin pitçinqdə təsdiqlədiyi iki layihəni xaric ediblər:
“Pitçinqdən sonra Ekspert Şurası ilə görüşüblər. Ekspert Şurası pitçinqdən keçən 11 layihənin ikisi ilə razılaşmayıb. “Oksimedia”nın “Qorqud və Zəhra”sı ilə “Mozg Media”nın “Sözün varsa, de” layihələrini çıxarıblar. Yerinə “Baku Media Mərkəzi”nin 1.2 milyonluq “Borc”unu və 600 min manatlıq “Arılar və qəbirlər”ini seçiblər”.
“Noyabrın 27-də qaliblər siyahısına jürinin iradəsi xaricində iki “leviy” (kənar-red.) layihə daxil ediblər. Mədəniyyət Nazirliyinə halaldır. Heç adam yüz il yatsa, yuxusuna belə bir şey girməz, amma onlar necəsə “Ekspert şurası” adı altında seçim siyahısına “leviy” layihə salmağı bacarıblar. Azərbaycan kinosu müasir paradiqmalara müasir üsullarla “leviy” layihə daxil etmək yolları taparaq qoşulur. Eşq olsun. Ümumi büdcənin – 5.5 milyonunu – təqribi 33%-ni (1.8 milyonunu) məhz belə veriblər. Min bərəkət”, – deyə Aygün Aslanlı bildirib.
ARKA-nın iyulda elan etdiyi müsabiqənin ikinci mərhələsində bu layihələr keçmişdi:
“Art Baku Production” – “Daş” “Azərnyumedia” – “Günəşdə də ləkələr olur” “Bakı Media Mərkəzi” – “Borc” “Bizim Kino” – “Görmə qüsuru” “Dream Big Company” – “Sehirli papaq” “ExTerra Production” – “Kuryer” “FS Film Company” – “Bir gecənin içində” “Karvan Production” – “Qurtuluş” “Karvan Production” – “Göytəpə əməliyyat” “Karvan Production” – “Ağalı” “Mozg Media Group” – “Sözün varsa, de!” “OksiMedia” – “Qorqud və Zəhra” “Rakurs Film-Media” – “Mənə bənzər adam görməmisiniz ki?” “Rental Azərbaycan” – “Erkən hisslər” “Rog Vfx Studio” – “Proyekt 2602” “SFN Production” – “Arılar və Qəbirlər” “Shahdag Cinema Production” – “113 gün” “Shahdag Cinema Production” – “Nağıl kimi” “SS Production” – “Acı hiss” “SSP Production” – “Terminal 2020” “Ultra Production” – “Xəzinə”
Pitçinq mərhələsində iştirak edəcək qısa və tammetrajlı sənədli film layihələri:
“Bakı Media Mərkəzi” – “Ölüm axtaran qadın”; “İctimai Televiziya və Radio Yayımları Şirkəti” – “Əsrin müqaviləsi”; “OD Media-Production – “Kür – çaylar anası”; “Karvan Production” – “Nargin” “Nova Gorica” – “Sofiyadakı azərbaycanlı aydınlar”; “Vətən TV Media” – “Müharibənin gözləri”; “Rental Azərbaycan” – “Kapitan və Xəzər dənizi”.
Pitçinq mərhələsində iştirak edəcək qısametrajlı animasiya film layihələri:
“3Dost Production” – “44 gün” “Peri Film” – “Narqız”.
Müsabiqənin növbəti – layihələrin müdafiəsi (pitçinq) mərhələsi isə noyabrın 23-24-də olmuşdu.
Lakin hansı layihələrin seçilməsi barədə məlumat verilmədi.
Nazirlik ümumi siyahı əks olunan məlumatı yayımlamaqla kifayətləndi.
Layihələrin müdafiəsində müşahidəçi qismində iştirak edən kino tənqidçisi Hacı Səfərov da baş verən qeyri-şəffaf hallarla əlaqədar münasibət bildirmişdi.()
Demişdi ki, “Baku Media Mərkəzi”nin “Borc” layihəsinin ssenarisi jüriyə elə pitçinq günü təqdim edilib.
“Ssenari olmadan bu layihəni pitçinqə necə və niyə buraxdıqları qaranlıq məqamdır. Əgər ssenarisiz pitçinqə keçmək mümkündürsə, onda ARKA tərəfindən niyə belə bir şərt qoyulub? Elə hər kəs qısa bir sinopsislə müraciət etsin, pitçinqə seçilərsə, ssenari təqdim etsinlər. Bəlkə də buna əsas səbəb, filmin rejissoru Orman Əliyevin (“Baku Media Mərkəzi”nin icraçı direktoru-red) həm də təzəlikcə yaradılan “Ekspert Şurası”nda da yer almasıdır”, – kino tənqidçi demişdi.
Mədəniyyət Nazirliyin saytında yerləşdirilən məlumatda qeyd olunur ki, yeni yaranmış Ekspert Şurasının üzvləri “Arılar və qəbirlər” (“SFN Production” MMC) və “Borc” (“Bakı Media Mərkəzi” MMC) tammetrajlı bədii film layihələri müzakirəyə çıxarıblar.
Nəticədə “Qorqud və Zəhra” (“OksiMedia” MMC) və “Sözün varsa, de!” (“Mozg Media Group” MMC) tammetrajlı bədii film layihələri müsabiqədən kənarlaşdırılıb.
Hansı səbəbə görə jüri tərəfindən seçilən layihələrin kənarlaşdırılması barədə məlumat verilməyib.
“Xəzinə” (“Ultra Production” MMC), “Günəşdə də ləkələr olur” (“AzərNyuMedia” MMC), “Borc” (“Bakı Media Mərkəzi” MMC), “Arılar və qəbirlər” (“SFN Production” MMC) tammetrajlı bədii, “Nargin” (“Karvan Production” MMC), “Ölüm axtaran qadın” (“Bakı Media Mərkəzi” MMC), “Kür – çaylar anası” (“OD-MEDİA Production” MMC) tammetrajlı sənədli, “Daş” (“ART Baku Production” MMC), “Erkən hisslər” (“Rental Azərbaycan” MMC) qısametrajlı bədii, “Kapitan və Xəzər dənizi” (“Rental Azərbaycan” MMC) qısametrajlı sənədli, “Narqız” (“Peri Film” MMC) qısametrajlı animasiya film layihələrinin və 16 qısametrajlı bədii və sənədli tələbə film layihəsinin istehsalına dəstək göstərilməsinə qərar verilib.
Müsabiqənin ümumi fondu 5,5 milyon manatdır.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Tramp kürəkəninə vəzifə verəcək
Bu gün, 11:03 |
|
|
|
• Bakıda kafenin qarşısında QƏTL
Bu gün, 10:55 |
|
|
|
• "Bu barədə ciddi şəkildə düşünməliyik" - deputat
Bu gün, 10:27 |
|
|
|
• “525-ci qəzet” və "Qol.az"ın təsis günüdür
Bu gün, 10:23 |
|
|
|
• Ukraynanın ikinci ən böyük şəhəri işğal olunur? - CNN
Bu gün, 10:19 |
|
|
|
• 7 rayonda DOST filialları təmir olunacaq - QALİB ŞİRKƏT
Bu gün, 10:13 |
|
|
|
• “Uşaq Avroviziyası”nın qalibi bu ölkə oldu
Bu gün, 10:08 |
|
|
|
• Buralar rəsmən yiyəsiz qalıb... - BUNUN BAŞQA ADI YOXDUR...
Bu gün, 09:58 |
|
|
|
• Deputat üçün özəl gün - DOSYE
Bu gün, 09:50 |
|
|
|
• Zaur Mikayılovun kadrları yeni təyinatları ilə "gül vururlar" - Qudanın tələbə yoldaşı əmisi oğluna yüksək vəzifə verib
Bu gün, 09:44 |
|
|
|
• Nazir ona sual verən jurnalisti “WhatsApp”da əngəllədi - AXI NİYƏ?..
Bu gün, 09:35 |
|
|
|
• İrəvandan Bakıya qarşı YENİ İTTİHAM - “Onlar Azərbaycan Xalq Cümhuriyyətinə istinadı dilə gətirirlər”
Bu gün, 09:31 |
|
|
|
• Saxtakarların meydan suladığı ünvan... - REAKSİYA
Bu gün, 09:25 |
|
|
|
• Azərbaycan QHT təmsilçiləri ABŞ konqresmeninin göstərişi ilə şiddətə məruz qaldılar - ŞOK BƏYANAT
Bu gün, 09:22 |
|
|
|
• Antiazərbaycan və antitürk ritorikası ilə çıxış edən siyasətçilər... - Azərbaycanın düz işinə də əyri baxırlar
Bu gün, 09:18 |
|
|
|
• Tanınmış həkim vəfat edib
Bu gün, 09:15 |
|
|
|
• Sevinc Osmanqızının “mikrofonçuluğu” - BU NƏDİ BELƏ?
Bu gün, 09:11 |
|
|
|
• "Düşmən ayağa baxar misalı ilə razı deyiləm" - FOTO
Bu gün, 09:07 |
|
|
|
• Bu universitetin tələbələri təqaüdlərini ala bilmirlər - AÇIQLAMA
Bu gün, 08:59 |
|
|
|
• Ukraynadakı münaqişə danışıqlar yolu ilə həll olunacaq - Pentaqon rəhbəri
Bu gün, 08:57 |
|
|
|
• Fransa öz uğursuzluğu ilə barışa bilmir - FAKT BUDUR!
Bu gün, 08:49 |
|
|
|
• Əgər Paşinyan Bakıya gəlsəydi... - Cəsarət çatışmazlığı
Bu gün, 08:46 |
|
|
|
• Yevangelistlər iki kritik ölkə üzərindən dünyanı dəyişir - Böyük plan işə düşüb
Bu gün, 08:42 |
|
|
|
• Kremlin Ermənistana pulsuz göndərdiyi silahlar – Şarmazanov
Bu gün, 08:39 |
|
|
|
• Vətəndaşın 100 manatına rəsmən `ƏL QOYDU` - GİLEY
Bu gün, 02:02 |
|
|
|
• Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir - Bayramınız mübarək...
Bu gün, 00:45 |
|
|
|
• “Finex Kredit” BOKT-da yığıncaq keçiriləcək, Müşahidə şurasının tərkibi müzakirə ediləcək
Bu gün, 00:02 |
|
|
|
• İki yerdə işləyənlər niyə hər iki işdə ayrıca icbari tibbi sığorta haqqı ödəyir? - HƏQİQƏTƏN DƏ...
Dünən, 18:00 |
|
|
|
• Dövriyyələri 1 milyard manatı keçən 7 şirkət - SİYAHI
Dünən, 17:58 |
|
|
|
• “Daşnaksütyun” Paşinyanı öldürmək istəyir – SENSASİON İDDİA
Dünən, 17:06 |
|
|
|
• Hakimiyyətə bu şəxs hazırlanır – “Varis planı” işə düşüb
Dünən, 17:02 |
|
|
|
• Azərbaycanda sabah banklar və “Azərpoçt” fəaliyyət göstərəcək - DİQQƏT
Dünən, 16:58 |
|
|
|
• Zəngəzur dəhlizi ilə bağlı yenilik: -Bu halda məqbul sayıla bilər!
Dünən, 16:07 |
|
|
|
• Moskva Tiflisin ümidini kəsdi - Separatçı bölgələrlə bağlı inanılmaz tələb
Dünən, 16:04 |
|
|
|
• Xocalının Ballıca və Ağdərənin Həsənriz kəndlərinə köç olacaq
Dünən, 15:59 |
|
|
|
• Problemlər bəllidir, onlarla mübarizəyə pul lazımdır... - COP29-dan REPORTAJ
Dünən, 15:41 |
|
|
|
• Şərur Tibb Mərkəzinin Doğuş şöbəsi ləğv edilir? - AÇIQLAMA
Dünən, 15:36 |
|
|
|
• "Qadın gözəl görünəndə deyirlər, bunu kim xoşbəxt edir?"
Dünən, 15:34 |
|
|
|
• 70 yaşdan yuxarı insanlara kredit niyə verilmir? - ŞƏRH
Dünən, 15:26 |
|
|
|
• Paşinyanın beş doğrusunu aparan bir səhvi - İNCƏLƏMƏ
Dünən, 15:25 |
|
|
|
• Ermənipərəst Pallone jurnalistlərin suallarından qaçdı - VİDEO
Dünən, 15:17 |
|
|
|
• Paşinyanın zəmanət almaq istədiyi “strateji saziş” NƏDİR? - GƏLİŞMƏ
Dünən, 15:15 |
|
|
|
• Qarabağ Universitetinində ilk sədr SEÇKİSİ
Dünən, 15:10 |
|
|
|
• “Prezident” doğulduğu kəndə qaçdı: - Qafqazda ikinci Kələki olayı
Dünən, 14:57 |
|
|
|
• Mağazalardakı “Qara cümə” FIRILDAĞI – Nələri bilməliyik?
Dünən, 14:52 |
|
|
|
• Naxçıvanda gerçək durum: Bazarlar da boş qalıb... - "Satıcı var, mal da var, alıcı yox..."
Dünən, 14:47 |
|
|
|
• Ölkə COP29 şölənində... “Az-Lead” MMC ekoloji böhran yaradır... - vergi borcu da KƏLLƏ-ÇARXDA...
Dünən, 14:38 |
|
|
|
• Xameneyini əvəzləmək üçün düymə basılıb? - NƏ BAŞ VERİR?
Dünən, 14:19 |
|
|
|
• Mənzil sahibi ilə icarəçilər arasında kirayə haqqı davası... - Qanun nə deyir?
Dünən, 14:16 |
|
|
|
• Təbii qaza limit təyin etmək, anlaşılan deyil - ETİRAZ VAR...
Dünən, 14:13 |
|
|
|
|