Sosioloq müğənnilərin yarım saat üçün 50 min tələb etmələrindən danışdı: - “Normal cəmiyyətlərdə belə şeylərə gülürlər...”
Tarix: 13-12-2023, 09:06 | Çap et
Azərbaycanda müğənnilərin Yeni illə bağlı tədbirlərdə iştirak üçün tələb etdikləri məvacib sosial şəbəkələrdə ciddi müzakirəyə səbəb olub. Belə ki, Xalq artistləri Röya Ayxan və Aygün Kazımovanın yarım saatlıq çıxış üçün 50 min manat tələb etmələri etirazla qarşılanıb. Bildirilib ki, ölkədə minimum əməkhaqqı 345 manatdır, bu rəqəm isə məşhurların tələb etdikləri qonorarla tamamilə ziddiyyət təşkil edir. Müzakirələr zamanı adları açıqlanan müğənnilərin yüksək məbləğ ödəyərək konsertlərinə gedən pərəstişkarlarını da qınayanlar az olmayıb.
Bununla bağlı tanınmış sosioloq Əhməd Qəşəmoğlu Pravda.az-a fikirlərini bölüşüb.
“Neçə illərdir ki, deyirəm və dediklərim min illərin təcrübəsidir. Hansı cəmiyyətdə ki mənəvi dəyərlər öndədir, o cəmiyyət özü özünü tənzimləyir. Hansı cəmiyyətdə ki mənəvi dəyərlər sıxışdırıldı, arxa plana keçdi, o cəmiyyətdə hökmən gərginlik yaranır. Yeni ildə yarım saatlıq çıxış üçün müğənnin 50 min manat məvacib tələb etməsi artıq ölkədə maddi dəyərlərin şişirdilməsi, maddi dəyərlərin önə keçirilməsi deməkdir. Bu, xoşagələn deyil, sosioloq olaraq belə şeyləri məsləhət görmürəm. Bir başqası da maşınına, yaxud telefonuna neçə min manatlıq nömrə alır. Bütün bunlar cəmiyyətdə maddiyyatçılığı və maddiyyata meyilli olanların sayını artırır. Nəticədə, cəmiyyətdə gərginlik yaranır. Normal inkişaf etmiş cəmiyyətdə belə şeylərə gülürlər. Amerikadan gələn bir nəfər azərbaycanlı alim qonağım olmuşdu. Dedi, Əhməd, küçəyə baxıram, balaca qız uşağı tank boyda maşın sürür. Camaat böyük maşınlar sürür ki, özünü göstərsin, nə var-nə var, bahalı maşın sürürəm. Buna ehtiyac var? Bizim cəmiyyətdə bu cür xəstəlik yaranıb. Meşşanlıq, özünü maddiyyatla nümayiş etdirmək... İnsan hər zaman özünü təsdiq etmək istəyir. Bu, beşikdə də belədir, insana xas xüsusiyyətdir. Amma elə cəmiyyət olur ki, orada insan mənəvi dəyərlərlə özünü təsdiq edir. Bax, o cəmiyyət sürətlə irəli gedir. Əks halda isə aşınmalar olur. Sovet hökumətində nə qədər gərəksiz işlər oldu, camaatı öldürdülər. 1937-ci il və digərləri... Amma mənəvi dəyərlərlə cəmiyyəti saxlayırdılar. İnsanlar çalışırdılar ki, uşaqları savadlı olsun, evdə kitabxanalar çox olsun. Onlar telefon, yaxud maşın nömrələri ilə fəxr etmirdilər. O qədər ziddiyyətli sovet cəmiyyətində xeyli gözəl insanlarımız, alimlərimiz - Yusif Məmmədəliyev, Həsən Abdullayev, Qara Qarayev, Fikrət Əmirov, Üzeyir Hacıbəyli və başqaları yetişdi. Məhz mənəvi dəyərlərin hesabına. Toylarımız da meşşancasına keçir. Tarixə baxsanız, çinlilər vaxtilə mədəni inqilab ediblər. Düşünürəm ki, vaxt gələcək, ölkədə gözəl islahatlar gedəcək və mənəvi məsələlərə də fikir verəcəyik. O zaman artıq ölkədə maddiyyatçılığı təbliğ edən belə məsələləri də ortadan götürəcəyik”,- sosioloq deyib.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Vətəndaşın 100 manatına rəsmən `ƏL QOYDU` - GİLEY
Bu gün, 02:02 |
|
|
|
• Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir - Bayramınız mübarək...
Bu gün, 00:45 |
|
|
|
• “Finex Kredit” BOKT-da yığıncaq keçiriləcək, Müşahidə şurasının tərkibi müzakirə ediləcək
Bu gün, 00:02 |
|
|
|
• İki yerdə işləyənlər niyə hər iki işdə ayrıca icbari tibbi sığorta haqqı ödəyir? - HƏQİQƏTƏN DƏ...
Dünən, 18:00 |
|
|
|
• Dövriyyələri 1 milyard manatı keçən 7 şirkət - SİYAHI
Dünən, 17:58 |
|
|
|
• “Daşnaksütyun” Paşinyanı öldürmək istəyir – SENSASİON İDDİA
Dünən, 17:06 |
|
|
|
• Hakimiyyətə bu şəxs hazırlanır – “Varis planı” işə düşüb
Dünən, 17:02 |
|
|
|
• Azərbaycanda sabah banklar və “Azərpoçt” fəaliyyət göstərəcək - DİQQƏT
Dünən, 16:58 |
|
|
|
• Zəngəzur dəhlizi ilə bağlı yenilik: -Bu halda məqbul sayıla bilər!
Dünən, 16:07 |
|
|
|
• Moskva Tiflisin ümidini kəsdi - Separatçı bölgələrlə bağlı inanılmaz tələb
Dünən, 16:04 |
|
|
|
• Xocalının Ballıca və Ağdərənin Həsənriz kəndlərinə köç olacaq
Dünən, 15:59 |
|
|
|
• Problemlər bəllidir, onlarla mübarizəyə pul lazımdır... - COP29-dan REPORTAJ
Dünən, 15:41 |
|
|
|
• Şərur Tibb Mərkəzinin Doğuş şöbəsi ləğv edilir? - AÇIQLAMA
Dünən, 15:36 |
|
|
|
• "Qadın gözəl görünəndə deyirlər, bunu kim xoşbəxt edir?"
Dünən, 15:34 |
|
|
|
• 70 yaşdan yuxarı insanlara kredit niyə verilmir? - ŞƏRH
Dünən, 15:26 |
|
|
|
• Paşinyanın beş doğrusunu aparan bir səhvi - İNCƏLƏMƏ
Dünən, 15:25 |
|
|
|
• Ermənipərəst Pallone jurnalistlərin suallarından qaçdı - VİDEO
Dünən, 15:17 |
|
|
|
• Paşinyanın zəmanət almaq istədiyi “strateji saziş” NƏDİR? - GƏLİŞMƏ
Dünən, 15:15 |
|
|
|
• Qarabağ Universitetinində ilk sədr SEÇKİSİ
Dünən, 15:10 |
|
|
|
• “Prezident” doğulduğu kəndə qaçdı: - Qafqazda ikinci Kələki olayı
Dünən, 14:57 |
|
|
|
• Mağazalardakı “Qara cümə” FIRILDAĞI – Nələri bilməliyik?
Dünən, 14:52 |
|
|
|
• Naxçıvanda gerçək durum: Bazarlar da boş qalıb... - "Satıcı var, mal da var, alıcı yox..."
Dünən, 14:47 |
|
|
|
• Ölkə COP29 şölənində... “Az-Lead” MMC ekoloji böhran yaradır... - vergi borcu da KƏLLƏ-ÇARXDA...
Dünən, 14:38 |
|
|
|
• Xameneyini əvəzləmək üçün düymə basılıb? - NƏ BAŞ VERİR?
Dünən, 14:19 |
|
|
|
• Mənzil sahibi ilə icarəçilər arasında kirayə haqqı davası... - Qanun nə deyir?
Dünən, 14:16 |
|
|
|
• Təbii qaza limit təyin etmək, anlaşılan deyil - ETİRAZ VAR...
Dünən, 14:13 |
|
|
|
• Bu paltarları uşaqlara qətiyyən geyindirmək olmaz! - ÇAĞIRIŞ
Dünən, 13:57 |
|
|
|
• Dünyanın ən böyük siyasi təşkilatı dağıla bilər – Aİ üçün sonun başlanğıcı…
Dünən, 13:52 |
|
|
|
• AMXM-da "İqlimlər və ilmələr" sərgisi açılıb
Dünən, 13:49 |
|
|
|
• "Burada Ermənistan bir bəhanə və bir vasitədir" - deputat
Dünən, 13:16 |
|
|
|
• Naxçıvan MSK-nın üzvləri seçilib - ADLAR
Dünən, 13:09 |
|
|
|
• “Makron niyə Bakıya gəlmədi?... Qarayaxmaya görə məsuliyyəti kim daşıyır?”
Dünən, 13:03 |
|
|
|
• "Qınaqdan çox qorxuram, yoxsa istədiyim kimi geyinərəm"
Dünən, 12:56 |
|
|
|
• Trampın komandasındakı "erməni aşiq"ləri: onlar kimdir? - İNCƏLƏMƏ
Dünən, 12:54 |
|
|
|
• Ərazi Tikinti Planlaşdırma Mərkəzinin tender maxinasiyalarının baş “qəhrəmanı”: “Dollar Cavid” - İTTİHAM VAR...
Dünən, 12:50 |
|
|
|
• "COP29-da küçə itləri ilə bağlı aksiya keçirən şəxs öyrədilmiş adamdır" - deputat
Dünən, 12:47 |
|
|
|
• MSK seçkilərin yekun nəticələrini təsdiqləyib, “Gürcü Arzusu” qalib olub - YEKUN QƏRAR
Dünən, 12:41 |
|
|
|
• Dağlıq ərazilərdə qar yağacağı gözlənilir - belə deyirlər...
Dünən, 12:39 |
|
|
|
• Azərbaycanda iki kollecə təyinat olub - ƏMR
Dünən, 12:38 |
|
|
|
• 10 ayda ən çox birja əməliyyatı aparan 5 şirkət - ADLAR
Dünən, 12:24 |
|
|
|
• Gələn il müharibənin diplomatik yolla başa çatması üçün hər şeyi etməliyik - Zelenski YOLA GƏLİR...
Dünən, 12:22 |
|
|
|
• "Paşinyan gecikir, sonda Əliyevin dediyi olacaq" - Ekspert erməni mediasını məyus etdi
Dünən, 12:14 |
|
|
|
• Dövlətin dərmanları qara yollarla apteklərə verilir - AXI NİYƏ?..
Dünən, 12:01 |
|
|
|
• Şərur sakinləri TƏHLÜKƏDƏ: “Cəhənnəmə ölsün” - ŞOK İDDİA
Dünən, 11:47 |
|
|
|
• İrəvan Bakının əsas tələbini qəbul etdi – Paşinyan açıqladı
Dünən, 11:39 |
|
|
|
• COP29-a qarşı çıxanlar kim idi? - Vitse-spiker bu ölkələrin adını çəkdi
Dünən, 11:34 |
|
|
|
• FRANSALI SABİQ NAZİR FRANS 24-də RƏSMİ PARİSİ TƏNQİD ETDİ - “Makron Bakıya getməli idi”
Dünən, 11:32 |
|
|
|
• Ermənistan KTMT-nin bütün formatlarından uzaqlaşıb - Rusiya XİN
Dünən, 11:29 |
|
|
|
• Səfərbərlik Xidmətində yeni korrupsiya FAKTLARI AŞKARLANDI
Dünən, 11:21 |
|
|
|
• Azərbaycanlı 2 milyonluq qızılla aeroportda tutuldu - TƏFƏRRÜAT
Dünən, 11:19 |
|
|
|
|