Bu universitetin tələbələri təqaüdlərini ala bilmirlər .....                     Ukraynadakı münaqişə danışıqlar yolu ilə həll olunacaq .....                     Fransa öz uğursuzluğu ilə barışa bilmir .....                     Əgər Paşinyan Bakıya gəlsəydi... .....                     Yevangelistlər iki kritik ölkə üzərindən dünyanı dəyişir .....                     Kremlin Ermənistana pulsuz göndərdiyi silahlar .....                     Vətəndaşın 100 manatına rəsmən `ƏL QOYDU` .....                     Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir .....                     “Finex Kredit” BOKT-da yığıncaq keçiriləcək, .....                     İki yerdə işləyənlər niyə hər iki işdə ayrıca icbari tibbi sığorta haqqı ödəyir? .....                     Dövriyyələri 1 milyard manatı keçən 7 şirkət .....                     “Daşnaksütyun” Paşinyanı öldürmək istəyir .....                     Hakimiyyətə bu şəxs hazırlanır .....                     Azərbaycanda sabah banklar və “Azərpoçt” fəaliyyət göstərəcək .....                     Zəngəzur dəhlizi ilə bağlı yenilik: .....                     Moskva Tiflisin ümidini kəsdi .....                     Xocalının Ballıca və Ağdərənin Həsənriz kəndlərinə köç olacaq .....                     Problemlər bəllidir, onlarla mübarizəyə pul lazımdır... .....                     Şərur Tibb Mərkəzinin Doğuş şöbəsi ləğv edilir? .....                     "Qadın gözəl görünəndə deyirlər, bunu kim xoşbəxt edir?" .....                     70 yaşdan yuxarı insanlara kredit niyə verilmir? .....                     Paşinyanın beş doğrusunu aparan bir səhvi .....                     Ermənipərəst Pallone jurnalistlərin suallarından qaçdı .....                     Paşinyanın zəmanət almaq istədiyi “strateji saziş” NƏDİR? .....                     Qarabağ Universitetinində .....                     “Prezident” doğulduğu kəndə qaçdı: .....                     Mağazalardakı “Qara cümə” FIRILDAĞI .....                     Naxçıvanda gerçək durum: Bazarlar da boş qalıb... .....                     Ölkə COP29 şölənində... “Az-Lead” MMC ekoloji böhran yaradır... .....                     Xameneyini əvəzləmək üçün düymə basılıb? .....                     Mənzil sahibi ilə icarəçilər arasında kirayə haqqı davası... .....                     Təbii qaza limit təyin etmək, anlaşılan deyil .....                     Bu paltarları uşaqlara qətiyyən geyindirmək olmaz! .....                     Dünyanın ən böyük siyasi təşkilatı dağıla bilər .....                     AMXM-da "İqlimlər və ilmələr" sərgisi açılıb .....                     "Burada Ermənistan bir bəhanə və bir vasitədir" .....                     Naxçıvan MSK-nın üzvləri seçilib .....                     “Makron niyə Bakıya gəlmədi?... .....                     "Qınaqdan çox qorxuram, yoxsa istədiyim kimi geyinərəm" .....                     Trampın komandasındakı "erməni aşiq"ləri: onlar kimdir? .....                 

Hanı, bəs Qarabağda ayaqyalın konsert verəcəkdiniz? - ETİRAZ
Tarix: 14-12-2023, 07:43 | Çap et
Hanı, bəs Qarabağda ayaqyalın konsert verəcəkdiniz?
Həmkarım Aygün Muradxanlı dünən müğənni adaşı Aygün Kazımova haqqında bir status paylaşıb, adam istəyir ki, bu, düz söhbət olmasın, təkzib olunsun.

Statusun duzlu hissəsini ixtisar etsək, yerdə qalanı belədir: “Aygün Kazımovaya deyiblər, Qarabağda yurda dönənlər üçün yeni il keçiririk, sən də gəl, deyib, 45 min özümə, 75 səhnə dekoru-işıq, 85 min də heyətimə”.

Belə şey ola bilərmi? Əlbəttə, Aygün Muradxanlı yazıbsa, şəkk etmək mümkün deyil. O, belə şeyləri həmişə yazır, başı bəlaya girir, amma sonra anlaşılır ki, yalan yazmayıb. Jurnalistə bu məsələni təşkilatçılardan, yəni müğənni Aygünü Qarabağa dəvət etmək istəyənlərdən biri deyib. Deyib və belə bir cavab alıb.

Belə baxanda, bu, fantastik qiymətdir, toplamda 205 min manat edir. Hansı dövlət qurumu yeni-yeni bərpa olunan yurd yerində bir şənlikdə oxumaq üçün müğənniyə 205 min verər? Oralarda 205 minin 205 dərdi var.

Hələ ona da baxaq ki, bu 5 min haradan çıxıb? Prinsipcə, müğənni birdəfəlik yuvarlaq rəqəm – 200 min tələb etməliydi. Güman etmək olar ki, o, bu 5 mini bazarlıq etmək, minnət qoymaq üçün nəzərdə tutulub: “Yaxşı, sizə endirim edərək, köçkün olduqları üçün 5 min keçərəm”.

Bu, işin zarafat tərəfidir, amma xalq artistinin belə bir qonorar tələb etməsi gerçəkdən absurddur.

A.Kazımova ya hansı ölkədə yaşadığını unudub, ya da hesab edir ki, insaların pul kəsən maşını var. Unudubsa, biri ona desin ki, bura Brodvey deyil, sən də Beyons, Şakira, Rihanna deyilsən. Heç Hadisə və ya Sibel Can da vətən, xalq söhbəti olan yerdə 200 min adı tutmazdılar.

Dünənə qədər televiziya ekranlarında “əhd etmişəm, torpaqlar alınsın, Cıdır düzündə ayaqyalın oynayacam”, “Arzu edirəm ki, gələn il bu vaxt işğaldan azad olunan torpaqlarda əsgərlərimiz, camaatımız qarşısında yeddi gün konsert verək” deyənlər bunlar deyildimi?

Bu söhbəti təkrar edə-edə çürüyünü çıxarıb, lətifəyə döndərmişdilər, hamısı “işğaldan azad olunan torpaqlar” üçün necə fədakarlıqlar edəcəklərini deyir, tamaşaçılar qarşısında ucuz xal toplayırdılar. İnsanlar onlara baxır, “halal olsun, necə vətənpərvərdirlər” deyirdi. Əyninə bayraqlarımızın rənglərindən ibarət əlbisə, hərbi mundir geyənlər vardı, öz aləmlərində gəncləri hərbi-vətənpərvərlik ruhuna kökləyirdilər.

aybay.jpg (23 KB)

Nə oldu bəs? İş real xidmətə gələndə “200 min verin, gəlim”, hə?

O gün bu üzdə olan “ulduz” müğənnilərə dair bir preyskurant da açıqlanmışdı. Guya Aygün və Röya şənliklərdə yarım saatlıq ifa üçün 50 min manat tələb edirlər. O birilərin də adının qarşısında 10 min, 20 min, 30 min yazılmışdı. İçlərində eləsi vardı ki, gəlib adamların eyvanının altında fonoqramsız oxusa, pərdəni çəkər, o səmtə baxmazlar. O da özünü o dairəyə saldırıb, qiymət qoydurmuşdu.

Bu, özünə məzənnə kəsməkdir. Bu ölkədə onlara o pulu verəcək adamlar ya bir olar, ya iki. Onlar da kimlərləsə bəhsləşdikləri üçün verərlər. Gedib Türkiyədən Ebru Gündəşi gətirər, ona üçqat artıq qonorar ödəyərlər, amma adları çəkilənlərin yarım saat disk oxutmasına o qədər pul verməzlər.

Əsas məsələ heç bu müğənnilərin toyda-şənlikdə 10-15 il əvvəl yazdırdıqları mahnıları səsləndirib, ağızlarını açıb-yumub, özlərini oxuyurmuş kimi göstərmələri deyil, əsas məsələ odur ki, onlar xalqa qiymət oxuyurlar, “məni öz məclislərində görmək istəyirlərsə, canları çıxsın, çox pul ödəsinlər” ədası sərgiləyirlər.

Günah, əlbəttə ki, bu “ulduz”ları öz bağrından qoparıb göylərə qaldıranlardadır. Onlara layiq olduqlarından qat-qat artıq hörmət qoya-qoya, qonorar ödəyə-ödəyə bu mərtəbəyə çıxarıblar. Onlar da özlərini bir şey zənn edirlər, elə bilirlər ki, Altay dağlarını bunlar yaradıblar.

İstənilən mədəni, qanunun aliliyinə hörmət qoyulan ölkədə bu cür ərşlə-gürşlə əlləşən, özünün toya çox baha qiymətə getdiyini açıqlayan şəxsi ortalığa çəkir, deklarasiya və vergi tələb edirlər. Deyirlər, bir halda ki, ayda azı 20 toya gedir və hərəsindən 50 min manat alırsan, demək, ayda 1 milyon qazanırsan, gəl, vergini ödə.

Bax, elə olsa, bunlar da öz qınlarına qayıdar və “ayda 3-5 min manat zorla qazanırıq” deyib and içərlər.

Müəllif: Xalid KAZIMLI - Mənbə: musavat.com
Təqdim etdi: DİA-AZ.COM (Ərsoyun Bloqu)









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Bu universitetin tələbələri təqaüdlərini ala bilmirlər - AÇIQLAMA
Bu gün, 08:59
Ukraynadakı münaqişə danışıqlar yolu ilə həll olunacaq - Pentaqon rəhbəri
Bu gün, 08:57
Fransa öz uğursuzluğu ilə barışa bilmir - FAKT BUDUR!
Bu gün, 08:49
Əgər Paşinyan Bakıya gəlsəydi... - Cəsarət çatışmazlığı
Bu gün, 08:46
Yevangelistlər iki kritik ölkə üzərindən dünyanı dəyişir - Böyük plan işə düşüb
Bu gün, 08:42
Kremlin Ermənistana pulsuz göndərdiyi silahlar – Şarmazanov
Bu gün, 08:39
Vətəndaşın 100 manatına rəsmən `ƏL QOYDU` - GİLEY
Bu gün, 02:02
Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir - Bayramınız mübarək...
Bu gün, 00:45
“Finex Kredit” BOKT-da yığıncaq keçiriləcək, Müşahidə şurasının tərkibi müzakirə ediləcək
Bu gün, 00:02
İki yerdə işləyənlər niyə hər iki işdə ayrıca icbari tibbi sığorta haqqı ödəyir? - HƏQİQƏTƏN DƏ...
Dünən, 18:00
Dövriyyələri 1 milyard manatı keçən 7 şirkət - SİYAHI
Dünən, 17:58
“Daşnaksütyun” Paşinyanı öldürmək istəyir – SENSASİON İDDİA
Dünən, 17:06
Hakimiyyətə bu şəxs hazırlanır – “Varis planı” işə düşüb
Dünən, 17:02
Azərbaycanda sabah banklar və “Azərpoçt” fəaliyyət göstərəcək - DİQQƏT
Dünən, 16:58
Zəngəzur dəhlizi ilə bağlı yenilik: -Bu halda məqbul sayıla bilər!
Dünən, 16:07
Moskva Tiflisin ümidini kəsdi - Separatçı bölgələrlə bağlı inanılmaz tələb
Dünən, 16:04
Xocalının Ballıca və Ağdərənin Həsənriz kəndlərinə köç olacaq
Dünən, 15:59
Problemlər bəllidir, onlarla mübarizəyə pul lazımdır... - COP29-dan REPORTAJ
Dünən, 15:41
Şərur Tibb Mərkəzinin Doğuş şöbəsi ləğv edilir? - AÇIQLAMA
Dünən, 15:36
"Qadın gözəl görünəndə deyirlər, bunu kim xoşbəxt edir?"
Dünən, 15:34
70 yaşdan yuxarı insanlara kredit niyə verilmir? - ŞƏRH
Dünən, 15:26
Paşinyanın beş doğrusunu aparan bir səhvi - İNCƏLƏMƏ
Dünən, 15:25
Ermənipərəst Pallone jurnalistlərin suallarından qaçdı - VİDEO
Dünən, 15:17
Paşinyanın zəmanət almaq istədiyi “strateji saziş” NƏDİR? - GƏLİŞMƏ
Dünən, 15:15
Qarabağ Universitetinində ilk sədr SEÇKİSİ
Dünən, 15:10
“Prezident” doğulduğu kəndə qaçdı: - Qafqazda ikinci Kələki olayı
Dünən, 14:57
Mağazalardakı “Qara cümə” FIRILDAĞI – Nələri bilməliyik?
Dünən, 14:52
Naxçıvanda gerçək durum: Bazarlar da boş qalıb... - "Satıcı var, mal da var, alıcı yox..."
Dünən, 14:47
Ölkə COP29 şölənində... “Az-Lead” MMC ekoloji böhran yaradır... - vergi borcu da KƏLLƏ-ÇARXDA...
Dünən, 14:38
Xameneyini əvəzləmək üçün düymə basılıb? - NƏ BAŞ VERİR?
Dünən, 14:19
Mənzil sahibi ilə icarəçilər arasında kirayə haqqı davası... - Qanun nə deyir?
Dünən, 14:16
Təbii qaza limit təyin etmək, anlaşılan deyil - ETİRAZ VAR...
Dünən, 14:13
Bu paltarları uşaqlara qətiyyən geyindirmək olmaz! - ÇAĞIRIŞ
Dünən, 13:57
Dünyanın ən böyük siyasi təşkilatı dağıla bilər – Aİ üçün sonun başlanğıcı…
Dünən, 13:52
AMXM-da "İqlimlər və ilmələr" sərgisi açılıb
Dünən, 13:49
"Burada Ermənistan bir bəhanə və bir vasitədir" - deputat
Dünən, 13:16
Naxçıvan MSK-nın üzvləri seçilib - ADLAR
Dünən, 13:09
“Makron niyə Bakıya gəlmədi?... Qarayaxmaya görə məsuliyyəti kim daşıyır?”
Dünən, 13:03
"Qınaqdan çox qorxuram, yoxsa istədiyim kimi geyinərəm"
Dünən, 12:56
Trampın komandasındakı "erməni aşiq"ləri: onlar kimdir? - İNCƏLƏMƏ
Dünən, 12:54
Ərazi Tikinti Planlaşdırma Mərkəzinin tender maxinasiyalarının baş “qəhrəmanı”: “Dollar Cavid” - İTTİHAM VAR...
Dünən, 12:50
"COP29-da küçə itləri ilə bağlı aksiya keçirən şəxs öyrədilmiş adamdır" - deputat
Dünən, 12:47
MSK seçkilərin yekun nəticələrini təsdiqləyib, “Gürcü Arzusu” qalib olub - YEKUN QƏRAR
Dünən, 12:41
Dağlıq ərazilərdə qar yağacağı gözlənilir - belə deyirlər...
Dünən, 12:39
Azərbaycanda iki kollecə təyinat olub - ƏMR
Dünən, 12:38
10 ayda ən çox birja əməliyyatı aparan 5 şirkət - ADLAR
Dünən, 12:24
Gələn il müharibənin diplomatik yolla başa çatması üçün hər şeyi etməliyik - Zelenski YOLA GƏLİR...
Dünən, 12:22
"Paşinyan gecikir, sonda Əliyevin dediyi olacaq" - Ekspert erməni mediasını məyus etdi
Dünən, 12:14
Dövlətin dərmanları qara yollarla apteklərə verilir - AXI NİYƏ?..
Dünən, 12:01
Şərur sakinləri TƏHLÜKƏDƏ: “Cəhənnəmə ölsün” - ŞOK İDDİA
Dünən, 11:47
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru