Ermənistanın təhlükəli diplomatik oyunu .....                     İlqar Abbasov bir köşəyə çəkilib... AĞAC YEYİR... .....                     Cəbrayılov ÇALDI... ÇAPDI... MAHALI... .....                     Dövlət səviyyəsində ÖZBAŞINALIQ... .....                     Qızıl bazarında saxta məhsullar satılır .....                     Rubio Ukrayna nümayəndə heyəti ilə görüşdə döyüşlərin dayandırılmasına nail olmağa çağırıb .....                     Beh alıb, məclisə getmədi .....                     Cahangir Əsgərov "Premium Bank"ın əsas səhmdarı olub .....                     “Putin özü də bilir ki, Köçəryan-Sərkisyan cütlüyü hakimiyyətə gəlmək iqtidarında deyil...” .....                     "Bakı Elektroştamp" ASC səhmdarlarını yığıncağa .....                     Ermənistan-Gürcüstan-Azərbaycan üçtərəfli formatının genişlənəcəyinə ümid edirik .....                     "Məni hörmətdən salmaq istəyirlər" .....                     Erməni polkovnikin sözləri Rusiyanı qəzəbləndirdi: .....                     Saleh Səmədov rəisi söydüyünə görə həbs edilib .....                     “Bədənimi direllə deşib, burnumu, barmağımı sındırıb” .....                     Trend İnformasiya Agentliyinin yayılan dezinformasiya ilə bağlı bəyanatı .....                     “Paşinyanı iqtidarda Bakı, London və Təl-Əviv saxlayır” iddiası .....                     “Oqtaydan sonra heç yerə getmirəm, itirdiyimi elə itirmişəm ki...” .....                     İtaliya səfiri Eldar Əzizovla Neapolla qardaşlaşma əlaqələrinin gücləndirilməsini müzakirə edib .....                     İpoteka və Kredit Zəmanət Fondu: DÖVLƏT QAYĞISINDAN PUL ƏMƏNLƏR... .....                     Məmurun evindən 244 minlik qızıl oğurlayan xadimənin cinayət işi: həbs edildi .....                     Xarici aviasiya şirkəti Azərbaycan bazarını tərk edir .....                     "Gülnar Səfərəliyevadan heç bir ədalət gözləmirəm" .....                     5000 manat maaş alıram, necə qənaət edim? .....                     PKK silahı yerə qoyur... TƏSLİM OLMUR! .....                     Paşinyan komandasına xəbərdarlıq etdi: .....                     Şəmkirin icra başçısından NAZİRƏ QARŞI SAYĞISIZLIQ... .....                     Şirkətlər qrupunda yeni ASC yaradılıb .....                     "Azərtəkrarqarametal" ASC-nin səhmdarlarının toplantısı keçiriləcək .....                     38 yaşlı sabiq məmur həbsxanada öldü .....                     Naxçıvanda özünü vəzifəli şəxs kimi tanıdaraq dələduzluq edən şəxs saxlanılıb .....                     Naxçıvanda NÖVBƏTİ BÜDCƏ TALANI... .....                     İki rayonun icra başçısı dəyişdiriləcək: Birinin həbsi belə aktualdır... .....                     “Pulum olsaydı “Bəxt üzüyü” filmində atamın sürdüyü maşını alardım” .....                     Bakı məhəllədaxili yollarda və səkilərdə asfalt örtüyünün təmirinə 2.5 milyon xərclənəcək .....                     Əmək mübahisələri ilə bağlı mühüm məqamlar... .....                     Mərkəzi Bankın proqnozu özünü doğrultmadı: 19 aydan sonra... .....                     TARİXİ BAKI... HƏDƏFDİRMİ? .....                     Azərbaycanda ilk qiyabi icraat üzrə məhkəmə başladı .....                     Rusiyanın “5-ci kolon”la bağlı qərarının İmişlidə əks-sədası .....                 

"Mənə dedi ki, “ana, Hollivuda getmək istəyirəm, çünki bu işin mərkəzi oradır” "
Tarix: 15-12-2023, 08:48 | Çap et
"Mənə dedi ki, “ana, Hollivuda getmək istəyirəm, çünki bu işin mərkəzi oradır” "
“ “Kanal 7” də 2 il öncə “Yemin” serialında rol aldım. Daha sonra məni “Əsarət” serialına dəvət etdilər. Burada çox önəmli rollardan birini oynayıram. Afifə zabitəli, ziyalı bir nəslin davamçısı olan qadın obrazıdır. Hal-hazırda çəkilişlərimiz davam edir”

Bunu Moderator.az-a Əməkdar incəsənət xadimi, Türkiyədə yaşayan azərbaycanlı aktrisa Məlahət Abbasova deyib. O daha sonra əlavə edib.
“Mən sənət yaradıcılığım boyu bu cür rol oynamamışam. Afifə çox ağır xarakterli, bir az qəddar tərəfi olan, amma ailəsini, övladlarını qoruyan, öz fikirləri, qanunları olan mərd, qürurlu bir qadındır. Yeri gələndə çox duyğusal ola bilir. Onun ən başlıca məqsədi də ailəsini qorumaqdır. Hər zaman mülayim, mehriban, saf, məsum qadın rollarını oynamışam. Bəzən bir aktrisa kimi bu rolu oynayanda çətinlik çəkirəm. Çox axtardım ki, necə oynayım?! Onun yerişindən tutmuş səs tonuna qədər axtarıb tapdım. İmicimi dəyişdirdilər. Buna etiraz etmədim. Bilirsiniz ki, Türkiyədəki seriallar xarici ölkələrə satılır. Mənim instaqram səhifəmi izləyənlər də bilir ki, Azərbaycandan, Türkiyədən çox xarici ölkələrdən mesajlar gəlir. Hamısı da yazır ki, “Afifəyə nifrət edirik, sizi isə sevirik”. Bu da o deməkdir ki, mən Afifə rolunun öhdəsindən gəlmişəm. Mehriban bir kollektivimiz var. Deyilənə görə uzunömürlü olacaq, 5 il davam edəcək. Mənim üçün ən önəmli məsələ oynadığım serialların xarici ölkələrdə tanıdılmasıdır. Əlbəttə ki, xarici ölkələrdə tanınmaq mənim üçün böyük qürurdur. Braziliyadan, Amerikadan belə bizim çəkiliş setlərimizə ziyarətə gəlirlər. Mənə dünyanın hər bir nöqtəsindən izləyicilər məktub yazır. Bu mənim üçün qürurverici bir haldır” deyə aktrisa deyib.

Sənətkar bildirib ki, oğlu Amerikada yaşayır.
“Oğlum Türkiyədə operator köməkçisi işləyirdi. Mənim çəkildiyim “Yemin” serialında biz birlikdə çalışdıq. İlk addımını o bu serialla atdı. Ondan sonra bir çox seriallarda operator köməkçisi işlədi. Daha sonra “Netflix” və “Disney plus”da çalışdı. Sonra mənə dedi ki, “ana, Hollivuda getmək istəyirəm, çünki bu işin mərkəzi oradır”. İki il oğluma ora getməyi icazə vermədim. Çünki bir oğlum var, istəmirdim ki, gözümdən kənara getsin. Dedi ki, “ana, bu mənim həyatımdır, mən öz işimdə irəliləmək istəyirəm”. Ətrafımdakı insanlar da ona mane olmamağımı tövsiyyə etdilər. Mən də mane olmadım və icazə verdim. Bir az dil problemi var. Oğlum universiteti inglis dilində oxuyub. Amerikada Amerikan ingliscəsi çox fərqidir. İndi həm dil kurslarına gedir, həm də Hollivudda öz işləri ilə məşğul olur. İnanıram ki, daha da yaxşı olacaq. Hətta oradakı Film Akademiyasında magistr təhsili almaq istəyir. Əlbəttə ki, onun üçün çox darıxıram. Fikrim var ki, yay ayında Amerikaya gedim. İnanıram ki, gələcəkdə oradan çox gözəl səsi gələcək” deyə aktrisa bildirib.

Aktrisa “AZDRAMA-dan bir neçə sənət insanını ixtisara salıb, işdən azad etdilər. Bu haqda nələrsə eşitmisiniz?” sualına belə cavab verib.
“Bilirsiniz ki, 4 il Akademik Milli Dram teatrında çalışmışam. Həyat elə gətirdi ki, Türkiyəyə gəldim və teatr işimə burada davam etməyə başladım. Amma heç bir zaman Azərbaycandakı sənət yoldaşlarımla sənət bağlarım qopmayıb. Hamısı ilə bu gün də yazışıb, danışıram. Baxmayaraq ki, Türkiyədəyəm amma doğma teatrımda baş verən hər bir şeydən xəbərim var. Küsüb gedən aktyor, aktrisalarımızdan xəbərdaram. Bu haqda düzü danışmaq istəmirəm. Bircə onu deyə bilərəm ki, aktyorun küsüb getməsi yalnız teatra, mədəniyyətimizə zərər vura bilər. Vaxtilə Zərnigar Ağakişiyevanın, Səfurə İbrahimovanın küsüb getdiyini bilirdim. Səfurə xanımla biz bunları danışırdıq. O zaman buna çox üzülmüşdüm. Heç kimi küsdürməsinlər. Sənət insanları duyğusaldırlar, yaradıcıdırlar. Azərbaycan teatrında dəyərli aktyorların sayı o qədər azaldı ki, əlimizdə olan aktyorlarımızı pambıq içərisində saxlamaq lazımdır. Aktyor səhnədə rəhmətə getməlidir. İnanıram ki, belə hallar azalar. Teatr heç kimin şəxsi mülkiyyəti deyil, teatr xalqa xidmət etməlidir” deyə aktrisa bildirib.

Aktrisa bildirib ki, Azərbaycanlı həmkarlarına Türkiyədə hər zaman köməklik edib, dəstək olub.
“Bu gün Azərbaycan teatrını, kino sənətini Türkiyədə təbliğ edən yeganə sənət insanıyam. Onlar məndən kömək istədikləri zaman əlimdən gələni əsirgəməmişəm. Yadınızdadırsa illər öncə Azərbaycan Türkiyə ilə ortaq olaraq “Mahmud və Məryəm” filmini çəkdik. Hər iki ölkənin Mədəniyyət Nazirlikləri arasında bu müqavilənin bağlanmasında, filmin çəkilməsində mənim böyük rolum oldu. Çünki bu layihəni hər iki ölkənin Mədəniyyət Nazirlərinə təqdim edən mən oldum. Ən böyük məqsədim Azərbaycanla Türkiyənin sənət adamlarının birlikdə çəkilməsi, onların ünsiyyəti idi. Biz buna nail olduq. Bu mənim missiyamdır. Mən 2019-cu ildə “İblis” tamaşasını Türkiyədə səhnələşdirəndə də istəyirdim ki, hansısa rolun iştirakçısını Azərbaycandan dəvət edim. Fikrimdə də xalq artisti Fəxrəddin Manafovu tutmuşdum. Hətta bu haqda Fəxrəddin bəylə danışığımız da olmuşdu. Həyat yoldaşının xəstəliyinə görə rol təklifimizi qəbul etmədi. Bununla bağlı o vaxt Mədəniyyət Nazirliyinə müraciət etsək də, müraciətimiz cavabsız qaldı. Məndən azərbaycanlı aktrisa istədiklərində mütləq zəng edib, dəvət etdirirəm. Məsələn, Yağmur Şahbazova “Yemin” serialında çox gözəl bir rola dəvət aldı. Onun şəkilini bəyənib mənə göstərdilər və məndən kömək istədilər. Onlar da bilirlər ki, mən Azərbaycandakı bir çox sənət insanlarını tanıyıram. “Fox” tv də də bir serial üçün Azərbaycanın məşhur aktyorlarını təklif etmişdim. Nədənsə o layihə dayandırıldı. Sözün düzü kastinq ajansı qurub, Azərbaycandan istedadlı, yaraşıqlı bəy və xanımları dəvət etmək istəyirəm. Bir sözlə əlimdən gələn hər şeyi edirəm. Başqalarının mane olmağı haqda heç bir söz deyə bilmərəm” deyə aktrisa bildirib.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Ermənistanın təhlükəli diplomatik oyunu
Bu gün, 17:15
İlqar Abbasov bir köşəyə çəkilib... AĞAC YEYİR... - BU DA FAKT!
Bu gün, 17:12
Cəbrayılov ÇALDI... ÇAPDI... MAHALI... - İTTİHAM VAR...
Bu gün, 17:08
Dövlət səviyyəsində ÖZBAŞINALIQ... - Bunun başqa ADI YOXDUR...
Bu gün, 17:01
Qızıl bazarında saxta məhsullar satılır - VİDEO
Bu gün, 16:57
Rubio Ukrayna nümayəndə heyəti ilə görüşdə döyüşlərin dayandırılmasına nail olmağa çağırıb - "İnterfaks"
Bu gün, 16:53
Beh alıb, məclisə getmədi
Bu gün, 16:48
Cahangir Əsgərov "Premium Bank"ın əsas səhmdarı olub
Bu gün, 16:45
“Putin özü də bilir ki, Köçəryan-Sərkisyan cütlüyü hakimiyyətə gəlmək iqtidarında deyil...” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 14:00
"Bakı Elektroştamp" ASC səhmdarlarını yığıncağa - DƏVƏT EDİR
Bu gün, 13:58
Ermənistan-Gürcüstan-Azərbaycan üçtərəfli formatının genişlənəcəyinə ümid edirik - Paşinyan
Bu gün, 13:22
"Məni hörmətdən salmaq istəyirlər"
Bu gün, 13:18
Erməni polkovnikin sözləri Rusiyanı qəzəbləndirdi: - “Hitler olsaydı…”
Bu gün, 13:15
Saleh Səmədov rəisi söydüyünə görə həbs edilib - Şok təfərrüat
Bu gün, 13:12
“Bədənimi direllə deşib, burnumu, barmağımı sındırıb” - Qətlin açdığı dəhşətli FAKTLAR
Bu gün, 13:10
Trend İnformasiya Agentliyinin yayılan dezinformasiya ilə bağlı bəyanatı - DİQQƏT!
Bu gün, 11:42
“Paşinyanı iqtidarda Bakı, London və Təl-Əviv saxlayır” iddiası - RƏYLƏR...
Bu gün, 11:01
“Oqtaydan sonra heç yerə getmirəm, itirdiyimi elə itirmişəm ki...”
Bu gün, 10:47
İtaliya səfiri Eldar Əzizovla Neapolla qardaşlaşma əlaqələrinin gücləndirilməsini müzakirə edib - FOTO
Bu gün, 10:44
İpoteka və Kredit Zəmanət Fondu: DÖVLƏT QAYĞISINDAN PUL ƏMƏNLƏR... - İLGİNC FAKTLAR...
Bu gün, 10:41
Məmurun evindən 244 minlik qızıl oğurlayan xadimənin cinayət işi: həbs edildi - TƏFƏRRÜAT
Bu gün, 10:36
Xarici aviasiya şirkəti Azərbaycan bazarını tərk edir
Bu gün, 10:33
"Gülnar Səfərəliyevadan heç bir ədalət gözləmirəm" - Naxçıvan təhsilində QALMAQAL
Bu gün, 10:31
5000 manat maaş alıram, necə qənaət edim? - Səyyad Aran GİLEYLƏNİR
Bu gün, 10:25
PKK silahı yerə qoyur... TƏSLİM OLMUR! - BU, AYRI-AYRI ŞEYLƏRDİR...
Bu gün, 10:22
Paşinyan komandasına xəbərdarlıq etdi: - Sürprizlərə hazır olun
Bu gün, 10:19
Şəmkirin icra başçısından NAZİRƏ QARŞI SAYĞISIZLIQ... - "Bunlar nə vaxt düzələcək?.."
Bu gün, 10:09
Şirkətlər qrupunda yeni ASC yaradılıb
Bu gün, 10:01
"Azərtəkrarqarametal" ASC-nin səhmdarlarının toplantısı keçiriləcək
Bu gün, 09:59
38 yaşlı sabiq məmur həbsxanada öldü
Bu gün, 09:49
Naxçıvanda özünü vəzifəli şəxs kimi tanıdaraq dələduzluq edən şəxs saxlanılıb - TƏFƏRRÜAT
Bu gün, 09:46
Naxçıvanda NÖVBƏTİ BÜDCƏ TALANI... - fermerləri YENƏ ALDADIRLAR...
Bu gün, 09:44
İki rayonun icra başçısı dəyişdiriləcək: Birinin həbsi belə aktualdır... - İLGİNC İDDİALAR
Bu gün, 09:31
“Pulum olsaydı “Bəxt üzüyü” filmində atamın sürdüyü maşını alardım” - FOTO
Bu gün, 09:21
Bakı məhəllədaxili yollarda və səkilərdə asfalt örtüyünün təmirinə 2.5 milyon xərclənəcək – İşləri 200 manatlıq şirkət görəcək
Bu gün, 09:19
Əmək mübahisələri ilə bağlı mühüm məqamlar... - Ekspert danışır...
Bu gün, 09:16
Mərkəzi Bankın proqnozu özünü doğrultmadı: 19 aydan sonra... - ARAŞDIRMA
Bu gün, 09:08
TARİXİ BAKI... HƏDƏFDİRMİ? - AKTUAL
Bu gün, 09:01
Azərbaycanda ilk qiyabi icraat üzrə məhkəmə başladı - DETALLAR
Bu gün, 08:58
Rusiyanın “5-ci kolon”la bağlı qərarının İmişlidə əks-sədası - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 08:57
Federasiyanın sabiq vitse-prezidentinə dələduzluq maddələri ilə cinayət işi açıldı - TƏFƏRRÜAT
Bu gün, 08:55
Hərbi təlimlərdə atılan güllələr bu dəfə kanalizasiya xəttini HƏDƏFƏ ALDI – FOTO/GİLEY
Bu gün, 08:47
“Teatr bağlanandan sonra işsiz qaldım, sənət dostlarımdan uzaqlaşmışam” - Efirlərdən uzaq düşən sənətkar
Bu gün, 08:42
"Yelo Bank" ASC səhmdarlarının yığıncağı keçiriləcək
Bu gün, 08:41
"Artıq pul xərcləmir, ölkələrdən pul, sərvət qoparır, təsirini oralarda gücləndirir" - ABŞ YÖN DƏYİŞDİRİB...
Bu gün, 08:39
“Mədəniyyət Naziri məni qəbul etmir, ondan soruşmaq istəyirəm ki...” - ETİRAZ VAR...
Bu gün, 08:33
“Rabitə Tikinti”yə yeni rəhbər təyin ediləcək
Bu gün, 08:26
Düşmən silahlanır: amma tətiyi çəkəcək əsgər qıtlığı var... - Özləri etiraf edir ki...
Bu gün, 08:23
“Bütün oyunları Ərdoğan oynayır” - Yunan mətbuatı təriflər yağdırdı
Bu gün, 07:24
Ukrayna ordusu bəzi istiqamətlərdə Rusiyanı sıxışdırdı - KİV
Bu gün, 07:22
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru