“Xalq artisti adını alanlar arasında bu ada layiq olmayanlar da var” - HƏQİQƏTƏN DƏ...
Tarix: 11-01-2024, 08:36 | Çap et
Məşhur müğənni Filip Kirkorovun bloger Anastasiya (Nastya) İvleyevanın təşkil etdiyi “Çılpaq gecə” adlı tədbirdə iştirakına görə bütün Yeni il şoularından uzaqlaşdırıldı. Buna səbəb Rusiya ictimaiyyətinin “mavi gecəyə” kəskin reaksiyası səbəb olub. Hətta aralarında deputatların da olduğu bir sıra şəxslər Kirkorovun “xalq artisti” adının məsuliyyətinə yaraşmayan hərəkətlərinə görə bu adın ondan geri alınmasını tələb edib.
Qeyd edək ki, Azərbaycanda bəzi xalq artistləri də zaman-zaman xüsusi geyimləri ilə bağlı cəmiyyətin ciddi narazılığına səbəb olurlar.
Deputat Sabir Rüstəmxanlı Kult.az-a açıqlamasında deyib ki, bu gün bəzi xalq artisti adı daşıyıcıları bu titilu yüngülləşdirib:
“Bu gün ekranın, sosial şəbəkələrin, medianın cəmiyyətin aşınmasında ciddi rolu var. Boşanmalar, intiharlar, əhali artımının dayanması, milli əxlaqla düz gəlməyən yaşayış tərzi birbaşa bu kimi şeylərdən qaynaqlanır. Düşünürəm ki, bu adların verilib-alınması məsələsi incəsənət aləmində söz-söhbətə səbəb olan mübahisəli mövzudur. Hər halda, dövlət, xalq sənətkara etimad göstərir, ona fəxri ad verirsə, o da təkçə ekranda yox, həyatda da bu adın şərəfini, yüksəkliyini qorumalıdır”.
Xalq artisti Nurəddin Mehdixanlı da sayta açıqlamasında bu məsələdə ümumi cəmiyyət qınağının vacibliyini vurğulayıb: “Əgər bir nəfərə fəxri ad verilirsə, bilməlidir ki, ona verilən bu ad sıradan titul deyil, xalqın məsuliyyəti, dövləti təmsil edən şəxsin imzası ilə verilən bir addır və özünü buna uğun aparmalıdır. Bu adı doğrultmayanlara ümumi cəmiyyət qınağı da olmalıdır. Hamı bilməlidir ki, dövlətin, millətin, xalqın mənafeyinə, adət-ənənəsinə, mədəniyyətinə, dəyərlərinə zidd olan davranış və əməllərinə görə cəzalandırılıb, aldıqları adlardan, orden və medallardan, rütbələrdən məhrum edilən hərbi rütbəlilər, ədəbiyyat, sənət adamları var. Təcrübədə bu varsa, demək, hüquqi bir presedent, qanun, nizam var və buna uyğun davranmaq lazımdır”.
Bəs Azərbaycanda da Xalq artisti adına yaraşmayan hərəkətlər edən şəxslərə qarşı hansısa tədbirlər görülə bilərmi? Bəziləri, ümumiyyətlə, fəxri ad məsələsinin sovet dövründən qalan ənənə olduğunu bildirir, artıq onun ləğv edilməsini təklif edir.
Qeyd edək ki, Dövlət Statistika Komitəsindən əldə etdiyimiz məlumata görə, hazırda ümumilikdə 4862 nəfər “Xalq” və “Əməkdar” fəxri adlarına görə aylıq Prezident təqaüdü alır.sSonuncu dəfə Xalq artisti fəxri adı 2021-ci ildə bir nəfərə verilib - bu titula S.Vurğun adına Rus Dram Teatrının aktyoru Fuad Osmanov layiq görülüb.
2020-ci ildə də bir nəfərə Xalq artisti adı verilib - bu, tarzən, Azərbaycan Milli Konservatoriyasının müəllimi Elçin Həşimovdur.
2019-cu ildə Xalq artisti fəxri adına layiq görülənlər isə 10 nəfər olub ki, onlardan 5-i müğənni idi - Miri Yusif, Röya Ayxan, Tünzalə Ağayeva, Cavan Zeynallı, İlqar Muradov.
Hazırda “Xalq” fəxri adına görə 259 nəfərə ayda 200 manat təqaüd ödənilir.
4603 nəfər isə “Əməkdar” fəxri adına görə ayda 150 manat təqaüd alır.
Mövzu ilə bağlı Milli Məclisin Mədəniyyət komitəsinin sədri Fazil Mustafa “Yeni Müsavat”a danışıb: “Fəxri adların ləğv edilməsi məsələsinə birmənalı fikir bildirmək çətindir. Çünki bu adların ləğv olunması özü ilə həm də böyük problemlər ortaya çıxarır. Ayrı-ayrı insanlar artıq bu fəxri adları alıblar və cəmiyyətdə bu bir sosializm yarışına çevrilib. Biri fəxri ad alanda digəri də bunu istəyir. Əsl sənət artıq bu adların müqayisəsində aparılır. Məsələn, kimin Xalq artisti fəxri adı varsa, o deməkdir ki, sənət aləmində bir pillə yuxarıdadır, Əməkdar artist adını alan ondan bir az aşağıdadır. Ümumiyyətlə, fəxri ad ala bilməyən isə özünü diskomfortda hesab edir. Ona görə də bu ənənəni başdan yaratmamaq lazım idi. Belə ki, müstəqillik dövründən başlayaraq bu ənənəni sovet ənənəsi kimi müəyyən dərəcədə arxa plana atmalı idik. Daha çox nominasiyalar üzrə real qaliblərin mükafatlandırılması və onların həm də yaxşı imkan sahibinə çevrilməsini təmin etməli idik. Amma artıq dövr keçib.
İndi Xalq artisti adını almış şəxslərin arasında bu ada layiq olmayan insanlar da var. Lakin layiqli olanları da var. Bu layiqliliyi də müəyyən etmək subyektiv yanaşma ilə ola bilər.
Bu məsələlərdə düşündürücü amil odur ki, hər kəs aldığı ada uyğun da müəyyən davranışlar sərgiləməlidir. Amma onu da düşünək ki, hansısa mədəni səviyyəsi yetərincə olmayan adamları bu mərtəbəyə qaldıranda onlar da nə etməli idi, gözlədiyimiz mədəni davranış göstərəkdilər? Öz vərdişləri nədirsə, onu da nümayiş etdirirlər. Hansısa fəxri ad almaq insana əlavə mədəniyyət bəxş etmir. İnsan təbiətən necə formalaşıbsa, ona uyğun da davranır. Kimsə soyunursa və yaxud qeyri-etik davranışlar nümayiş etdirirsə, fəxri ad məsələsində nəzərə almaq lazımdır. Fikrimcə, onların davranışlarını proqnozlaşdıraraq, addım atmaq daha doğru olardı.
Amma bir məsələ də var. Xarici ölkələrdə də müəyyən sənət adamları hansısa belə bir soyunma və yaxud filmlərdə hansısa açıq-saçıq epizodlar çəkilir. Burada önəmli olan bunun cəmiyyətlərdə necə qarşılanmasıdır. Əgər bizim cəmiyyətimizdə buna qarşı həqiqətən bir sərt reaksiya, narazılıq varsa, bu nəzərə alınmalıdır.
Bütövlükdə əsas diqqət kiminsə soyunub və yaxud soyunmamasına deyil, sənətə verilməlidir. Sənət peşəkarlıq baxımından dəyərləndirilməlidir. Yoxsa kimsə özünü süni bir formaya salıb, hansısa bir geyimində fərqlilik göstərməyə çalışırsa, bu artıq ikinci dərəcəli məsələ olmalıdır.
Ümumiyyətlə, narahatlıq yaradan məsələ sənəti olmayan, yetərincə bu dəyərləri daşımayan adamların sənətkar adı ilə cəmiyyətə sırınması məsələsi olmalıdır. Çünki biz insanların geyiminə, şəxs həyatına, davranışına bu qədər müdaxilə etsək, onda gərək Çində olduğu kimi, cəmiyyət hamıya bir ölçülü standart versin, bu isə müasir dövrün standartlarına uyğun deyil.
Hər halda, etik davranış tələbləri cəmiyyətdə səslənirsə, sənət adamları da bunu mütləq nəzərə almalıdır".
Qeyd edək ki, Əməkdar artist Aygün Hümmətovanın (Bəylər) ölümü fəxri adlarla bağlı məsələni bir daha gündəmə gətirmiş oldu. Sosial şəbəkələrdəki müzakirələrdə bir çoxları mərhum Aygün Hümmətovaya niyə indiyə kimi Xalq artisti fəxri adı verilmədiyini sual edir, Mədəniyyət Nazirliyini və bu məsələyə dair təqdimat verən məmurları qınaq obyektinə çevirir. Bəzi xəbər saytlarında da da bu tipli yazılar tirajlanır. Həmin yazılarda müəlliflər Miri Yusif, Röya Ayxan, Tünzalə Ağayeva kimi böyük ictimai rəğbətə malik olmayan müğənnilərə Xalq artisti adının hansı məntiqlə verildiyini sorğulayır, onlarla müqayisədə mahir muğam ifaçısı Aygün Hümmətovanın 2002-ci ildən bəri Əməkdar artist statusunda qalmağını ədalətsizlik hesab edir, keçmiş nazir Əbülfəs Qarayevi günahlandırıblar. Əbülfəs Qarayev məsələ ilə bağlı Manset.az-a bildirib:
“Aygün Bəylər istedadlı və mənim hörmət etdiyim musiqiçi idi. O, bütün tədbirlərdə fəal iştirak edirdi. Adın verilməsi mənim yadımda deyil. Amma mən ona böyük hörmətlə yanaşırdım. Allah ona rəhmət eləsin! Ona Xalq artisti adının verilməsinə gəldikdə, hər şeyin qanunu və vaxtı var. Mən ona hansı ad verməliydim ki? Ona Əməkdar artist adı verilmişdi, Xalq artisti adının verilməsi üçün müəyyən vaxt keçməliydi. Bir ad alandan sonra ikinci ad almaq üçün zaman keçməlidir. Onun da yəgin ki, hansısa səbəbləri olub.”
Əbülfəs Qarayev açıqlamasında fəxri adların (Əməkdar, Xalq) verilməsində biri ilə digərinin arasında müəyyən qədər vaxt keçməsi lazım olduğunu bildirib. Aygün Bəylərə 2002-ci ildə Əməkdar artist fəxri adı verilib. Əbülfəs Qarayev mədəniyyət naziri vəzifəsindən 2020-ci ildə azad edilib. O zaman bu məsələdən artıq 18 il vaxt ötmüşdü.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Vətəndaşın 100 manatına rəsmən `ƏL QOYDU` - GİLEY
Bu gün, 02:02 |
|
|
|
• Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir - Bayramınız mübarək...
Bu gün, 00:45 |
|
|
|
• “Finex Kredit” BOKT-da yığıncaq keçiriləcək, Müşahidə şurasının tərkibi müzakirə ediləcək
Bu gün, 00:02 |
|
|
|
• İki yerdə işləyənlər niyə hər iki işdə ayrıca icbari tibbi sığorta haqqı ödəyir? - HƏQİQƏTƏN DƏ...
Dünən, 18:00 |
|
|
|
• Dövriyyələri 1 milyard manatı keçən 7 şirkət - SİYAHI
Dünən, 17:58 |
|
|
|
• “Daşnaksütyun” Paşinyanı öldürmək istəyir – SENSASİON İDDİA
Dünən, 17:06 |
|
|
|
• Hakimiyyətə bu şəxs hazırlanır – “Varis planı” işə düşüb
Dünən, 17:02 |
|
|
|
• Azərbaycanda sabah banklar və “Azərpoçt” fəaliyyət göstərəcək - DİQQƏT
Dünən, 16:58 |
|
|
|
• Zəngəzur dəhlizi ilə bağlı yenilik: -Bu halda məqbul sayıla bilər!
Dünən, 16:07 |
|
|
|
• Moskva Tiflisin ümidini kəsdi - Separatçı bölgələrlə bağlı inanılmaz tələb
Dünən, 16:04 |
|
|
|
• Xocalının Ballıca və Ağdərənin Həsənriz kəndlərinə köç olacaq
Dünən, 15:59 |
|
|
|
• Problemlər bəllidir, onlarla mübarizəyə pul lazımdır... - COP29-dan REPORTAJ
Dünən, 15:41 |
|
|
|
• Şərur Tibb Mərkəzinin Doğuş şöbəsi ləğv edilir? - AÇIQLAMA
Dünən, 15:36 |
|
|
|
• "Qadın gözəl görünəndə deyirlər, bunu kim xoşbəxt edir?"
Dünən, 15:34 |
|
|
|
• 70 yaşdan yuxarı insanlara kredit niyə verilmir? - ŞƏRH
Dünən, 15:26 |
|
|
|
• Paşinyanın beş doğrusunu aparan bir səhvi - İNCƏLƏMƏ
Dünən, 15:25 |
|
|
|
• Ermənipərəst Pallone jurnalistlərin suallarından qaçdı - VİDEO
Dünən, 15:17 |
|
|
|
• Paşinyanın zəmanət almaq istədiyi “strateji saziş” NƏDİR? - GƏLİŞMƏ
Dünən, 15:15 |
|
|
|
• Qarabağ Universitetinində ilk sədr SEÇKİSİ
Dünən, 15:10 |
|
|
|
• “Prezident” doğulduğu kəndə qaçdı: - Qafqazda ikinci Kələki olayı
Dünən, 14:57 |
|
|
|
• Mağazalardakı “Qara cümə” FIRILDAĞI – Nələri bilməliyik?
Dünən, 14:52 |
|
|
|
• Naxçıvanda gerçək durum: Bazarlar da boş qalıb... - "Satıcı var, mal da var, alıcı yox..."
Dünən, 14:47 |
|
|
|
• Ölkə COP29 şölənində... “Az-Lead” MMC ekoloji böhran yaradır... - vergi borcu da KƏLLƏ-ÇARXDA...
Dünən, 14:38 |
|
|
|
• Xameneyini əvəzləmək üçün düymə basılıb? - NƏ BAŞ VERİR?
Dünən, 14:19 |
|
|
|
• Mənzil sahibi ilə icarəçilər arasında kirayə haqqı davası... - Qanun nə deyir?
Dünən, 14:16 |
|
|
|
• Təbii qaza limit təyin etmək, anlaşılan deyil - ETİRAZ VAR...
Dünən, 14:13 |
|
|
|
• Bu paltarları uşaqlara qətiyyən geyindirmək olmaz! - ÇAĞIRIŞ
Dünən, 13:57 |
|
|
|
• Dünyanın ən böyük siyasi təşkilatı dağıla bilər – Aİ üçün sonun başlanğıcı…
Dünən, 13:52 |
|
|
|
• AMXM-da "İqlimlər və ilmələr" sərgisi açılıb
Dünən, 13:49 |
|
|
|
• "Burada Ermənistan bir bəhanə və bir vasitədir" - deputat
Dünən, 13:16 |
|
|
|
• Naxçıvan MSK-nın üzvləri seçilib - ADLAR
Dünən, 13:09 |
|
|
|
• “Makron niyə Bakıya gəlmədi?... Qarayaxmaya görə məsuliyyəti kim daşıyır?”
Dünən, 13:03 |
|
|
|
• "Qınaqdan çox qorxuram, yoxsa istədiyim kimi geyinərəm"
Dünən, 12:56 |
|
|
|
• Trampın komandasındakı "erməni aşiq"ləri: onlar kimdir? - İNCƏLƏMƏ
Dünən, 12:54 |
|
|
|
• Ərazi Tikinti Planlaşdırma Mərkəzinin tender maxinasiyalarının baş “qəhrəmanı”: “Dollar Cavid” - İTTİHAM VAR...
Dünən, 12:50 |
|
|
|
• "COP29-da küçə itləri ilə bağlı aksiya keçirən şəxs öyrədilmiş adamdır" - deputat
Dünən, 12:47 |
|
|
|
• MSK seçkilərin yekun nəticələrini təsdiqləyib, “Gürcü Arzusu” qalib olub - YEKUN QƏRAR
Dünən, 12:41 |
|
|
|
• Dağlıq ərazilərdə qar yağacağı gözlənilir - belə deyirlər...
Dünən, 12:39 |
|
|
|
• Azərbaycanda iki kollecə təyinat olub - ƏMR
Dünən, 12:38 |
|
|
|
• 10 ayda ən çox birja əməliyyatı aparan 5 şirkət - ADLAR
Dünən, 12:24 |
|
|
|
• Gələn il müharibənin diplomatik yolla başa çatması üçün hər şeyi etməliyik - Zelenski YOLA GƏLİR...
Dünən, 12:22 |
|
|
|
• "Paşinyan gecikir, sonda Əliyevin dediyi olacaq" - Ekspert erməni mediasını məyus etdi
Dünən, 12:14 |
|
|
|
• Dövlətin dərmanları qara yollarla apteklərə verilir - AXI NİYƏ?..
Dünən, 12:01 |
|
|
|
• Şərur sakinləri TƏHLÜKƏDƏ: “Cəhənnəmə ölsün” - ŞOK İDDİA
Dünən, 11:47 |
|
|
|
• İrəvan Bakının əsas tələbini qəbul etdi – Paşinyan açıqladı
Dünən, 11:39 |
|
|
|
• COP29-a qarşı çıxanlar kim idi? - Vitse-spiker bu ölkələrin adını çəkdi
Dünən, 11:34 |
|
|
|
• FRANSALI SABİQ NAZİR FRANS 24-də RƏSMİ PARİSİ TƏNQİD ETDİ - “Makron Bakıya getməli idi”
Dünən, 11:32 |
|
|
|
• Ermənistan KTMT-nin bütün formatlarından uzaqlaşıb - Rusiya XİN
Dünən, 11:29 |
|
|
|
• Səfərbərlik Xidmətində yeni korrupsiya FAKTLARI AŞKARLANDI
Dünən, 11:21 |
|
|
|
• Azərbaycanlı 2 milyonluq qızılla aeroportda tutuldu - TƏFƏRRÜAT
Dünən, 11:19 |
|
|
|
|