“Onları Allaha həvalə edirəm, məhkəməyə verəcəyəm, şər-böhtan atıb nüfuzumu korlaya bilməzlər” - Əməkdar artist
Tarix: 18-01-2024, 08:51 | Çap et
Əməkdar artist Təranə Vəlizadə Moderator.az saytının suallarını cavablandırıb.
-Təranə xanım, bu günlərdə saytlarda və sosial şəbəkələrdə avtobus gözləyərkən sizin şəkiliniz olduğu iddia edilən bir foto yayımlamışdılar. Sözün düzü həmin xanımı sizə bənzətmədik.. Söhbətimizə də bu mövzudan danışmaqla başlamağınızı istərdim. - Mən bir şeyi başa düşmürəm, bu paxıllar, işsiz, gücsüz adamlar məndən nə istəyir? Harada kimi görürlər, mənə oxşadırlar. Mən dükan-bazar gəzmirəm, avtobusa minmirəm, piyada gedəndə də yalnız evimin yanındakı marketə gedib çörək və şirniyat alıram. Bazarlığımı övladlarım edir. Küçəyə mən gödək ətəklə yox, qadın şalvarı ilə çıxıram, yaşıma-başıma hörmət edirəm. Başımı qışda örtürəm, uzun palto, uzun kurtka və boynuma şərf dolayıram. Çünki səsimi qoruyuram. Bilirsiniz, siravi vətəndaşlar yazanda fikir vermirsən, ancaq tanınmış saytlar belə yalnış fikirlər söyləyəndə, kiminsə diqtəsilə böhtanlar yazanda onların yazarlarının aşağı səviyyədə, nüfuzsuz olduqları üzə çıxır. Mən böyük bir sənət məktəbi keçmişəm. Böyük bəstəkarlar və sənətkarlarla işləmişəm. Çox yazıqlar olsun ki, mənim sənətimi qoyub, məndən yalnış məlumatlar yazırlar. Dəfələrlə həyatım, yaradıcılığım haqqında məlumatlar vermişəm. Marağı olan qurumlar mənimlə əlaqə saxlayıb cəmiyyətimizə doğru məlumatlar çatdıra bilər. Saytlarda mənim nə şəxsiyyətimə, nə savadıma, nə nüfuzuma yaraşmayan təhqirli sözləri kim yazıbsa, yalandan mənim şəkilimdir deyə paylaşıbsa, onların hamısını məhkəməyə cəlb edəcəyəm!!! Hər küçədən keçən, mənə şər atıb, nüfuzumu kiminsə diqtəsi ilə korlaya bilməz. Ar olsun o cür haram çörək qazananlara! Həmin insanları azan vaxtı ibadət edib Allaha tapşırıram. -Bütün bunları kimlərin etdiyindən xəbəriniz var? -Məhkəməyə versəm əlbəttə ki, aydın olacaq ki, kim edib. Sarı mətbuatı oxumuram. Hamı haqqında yazırlar. Bilirəm ki, bu yazıları yazanlar və yazdıranlar məni və digər sənətkarları gözləri götürməyənlərdir. Bu məsələlər mənim yoldaşım həlak olandan sonra başladı. Bir qrup insan məni nüfuzdan salıb, səhnədən uzaqlaşdırmaq istədi. Yoldaşımın ölümündən 10 gün sonra, telekanala gedib, onun və mənim video lent yazılarımı xahiş etdim. Dedilər ki, pozublar. 10 günə hamısını pozmuşdular. Nə duetlərimiz, nə də ki, onun və mənim solo ifalarımız qalmışdı. Elə bil ki, biz adda heç müğənnilər olmayıb. Bayram konsertlərində biz iştirak etdiyimiz hissələri montaj edərək, kəsib itirmişdilər. -Nədənsə son zamanlar efirlərdə də çox az görünürsünüz.. Buna səbəb nədir? -Efirlərdən çox dəvətlər gəlir, amma getmirdim. Çünki istirahət edirdim. Sağ olsunlar, dəvət edirlər, hörmətlə yanaşırlar. Bizim nəsil sənətkarlarda o illərin mədəniyyəti var. Hər mahnının öz paltarı var. Hər sözü gərək elə deyəsən ki, tamaşaçıya çatdıra biləsən. Səhnədə bəzən göz ifadəsi, üz ifadəsi də köməyə çatır. Bunu hər müğənni bilmir, professionallar bilir. Mən vətənimi, sənətimi sevən insanam. Vətənimi tərk edib gedib başqa ölkədə də yaşaya bilərdim. Xarici ölkələrdə çox olmuşam, məni o qədər böyük sevgi ilə qarşılayıb, yola salıblar ki. Sovet illərində də, sonradan da. Yalvarıblar, xahiş ediblər ki, qalın bizdə. Çünki mən təkcə xalq yox, həm də klassik estrada, pop estrada üslubunda, bir neçə dildə də mahnılar oxuyuram. 50 ildir bu sənətdəyəm. Can qoymuşam sənətə. Mən ona görə can qoymamışam ki, bu gün murdar sözlərlə məni yad etsinlər! Xalqım məni çox gözəl tanıyır. Hər zaman geyimimə, duruşuma, nüfuzuma önəm vermişəm. Heç kim deyə bilməz ki, mən efirdən istifadə edib, kiminsə ləyaqətini alçaltmışam, yaxud kiməsə aşağılayıcı sözlər demişəm. Nəinki efirdə, elə həyatda da. -Səhnədə ən gözəl duetlər sizin və mərhum sənətkarımız, həyat yoldaşınız Eyvaz Həsənovun adı ilə bağlıdır. Ondan sonra duet təklifləri gəldi sizə? -Çox duet təklifləri gəldi. Mən oxumadım. Çünki ailə dueti başqa idi. Burada sevgi, hörmət, bağlanmaq, bir-birini başa düşmək, sevmək var. Ona görə də bizim duetlərimiz sevilirdi. Hər kəsi inandıra bilirdik. Mütləq deyil ki, o şəxslərin arasında sevgi olsun, amma hörmət olmalıdır. Duet iki qəlbin bir şərqisidir. Bir-birinin səsini, oxu tərzini bəyənməyən insanlar duet oxuyanda yabancı çıxır. Bu deyir ki, elə oxuyum ki, o kölgədə qalsın, o da deyir ki, elə oxuyum bu kölgədə qalsın. Duet birlikdir.
-İllər öncə özəl məclislərin, sanballı toyların ən tələbatlı müğənnisi olmusunuz. Bu gün necə, toylara gedirsiniz? -Xeyr, demək olar ki, toylara getmirəm. Sırf yaxın adamların, qohumların toyuna qonaq kimi gedirəm. Çox xahiş edəndə bir ağız oxuyuram. Hər yaşın öz gözəlliyi, zamanı var. Mən bu gün də sevilirəm. Amma toylara getməyə artıq həvəsim yoxdur. Konsert proqramlarında çıxış edirəm. Mən canlı oxumağa üstünlük verirəm. İndiki bizim toy saraylarında akkustikanı düzgün yaratmırlar. Musiqi elə səslənir ki, nə müğənnin səsi eşidilir, nə də musiqiçilərin çalğısı aydın eşidilir. Bir hamam səsi gəlir. Müğənni də məcbur olub fonoqramla toyu yola verir. Əvvəllər müğənni oxuyanda hamı qulaq asırdı, indi heç kim qulaq asmır. Hamı canlı oxuyurdu, gözəl səslənmə var idi. Mən indi də fonoqramsız oxuyuram. Müğənnilərin biznesi toylardır. Dolanışıq, maddiyat xatirinə toylara getmişik. İstədiyimizdən də artıq məbləğ bizə ödəyiblər. O vaxt gəlib bizimlə toy danışırdılar, qiymət deməyə utanırdıq. Hər zaman da bizi çox yaxşı yola salıblar. Bizə o qədər sevgi, məhəbbət, istək var idi ki. Gəlib məni gəlinin yanına aparıb deyirdilər ki, “Təranə xanım, əlini gəlinin başına çək, sənin kimi xoşbəxt olsun”. -Ən sevilən cütlük idiniz.. Olmaya xoşbəxtliyiniz gözə gəldi? -Nə bilim. Bəlkə də. Göz, nəzər var. İnsana xələl gətirə bilər. Bunu müqəddəs kitabdan başqa, alimlər də təsdiq edib. Bəd gözlərdə şüa var. Hərislik, paxıllıq şüası. O şüa insanın aurasını dəlir. Həmin auraya sonradan mənfi qüvvələr daxil olur. Ona görə insan xəstələnə, yıxıla, hətta ölə bilər.
-Gənclərə tövsiyyəniz nə ola bilər? -Vallah nə deyim. İndi başqa dövrandır. Heç kəs öz orijinallığını itirməsin. Gözəlliyi bərpa etmək, yaratmaq lazımdır. Şair deyir ki, hər şey gözəldir həyatda, özün bir gözəllik yarada bilsən. Əgər sən özün bir gözəllik yarada bilirsənsə, onunla fəxr edə bilərsən. Əgər sən Allah təalanın yaratdığı gözəlliklə fəxr edirsənsə, o düzgün deyil. Allahın mənə verdiyi görkəmlə heç vaxt fəxr etməmişəm. Buna ixtiyarım yoxdur. Çünki bunu Allah özü mənə verib. Əgər sonralar bunu cərrah əliylə mən düzətsəydim, fəxr edə bilərdim. Cərrah əlinə düşməmişəm. Allah nə veribsə onunla razılaşmışam. Təbiiliyi daha çox sevirəm. Mən heç kimə rişxənd etmirəm. Əksinə, mən xoşlayıram ki, gənclər gözəlləşsinlər. -Belə başa düşdüm ki, plastik əməliyyatların əleyhinə deyilsiniz... -Qətiyyən! Plastik əməliyyatlar gözəllikdir. Amma qaydasında. Çox olmamaq şərtilə. Səhnə də gözəlliyi sevir. Oxumağın önəmlidir, əsas sənətdir, gözəllik ikinci dərəcəlidir. Sənət olmayanda gözəllik iyrənc görünür. Çünki biz model deyilik, müğənniyik. Əsl gözəllik sənətin özüdür.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Vətəndaşın 100 manatına rəsmən `ƏL QOYDU` - GİLEY
Bu gün, 02:02 |
|
|
|
• Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir - Bayramınız mübarək...
Bu gün, 00:45 |
|
|
|
• “Finex Kredit” BOKT-da yığıncaq keçiriləcək, Müşahidə şurasının tərkibi müzakirə ediləcək
Bu gün, 00:02 |
|
|
|
• İki yerdə işləyənlər niyə hər iki işdə ayrıca icbari tibbi sığorta haqqı ödəyir? - HƏQİQƏTƏN DƏ...
Dünən, 18:00 |
|
|
|
• Dövriyyələri 1 milyard manatı keçən 7 şirkət - SİYAHI
Dünən, 17:58 |
|
|
|
• “Daşnaksütyun” Paşinyanı öldürmək istəyir – SENSASİON İDDİA
Dünən, 17:06 |
|
|
|
• Hakimiyyətə bu şəxs hazırlanır – “Varis planı” işə düşüb
Dünən, 17:02 |
|
|
|
• Azərbaycanda sabah banklar və “Azərpoçt” fəaliyyət göstərəcək - DİQQƏT
Dünən, 16:58 |
|
|
|
• Zəngəzur dəhlizi ilə bağlı yenilik: -Bu halda məqbul sayıla bilər!
Dünən, 16:07 |
|
|
|
• Moskva Tiflisin ümidini kəsdi - Separatçı bölgələrlə bağlı inanılmaz tələb
Dünən, 16:04 |
|
|
|
• Xocalının Ballıca və Ağdərənin Həsənriz kəndlərinə köç olacaq
Dünən, 15:59 |
|
|
|
• Problemlər bəllidir, onlarla mübarizəyə pul lazımdır... - COP29-dan REPORTAJ
Dünən, 15:41 |
|
|
|
• Şərur Tibb Mərkəzinin Doğuş şöbəsi ləğv edilir? - AÇIQLAMA
Dünən, 15:36 |
|
|
|
• "Qadın gözəl görünəndə deyirlər, bunu kim xoşbəxt edir?"
Dünən, 15:34 |
|
|
|
• 70 yaşdan yuxarı insanlara kredit niyə verilmir? - ŞƏRH
Dünən, 15:26 |
|
|
|
• Paşinyanın beş doğrusunu aparan bir səhvi - İNCƏLƏMƏ
Dünən, 15:25 |
|
|
|
• Ermənipərəst Pallone jurnalistlərin suallarından qaçdı - VİDEO
Dünən, 15:17 |
|
|
|
• Paşinyanın zəmanət almaq istədiyi “strateji saziş” NƏDİR? - GƏLİŞMƏ
Dünən, 15:15 |
|
|
|
• Qarabağ Universitetinində ilk sədr SEÇKİSİ
Dünən, 15:10 |
|
|
|
• “Prezident” doğulduğu kəndə qaçdı: - Qafqazda ikinci Kələki olayı
Dünən, 14:57 |
|
|
|
• Mağazalardakı “Qara cümə” FIRILDAĞI – Nələri bilməliyik?
Dünən, 14:52 |
|
|
|
• Naxçıvanda gerçək durum: Bazarlar da boş qalıb... - "Satıcı var, mal da var, alıcı yox..."
Dünən, 14:47 |
|
|
|
• Ölkə COP29 şölənində... “Az-Lead” MMC ekoloji böhran yaradır... - vergi borcu da KƏLLƏ-ÇARXDA...
Dünən, 14:38 |
|
|
|
• Xameneyini əvəzləmək üçün düymə basılıb? - NƏ BAŞ VERİR?
Dünən, 14:19 |
|
|
|
• Mənzil sahibi ilə icarəçilər arasında kirayə haqqı davası... - Qanun nə deyir?
Dünən, 14:16 |
|
|
|
• Təbii qaza limit təyin etmək, anlaşılan deyil - ETİRAZ VAR...
Dünən, 14:13 |
|
|
|
• Bu paltarları uşaqlara qətiyyən geyindirmək olmaz! - ÇAĞIRIŞ
Dünən, 13:57 |
|
|
|
• Dünyanın ən böyük siyasi təşkilatı dağıla bilər – Aİ üçün sonun başlanğıcı…
Dünən, 13:52 |
|
|
|
• AMXM-da "İqlimlər və ilmələr" sərgisi açılıb
Dünən, 13:49 |
|
|
|
• "Burada Ermənistan bir bəhanə və bir vasitədir" - deputat
Dünən, 13:16 |
|
|
|
• Naxçıvan MSK-nın üzvləri seçilib - ADLAR
Dünən, 13:09 |
|
|
|
• “Makron niyə Bakıya gəlmədi?... Qarayaxmaya görə məsuliyyəti kim daşıyır?”
Dünən, 13:03 |
|
|
|
• "Qınaqdan çox qorxuram, yoxsa istədiyim kimi geyinərəm"
Dünən, 12:56 |
|
|
|
• Trampın komandasındakı "erməni aşiq"ləri: onlar kimdir? - İNCƏLƏMƏ
Dünən, 12:54 |
|
|
|
• Ərazi Tikinti Planlaşdırma Mərkəzinin tender maxinasiyalarının baş “qəhrəmanı”: “Dollar Cavid” - İTTİHAM VAR...
Dünən, 12:50 |
|
|
|
• "COP29-da küçə itləri ilə bağlı aksiya keçirən şəxs öyrədilmiş adamdır" - deputat
Dünən, 12:47 |
|
|
|
• MSK seçkilərin yekun nəticələrini təsdiqləyib, “Gürcü Arzusu” qalib olub - YEKUN QƏRAR
Dünən, 12:41 |
|
|
|
• Dağlıq ərazilərdə qar yağacağı gözlənilir - belə deyirlər...
Dünən, 12:39 |
|
|
|
• Azərbaycanda iki kollecə təyinat olub - ƏMR
Dünən, 12:38 |
|
|
|
• 10 ayda ən çox birja əməliyyatı aparan 5 şirkət - ADLAR
Dünən, 12:24 |
|
|
|
• Gələn il müharibənin diplomatik yolla başa çatması üçün hər şeyi etməliyik - Zelenski YOLA GƏLİR...
Dünən, 12:22 |
|
|
|
• "Paşinyan gecikir, sonda Əliyevin dediyi olacaq" - Ekspert erməni mediasını məyus etdi
Dünən, 12:14 |
|
|
|
• Dövlətin dərmanları qara yollarla apteklərə verilir - AXI NİYƏ?..
Dünən, 12:01 |
|
|
|
• Şərur sakinləri TƏHLÜKƏDƏ: “Cəhənnəmə ölsün” - ŞOK İDDİA
Dünən, 11:47 |
|
|
|
• İrəvan Bakının əsas tələbini qəbul etdi – Paşinyan açıqladı
Dünən, 11:39 |
|
|
|
• COP29-a qarşı çıxanlar kim idi? - Vitse-spiker bu ölkələrin adını çəkdi
Dünən, 11:34 |
|
|
|
• FRANSALI SABİQ NAZİR FRANS 24-də RƏSMİ PARİSİ TƏNQİD ETDİ - “Makron Bakıya getməli idi”
Dünən, 11:32 |
|
|
|
• Ermənistan KTMT-nin bütün formatlarından uzaqlaşıb - Rusiya XİN
Dünən, 11:29 |
|
|
|
• Səfərbərlik Xidmətində yeni korrupsiya FAKTLARI AŞKARLANDI
Dünən, 11:21 |
|
|
|
• Azərbaycanlı 2 milyonluq qızılla aeroportda tutuldu - TƏFƏRRÜAT
Dünən, 11:19 |
|
|
|
|