Naxçıvanda NÖVBƏTİ BÜDCƏ TALANI... .....                     İki rayonun icra başçısı dəyişdiriləcək: Birinin həbsi belə aktualdır... .....                     “Pulum olsaydı “Bəxt üzüyü” filmində atamın sürdüyü maşını alardım” .....                     Bakı məhəllədaxili yollarda və səkilərdə asfalt örtüyünün təmirinə 2.5 milyon xərclənəcək .....                     Əmək mübahisələri ilə bağlı mühüm məqamlar... .....                     Mərkəzi Bankın proqnozu özünü doğrultmadı: 19 aydan sonra... .....                     TARİXİ BAKI... HƏDƏFDİRMİ? .....                     Azərbaycanda ilk qiyabi icraat üzrə məhkəmə başladı .....                     Rusiyanın “5-ci kolon”la bağlı qərarının İmişlidə əks-sədası .....                     Federasiyanın sabiq vitse-prezidentinə dələduzluq maddələri ilə cinayət işi açıldı .....                     Hərbi təlimlərdə atılan güllələr bu dəfə kanalizasiya xəttini HƏDƏFƏ ALDI .....                     “Teatr bağlanandan sonra işsiz qaldım, sənət dostlarımdan uzaqlaşmışam” .....                     "Yelo Bank" ASC səhmdarlarının yığıncağı keçiriləcək .....                     "Artıq pul xərcləmir, ölkələrdən pul, sərvət qoparır, təsirini oralarda gücləndirir" .....                     “Mədəniyyət Naziri məni qəbul etmir, ondan soruşmaq istəyirəm ki...” .....                     “Rabitə Tikinti”yə yeni rəhbər təyin ediləcək .....                     Düşmən silahlanır: amma tətiyi çəkəcək əsgər qıtlığı var... .....                     “Bütün oyunları Ərdoğan oynayır” .....                     Ukrayna ordusu bəzi istiqamətlərdə Rusiyanı sıxışdırdı .....                     DSX-nin ŞÜBHƏLİ TENDER ORTAĞI .....                     "Əli Kərimli Tofiq Yaqublunun ölməsini istəyirdi" .....                     Rusiyaya ciddi itkilər veririk, 640 minlik ordu... .....                     Paşinyan İTV-yə hansı önəmli məqamları açıqladı? .....                     Dövlətin yardımı PULLA SATILIR .....                     "Xəstəliyimə qədər özüm işləyib ailəmə baxmışam" .....                     "KASSİR DEDİ Kİ, SƏNƏ BİLET SATMIRAM..." .....                     AHİK-lə bağlı İLGİNC İDDİALAR .....                     "BAKI AĞAC EMALI" ASC-nin külli miqdarda vergi borcu üzə çıxdı .....                     Azərbaycanda elektronika mağazalarının inanılmaz fırıldaqları .....                     'Bakı' çörəyinin içindən iyrənc məhlul və tük çıxdı çıxdı .....                     "AZİNŞAAT" ASC-nin vergi borcu üzə çıxdı .....                     Trampdan Azərbaycan-Ermənistan sülh prosesinə “müdaxilə” .....                     Həm sülhdən danışır, həm də atəşkəsi pozur: .....                     GÜNEY QAFQAZDA SÜLH... .....                     Koronavirusa yoluxan Kənd Təsərrüfatı Nazirindən XƏBƏR VAR .....                     Kreml hücuma keçir: Döyüşə “özünkülər” gedir... .....                     Ermənistan Rusiyadan uzaqlaşmaq istəyir, amma... .....                     "Belə mahnıları ifa etmək üçün iztirab, faciələr lazımdır" .....                     Vüsal Məmmədov işdən çıxarıldı .....                     Ağ Ev: Tramp və Putin tezliklə görüşəcək! Harada... .....                 

Tanınmış balet artistindən inanılmaz sözlər: - "20 ildən sonra küçədə qalacaqlar"
Tarix: 1-02-2024, 09:31 | Çap et
Tanınmış balet artistindən inanılmaz sözlər:
Opera və Balet Teatrının əməkdaşı, Xalq artisti Gülağası Mirzəyev “Telefon söhbəti” rubrikasında Teleqraf.com-un suallarını cavablandırıb.

Müsahibəni təqdim edirik.

- Gülağası bəy, sizin illərdir vurğuladığınız məsələ yenə gündəmi zəbt edib. Balet artistlərinin təqaüd yaşının 40-dan 65-ə qaldırılması son günlər yenidən müzakirə olunan məsələlərdəndir. Yəqin ki, xəbərdarsınız.

- Bəli, mən də sosial şəbəkələrdə gördüm. Düz qeyd etdiniz, 10 ilə yaxındır, bununla bağlı danışıram və məsələnin nə qədər ciddi olduğunu diqqətə çatdırmaq istəyirəm. Çünki bu, balet artistlərinin ən ağrılı yeridir. Bir balet artistinin təqaüdə çıxması üçün 60 yaşı gözləməsi ağlasığmazdı. Bu, sənətin inkişafı, onun gələcəyi üçün böyük təhlükə deməkdir.

- Həqiqətən də... Axı 60 yaşına kimi balet artistinin səhnədə formada qalması mümkünsüzdür.

- Məsələ də budur. Sovet dövründən 2006-cı ilə qədər güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ mövcud olub. Buna əsasən 20 il stajı olan balet artistləri rahatlıqla təqaüdə çıxırdılar. Çünki bu müddət ərzində bədən zədələnir, o qədər travma toplanır ki, daha səhnəyə çıxmaq mümkün olmur.

Bəzi artistlərimiz və istedadlı şəxslər demişkən, hər bir yaxşı ifaçı yaxşı müəllim ola bilməz. Çünki pedaqoqluq tamam başqa istiqamətdir.

Bu problem mütləq həll olunmalıdır, çünki balet sənətinin gələcəyi gənclərimizdən asılıdır, amma indiki durumda onlar bu sənətə gəlmək istəmirlər, üz çevirirlər. Bilirlər ki, 20 ildən sonra küçədə qalacaqlar.

2006-cı ildə təqaüdlə bağlı bu dəyişiklik olandan sonra balet artistləri 60 yaşında təqaüdə çıxdılar. Bu da onunla əsaslandırıldı ki, normal təqaüd yaşı 65-dirsə, balet artistləri ağır peşə sahibləri kimi 5 il güzəştlə 60 yaşında pensiya ala bilərlər. Amma bu beş il çıxış yolu deyil və məsələnin həlli istiqamətində heç bir rol oynamır.

Rusiya və digər ölkələrdə balet artistləri 15-20 il çalışırlar. Vaxtilə bizdə də elə idi. Əvvəlki qanuna görə aparıcı artistlər 15, solistlər isə 20 il işləyəndən sonra təqaüdə çıxırdılar. Yəni səhnədəki fəaliyyətə son qoyulurdu, amma istəkdən asılı olaraq kimsə müəllim kimi də fəaliyyətini davam etdirə bilirdi. Hər iki halda – müəlllim işləsə də, yaxud sənəti tərk etsə də haqqı olan pensiyanı mütləq alırdı.

İndiki qanuna görə, gərək 40 il işləyəsən ki, təqaüdə çıxa biləsən. Faktiki olaraq 20 ildən sonra balet artistlərinin zədə, ağır fəaliyyət səbəbilə əmək qabiliyyətləri azalır. Səhnə üçün lazım olan keyfiyyətdə olmurlar, əmək pensiyasını almaq üçün isə 15-20 il gözləməli olduğunu nəzərə alsaq, bu insanlar faktiki işsiz qalırlar.

"Teatrdan çıxsam, pensiya ala bilməyəcəm"

- Sizin iş stajınız nə qədərdir?

- Teatrda 30 illik staja malikəm. 1987-1995-ci illərdə Bakı Xoreoqrafiya Məktəbində balet artisti ixtisası üzrə təhsil almışam. Xoreoqrafiya Məktəbini bitirməmişdən bir il öncə, 1994-cü ildə Opera və Balet Teatrına işə qəbul olundum. 30-cu mövsümdür teatrda çalışıram.

Əvvəlki qanuna görə, mən 10 il bundan öncə səhnə fəaliyyətimə son verə bilərdim, ya pedaqoq kimi, ya da başqa sahədə çalışardım. Amma indiki qanun buna imkan vermir, ona görə mən hələ də teatrda çalışıram. Çünki çıxsam pensiya ala bilməyəcəm. Mənim vəziyyətimdə olan balet artisti çoxdur.

Həmişə deyirəm ki, bu qərarı qəbul edənləri bizim teatra dəvət edirəm. Gəlib zalda otursunlar, biz də yaşlı artistlərdən ibarət bir truppa ilə qarşılarında çıxış edək. Onu da deyim ki, bizim sənətin çətinliyinə görə 60-65 yaşa kimi yaşayan artist də tapmaq çətindir.

Sizcə, yaşlı artistlərin ifasında təqdim olunan balet kiminsə xoşuna gələr? İnanmıram ki, bəyənən olsun. Həqiqət acıdır, amma səhnə gənclik, temperament, enerji, çeviklik istəyir.

Balet kimi çətin ikinci sənət tapa bilməzsiniz. Çünki burda həm musiqi duyumun yerində olmalıdır, həm də hərəkətlərin, elastikliyin, texnikan dəqiq, səhnə görünüşün gözəl olmalıdır. Əlbəttə, ildən-ilə artist yeni təcrübə qazanır, amma biz dramatik artist deyilik. Yaxud kinoya çəkilmirik ki, bir neçə dubl çəkilsin, içərisindən ən yaxşısı seçilsin. Bizdə canlı ifadır və o birinci dubldan gözəl olmalıdır.

Mənə çox tez-tez deyirlər ki, siz yaxşı görünürsünüz, formadasınız. Deyirəm, bəli, mən yaxşı formadayam və yaxşı da görünürəm, amma o demək deyil ki, zədəm yoxdur. Varikozla bərabər o qədər problemlərim var ki... Onlar haqda danışmaq istəmirəm. Problemlər də ilbəil artır.

- Gülağası bəy, pensiya yaşının azaldılması ilə bağlı teatr olaraq hansısa addım atılıbmı?

- Bu problemin həlli istiqamətində bir neçə dəfə Mədəniyyət Nazirliyinə, digər qurumlara müraciət etmişik. Rəhmətlik Qənirə Paşayeva yeganə şəxs idi ki, Milli Məclisdə yüksək tribunadan bizim problemimizi dilə gətirmişdi. İnanmaq istərdim ki, yaşayan deputatlarımız arasında kimsə bu məsələni bir daha qaldırıb məntiqi sonluğa çatdıracaq.

Bir məsələni də qeyd etmək istəyirəm, qanunda xırda nüanslar nəzərə alınmalıdır. Azərbaycanda ilk və yeganə teatr Opera və Balet Teatrıdır ki, onun balet truppası ancaq balet tamaşalarında iştirak edir. Balet artisti ilə tamaşanı aparan artist fərqlidir. Balaca bir teatrın truppasında olan işçi də özünü balet artisti kimi qələmə verə bilər. Çünki şou-balet geniş yayılıb. Amma balet tamaşada oynamaq tamamilə fərqlidir. Qanunda bu da öz əksini tapmalıdır.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Naxçıvanda NÖVBƏTİ BÜDCƏ TALANI... - fermerləri YENƏ ALDADIRLAR...
Bu gün, 09:44
İki rayonun icra başçısı dəyişdiriləcək: Birinin həbsi belə aktualdır... - İLGİNC İDDİALAR
Bu gün, 09:31
“Pulum olsaydı “Bəxt üzüyü” filmində atamın sürdüyü maşını alardım” - FOTO
Bu gün, 09:21
Bakı məhəllədaxili yollarda və səkilərdə asfalt örtüyünün təmirinə 2.5 milyon xərclənəcək – İşləri 200 manatlıq şirkət görəcək
Bu gün, 09:19
Əmək mübahisələri ilə bağlı mühüm məqamlar... - Ekspert danışır...
Bu gün, 09:16
Mərkəzi Bankın proqnozu özünü doğrultmadı: 19 aydan sonra... - ARAŞDIRMA
Bu gün, 09:08
TARİXİ BAKI... HƏDƏFDİRMİ? - AKTUAL
Bu gün, 09:01
Azərbaycanda ilk qiyabi icraat üzrə məhkəmə başladı - DETALLAR
Bu gün, 08:58
Rusiyanın “5-ci kolon”la bağlı qərarının İmişlidə əks-sədası - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 08:57
Federasiyanın sabiq vitse-prezidentinə dələduzluq maddələri ilə cinayət işi açıldı - TƏFƏRRÜAT
Bu gün, 08:55
Hərbi təlimlərdə atılan güllələr bu dəfə kanalizasiya xəttini HƏDƏFƏ ALDI – FOTO/GİLEY
Bu gün, 08:47
“Teatr bağlanandan sonra işsiz qaldım, sənət dostlarımdan uzaqlaşmışam” - Efirlərdən uzaq düşən sənətkar
Bu gün, 08:42
"Yelo Bank" ASC səhmdarlarının yığıncağı keçiriləcək
Bu gün, 08:41
"Artıq pul xərcləmir, ölkələrdən pul, sərvət qoparır, təsirini oralarda gücləndirir" - ABŞ YÖN DƏYİŞDİRİB...
Bu gün, 08:39
“Mədəniyyət Naziri məni qəbul etmir, ondan soruşmaq istəyirəm ki...” - ETİRAZ VAR...
Bu gün, 08:33
“Rabitə Tikinti”yə yeni rəhbər təyin ediləcək
Bu gün, 08:26
Düşmən silahlanır: amma tətiyi çəkəcək əsgər qıtlığı var... - Özləri etiraf edir ki...
Bu gün, 08:23
“Bütün oyunları Ərdoğan oynayır” - Yunan mətbuatı təriflər yağdırdı
Bu gün, 07:24
Ukrayna ordusu bəzi istiqamətlərdə Rusiyanı sıxışdırdı - KİV
Bu gün, 07:22
DSX-nin ŞÜBHƏLİ TENDER ORTAĞI - TƏFƏRRÜAT
Bu gün, 07:21
"Əli Kərimli Tofiq Yaqublunun ölməsini istəyirdi" - ŞOK İTTİHAM
Bu gün, 07:19
Rusiyaya ciddi itkilər veririk, 640 minlik ordu... - Sırski
Bu gün, 07:17
Paşinyan İTV-yə hansı önəmli məqamları açıqladı? – DETALLAR
Bu gün, 07:15
Dövlətin yardımı PULLA SATILIR - NARAZILIQ VAR...
Bu gün, 01:17
"Xəstəliyimə qədər özüm işləyib ailəmə baxmışam" - AMMA İNDİ...
Bu gün, 01:02
"KASSİR DEDİ Kİ, SƏNƏ BİLET SATMIRAM..." - Şəmkir sakini "Bakı Beynəlxalq Avtovağzalı"nın rəhbərliyindən şikayətçidir
Bu gün, 00:58
AHİK-lə bağlı İLGİNC İDDİALAR – Turniketlər axşam saatlarında niyə söndürülür?
Bu gün, 00:53
"BAKI AĞAC EMALI" ASC-nin külli miqdarda vergi borcu üzə çıxdı - FOTO
Bu gün, 00:49
Azərbaycanda elektronika mağazalarının inanılmaz fırıldaqları - İstehlakçılar necə aldadılır?
Bu gün, 00:47
'Bakı' çörəyinin içindən iyrənc məhlul və tük çıxdı çıxdı - BU DA FAKT...
Bu gün, 00:36
"AZİNŞAAT" ASC-nin vergi borcu üzə çıxdı
Bu gün, 00:28
Trampdan Azərbaycan-Ermənistan sülh prosesinə “müdaxilə” - NƏ BAŞ VERİR?
Bu gün, 00:26
Həm sülhdən danışır, həm də atəşkəsi pozur: - Deputat İrəvanın ikibaşlı oyununun məqsədini AÇIQLADI
Bu gün, 00:23
GÜNEY QAFQAZDA SÜLH... NƏ QƏDƏR REALDIR?
Bu gün, 00:20
Koronavirusa yoluxan Kənd Təsərrüfatı Nazirindən XƏBƏR VAR - "...növbəti test götürüləcək"
Bu gün, 00:18
Kreml hücuma keçir: Döyüşə “özünkülər” gedir... - Yaxın aylarda vəziyyət getdikcə daha da gərginləşəcək
Bu gün, 00:15
Ermənistan Rusiyadan uzaqlaşmaq istəyir, amma... – Qopması çətin bağlar
Bu gün, 00:12
"Belə mahnıları ifa etmək üçün iztirab, faciələr lazımdır"
Bu gün, 00:08
Vüsal Məmmədov işdən çıxarıldı - ƏMR
Bu gün, 00:05
Ağ Ev: Tramp və Putin tezliklə görüşəcək! Harada... - SENSASİON İDDİA
Bu gün, 00:03
Surenyam Paşinyanın İlham Əliyevə nə söz verdiyini haradan bilir? -ŞƏRH
Dünən, 19:10
Milli iqtisadiyyatımız çətin sınaq qarşısında - NƏ ETMƏLİ?
Dünən, 19:05
Qriqoryan İrana səfərindən dividentlər qazanmağa çalışır - Görünəni odur ki...
Dünən, 19:00
FHN-in qurumu 185 minlik Toyota seçdi! - TENDER NƏTİCƏSİ
Dünən, 18:58
Bakıda itkin düşən musiqiçi 7 ay sonra polis tərəfindən tapıldı - FOTO
Dünən, 18:12
Türkiyə MMU-nun nümayəndə heyətinin ölkəmizə səfəri davam edir
Dünən, 18:09
Ərdoğanın zəfəri: PKK niyə silahı yerə qoyur? - “Regnum”
Dünən, 18:05
"Ağsaqqal sayılanları SSRİ-yə - imperiyaya meyilləndirən amillər... - Onlar aradan qaldırılmalıdır..."
Dünən, 18:03
Müğənni Kəmalə Sərxana od püskürdü
Dünən, 18:00
Azərbaycanda uşaq futboluna vurulan "badalaq": - Kim və niyə?
Dünən, 17:53
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru