Gənclərin sevimli müğənnisi Hiss yenidən Sumqayıt şəhərində konsert proqramı ilə çıxış edib.
dia-az.life xəbər verir ki, o, Misli Premyer Liqasının 21-ci turu çərçivəsində keçirilən "Sumqayıt"-"Neftçi" qarşılaşması öncəsi səhnə alıb. Sənətçi Mehdi Hüseynzadə adına stadionda bir-birinin ardınca 8 minlik futbol azarkeşinin önündə "Karma", "Laylay", "Kədərli bölüm" mahnılarını səsləndirib. İfa arası müğənni hər iki komandaya matçda uğurlar arzu edib və güclü olanın qalib gəlməsini diləyib. 10 ildən sonra Mehdi Hüseynzadə adına stadionda baş tutan ilk oyun Sumqayıt Futbol Klubunun qələbəsi ilə bitib.
Qeyd edək ki, tədbirdə Hissdən öncə müğənni Murad Arif səhnə alıb.