“İnsanın özü, xasiyyəti, getdiyi məclislərdə qarşılanmağı brend olmalıdır”
Tarix: 12-02-2024, 12:00 |
Çap et
“İnsanın özü, xasiyyəti, getdiyi məclislərdə qarşılanmağı brend olmalıdır”.
Yenicag.az xəbər verir ki, bu sözləri müğənni Səidə Sultan efirdə səsləndirib.
O, efirdə geyiminin qiymətini açıqlayan və bununla öyünən sənət adamları barədə qalmaqallı fikirlər səsləndirərək, onları qınayıb:
“Camaatın içində geyiminin qiymətini açıqlamağa yaxşı baxmıram. Nəyə lazımdır? Olanı var, olmayanı var. Belə şeylər mənə bir tamaşaçı kimi qıcıq verir. O brenddir, bu brenddir, xoşum gəlmir belə söhbətlərdən. İnsanın özü, xasiyyəti, getdiyi məclislərdə qarşılanmağı brend olmalıdır.
Geyim səni daşımır, sən geyimi daşıyırsan. Belə söhbətlər etmək görməmişlikdir. Əzəldən görən insanlar həyatı boyu lovğa olmur, sonradan görən insanlar lovğa olur. Belə şeylərlə özünü sübut etməyə çalışır, bu da sonradan görmüşlüyün əlamətidir”.