Rafaellə Coşqun yalnız "Toy"u təkrarlayıblar...
Tarix: 6-03-2014, 08:48 |
Çap et
“Bu şəhərdə” komandasının ilk konsert günü baş tutub.
Axşam.az-ın məlumatına görə, aktyorlar Rafael İsgəndərov və Coşqun Rəhimovun növbəti tamaşaları Heydər Əliyev Sarayının səhnəsində reallaşdırılıb.
Anşlaq yaşanan konsertdə fərqli və maraqlı səhnələr təqdim edilib. 7 ayrı tamaşanın nümayiş olunduğu gecədə yanlız “Toy” səhnəciyi təkrarlanıb. "Bu şəhərdə" teatrının aktyorları Rafael İsgəndərov və Coşqun Rəhimovun çıxışları gurultulu alqışlarla qarşılanıb. "Qızıl-gül" adlanan konsert proqramında yumor ustaları qonaqları doyunca güldürüb.
Xatırladaq ki, konsert daha 11 gün davam edəcək.