"Mən atamın qızı olmuşam, ondan çox şeylər öyrənmişəm"
Tarix: 29-02-2024, 09:36 | Çap et
 “Atam çox ağır xasiyyətli insan idi. Sözü bir dəfə deyərdi, ikinci dəfə təkrar etməzdi. Hamımız bilirdik ki, o nəyi sevir, nəyi yox. Bütün nəsil ona hörmət edirdi. Mən evin tək qız olmuşam. Nə qədər ağır xasiyyətə malik olsa da dilimdən çıxan sözü o dəqiqə yerinə yetirirdi. Bəlkə də tək övlad olduğum üçün belə edirdi. Sanki dost idik, bir şey olan kimi üstünə qaçırdım. Onunla danışanda yüngülləşirdim. Mən atamın qızı olmuşam, ondan çox şeylər öyrənmişəm” Bunu Moderator.az-a açıqlamasında xalq artisti Hacıbaba Hüseynovun qızı Sədaqət Hüseynova deyib. O daha sonra əlavə edib. “Atamın yanında incəsənətin adını çəkə bilməzdim. Bir dəfə məktəbdə tədbir olmuşdu. Anam gəlib demişdi ki, “Hacı, qızın bir oxudu ki.. Gözəl səsi var”. Uşaq idim, mənə dedi ki, sən tədbirdə oxumusan?! Dedim ki, hə. O vaxt 2-ci sinifdə oxuyurdum. Məni qorxutmadı, dedi ki, bu dəfə sənin üçün keçirəm, amma məktəbin yanından keçəndə səsini eşitsən səni öldürərəm. O, bu mən bir daha oxumadım. Amma bununla belə yanında oxuyanda deyirdi ki, yaxşı “dxanyan” var (gülür). O qədər qısqanc idi ki, məni heç məktəbdə oxumağa da qoymadı, başqa bir sahəyə getməyə də imkan vermədi. İki qızım var. Kiçik qızım Asəf Zeynallı adına musiqi məktəbini bitirib. Ailə qurdu, axıra qədər davam etdirə bilmədi. Birdən atam sağ olsaydı, o da razı olmazdı ki, övladlarım sənətdə olsun. Mən müəllimlərinə dedim ki, Hacıbaba Hüseynovun nəvəsidir deyə xalaxətri qalmasın qızımı məktəbə qəbul etməyin. Atamdan sonra onun ifalarını heç kim yarada bilməz, sadəcə yaşadırlar” deyə Sədaqət Hüseynova deyib.
Sədaqət Hüseynova deyir ki, atası 70 illik yubileyindən sonra xəstələnib. “Xəstəxanadan icazə vermirdilər ki, o uzun yola çıxsın. Hətta atamın əlindən kağız aldılar. Fransa səfərinə gedirdi. Dedi ki, “yox, mən gedəcəm, qızım üçün ordan şuba, bir də videomaqnitofon gətirməliyəm”. Getdi də, gözəl konsertlər də verdilər orada. İrana da getdi, İran səfəri ağır oldu, 2 ay orada qaldı. Dünyasını dəyişməzdən 1 gün öncə onun televiziyada ifasını verirdilər. Elə həsrətlə qulaq asırdı ki.. Konsertə baxandan sonra evdə elə oxudu ki.. Mən dedim ki, atam ölməz. Hətta dedim ki, “Həci, nə gözəl oxuyursan?”. Səhəri gün dünyasını dəyişdi. Sevgimi atama çox bildirə bilmirdim, niyə görə? O qədər xasiyyəti ağır idi ki (kövrəlir). Hərdən anam deyirdi ki, “bu gün doğum günüdür, get atanı öp”. Təbrik edirdim, utanırdım öpməyə. Atam da deyirdi ki, “yaxşı, təbrik etdin get otur”. Mən bu yaşa çatmışam, onu hələ də doyunca öpə bilməmişəm. Qoymurdu, ağır idi xasiyyəti. Xəstə vaxtlarında onu qucaqlayırdım. Bu gün yeganə təsəllim atamın sənətinin yaşadılmasıdır” deyə sənətkarın qızı bildirib.

|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Surenyam Paşinyanın İlham Əliyevə nə söz verdiyini haradan bilir? -ŞƏRH
Dünən, 19:10 |
|
|
|
• Milli iqtisadiyyatımız çətin sınaq qarşısında - NƏ ETMƏLİ?
Dünən, 19:05 |
|
|
|
• Qriqoryan İrana səfərindən dividentlər qazanmağa çalışır - Görünəni odur ki...
Dünən, 19:00 |
|
|
|
• FHN-in qurumu 185 minlik Toyota seçdi! - TENDER NƏTİCƏSİ
Dünən, 18:58 |
|
|
|
• Bakıda itkin düşən musiqiçi 7 ay sonra polis tərəfindən tapıldı - FOTO
Dünən, 18:12 |
|
|
|
• Türkiyə MMU-nun nümayəndə heyətinin ölkəmizə səfəri davam edir
Dünən, 18:09 |
|
|
|
• Ərdoğanın zəfəri: PKK niyə silahı yerə qoyur? - “Regnum”
Dünən, 18:05 |
|
|
|
• "Ağsaqqal sayılanları SSRİ-yə - imperiyaya meyilləndirən amillər... - Onlar aradan qaldırılmalıdır..."
Dünən, 18:03 |
|
|
|
• Müğənni Kəmalə Sərxana od püskürdü
Dünən, 18:00 |
|
|
|
• Azərbaycanda uşaq futboluna vurulan "badalaq": - Kim və niyə?
Dünən, 17:53 |
|
|
|
• 3,4 milyon manat vergi borcu olan şirkət nizamnamə kapitalını azaldır
Dünən, 17:49 |
|
|
|
• Parlament Assambleyasına qatılıb-qatılmamaq Gürcüstana heç bir şey verməyəcək - ÇÜNKİ...
Dünən, 17:48 |
|
|
|
• "Georgi lenti"ni həmin tədbirə gətirənlər bəlli oldu - FOTO
Dünən, 17:44 |
|
|
|
• PKK bitdi, Türkiyə üçün qorxunc problem başladı – Ərazi itkisi təhlükəsi
Dünən, 17:40 |
|
|
|
• DSMF sədrinə yeni müşavir təyin edildi - DOSYE
Dünən, 17:35 |
|
|
|
• Bəysiz toy edən müğənniyə SƏRT İRAD: - "Bu cür yanaşma yalnız..."
Dünən, 17:33 |
|
|
|
• Ayşən Həsənova “Expressbank”da şöbə rəhbəri təyin olundu - ƏMR
Dünən, 17:32 |
|
|
|
• İsrailin “Avroviziya 2025” təmsilçisi azərbaycanlıdır - FOTO
Dünən, 17:30 |
|
|
|
• "Taleh" ASC səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək
Dünən, 17:27 |
|
|
|
• Qətər əmiri Trampdan İranla bağlı görün nə xahiş etdi - ŞOK DETAL
Dünən, 17:26 |
|
|
|
• Dövlət qurumunun avtobusu qəzaya uğradı - FOTO
Dünən, 17:24 |
|
|
|
• Vasif Talıbovun sonu: Şirkətləri ləğv edilir - PROSES DAVAM EDİR
Dünən, 17:22 |
|
|
|
• Prezident şəhid ailələri üçün təqaüdü 2 il əvvəl artırıb – Nazirliyin bundan xəbəri yoxdur?
Dünən, 17:19 |
|
|
|
• “Bahar Enerji”də əməkhaqqı böhranı DAVAM EDİR - BU NƏDİ BELƏ?..
Dünən, 17:14 |
|
|
|
• Lavrovun səfəri Ermənistanın yenidən Rusiyanın orbitinə qayıtması ilə nəticələnə bilər - AKTUAL
Dünən, 17:07 |
|
|
|
• Zaurla Günayın ATV-dən getməsi barədə AÇIQLAMA
Dünən, 17:05 |
|
|
|
• Konstitusiya quruluşuna qarşı çağırış etməkdə təqsirləndirilən şəxs: - Prezidentə bağışlanmağım üçün müraciət etmişəm
Dünən, 17:00 |
|
|
|
• “Paşinyan suyu süzülə-süzülə İrəvana dönüb” - İLGİNC DETALLAR
Dünən, 16:59 |
|
|
|
• Elşad Miridən valideynlərə ÇAĞIRIŞ: - Oğlan övladlarınızı sünnət etdirməyin, İslamda yoxdur
Dünən, 16:58 |
|
|
|
• Azər Qasımovdan yarım milyonluq borc məsələsinə İLK REAKSİYA
Dünən, 15:42 |
|
|
|
• Biz istəyirik ki, hər kəs əfv olunsun - Novella Cəfəroğlu
Dünən, 15:39 |
|
|
|
• "Ağsaqqal sayılanları SSRİ-yə - imperiyaya meyilləndirən amillər... - Onlar aradan qaldırılmalıdır..."
Dünən, 15:37 |
|
|
|
• Elşad Miridən şok açıqlama: - Bürclərə inananlar zavallıdır
Dünən, 15:36 |
|
|
|
• AHİK-lə bağlı İLGİNC İDDİALAR - Turniketlər axşam saatlarında niyə söndürülür?
Dünən, 15:31 |
|
|
|
• Əfvlə bağlı mühüm gəlişmə: Gözlənilən qərar verilir? – Sabah…
Dünən, 15:26 |
|
|
|
• Pakistan qırıcılarımızı Çin silahları ilə məhv edib - Fransadan etiraf
Dünən, 15:25 |
|
|
|
• “Xalq” və “Əməkdar” fəxri adlarını daşıyanların sayı azalıb
Dünən, 15:17 |
|
|
|
• Azərbaycan Ordusu miqyasında komanda-qərargah məşqi keçirilir
Dünən, 15:16 |
|
|
|
• Mərdəkanda çirkab suları evlərə dolur - Sakinlər PA rəhbərinə müraciət etdi
Dünən, 15:14 |
|
|
|
• “Dövlətimizin başçısı və Mehriban xanım çox sağ olsun”
Dünən, 15:08 |
|
|
|
• “Rasim Balayev, cinayətlərin ilə səni rüsvay edib məhkəməyə verərəm!” - Şeyx Əbdül OD PÜSKÜRDÜ
Dünən, 14:47 |
|
|
|
• PKK-nın sivil fəaliyyət göstərəcəyi inandırıcı görünmür - Əlibəyli
Dünən, 14:02 |
|
|
|
• Ermənistan atəşkəsi pozur: - Moskvanın kölgəsində yeni planlar qurulur
Dünən, 14:00 |
|
|
|
• “Bakı Şampan Şərabları” şirkəti mənfəətdən zərərə keçib - HESABAT
Dünən, 13:58 |
|
|
|
• Nigar Rəhimovaya “Vətən müharibəsi iştirakçısı” medalı buna görə verilibmiş - TƏFƏRRÜAT
Dünən, 13:06 |
|
|
|
• Nikol Paşinyanın partiyası: - Sərkisyan və Köçəryan bizdən qorxur
Dünən, 13:03 |
|
|
|
• “Sumqayıt Aşqarlar”ın Direktorlar Şurasının sədri və üzvləri seçiləcək
Dünən, 12:59 |
|
|
|
• Putin Ukrayna tərəfi ilə danışıqlar üçün Türkiyəyə getməyəcək - QƏTİ QƏRARDIR...
Dünən, 12:57 |
|
|
|
• Tender tələbləri əldə qaldı: Heç kim şərtlərə cavab vermədi - TENDER LƏĞV EDİLDİ
Dünən, 12:56 |
|
|
|
• Qazaxıstandan Gürcüstana SƏRT ETİRAZ - Rəsmi Astana HƏRƏKƏTƏ KEÇDİ
Dünən, 12:50 |
|
|
|
|