"Maska"nın qalibi Dilarə Kazımova ətrafımızda boş və yalan vədlər verən insanlardan bəhs edən musiqi layihəsini təqdim edib. dia-az.life xəbər verir ki, estrada ifaçısı söz və musiqisi Fidan Alivaya məxsus “Zəng – zəng” bəstəsini ekranlaşdırmaq qərarına gəlib. Klipin rejissorluğunu Dilarə Kazımova özü və "Sensum Photo Art" edib. Ekran işinin montaj və retuşçusu isə Kamran İbrahimdir. Layihənin çəkilişləri həmin şirkətin heyəti tərəfindən və yerli brend olan “Pink accessories”in dəstəyi ilə baş tutub. İdeyası və staylinqi sənətçinin özünə və Fidan Osmana məxsusdur. Dilarə klipdə iki fərqli obraz yaradıb. D. Kazımova mətbuata yaydığı açıqlamada mahnının hekayəsindən də danışıb: “Mahnı ətrafımızda boş və yalan vədlər verən insanlardan bəhs edir. Həmin insanlar ki, zəng edib qarşı tərəfə bir çox sözlər və vədlər verir, amma axırda bir şey çıxmır. Bir sözlə, bu mahnıda əsas hədəf puç insanlardır". Qeyd edək ki, layihənin prodüseri Məryam Feyziyevadır. Ekran işi "iPhone 15 Pro" ilə vertikal formatda çəkilib. Onu da bildirək ki, layihədə 20-dən çox komanda üzvü çalışıb.