Türkiyədə yaşayan müğənni İradə İbrahimova uzun fasilədən sonar klip çəkdirib.
Axşam.az-ın məlumatına görə, sənətçinin klipini türkiyəli rejissor Gülşən Aybaba ərsəyə gətirib. Klip sözləri İsra Gülümsərə aid olan “Sənələr” adlı mahnıya çəkilib.
Yeni ekran işindən söz açan müğənni klipdə süjet xəttinin olmadığını bildirib:
“Klip reklam çarxı tərzindədir. Ötən illərini xatırlayan bir xanımın obrazını canlandırmışam. Ekran işi yaxın günlərdə nümayiş olunacaq”.
Çəkiliş zamanı İ.İbrahimovanı bacısı, vizajist Nigar İbrahimova da tək qoymayıb. O, sənətçiyə HD makiyajla xüsusi obraz verib.
Qeyd edək ki, Gülşən Aybaba keçmiş futbolçu, “Beşiktaşın” keçmiş məşqçisi Samet Aybabanın qızıdır.