"Dedim, axı bu insan sizin üçün nələr etdi, zülm çəkdi, hamınıza ev aldı... - Siz də bu yazığa baxın da..."
Tarix: 10-07-2024, 09:51 |
Çap et
"Tanınmış insanlar var ki, xəstələnib yatağa düşəndə evlərinə getmişəm, qoxudan burnumu tutub qalmışam. Adlarını heç vaxt çəkmərəm. Görmüşəm ki, çirkin içindədir. Dedim, axı bu insan sizin üçün nələr etdi, zülm çəkdi, hamınıza ev aldı. Siz də bu yazığa baxın da...".
Axşam.az xəbər verir ki, bu sözləri aparıcı Elgiz Əkbər "Elgizlə izlə" verilişində deyib. O, xəstələndikdən sonra yatağa düşən bəzi sənətçilərə yaxşı qulluq olunmamasından şikayətlənib:
"Bir dəfə əməkdaşımız gedib söhbətini etdiyim məşhurun evinə. Oradan bizə görüntülər gəlib və verilişin başlamasına da 2 dəqiqə qalıb. Baxıram ki, çarpayının rəngini təyin etmək mümkün deyil. Rəhmətliyin dırnaqları uzun və çirkin içində. Ev nə gündə, şoka düşdüm. Bizim dostluq münasibətimiz var idi. Dedim ki, gəlin, bunu efirə verməyək. Biabırçılıqdır, göstərsək, ayıb olacaq. Rəhmətliyi aparıb kəfənləsinlər, ondan sonrakı görüntüləri nümayiş etdirək. Ailə üzvləri, sənətkarla baxın! Onların qayğısına qalın. Birinci siz onların dəyərini bilməsiniz. Sonra isə özgələri".