Məşhurların qərarı: Kim namizəd oldu, kim seçkiyə qatılmadı? - ADLAR
Tarix: 30-07-2024, 00:11 |
Çap et
1 sentyabrda keçiriləcək parlament seçkilərində sürpriz namizədlərin iştirak edə biləcəyi iddia olunurdu.
Xüsusilə də məşhur şəxslərin deputatlıq uğrunda mübarizə aparacağı proqnozlaşdırılırdı. Hətta bir neçə ay bundan əvvəl bəzi partiyalar da bu iddiaları gücləndirərək tanınmış incəsənət xadimlərinin namizədliklərini irəli sürə biləcəklərini söyləyirdilər.
Lakin məşhur simaların çox böyük əksəriyyəti deputatlığa namizəd olmadılar.
İndiyə kimi bir çox sənətçinin adı namizədliklə hallanıb. Onların bəziləri həqiqətən namizəd olublar, bəziləri iddiaları təkzib ediblər, bəziləri isə xəbərlərə reaksiya verməyiblər.
“Cebheinfo.az” adı deputatlıqla hallanan məşhurların qərarlarını araşdırıb.
Deputatlığa namizəd olan sənətçilər:
• Xalq artisti Polad Bülbüloğlu 124 saylı Şuşa-Ağdam-Xocavənd seçki dairəsindən namizədliyini irəli sürüb.
• Əməkdar artist Elza Seyidcahan 54 saylı Şabran-Siyəzən seçki dairəsindən namizədliyini irəli sürəcəyini açıqlayıb.
Namizədliyini irəli sürməyəcəyini açıqlayan sənətçilər:
• Xalq artisti Afaq Bəşirqızı
• Xalq artisti Flora Kərimova
• Xalq artisti Niyaməddin Musayev
• Xalq artisti Nurəddin Mehdixanlı
• Xalq artisti Mənsum İbrahimov
• Əməkdar artist Mehriban Xanlarova
• Müğənni Manaf Ağayev
• Müğənni Afət Fərmanqızı
• Müğənni, pedaqoq Humay Aslanova
Deputatlığa namizəd olacağı iddialarına reaksiya verməyən məşhurlar:
• Xalq artisti Brilliant Dadaşova
• Əməkdar artist Tahir İmanov