“Ağadadaş Ağayevin davranışını doğru hesab etmirəm, amma onun o cür döyülməsi də heç qəbuledilməzdir”
Tarix: 30-07-2024, 09:40 | Çap et
Artıq bir həftədir ki, cəmiyyətdə Xalq artisti Ağadadaş Ağayevin “balta insidenti” müzakirə olunmaqdadır. Qeyd edək ki, hadisə ilə bağlı artıq cinayət işi açılıb, istintaq davam etdirilir.
Cəmiyyət bu məsələdə iki hissəyə bölünüb. Bir qisim bu hadisədə ilk “daş atan” Ağadadaş Ağayevin, digər qisim isə mühafizəçinin müqəssir olduğunu deyir.
Hadisəyə tanınmış ictimaiyyət nümayəndələrindən də reaksiya gəlib. VI çağırış Milli Məclisin Mədəniyyət komitəsinin sədri Fazil Mustafa birmənalı olaraq gözətçini müdafiə edib.
“Mühafizəçinin atası-anası yoxdur? O, Azərbaycan vətəndaşı deyil? Kim kimdən narazıdırsa, balta tullamalıdır? Bu nə cür tərəfli yanaşma? Mühafizəçi yanlış hərəkət edibsə, hər halda, xalq artistinin müraciətinə hüquq-mühafizə orqanları qətiyyən laqeyd yanaşmaz, məsələni ciddi araşdırardılar. Mühafizəçinin heç xəstəxanaya aidiyyəti olmur, müqavilə bağlayırlar, gəlib rəsmi qaydada obyekti qoruyur. Xəstəxana onun postudur, bir sərxoş, bir qatil, bir ruhi xəstə posta yaxınlaşanda qoyub qaçmalıdır ki, gəlib həkimlərə, tibb bacılarına xəsarət yetirsinlər, xəstəxananı dağıtsınlar? Üstəlik, baltanı birbaşa canlı insana tullayır, nə etsin bəs, zərərsizləşdirməsin? O mühafizəçi sizin övladınız, qardaşınız, qohumunuz, qonşunuzdur. Tövsiyəniz nədir, başını tutsun baltanın altına ki, xalq artistinə toxunmaq olmaz? İnsanın xəstəliyinin şiddətini, təsirini də anlayıram. Mühafizəçinin ekstremal şəraitdə əsəblərini cilovlaya bilməməsini də qınayıram. Ancaq suçu öz vəzifə borcunu ləyaqətlə yerinə yetirmiş və böyük bir faciənin qarşısını almış mühafizəçi işləyən tanımadığım yoxsul bir Azərbaycan övladının üzərinə yönəltmək nə dərəcədə ədalətli davranışdır?” - F.Mustafa bildirib.
Tanınmış şair Şəmsi Vəfadar da xalq artistini sərt şəkildə tənqid edib.
“Ağadadaş Ağayev xalqın artisti olsaydı, xalqa balta qaldırmazdı. Ən azından etdiyi hərəkətə görə xalqdan üzr istəyərdi. Baxın, Ağadadaşı müdafiə edənlər Manaf kimilərdir. Çünki Ağadadaş Ağayev də dövrünün Manafı olub... İnsanlar arasında dərin hörmət və rəğbət qazanmaq üçün bəzən illər bəs etmir,özünü rüsvay etmək ücün isə bir an, bir gün belə kifayətdir. Ağadadaş Ağayev də məlum hərəkəti ilə özünü gözdən saldı”, - deyə şair Şəmsi Vəfadar bildirib.
Sosial şəbəkələrdə gedən müzakirələrdə bir çoxları Ağadadaş Ağayevi “Xalq artisti” adına yaraşmayan hərəkətlərə görə qınayıb, hətta onun bu fəxri tituldan məhrum edilməsini istəyənlər də olub.
Cinayət məsuliyyətinə cəlb edilən müğənni Ağadadaş Ağayevlə bağlı istintaq hərəkətləri yekunlaşandan sonra işə məhkəmədə baxılacaq. Hüquqşünaslar bildirir ki, məhkəmə müğənnini fəxri addan məhrum da edə bilər.
Xalq artistinin bəzi yaxın dostları, müğənni həmkarları bu məsələ ilə bağlı susmağa üstünlük versələr də, aralarında müğənniyə dəstək çıxanlar da oldu. Məsələn, müğənni Nadir Qafarzadə Xalq artisti Ağadadaş Ağayevin gözətçi ilə baltalı davasına münasibət bildirərkən deyib:
“Ağadadaş müəllimlə bağlı görüntüləri gördüm, heç istəməzdim belə olsun, xətrini çox istəyirəm, yerini bilən, ədəb-ərkanlı insandır. İxtisasca müəllimdir, illərdir sənətdədir, yaşı 70-ə yaxınlaşıb, səhhətində problemlər var, uzun müddət Türkiyədə müalicə alıb. Hər zaman böyüklüyünü görmüşəm. Onu necə hövsələdən çıxarıblarsa, bu vəziyyətə düşüb.
Günah kimdədir bilmirəm, hətta günah Ağadadaş müəllimdə olsa belə, böyüklərlə incə davranmalıyıq. Hamımız qocalacağıq, insandır, hövsələdən çıxa bilər, xəstəlikdən sonra müəyyən travmalar qala, əsəblər yerində olmaya bilər. Mən şəxsən ağsaqqala əl qaldırmazdım. İndi müasirlikdir, təəssüf ki, deyirlər, basıb ağsaqqalı da döyməlisən, ağbirçəyin də üzünə söyməlisən, niyə avtobusda onlara yer verməliyik, biz də pul verib gedirik, onlar da. Bu nə düşüncədir? Dəyərlərimizə görə böyük-kiçik yeri həmişə olub".
Əməkdar artist, bəstəkar müğənni Elza Seyidcahan məsələ ilə bağlı “Yeni Müsavat”a danışıb. Əməkdar artist Ağadadaş Ağayevin balta atması hərəkətini pisləsə də, onun döyülməsi hadisəsinin qəbuledilməz olduğunu deyib: “Həmin hadisədən xəbər tutan kimi dərhal Ağadadaş Ağayevlə telefon əlaqəsi saxladım. Telefonu oğlu götürdü və bildirdi ki, atası həkim nəzarətindədir, həmçinin polis əməkdaşları tərəfindən dindirilir.
O görüntüləri görəndə şoka düşmüşdüm. İndi də xatırlayanda çox pis olur, həyəcanlanıram.
Əlbəttə ki, mən balta məsələsinə görə Ağadadaş Ağayevə haqq qazandırmıram, bu onun səhvi idi. Hamımız bilirik ki, Ağadadaş Ağayev uzun müddətdir ki, xərçəng xəstəliyindən əziyyət çəkir. Bu vaxta qədər el şənliklərində, tədbirlərində onunla dəfələrlə qarşılamışıq və hər zaman mədəniyyət, ədəb-ərkan görmüşük. Ondan özümüzə qarşı heç zaman kobud davranış olmayıb. Yəqin ki, çoxları bilir, Ağadadaş Ağayev bir müddət rus dili müəllimi kimi fəaliyyət göstərib, ixtisasca müəllimdir.
Bir daha qeyd edirəm, Ağadadaş Ağayev xəstədir, ola bilər ki, xəstəlik onu bu vəziyyətə gətirib çıxarıb. Ağadadaş Ağayev müqəssir ola bilər, amma həmin hadisəyə, onun mühafizəçi tərəfindən döyülməsinə seyrçi qalan şəxslər on qat artıq müqəssirdir. Ağadadaş Ağayev bu sənətdəki zəhmətinə görə dövlətimiz tərəfindən fəxri adlar, mükafatlar alıb. Yəni bütün bunlar “bir salama dəymədi?” İnsanlar xalq artistinin döyülməsini necə qəbul edib, seyirçi qala bilirlər? Bəli, Ağadadaş Ağayev mühafizəçiyə balta atıb və balta düşdüyü yerdən sıçrayıb bir qadının ayağına dəyib və onu yaralayıb. Buna görə onu zərərsizləşdirib, polis orqanlarına təhvil verə bilərdilər. Hər kəs qanun qarşısında eynidir və cavab verməlidir. Amma ətrafdakı insanlar sadəcə xalq artistinin döyülməsini soyuqqanlı şəkildə seyr edirdilər. Bu, əslində dəhşətli faktdır. Bu, onsuz da yıxılıb yerə, sonradan ona təpikləyib, dəmir vurmağın nə yeri var idi? Bəlkə xalq artisti dəli olub, onu sadəcə zərərsizləşdirib, aidiyyəti orqanlara təhvil vermək lazım idi. Bu cür davranış həm də ölkəmizə başucalığı gətirmir. Ölkəmizi istəməyənlər dərhal hadisəni yaydılar ki, Azərbaycanda xalq artistini bu cür döydülər. Bu heç də yaxşı hal deyil.
İnsan bu cür hadisələri görəndə sənətdən uzaqlaşıb, evində “qınına” çəkilmək istəyir. Zamanında mərhum xalq artisti İlhamə Quliyeva, eləcə də bir müddət əvvəl Flora Kərimova mənə kəskin sözlər bildirmişdilər, amma onların sənətkarlığına hörmət edərək, qeyri-etik sözlərə, davranışlara yol verməmişdim. Sənətkarlara hər zaman hörmətlə yanaşmaq lazımdır. Bir daha qeyd edirəm, Ağadadaş Ağayevin davranışını doğru hesab etmirəm, amma onun o cür döyülməsi heç cür qəbuledilməzdir".
“Yeni Müsavat”
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Şəhər Gününüz mübarək, əziz Ağdamlılar! - MƏQALƏ
Bu gün, 08:49 |
|
|
|
• Ağdam rayonunun işğaldan azad olunması tarixi hadisədir - İsrafil Kərimovun yazısı
Bu gün, 08:48 |
|
|
|
• “Onlar 2020-ci ildə məcbur qalıb saziş imzaladılar” - NƏ ETMƏLİ?
Bu gün, 07:35 |
|
|
|
• Bakıdakı bu çıxış Avropanı silkələdi: Fransa hansı silaha əl atacaq? - Görünəni odur ki...
Bu gün, 07:22 |
|
|
|
• Şoltsun zəngi: “Qızıl milyard” Rusiyaya uduzur - İNCƏLƏMƏ
Bu gün, 07:19 |
|
|
|
• Ermənistan real addımlar atmalı və Zəngəzur dəhlizini açmalıdır - ÇAĞIRIŞ
Bu gün, 02:00 |
|
|
|
• Azərbaycanlı nazirin oğlu ilə sevgili olan müğənni "Tramp"dan görün nə istədi
Bu gün, 01:54 |
|
|
|
• "Wolt"un velosipedçisi "Dihaj"ın anasını vurub - TƏFƏRRÜAT
Bu gün, 01:29 |
|
|
|
• TAKSİ DƏLƏDUZLUĞU... - BUNUN BAŞQA ADI YOXDUR...
Bu gün, 01:26 |
|
|
|
• Erməni aktrisanın qardaşı dəlixanada öldürüldü
Bu gün, 01:24 |
|
|
|
• "Kişilər sanki sosial şəbəkədə ov axtarışına çıxıblar" - PSİXOLOQDAN SENSASİON AÇIQLAMA
Bu gün, 01:22 |
|
|
|
• Ali nümayəndədən ibtidai fikirlər - FAKT BUDUR!
Bu gün, 00:26 |
|
|
|
• Mərkəzi Xəstəxananın direktor müavini işdən çıxarıldı - ƏMR
Bu gün, 00:23 |
|
|
|
• "Naxçıvanda əməlli-başlı dərəbəylikdir, kim nə istəyir edir..." - NARAZILIQ VAR
Bu gün, 00:17 |
|
|
|
• “Bəli, küsmüşəm, incimişəm, rollar oynamaq istəyirəm, amma ortada heç nə yoxdur” - GİLEY
Bu gün, 00:09 |
|
|
|
• Biznesmenlər bürokratiyaya qarşı: “Tramp Maska vəzifə verməklə...” - GƏLİŞMƏ
Bu gün, 00:06 |
|
|
|
• Eyni şirkət dövlət qurumunun 4 tenderini uddu - 5 MİLYON MANAT QAZANDI
Bu gün, 00:02 |
|
|
|
• Paşinyan sülh müqaviləsinin bir hissəsini açdı - NƏ BAŞ VERİR?
Dünən, 23:14 |
|
|
|
• Paşinyan xarici auditoriyaya hansı siqnallar ötürür? - Ovannisyan sirləri açdı
Dünən, 23:11 |
|
|
|
• Gənc şair faciəvi şəkildə öldü
Dünən, 23:07 |
|
|
|
• Parisin SAXTA MAHİYYƏTİ... - ŞƏRH
Dünən, 21:36 |
|
|
|
• Azərbaycanda artan varlı görünmək xəstəliyi: Psixoloji problem imiş - AXI NİYƏ?..
Dünən, 21:33 |
|
|
|
• ABŞ-nin dövlət borcu tarixdə ilk dəfə 36 trilyon dolları keçdi
Dünən, 19:52 |
|
|
|
• Məktəbdə qızı döyən azərbaycanlı şagirdə cinayət işi açıldı - FOTO
Dünən, 19:45 |
|
|
|
• Paşinyanın sözləri havaya atılan güllələr kimidir - HƏQİQƏTƏN DƏ...
Dünən, 19:00 |
|
|
|
• Qanunların himayəsində - “Avropa yaşlanır, amma qocalmır”
Dünən, 18:58 |
|
|
|
• "Zelenskinin alternativi yoxdur" - Zərdüşt Əlizadə
Dünən, 18:37 |
|
|
|
• Tehran Vaşinqtona məxfi mesaj göndərib - KİV
Dünən, 18:32 |
|
|
|
• Azərbaycan kiçik ada dövlətlərinə özünün birmənalı dəstəyini nümayiş etdirir - MƏQALƏ
Dünən, 18:30 |
|
|
|
• MN-dəki 143 milyonluq mənimsəmə ilə bağlı məhkəmə istintaqı yekunlaşıb - DETALLAR
Dünən, 18:21 |
|
|
|
• “Araz” Supermarketlər Şəbəkəsindən kənd təsərrüfatının inkişafına dəstək - Asiya İnkişaf Bankı ilə 10,5 milyon dollarlıq saziş imzalandı
Dünən, 18:14 |
|
|
|
• “Elmanado” şirkətinin dövlətə 703 min manat vergi borcu var - DETALLAR
Dünən, 18:11 |
|
|
|
• Zakir Fərəcov səyyar qəbul keçirdi - FOTOLAR
Dünən, 18:07 |
|
|
|
• Aşıq Namiq atasının ölümündə həkimi ittiham etdi - Şok AÇIQLAMA
Dünən, 18:05 |
|
|
|
• Anasının il mərasiminə getmişdi, özünü güllələdi
Dünən, 17:59 |
|
|
|
• Həbs edilən məmurun ailəsində insident: Atası anasını bıçaqlayıb - TƏFƏRRÜAT
Dünən, 17:58 |
|
|
|
• Ermənistan COP29-a GƏLƏCƏK? – “Azərbaycanın tələbi hələ də qüvvədədir”
Dünən, 17:55 |
|
|
|
• Vəzifəli şəxslərə rüşvət verməklə cinayət məsuliyyətindən azad etdirəcəyini vəd verib – HÖKM
Dünən, 17:51 |
|
|
|
• Hamı bura üz tutur: Naxçıvandan axırıncı çıxan QAPINI ÖRTSÜN... - ACINACAQLI MƏNZƏRƏ...
Dünən, 17:48 |
|
|
|
• "3 il ərzində boşanma qərarını verən evli cütlüklərə yüksək cərimə tətbiq olunsa... evliliyə və boşanmağa daha ciddi yanaşma olacaq"
Dünən, 17:44 |
|
|
|
• Tiflisin vasitəçilik təklifi nəyə xidmət edir?
Dünən, 17:40 |
|
|
|
• Paşinyan niyə Azərbaycanla strateji sövdələşməyə ehtiyac duyur? - İNCƏLƏMƏ
Dünən, 17:35 |
|
|
|
• Gürcüstandan vasitəçilik təklifi: Azərbaycan razı, bəs İrəvan? - AKTUAL
Dünən, 17:31 |
|
|
|
• Sabiq erməni prezident məhkəmədən qaça BİLMƏDİ - erməni KİV
Dünən, 17:24 |
|
|
|
• Fransa COP29-a qatılmamaqla qlobal iqlim problemlərində maraqlı olmadığını göstərdi - HƏQİQƏTƏN DƏ...
Dünən, 17:22 |
|
|
|
• Azərbaycan üçün sevindirici proqnoz – “Güc onlardadır, gəlirlər, qərar dəyişəcək”
Dünən, 17:19 |
|
|
|
• Murad Adıgözəlzadənin köməkçisi barəsindəki cinayət işinə xitam verilib - TƏFƏRRÜAT
Dünən, 17:17 |
|
|
|
• Ermənistanda tarixi dəyişiklik: Paşinyan anonsunu verdi - KİV
Dünən, 17:11 |
|
|
|
• Başçı təzə olsa da... - NARAHATÇILIQ VAR...
Dünən, 17:07 |
|
|
|
• İngiltərə şirkəti Azərbaycanda ləğv edilir
Dünən, 17:03 |
|
|
|
|